Son günlər ölkəmizdə yumurtanın qiymətində bahalaşma müşahidə olunur. Bayramqabağı yeni il süfrəsindəki təamların hazırlanmasında istifadə olunan yumurtanın bahalaşmasının səbəbi isə məlum deyil. Bir neçə gün öncə marketlərdə 12-14 qəpiyə yumurta tapmaq mümkün idi. İndi isə broyler yumurtası 18-22 qəpiyə təklif olunur.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Akif Nəsirli deyib ki, bahalaşmanın əsas səbəbi yumurta qıtlığıdır:
“Yumurtanın istehsalı da bəzən illə bağlı olur. Yəni kənd təssərrüfatının bitkiçilik sahəsində hava şəraitinin normal olmaması fikri səsələndirilir.
Qıtlığın səbəbini tam dəqiqləşdirmək olmasa da, bunu daha çox illə bağlayıram. Məsələn, ötən il bu vaxt yumurta bol idi, amma bu il yumurta qıtdır. Yəni həyət toyuqlarının da yumurtası azdır, yəqin ki, bu broyler toyuqlarına da təsir edir. Yəni istehsal azdır, ölkədə həm broyler, həm də kənd toyuğu yumurtasının istehsalı zəifləyib”.