Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qərb mediasında, xüsusən də "Politico"nun Avropa nəşrini kəskin tənqid edib. Prezidentin köməkçisi "Politico"nun Avropa nəşrində "Azərbaycanın Avropaya qaz qambiti - Rusiya üçün yaxşı xəbərdir" dezinformasiyanın çirkin nümunəsi adlandırıb. Dezinformasiyadan istifadə trend olduğu kimi onunla mübarizədə yeni dövrün aktula şəkildə müzakirə olunan mövzuları sırasındadır. Bəs standartları örnək kimi təqdim olunan Qərb mediasında dezinformasiyadan istifadə edilməsinin arxasında nə dayanır?
Mövzu ilə bağlı siyasi şərhçi Rufiz Hafizoğlu və BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli Sputnik Azərbaycan-a danışıblar. Siyasi şərhçi Rufiz Hafizoğlu deyir ki, Qərb mediasında ikili standartlar təkcə Azərbaycana deyil, o cümlədən Ərəb ölkələrinə, Türkiyəyə, Rusiyaya qarşı tətbiq edilməkdədir. Ekspert hesab edir ki, Qərb mediası bir çox hallarda gündəmə gətirdiyi mövzular barədə yetərli informasiyaya malik deyil: "Azərbaycanla bağlı hər hansı mövzudan yazsalar da, əslində o mövzuya tam hakim deyillər. Qərbdən olan bir çox jurnalist həmkarlarımızla ünsiyyət zamanı da bunun şahidi olmuşam. Digər önəmli məqam Qərb mediasının siyasiləşməsi və vahid mərkəzdən idarə olunaraq müxtəlif dairələrin sifarişlərini yerinə yetirməsi ilə bağlıdır. Etiraf etməliyik ki, bu hər zaman belə olacaq. Qərbin hədəfində olan ölkələr onun mediasından fərqli mövqe gözləməməlidirlər".
"Ancaq dezinformasiyaya qarşı səssiz qalmaq olmaz. Azərbaycan və adını çəkdiyim digər ölkələr hər zaman dezinformasiyadan əziyyət çəkirlər. Bu da Qərb mediasının ikili standartları tətbiq etməsindən irəli gəlir. Bir çox hallarda kollektiv Qərb tərəfindən onun mövqeyini bölüşməyənlərə qarşı iki standartlar tətbiq etməsinin şahidi olmuşuq. Burada siyasi faktorlar, siyasi savadsızlıq və kütlənin idarəedilməsinə hesablanmış mövqe dayanır. Qeyd etməliyik ki, dünya mediasında standartlar yoxa çıxıb. Qərb bu gün dezinformasiyanı informasiya və söz azadlığı altında yayır. Biz mütəmadi müşahidə edirik ki, Qərb mediasında din, milli həssasiyyəti tənqid, təhqir olunur, onlara cavab verəndə isə radikallıqda ittiham edirlər", - Rufiz Hafizoğlu bildirib. BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli isə deyib ki, önəmli hadisələr ərəfəsində və yaxud onun baş verdiyi dövrdə Azərbaycanın dezinformasiya kampaniyası ilə üz-üzə qalması yeni bir şey deyil: "Azərbaycan əleyhinə yayılan məlumatlar bir çox hallarda dəqiqləşdirilməmiş və saxta olur. İndi də COP29 dövründə Fransa Prezidenti Emmanuel Makronun drijorluğu altında bu kampaniya aparılır. Bütün bu kampaniyalar öz məqsədinə çata bilmir. Amma biz buna görə deyə bilmərik ki, bütünlükdə Qərb mediası öz prinsiplərindən geri çəkilib. Azərbaycana qarşı haqsızlıq və yalan məlumatlar var, ancaq bunu bütövlükdə Qərb mediasında böhranı kimi qiymətləndirmək çətindir".
Professor deyir ki, dezinformasiyaların qarşısını almaq üçün həmin media qurumlarının Azərbaycanda fəaliyyətinə imkanlar yaradılmalıdır: "Birbaşa təmaslar qurulmalıdır ki, gerçəyi buradan yazsınlar. Dezinformasiyanın bütünlüklə qarşısını almaq mümkünsüzdür. Bir vaxtlar ABŞ dezinformasiya ilə mübarizə üçün vəsait ayırmışdı. Lakin bu özünü doğrultmadı. Dezinformasiyanın qarşısını almaq üçün nüfuzlu media qurumların imkanlarından istifadə edilməlidir. Vaxtilə SSRİ-yə qarşı aparılan informasiya müharibəsində sərhədlər boyunca çox böyük qurğular tikdilər, amma heç bir faydası olmadı. Yəni, dezinformasiya ilə mübarizə üçün mütəhərrik metodlardan istifadə edilməlidir". Qulu Məhərrəmli COP29-un Azərbaycanda keçirilməsini ölkəmiz üçün uğurlu "piar" kampaniyası olduğunu və dezinformasiyaların bu uğur qarşısında kölgədə qaldığını deyib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Bu gün, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Bu gün, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Bu gün, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Bu gün, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Bu gün, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Bu gün, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Bu gün, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Bu gün, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Bu gün, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Bu gün, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Bu gün, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Bu gün, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Bu gün, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Bu gün, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Bu gün, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Bu gün, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Bu gün, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25 |
|
|
|
• Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21 |
|
|
|
• Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18 |
|
|
|
• Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10 |
|
|
|
• “2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06 |
|
|
|
• NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05 |
|
|
|
• Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03 |
|
|
|
• Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38 |
|
|
|
• Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
• Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25 |
|
|
|
• Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22 |
|
|
|
• Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21 |
|
|
|
• Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18 |
|
|
|
|