Suriya administrasiyasının lideri, Colani kimi tanınan Əhməd əl-Şaranın foto çərçivədəki ayaqqabıları sosial mediada ən çox danışılan mövzulardan birinə çevrilib.
Sherg.az xəbər verir ki, Şaranın Əsəd rejimini devirdikdən sonra kostyumda görünməsi imici fərqli şərhlərə yol açıb. İndi isə son fotolarından birində ayaqqabısı da kadrda yer alıb. Ayaqqabının 1004 avroya satılan məşhur markanın modeli olduğu bildirilir. Şərhlərdə Suriyanın indiki ağır durumunda bu vəziyyət böyük israfçılıq kimi yozulub.