Müctəbai Xamnəinin varisliyi: atadan oğula keçid olacaqmı? - “Tehran Times”
“The Washington Post” Cümə günü əsassız iddialarla, o cümlədən Ayətullah Xamnəinin xəstə olması və İranın “ruhani ağsaqqalı”nın oğlu Müctəba Xamnəini varis seçdiyi barədə məqalə dərc edib. Məqalənin iddiaları asanlıqla təkzib olunur.
Reyting.az xəbər verir ki, bunu “Tehran Times” yazıb.
İran nəşrinin təhlilində qeyd olunur:
“Vaşinqton Post” iddialarına sübut kimi İsrailin maliyyələşdirdiyi, İran və onun məmurları haqqında uydurma məlumatların “yaxşı sənədləşdirilmiş tarixçəsi” ilə məşhur anti-İran telekanalı olan “Iran İnternational”-ın məqaləsinə istinad edir.
İran konstitusiyasının əsas anlayışı onu göstərir ki, növbəti lideri “ruhani ağsaqqallar” deyil, İran xalqının hər 8 ildən bir seçdiyi Ekspertlər Şurası seçəcək.
Rəhbərin (Xamnəi-red.) keçmiş bəyanatları və hərəkətləri də övladlarının siyasətə gəlişinə qarşı olduğunu nümayiş etdirir. Bunu bir daha dəstəkləyən Ekspertlər Şurasının üzvü Ayətullah Mahmud Məhəmmədi Əraqi olub. O bildirib ki, Rəhbər bir sıra Şura üzvlərinin oğullarından birini gələcək lider kimi nəzərdə tutulması xahişini rədd edib.
“Tehran Tayms” öz mənbələri vasitəsilə təsdiq edib ki, Ayətullah Xamnəi öz oğullarının hər hansı birinin varisliyinə qarşı qətiyyətini saxlayır və Ekspertlər Şurası bu qərara hörmət edir.
“Washington Post”un son məqaləsi son 20 ildə İranın Ali rəhbəri haqqında dərc olunan uzun siyahıda yalançı hekayətlərin sonuncusudur. Yanlış məlumatların xüsusilə dəhşətli nümunəsi olaraq, bir çox Qərb nəşrləri, o cümlədən “New York Times”, 2022-ci ildə Ayətullah Xamnəinin vəfat etdiyini iddia edib. Bu saxta iddialar və yalanlarının dəfələrlə ifşa olunmasına baxmayaraq, dezinformasiyaları davam etdirməkdə qərarlı görünürlər.
Bəs bu daimi çək-çevir səthinin altında nə var?
Bunlar sadəcə, yanlış yönləndirilmiş jurnalist cəhdləridir, yoxsa politologiya üzrə professor və siyasi analitik Pərviz Əmininin təklif etdiyi kimi, Qərb siyasətçilərinin əsas narahatlıqlarını və strategiyalarını əks etdirən diqqətlə qurulmuş hekayədir?
“Tehran Times” ilə söhbətində Pərviz Əmini hakimiyyət, qavrayış və siyasi manevrin mürəkkəb qarşılıqlı təsirini ortaya çıxarmaq üçün media diskursu üzərindəki örtüyü götürüb:
“Bunu belə düşünün: hökumətlərlə sıx əlaqədə olan media qurumları daha az neytral müşahidəçidir. Böyüdücü şüşə altında onların daha çox hakimiyyətdə olanların həqiqi düşüncələrini və siyasətini əks etdirdiyi aydın görünür. Bu baxımdan, Ayətullah Xamnəinin səhhətinə, yaxın ətrafına və hətta onun potensial varisinə diqqət yetirmə, fasiləsiz işıqlandırma sadə xəbərdən daha böyük nəsnədir. Bu, xüsusi bir mesajı çatdırmaq üçün hazırlanmış, diqqətlə hazırlanmış portretdir”.
Əmininin fikrincə, Ayətullah Xamnəiyə xəstə maraq onun İranın siyasi mənzərəsindəki mühüm rolundan irəli gəlir:
“Lider İranın hakim sisteminin mühüm sütunudur. Onu mürəkkəb çağırışlardan keçirən və siyasi sahədə müxtəlif fraksiyaları birləşdirən qüvvədir. Bu yolla Rəhbər sadəcə, bir siyasi fiqur deyil, daha çox İranın xarici təzyiqlərə müqavimətinin simvolu və mövcud dünya nizamına meydan oxuyan şəxsdir”.
Pərviz Əmini iddia edir ki, Qərb Ayətullah Xamnəini öz gündəmlərinə əsas maneə sayır: "Onlar başa düşürlər ki, Ali lider onların planlarına qarşı bir dayaqdır və buna görə də onun ölkə daxilində mövqeyini zəiflətmək ümidi ilə amansızcasına Xamnəini ləkələməyə çalışırlar”.
Əmini hesab edir ki, bu kampaniya təkcə bir nəfərlə deyil, İrana beynəlxalq təzyiqlərə tab gətirməyə imkan verən strukturun dağıdılması ümidi ilə bağlıdır.
