Əməkdar artist kliniki ölüm keçiribmiş - AÇIQLAMA
Tarix: 9-12-2024, 16:16 |
Çap et
Əməkdar artist Firuzə İbadova kliniki ölüm keçirib.
Modern.az xəbər verir ki, müğənni bu barədə "Pərvizə görə" proqramında danışıb.
O bildirib ki, çəkiliş zamanı halı pisləşib və yıxılıb:
"Kliniki ölüm keçirtdim. Çəkiliş idi. Ramazan ayı idi. Xatun dedi ki, yanımızda siz də olun. Ölməyim ani oldu. Stress keçirdirdim, psixoloji düşüncələr yaranmışdı. Çox qapalı insanam. Hər şeyi qapayıram və qapıları örtürəm. Əlimi stola qoymaq istədim, əlim çatmadı və yıxıldım. Yaxşı ki, başım dəmir seyfə dəymədi. Yoxsa öləcəkdim. Təvili yardım çağırdılar. Təxminən 5 dəqiqədən sonra ayıldım. Uşaq, böyük insan ayaqları görürdüm. Otluqda insanlar gəzirdi".