Afiəddin Məmmədova hökm oxunub - 8 İL...
Afiəddin Məmmədovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə vəkil çıxış edərək müdafiə etdiyi şəxsə bəraət istəyib.
Daha sonra təqsirləndirilən şəxs son sözlə çıxış edib.
Məhkəmədə hökm oxunub. Hökmə əsasən Afiəddin Məmmədov 8 il müddətində azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı Afiəddin Məmmədovun 10 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, İşçi Masasının sədri Afiəddin Məmmədov 2023-cü il sentyabrın 20-də həbs olunub. O, Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunur.