Əslən Azərbaycandan olan Rusiya vətəndaşı İsrafil Səfail oğlu Zülfüqarov Ukraynada gedən müharibədə itkin düşüb.
Bu barədə Axar.az-a Zülfüqarovun yaxınları məlumat verib.
Məlumata görə, 2023-cü ildən Rusiyada yaşayan həmyerlimiz 2024-cü ilin mayında zorla müharibəyə göndərilib.
5 aydır Zülfüqarovdan xəbər yoxdur.
Qeyd edək ki, İsrafil Zülfüqarov əslən Astara rayonundandır, 2 övladı var. Bundan başqa, Zülfüqarov 2020-ci ildə 44 günlük müharibə zamanı 2 ay müdafiə zonasında xidmət edib.