Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Tarix: 26-10-2024, 14:00 | Çap et
“Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnaməsi Azərbaycana qarşı növbəti haqsızlıqdır. Avropa Parlamentinin bu siyasəti təkcə Azərbaycanla kifayətlənmir. Avropa Parlamenti xüsusilə İslam və türk dövlətlərini bu tip qətnamələrlə hədəf alır. Amma soyqırıma və işğalçılıq siyasətinə məruz qalmış, bir milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üzləşmiş Azərbaycana 30 ildə heç bir ciddi maliyyə yardımı ayrılmayıb. Ölkəmizin haqq səsinə BMT xaric heç bir beynəlxalq təşkilat, eləcə də Avropa Parlamenti səs verməyib. Təcavüzkar Ermənistana isə həm dünən, həm də bu gün ciddi maliyyə və hərbi yardımlar göstərilir, onunla siyasi-mənəvi həmrəylik nümayiş olunur. Bu faktın özü Avropa Parlamentinin, Qərb dövlətlərinin ikili standartlarından, ədalətsiz yanaşmasından xəbər verir. Avropa Parlamentində Gürcüstanla bağlı da 3 oxşar qətnamə qəbul edilib. Zaman-zaman Avropa Parlamentinin qardaş Türkiyə ilə bağlı da qərəzli münasibətinə şahid olmuşuq. Bu, hər şeydən öncə Qərbin qlobal siyasətdə qərəzli, ədalətsiz münasibətindən xəbər verir. Buna bir çox nümunələr göstərə bilərik. Avropa Parlamentinin Azərbaycanla bağlı məlum qətnaməsi göstərir ki, Qərbdə ölkəmizin uğurlarını həzm edə bilməyən kifayət qədər qüvvə var və onlar bu yolla ölkəmizə süni maneələr yaratmağa çalışırlar. Bu baxımdan, Avropa Parlamentinin sözügedən qətnaməsinin qərəz və hikkədən irəli gəldiyi birmənalıdır. Lakin Avropa Parlamenti bilməlidir ki, 30 il ərzində Ermənistan və onun havadarlarının işğal siyasəti ilə barışmayan, sonda öz sözünü qətiyyətlə deyən, ərazi bütövlüyünü, suverenliyini bərpa edən Azərbaycanı bu cür əsassız, pafoslu qətnamələrlə qorxutmaq, onu geri çəkilməyə vadar etmək mümkün deyil. Heç bir sanksiya Azərbaycanı öz mili maraqlarını qorumaqdan, öz ərazi bütövlüyünün, suverenliyinin keşiyində dayanmaqdan geri addım atmağa vadar edə bilməz. Heç bir təhdid dövlətimizi öz haqlı mübarizəsindən döndərə bilməyəcək. Qərbi Azərbaycan İcması da AP-nin qərəzli qətnaməsi ilə bağlı bəyanat yayıb. İcmanın bəyanatında vurğulanıb ki, beynəlxalq konvensiyalar iştirakçı dövlətlərin üzərinə Azərbaycan xalqına qarşı törədilən sistematik hüquq pozuntuları ilə bağlı konkret öhdəlik qoysa da, onların bir çoxu, ələlxüsus qərb ölkələri, bu məsələyə biganə yanaşıblar. Onlar nəinki bu hüquq pozuntularına göz yummuş, hətta Ermənistanı işğal və etnik təmizləmə kimi bədnam əməllərini davam etdirməyə cəsarətləndirmiş və regionda sülhün bərqərar olmasına həmişə əngəl törədiblər: "Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə regionda dayanıqlı sülh üçün perspektivlərin ortaya çıxmasından narahat olan sözügedən qüvvələr öz pozucu əməllərini daha da fəallaşdırıblar. Daha çox parlament xətti ilə həyata keçirilən bu bədnam fəaliyyətlərdə ABŞ Konqresi, Avropa Parlamenti, Fransa, Niderland və digər dövlətlərin parlamentləri xüsusilə canfəşanlıq edirlər. Onilliklər ərzində azərbaycanlıların Ermənistan ərazisindən və vaxtilə işğal edilmiş Azərbaycan ərazilərindən etnik təmizləməyə məruz qalmasına, onların qayıdışına imkan verilməməsinə, mədəni irsinin sistematik şəkildə dağıdılmasına dəstək verən həmin ikiüzlü qüvvələr bütün bu əməllərin qurbanı olmuş Azərbaycana qarşı olmazın ittihamlar irəli sürürlər. Avropa Parlamentinin qəbul etdiyi növbəti bədnam qətnamə bu qəbildəndir. Avropa Parlamenti bu qətnamə ilə məlum dairələrin Azərbaycana qarşı COP29 ərəfəsində intensivləşən qarayaxma kampaniyasına öz “töhfəsini” vermiş olur. Azərbaycan və Ermənistan liderlərinin Kazanda görüşdüyü gündə Avropa Parlamenti tərəfindən belə bir sənədin qəbul edilməsi gülüncdür. Qərbi Azərbaycan İcması olaraq, Avropa Parlamentinin və qeyrilərinin Azərbaycan xalqına qarşı etnik və dini əsasda ayrı-seçkilik aparan, bölgədə yenidən münaqişəni yaratmağa xidmət edən cəhdlərini və bu mənfur əməllərinə “insan hüquqlarının müdafiəsi” donu geyindirmək cəhdlərini sərt şəkildə qınayırıq".
