Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər .....                     Tramp üç ölkəyə xəbərdarlıq edib .....                     “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir .....                     “Sako” ləqəbli tiktoker həbs edilib .....                     Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? .....                     Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək .....                     İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib .....                     Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi .....                     Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb .....                     “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Marsda su ilə bağlı .....                     Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib .....                     Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU .....                     Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır .....                     ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur .....                     Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır .....                     “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: .....                     Pənah Hüseynin partiyasına dövlət pul ayırıb .....                     Əhməd Əhmədovdan yeni xəbər .....                     Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... .....                     Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib .....                     "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... .....                     Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri .....                     İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir .....                     Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi .....                     Mirzoyan gülünc duruma düşdü: .....                     Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi .....                     Bakıda keçmiş rəis həbs edildi .....                     Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? .....                     Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI .....                     Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... .....                     Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? .....                     Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... .....                     "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." .....                     Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub .....                     "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır .....                     "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" .....                     Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... .....                     BP AGT rəhbərliyində yeni təyinatlar olub .....                 

Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Tarix: Bu gün, 11:34 | Çap et
Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri
Ermənistanın baş naziri Nikol Paşinyan yerli İctimai TV-yə son müsahibəsində Bakı və İrəvanın qarşılıqlı olaraq məhkəmə iddialarının geri götürülməsi imkanlarından da danışıb.

“Əgər biz həqiqi sülhə nail olsaq və sülh müqaviləsi imzalasaq, o zaman belə razılaşmanı nəzərdən keçirmək olar. Bu o deməkdir ki, keçmişdə baş vermiş hadisələrə görə nə biz, nə də onlar bir-birimizə qarşı iddia qaldırmalıyıq”, - deyə o bildirib. Heç şübhəsiz, İrəvan Azərbaycana qarşı işğalçılığın və bu işğalçılığın ölkəmizə, xalqımıza, ekologiyamıza vurduğu ağır zərbələrin bədələnin böyük olacağının fərqindədir. Bəs imzalanacaq sülh sənədindən sonra qarşılıqlı iddialardan imtina mümkündürmü? Ermənistanın baş nazirinin xüsusi tapşırıqlar üzrə keçmiş xüsusi nümayəndəsi, hazırda “Parlaq Ermənistan” partiyasının lideri Edmon Marukyan isə deyib ki, bir həftə əvvəl o, Azərbaycanın rəsmi nümayəndələri ilə görüşüb və onlar Bakının Ermənistana qarşı Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırmağa hazırlaşdığını bildiriblər. “Onlar bəyan ediblər ki, artıq yekun hesablamalar aparıblar və Ermənistan Respublikasından təxminən 1 trilyon dollar tələb etmək niyyətindədirlər. Dəqiqləşdirmə üçün soruşanda ki, artıq iddia təqdim edilibmi, mənə dedilər ki, sənədlər hazırlanır”, - Marukyan söyləyib.

Keçmiş xüsusi nümayəndə Azərbaycan nümayəndələrinin adlarını çəkməkdən imtina edib və onların yalnız rəsmi şəxslər olduğunu vurğulayıb. Bəzi məlumatlara görə, sülh müqaviləsi layihəsində razılaşdırılmayan məqamlardan biri də tərəflərin gələcəkdə nəinki beynəlxalq məhkəmələrdə bir-birinə qarşı iddia qaldırmamaq, hətta artıq qaldırılmış iddiaları geri götürmək öhdəliyi də yer alır. Az öncə Ermənistan bu məqamla bağlı razılaşmanın mümkünlüyünü bildirmişdi. Marukyan isə narahatlıq ifadə edib ki, hətta sülh sazişində beynəlxalq məhkəmələrdə iddialardan qarşılıqlı imtina bəndi razılaşdırılsa belə, Azərbaycanın heç vaxt Ermənistana qarşı iddia qaldırmayacağına dair mütləq təminat yoxdur. Sülh sənədi layihəsində belə bir bənd varmı? Marukyanın sözləri nədən xəbər verir? Təzminat ödəyə bilməyəcək Ermənistanın torpaq güzəştinə getməsi mümkündürmü?

Ümumiyyətlə, Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya son müsahibəsində Azərbaycanla sülh prosesi barədə yenə nikbin danışıb. Paşinyan birincisi, deyib ki, Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində müəyyən müsbət irəliləyişlər var. İkincisi, baş nazir bildirib ki, ilin sonuna qədər sülh müqaviləsinin imzalanması üçün hər şeyə hazırdır. Analitik Elxan Şahinoğlunun sözlərinə görə, ilin sonuna cəmi bir ay qalıb: “Paşinyanın "ilin sonuna qədər hər şeyə hazıram" sözlərindən belə çıxır ki, o, dekabr ayı ərzində Azərbaycanla sülh sazişini imzalamağa çalışacaq. Belədirsə, Nikol Paşinyan bir ay ərzində Ermənistan Konstutisiyasında Azərbaycana ərazi iddiasını ehtiva edən bəndi hansısa yolla əsas qanundan çıxarmalıdır. Bunsuz sülh sazişinin imzalanması mümkün deyil. Aydındır ki, konstitusiya dəyişikliyini reallaşdırmaq üçün referendum keçirməyə vaxt yoxdur. Paşinyan və onun komanda üzvləri referendumu növbəti parlament seçkilərindən sonraya saxlayıblar".