Bu nəzəriyyə Qərb mediasının Liderin oğluna tez-tez diqqət yetirməsinə, tez-tez yalandan onun varis olduğunu iddia etməsinə qədər uzanır. Əmini bunu nifaq salma və İranın demokratik varislik prosesinə xələl gətirmə üçün düşünülmüş səy kimi görür:
“Bu, İranın siyasi sisteminə növbəti zərbədir. Konstitusiyamızda növbəti Rəhbərin Ekspertlər Şurasında seçiləcəyi açıq şəkildə göstərilib. 1989-cu ildə İmam Xomeyninin vəfatından sonra bu proses nümayiş etdirilib. Amma Qərb sülalə varisliyi haqqında rəvayətlərlə kütləni aldatmaqda davam edir”.
Politoloqun fikrincə, məqsəd qeyri-demokratik dövlət imicini formalaşdırmaqla İran institutlarının legitimliyini gözdən salmaqdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Bu gün, 22:11 |
|
|
|
• "3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Bu gün, 19:02 |
|
|
|
• Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Bu gün, 19:00 |
|
|
|
• Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Bu gün, 18:21 |
|
|
|
• İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Bu gün, 18:16 |
|
|
|
• Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Bu gün, 18:12 |
|
|
|
• Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Bu gün, 18:07 |
|
|
|
• Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Bu gün, 18:00 |
|
|
|
• "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Bu gün, 17:59 |
|
|
|
• İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Bu gün, 17:46 |
|
|
|
• "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Bu gün, 17:45 |
|
|
|
• “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Bu gün, 17:41 |
|
|
|
• Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Bu gün, 17:39 |
|
|
|
• “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Bu gün, 17:36 |
|
|
|
• İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Bu gün, 17:30 |
|
|
|
• Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Bu gün, 17:25 |
|
|
|
• Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Bu gün, 17:23 |
|
|
|
• Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Bu gün, 17:18 |
|
|
|
• Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Bu gün, 17:14 |
|
|
|
• Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir - Alen Gevondyan
Bu gün, 17:13 |
|
|
|
• Baydenin erməni MİRASI – Qoca Co son günlərində də Ermənistanı düşünür...
Bu gün, 17:04 |
|
|
|
• Hafiz Hacıyev yaddaşını itirib? - AÇIQLAMA
Bu gün, 17:01 |
|
|
|
• Xırdalanda dözülməz vəziyyət - İcra hakimiyyəti sakinləri günahkar çıxardı
Bu gün, 16:59 |
|
|
|
• Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur
Bu gün, 16:55 |
|
|
|
• Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini DAYANDIRDI
Bu gün, 16:48 |
|
|
|
• Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb - KİV
Bu gün, 16:44 |
|
|
|
• Çox hörmətli başçı nəyə və kimə arxalanır?! - HARINLIQ NÜMUNƏSİ...
Bu gün, 16:42 |
|
|
|
• 26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 16:36 |
|
|
|
• Naxçıvanda dövlət qurumu adını dəyişir
Bu gün, 16:29 |
|
|
|
• Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
Bu gün, 16:17 |
|
|
|
• Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? - İTTİHAM VAR...
Bu gün, 16:15 |
|
|
|
• Qəzadan sağ çıxan Zaqatala sakini DANIŞDI - "Arxa qapıdan tullandım"
Bu gün, 16:11 |
|
|
|
• Ermənistan konstitusiyası dəyişərsə, sülh müqaviləsi imzalanacaqmı? - AÇIQLAMA
Bu gün, 16:05 |
|
|
|
• Pezeşkian sabah Tacikistana səfər edəcək
Bu gün, 16:01 |
|
|
|
• Valeh Əhmədova bu kanalda vəzifə verildi - FOTO
Bu gün, 15:50 |
|
|
|
• Nahid Bağırov onunla bağlı ƏMR VERDİ
Bu gün, 15:48 |
|
|
|
• Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... - "Sakinlər dövlətimizdən hər hansı yardım istəmirlər..."
Bu gün, 15:44 |
|
|
|
• AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb - Marşrut əsassız ləğv edilib
Bu gün, 15:38 |
|
|
|
• Bakının son tələbi masaya qoyuldu: - Yeni şərtlər belədir
Bu gün, 15:31 |
|
|
|
• Tramp niyə Qrelandiyanı almağa can atır? - “Regnum”
Bu gün, 15:29 |
|
|
|
• Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı
Bu gün, 15:28 |
|
|
|
• “Xalq Sığorta”nın rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 15:23 |
|
|
|
• AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin “qara qutu”ları çox maraqlı məlumatlar verib - Rusiya XİN
Bu gün, 15:17 |
|
|
|
• Avropaya qaçmaq istəyən 45 nəfər tutuldu - Biri azərbaycanlıdır
Bu gün, 15:06 |
|
|
|
• Bakı bu dəfə tramvaya görə söküləcək: - "Əsəbimiz nə qədər davam gətirəcək..."
Bu gün, 15:05 |
|
|
|
• Lənkəranda YAŞIL TERROR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:55 |
|
|
|
• Daha yüksək zirvələrə - FOTO
Bu gün, 14:40 |
|
|
|
• Ermənistan XİN başçısının Rusiyaya səfəri bu yaxınlarda baş tuta bilər - Lavrov
Bu gün, 14:30 |
|
|
|
• Naxçıvan İcra Hakimiyyəti Novruz şənliyi üçün 143 min manat xərcləmək istəyir
Bu gün, 14:24 |
|
|
|
• Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:13 |
|
|
|
|