Politoloq Abutalıb Səmədov "Sherg.az"a açıqlamasında deyib ki, Avropa Parlamentinin və ona bənzər qurumların Azərbaycan əleyhinə qərarlar qəbul etməsi bir neçə mühüm səbəblə bağlıdır. Ekspertin sözlərinə görə, Azərbaycanın bütün ərazilərində suverenliyimizin təmin olunmasına qarşı Qərb əlindən gələni etdi:
"ABŞ Dövlət Departamenti rəsmisi Senatdakı müzakirələrdə qəti şəkildə bəyan etdi ki, ABŞ Azərbaycanın Qarabağ ermənilərinə qarşı zor tətbiq etməsinə imkan verməyəcək. Yəni əvvəlcədən məlum idi ki, antiterror tədbirləri hazırlanır və təqribən bir həftə əvvəl bu cür bəyanat verdi. Bəyanatdan təqribən üç gün sonra Türkiyədə görüş keçirildi. ABŞ-nin, Avropa Birliyinin, Rusiyanın iştirakı ilə antiterror tədbirlərinin qarşısını almağa son cəhd göstərildi. Sentyabrın 19-20 aralığında keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycanın suverenliyi təmin olundu. Bu, son yüz ilin ən mühüm hadisəsi idi. Ardınca ermənilər könüllü şəkildə, heç bir təzyiqə məruz qalmadan Azərbaycanı tərk etdilər. Nəticədə erməni separatizminə son qoyuldu. Qərb təbii ki, bunu qəbul etmir, erməniləri nəyin bahasına olursa-olsun, geri qaytarmağa çalışırlar. Azərbaycanı "etnik təmizləmə"də bəzən hətta "soyqırımda" günahlandırırlar".
A.Səmədov vurğulayıb ki, belə cəhdlər bundan sonra da davam edəcək: "Ermənilərin Qarabağda qalması Azərbaycana təzyiq üçün əlavə imkanlar yaradır. Qərb də bu imkanları əlində saxlamağa çalışır. Xatırladım ki, məhz həmin proseslər yaşanarkən COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olundu. Qərb dairələri Azərbaycanı təcrid etmək istəyirdilər, sanksiyaların tətbiqinə can atırdılar və bu məqamda yekdilliklə COP29-un Bakıda keçirilməsi barədə qərar qəbul olundu. Bu, Azərbaycanın çox böyük uğurudur. Digər yandan Azərbaycanın müstəqil siyasəti çoxlarını qane etmir. Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də bu məqsədə xidmət edir. Çox təəssüf ki, hələ də anlamayıblar ki, bu cür cəhdlərin heç bir nəticəsi yoxdur və olmayacaq".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanlılara nəzarət edən FTX zabiti tutuldu - TƏFƏRRÜAT
Bu gün, 10:23 |
|
|
|
• Rayonları bir-bir gəzən “Proqgress İnşaat EN” indi də... - İLGİNC FAKTLAR...
Bu gün, 10:21 |
|
|
|
• 434 deputatın Bakıya sanksiya tətbiqi çağırışı - NƏ ETMƏLİ?
Bu gün, 10:13 |
|
|
|
• Yeni il ərəfəsində quş əti bahalaşıb? - AÇIQLAMA
Bu gün, 10:04 |
|
|
|
• Mesajlar düz hədəfə dəyib və Makronu dəli edib - FAKT BUDUR!
Bu gün, 10:02 |
|
|
|
• Anasına baxdığına görə qonşusunu və onun dayısını bıçaqlayan şəxslə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:58 |
|
|
|
• “Kontakt Home” müştəriyə yenə xarab məhsul satdı - ETİRAZ VAR...
Bu gün, 09:57 |
|
|
|
• Rusiya qapısı azərbaycanlıların üzünə bağlanır? - NƏ BAŞ VERİR?
Bu gün, 09:54 |
|
|
|
• Bakıda nə planlaşdırılır? – Gərginlik artır: Savaşa onlar göndərilir
Bu gün, 09:41 |
|
|
|
• Azad edilmiş ərazilərdə müasir idman infrastruktları yaradılır - ŞƏRH
Bu gün, 09:32 |
|
|
|
• Bu həftə bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq
Bu gün, 09:30 |
|
|
|
• "Məhkəmə qərarını yerinə yetirməyə borcludurlar..." - Ekspert danışır...
Bu gün, 09:29 |
|
|
|
• Sülh sərhəddə imzalanacaq - Dəhliz bu qayda ilə açılmalıdır... - AKTUAL
Bu gün, 09:25 |
|
|
|
• Son qərar üçün AZ VAXT QALDI - Bir neçə aya gerçəkləşə bilər
Bu gün, 09:23 |
|
|
|
• Dünyanın bölüşdürülməsində biz də varıq! – İlk dəfə
Bu gün, 09:22 |
|
|
|
• Marneulideə ibtidai haqqlarımız TƏMİN OLUNDU - FOTOFAKT
Bu gün, 09:20 |
|
|
|
• COP29 əleyhinə total hücum kampaniyasını təşkil edənlər faş olub... - məşhur adlar, şirkətlər..; cavabımız nə olmalıdır?
Bu gün, 09:14 |
|
|
|
• AZƏRİQAZ MÖCÜZƏSİ: Evinə TULLAN KEÇ... - "600 manat rüşvət istəyirlər..."
Bu gün, 09:10 |
|
|
|
• “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur” - Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir
Bu gün, 09:06 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd təşkil etməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 09:01 |
|
|
|
• "Aqronom küskün həyat tərzi yaşayır..." - Şəhid anasından PREZİDENTƏ MÜRACİƏT
Bu gün, 09:00 |
|
|
|
• “Mayası nominalından 8-10 dəfə baha olan qəpik kimə lazımdır?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:56 |
|
|
|
• Bu gün idmançılarımız Müzəffər Azərbaycan xalqını təmsil edirlər - İsrafil Kərimovun yazısı
Bu gün, 08:51 |
|
|
|
• Azərbaycanla münasibətlərdə Tramp üçün geri dönüşü çətin olacaq vəziyyət yaratmaq istəyirlər - FAKT BUDUR!
Bu gün, 08:50 |
|
|
|
• BONA DEA HOSPİTAL-da peyvəndi RED BULL soyuducusunda saxlayırlar... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:48 |
|
|
|
• FHN şefinin ŞÜBHƏLİ TENDER oyunu - BU NƏDİ BELƏ?..
Bu gün, 08:37 |
|
|
|
• "Bu heç şeytanın da ağlına gəlməzdi..." - GİLEY
Bu gün, 08:32 |
|
|
|
• Paşinyan MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyəcək - camaata xəstəlik keçirə bilər, deyə...
Bu gün, 08:25 |
|
|
|
• Naxçıvan eli səndən narazıdır, cənab CANİŞİN - BU DA BELƏ...
Bu gün, 08:24 |
|
|
|
• Bu ifadə generalın sonunu gətirə bilər - Polkovnik məhkəmədə elə faktlar açdı ki…
Bu gün, 07:07 |
|
|
|
• Tiktokda əxlaqsızlıq təbliği… – Xalq şairi çağırış etdi
Bu gün, 07:01 |
|
|
|
• "Gəncə-Quşçuluq" ASC də dövlətə borclu imiş... - FOTO
Bu gün, 06:56 |
|
|
|
• Nazirlik Sevinc İsgəndərovadan 262 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 06:51 |
|
|
|
• Əhali arasında yayılan dəhşətli 'VİRUS'... - Azərbaycan üçün böyük TƏHLÜKƏ
Bu gün, 06:48 |
|
|
|
• Mərkəzi bankın 3 qəpiklik ŞOUSU - baha başa oturdu....
Bu gün, 06:40 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” AYRILAN PULLARI YEYİB? - NARAZILIQ VAR
Bu gün, 06:36 |
|
|
|
• İran elitası silkələnir: Pezeşkian istefa verir? – Son durum
Bu gün, 06:22 |
|
|
|
• Qanuna tabe olub, qanunsuzluqla üzləşən vətəndaş problemi necə həll edə bilər? - NƏ ETMƏLİ?
Bu gün, 00:14 |
|
|
|
• İrəvanda Qarabağ mübahisəsi: yenidən günahkar axtarışında - GƏLİŞMƏ
Bu gün, 00:11 |
|
|
|
• DSMF ödənişi və minimum pensiya kapitalı artır: Bu zərərli qanunlar ləğv edilsin... - ÇAĞIRIŞ
Dünən, 23:27 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir - Uraloğlu
Dünən, 23:24 |
|
|
|
• 5 dəqiqəyə 20 minin xərclənməsi... - “TikTok”da çirkli pullar necə yuyulur?
Dünən, 20:27 |
|
|
|
• Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL... - FAKT BUDUR!
Dünən, 19:00 |
|
|
|
• Deputat: “ABŞ səfirliyinin qərəzli fikirləri diplomatiyaya ziddir”
Dünən, 18:58 |
|
|
|
• Minimum əməkhaqqı ARTIRILDI - "1000 manat da ola bilər amma..."
Dünən, 18:05 |
|
|
|
• Azərbaycan üzən məzənnə rejiminə KEÇİR? - Dolların kursu və manatın məzənnəsi isə...
Dünən, 18:00 |
|
|
|
• "Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib
Dünən, 17:58 |
|
|
|
• “Serdar Ortac canlı yayında məni dinləyib ağladı” - VİDEO
Dünən, 17:16 |
|
|
|
• Bundan sonra utanıb siçan deşiyinə girsinlər – Fürsətdir!
Dünən, 17:09 |
|
|
|
• Fransanın yerini hansı dövlət tutub? - İNCƏLƏMƏ
Dünən, 17:04 |
|
|
|
|