E.Şahinoğlunun fikrincə, Paşinyanın mövqeyi belədir ki, Ermənistan Konstitusiyası özündə Azərbaycan ərazisinə iddianı əks etdirən müstəqillik bəyannaməsinə yalnız qismən istinad edir: “Halbuki həmin bəyannamədə Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı konkret müddəa yer alıb və Ermənistan Konstitusiyasında bu müddəya istinad var. Ona görə Paşinyan də əsas qanunda müstəqillik bəyannatından qurtulmağın bir yolunu tapmalıdır. Əks halda, Paşinyanın bu ilin sonuna qədər sülh sazişinin imzalanması ümidi doğrulmayacaq. Rəsmi Bakının Ermənistan Konstitusiyasında dəyişiklik məsələsində geri addım atmayacağını Paşinyan və onun komandası anlamamış deyil. Konstitusiyadakı müddəa sülh sazişinin imzalanmasının qarşısındakı yeganə əngəldir. İki ölkə arasında sərhəd danışıqları davam edir, tərəflər Zəngəzur dəhlizi ilə bağlı da ortaq məxrəcə gəlməyə çalışırlar - bu iki istiqamətdə irəliləyişlər var. Paşinyan avqustun sonunda verdiyi açıqlamada Prezident İlham Əliyevin digər tələbi olan Minsk Qrupundan rəsmən imtina etməyə hazır olduğuna da eyham vurub. Deməli, Paşinyan sülhə, sabitliyə və çox arzuladığı regional əməkdaşlığa yeganə əngəli ortadan qaldırmalıdır”.

Siyasi şərhçi Fuad Əliyev isə hesab edir ki, bütün hallarda təzminat davası irəli sürülməlidir: “Ermənistan 30 il vurduğu maddi-mənəvi zərərdən belə asanlıqla yaxasını qurtara bilməz. Sülh sazişi barışıq sənədi ola bilər, amma vurulmuş ziyanı unutmaq sayılmır. Nikolun qorxusu budur ki, ya uzun illər kompensasiya ödəməli olacaqlar, ya da torpaq pay verməlidir. Beynəlxalq təcrübədə bu hal var. Ona görə də onun təklifi əsl erməni hiyləgərliyidir, sülh müqaviləsindən sonra Ermənistanın cəzasız qalmasını istəyir. Ancaq Azərbaycan dövləti buna razılaşmamalıdır. Bizim vətəndaşlarımızın əmlakları dağıdılıb, qəsb edilib, dini və mədəni abidələrimiz məhv olunub, kənd təsərrüfatına, enerji resurslarına, sərvətlərinə zərər yetirilib, istismar olunub. Bunları sülh müqaviləsinə görə bağışlaya bilmərik”.

F.Əliyev xatırladır ki, Azərbaycan Qarabağda enerji resurslarının talan olunmasına görə ayrıca iddia qaldırıb: “Hər bir Qarabağ sakini də Ermənistanı Avropa Məhkəməsinə verərək təzminat tələb edə bilər. Onların mal-mülkü dağıdılıb. Ümumən, işğal dönəmində fauna və flora məhv edilib, Kəlbəcərin qızılından tutmuş mis yataqlarına qədər yeraltı sərvətlərimiz mənimsənilib. Paşinyan bu həqiqətləri yaxşı dərk edir və indidən bu təklifləri səsləndirir. Fikrimcə, rəsmi Bakı buna razı olmayacaq, sülh mətnində də belə bir bənd yoxdur. Ermənistan ən yaxşı halda ərazi güzəşti ilə müəyyən qədər cəzadan özünü qurtara bilər. Bu ölkənin vurduğu zərər təxminən 800 milyard dəyərində hesablanır. Hətta bu rəqəm daha çox ola bilər”.

“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00
Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56
İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52
Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50
Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48
“Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40
Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38
Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35
Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31
Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12
Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08
“Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04
Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03
Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52
Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51
Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37
"3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36
Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34
İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30
Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29
Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26
Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24
Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20
Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18
Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14
Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11
Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06
Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04
"Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00
Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48
"Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45
"Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34
Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29
BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26
4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24
Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13
Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09
Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04
Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00
Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53
Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48
Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45
Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42
AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru