Azərbaycanlılara nəzarət edən FTX zabiti tutuldu .....                     Rayonları bir-bir gəzən “Proqgress İnşaat EN” indi də... .....                     434 deputatın Bakıya sanksiya tətbiqi çağırışı .....                     Yeni il ərəfəsində quş əti bahalaşıb? .....                     Mesajlar düz hədəfə dəyib və Makronu dəli edib .....                     Anasına baxdığına görə qonşusunu və onun dayısını bıçaqlayan şəxslə bağlı QƏRAR .....                     “Kontakt Home” müştəriyə yenə xarab məhsul satdı .....                     Rusiya qapısı azərbaycanlıların üzünə bağlanır? .....                     Bakıda nə planlaşdırılır? .....                     Azad edilmiş ərazilərdə müasir idman infrastruktları yaradılır .....                     Bu həftə bələdiyyə seçkiləri ilə əlaqədar .....                     "Məhkəmə qərarını yerinə yetirməyə borcludurlar..." .....                     Sülh sərhəddə imzalanacaq - Dəhliz bu qayda ilə açılmalıdır... .....                     Son qərar üçün AZ VAXT QALDI .....                     Dünyanın bölüşdürülməsində biz də varıq! .....                     Marneulideə ibtidai haqqlarımız TƏMİN OLUNDU .....                     COP29 əleyhinə total hücum kampaniyasını təşkil edənlər faş olub... .....                     AZƏRİQAZ MÖCÜZƏSİ: Evinə TULLAN KEÇ... .....                     “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur” .....                     "Məşədi Dadaş"ın imamına sui-qəsd təşkil etməkdə təqsirləndirilən şəxsə .....                     "Aqronom küskün həyat tərzi yaşayır..." .....                     “Mayası nominalından 8-10 dəfə baha olan qəpik kimə lazımdır?” .....                     Bu gün idmançılarımız Müzəffər Azərbaycan xalqını təmsil edirlər .....                     Azərbaycanla münasibətlərdə Tramp üçün geri dönüşü çətin olacaq vəziyyət yaratmaq istəyirlər .....                     BONA DEA HOSPİTAL-da peyvəndi RED BULL soyuducusunda saxlayırlar... .....                     FHN şefinin ŞÜBHƏLİ TENDER oyunu .....                     "Bu heç şeytanın da ağlına gəlməzdi..." .....                     Paşinyan MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyəcək .....                     Naxçıvan eli səndən narazıdır, cənab CANİŞİN .....                     Bu ifadə generalın sonunu gətirə bilər .....                     Tiktokda əxlaqsızlıq təbliği… .....                     "Gəncə-Quşçuluq" ASC də dövlətə borclu imiş... .....                     Nazirlik Sevinc İsgəndərovadan 262 min manata ofis icarəyə götürüb .....                     Əhali arasında yayılan dəhşətli 'VİRUS'... .....                     Mərkəzi bankın 3 qəpiklik ŞOUSU .....                     “Bakı Abadlıq Xidməti MMC” AYRILAN PULLARI YEYİB? .....                     İran elitası silkələnir: Pezeşkian istefa verir? .....                     Qanuna tabe olub, qanunsuzluqla üzləşən vətəndaş problemi necə həll edə bilər? .....                     İrəvanda Qarabağ mübahisəsi: yenidən günahkar axtarışında .....                     DSMF ödənişi və minimum pensiya kapitalı artır: Bu zərərli qanunlar ləğv edilsin... .....                 

TUSAŞ hücumunun arxasında kimlər dayanır, məqsədləri nədir - Türkiyədə terror dalğası
Tarix: 24-10-2024, 20:14 | Çap et
TUSAŞ hücumunun arxasında kimlər dayanır, məqsədləri nədir
Oktyabrın 23-də Türkiyənin paytaxtı Ankara yaxınlığında Kahramankazanda TUSAŞ mərkəzinə hücumu PKK təşkil edib. Türkiyə DİN hücumçuların terror qruplaşması üzvü olduğunu bildirir. Hücum nəticəsində 5 nəfər ölüb, 22 nəfər isə yaralanıb.

Terror hücumu Türkiyədə son 3 həftədir davam edən PKK müzakirələri və MHP sədri Devlet Bahçelinin oktyabrın 22-də Abdullah Öcalanın PKK-nı ləğv edib silahı yerə qoyması qarşılığında ömürlük məhkumlar üçün tətbiq olunan “ümid haqqı” və parlamentdə DEM Partiyasının (keçmiş HDP) fraksiya toplantısında çıxış etmək çağırışından bir gün sonra baş verdi. Bu səbəbdən də terror aktının təxminən 10 ildən sonra yenidən gündəmə gələn PKK-nın tərk-silah edilməsini nəzərdə tutan “həll prosesi”nə maneə cəhdi kimi qiymətləndirilir.

Məsələ ondadır ki, Devlet Bahçelinin çağırışı prezident Ərdoğan, Ana müxalifət partiyası CHP-nin sədri Özgür Özəl və DEM Partiyası tərəfindən müsbət qarşılanıb. Barışıq prosesinin Türkiyə üçün müsbət nəticələr doğuracağı çağırışı edilib.

İlk baxışdan görünən mənzərə budur ki, PKK-nın silahlı qanadı MHP sədrinin başlatdığı və güman ki, hakimiyyətin planı olan PKK-nın tərk-silah edilməsi qarşılığında Öcalanın azad edilməsi və ya ümumi əfv elanı ilə nəticələnəcək prosesi pozmağa çalışıb.

BAXCA.jpg (48 KB)

Yeri gəlmişkən, MHP sədrinin məlum açıqlamasından az sonra 43 aylıq qadağadan sonra PKK lideri Öcalanın həbsxanada görüş icazəsi verilib. Öcalanla İmralı adasında görüşən DEM partiyasından olan deputat, qardaşı oğlu Ömər Öcalan deyib ki, əmisi şərtlər olarsa, prosesi zorakılıq və qarşıdurmadan hüquqi və siyasi zəminə keçirmək üçün nəzəri və praktik gücə sahib olduğunu deyib.

TUSAŞ mərkəzinə hücum göstərdi ki, bu məsələdə Öcalanın ciddi rəqibləri var. Onlar bu prosesin baş verməsini istəmir. TUSAŞ terroru Türkiyədə PKK-ya qarşı nifrəti yenidən körükləyib və PKK-ya qarşı yeganə yol olaraq silahlı güc tətbiqi tərəfdarı olan, o cümlədən, uzun illər ərzində PKK terrorundan əziyyət çəkmiş, yaxınlarını itirmiş insanların, necə deyərlər, yaralarını təzələyib.

İndi əsas sual PKK-nın bu terroru indi həyata keçirməsidir. Bilindiyi kimi, Türkiyə daxilində terror aktları son illərdə ciddi şəkildə azalıb. Bu ilin yanvarında İstanbulda kilsəyə İŞİD-in üzərinə götürdüyü terror aktını çıxmaq şərti ilə sonuncu dəfə terror hücumu ötən il oktyabrın 1-də Ankarada baş vermişdi. Üstəlik nəzəri baxımdan Bahçelinin təklifi Öcalan, PKK və onun Türkiyədəki tərəfdarları üçün göydəndüşmə fürsət idi.
A.Öcalan 25 ildir məhbusdur, xüsusən də son 3,5 ildir ki, tamamilə təcriddədir və MHP sədrinin təşəbbüsü Öcalana tam azadlıq verməsə belə, cəza şərtlərini xeyli dərəcədə yüngülləşdirməyi nəzərdə tutur. Hazırda siyasi prosesə daxil olması, məhkumluq şərtlərinin yüngülləşdirilməsi Öcalan üçün hava-su kimi lazımdır. Bu səbəbdən də Öcalan dərhal müsbət cavab verdi. Eləcə də PKK-nın siyasi qanadı hesab olunan DEM Partiyası və onun 7 ildən çoxdur məhkumluq həyatı yaşayan lideri Səlahəddin Dəmirtaş da təşəbbüsü məmnuniyyətlə qarşıladığını açıqladı. Belə olan halda sual yaranır ki, o zaman hücumun arxasında kim və ya kimlər var?
Şübhəli siyahısı isə kifayət qədər genişdir. İlk ağıla gələn terror təşkilatının hərbi qanadının liderləridir. Hazırda İraqın şimalında və Suriyada gizlənən PKK terror təşkilatının silahlı qanad liderləri PKK-nın silahı buraxması və hərbi əməliyyatları dayandırmasından məmnun olmaya bilər. Çünki onların hər biri çoxlu sayda insanlıq əleyhinə cinayətlərə, terrora imza atıb və anlayırlar ki, barışıq prosesində onlar kənarda qalacaqlar. Başqa sözlə, terrorun bitməsi mağaralarda gizlənən PKK silahlı komandirləri üçün əlverişli olmaya bilər.

İkinci şübhəli, PKK-nın Suriya qanadı PYD və onun hərbi qolu olan YPG-dir. Bu qruplaşma 2002-ci ildə Öcalanın həbsxanadan göndərdiyi təlimatlar əsasında yaradılıb və 2011-ci ildə Suriyada baş verən vətəndaş müharibəsində güc qazanıb, hazırda Suriyanın 4 vilayətini birləşdirən qeyri-rəsmi kürd muxtariyyətini idarə edir. PYD və YPG Bahçelinin barışıq təklifindən məmnun qalmaya bilər. Çünki Türkiyə hökuməti PKK ilə barışıq və silahı yerə qoymağı razılaşsa, o zaman Suriyadakı kürd separatizmi təklənəcək və istər siyasi, istərsə də ideoloji, maddi və insani dəstəyini itirəcək. Bu səbəbdən də PYD üçün barışıq planı əlverişli deyil.

Üçüncü amil xarici gücdür. PKK vahid orqanizm deyil, təşkilat daxilində fərqli xarici dövlətlərin xüsusi xidmətlərinin təsiri altında olan qruplar var. Mümkündür ki, 23 oktyabr sifarişini Türkiyədə başlayan bu prosesi dayandırmaq istəyən ölkənin xüsusi xidmət orqanları sifariş verib.

Dördüncü amil, daxili qruplar. Türkiyə daxilində, dövlətin içərisində müəyyən qrup antiterror əməliyyatlarının bitməsi və PKK-nın silahı yerə qoymasını istəməyən qruplar mövcud olub. Bu cür qruplar daha əvvəl də olub və hakimiyyət bu qrupları fərqli adlarla ittiham edib. Səbəbi və məqsədi nə olursa olsun, sirr deyil ki, Türkiyə dövləti içərisində güclü dayaqları olan və PKK məsələsində barışmaz xətt tutan, eləcə də hakimiyyətlə gizli rəqabətdə olan qruplar mövcuddur. Mümkündür ki, hakimiyyətin Öcalana barışıq təşəbbüsünü baltalamaq üçün daxildəki qruplar bu hücumu sifariş verib.

Ancaq o da məlumdur ki, hər kəs bu terror aktının hansı məqsədlə (kim tərəfindən sifariş verilməsindən asılı olmayaraq – K.R.) törədildiyini anlayır. Bu səbəbdən də TUSAŞ terrorunun ölkədə etnik nifrəti qızışdırdığını və ya siyasi sabitliyi laxladacağını demək olmaz. Lakin o da məlumdur ki, Bahçelinin başlatdığı proses müəyyən mənada arxa plana keçəcək. Ən azı yaxın dövr üçün.

Kənan Rövşənoğlu
Musavat.com








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanlılara nəzarət edən FTX zabiti tutuldu - TƏFƏRRÜAT
Bu gün, 10:23
Rayonları bir-bir gəzən “Proqgress İnşaat EN” indi də... - İLGİNC FAKTLAR...
Bu gün, 10:21
434 deputatın Bakıya sanksiya tətbiqi çağırışı - NƏ ETMƏLİ?
Bu gün, 10:13
Yeni il ərəfəsində quş əti bahalaşıb? - AÇIQLAMA
Bu gün, 10:04
Mesajlar düz hədəfə dəyib və Makronu dəli edib - FAKT BUDUR!
Bu gün, 10:02
Anasına baxdığına görə qonşusunu və onun dayısını bıçaqlayan şəxslə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:58
“Kontakt Home” müştəriyə yenə xarab məhsul satdı - ETİRAZ VAR...
Bu gün, 09:57
Rusiya qapısı azərbaycanlıların üzünə bağlanır? - NƏ BAŞ VERİR?
Bu gün, 09:54
Bakıda nə planlaşdırılır? – Gərginlik artır: Savaşa onlar göndərilir
Bu gün, 09:41
Azad edilmiş ərazilərdə müasir idman infrastruktları yaradılır - ŞƏRH
Bu gün, 09:32
Bu həftə bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq
Bu gün, 09:30
"Məhkəmə qərarını yerinə yetirməyə borcludurlar..." - Ekspert danışır...
Bu gün, 09:29
Sülh sərhəddə imzalanacaq - Dəhliz bu qayda ilə açılmalıdır... - AKTUAL
Bu gün, 09:25
Son qərar üçün AZ VAXT QALDI - Bir neçə aya gerçəkləşə bilər
Bu gün, 09:23
Dünyanın bölüşdürülməsində biz də varıq! – İlk dəfə
Bu gün, 09:22
Marneulideə ibtidai haqqlarımız TƏMİN OLUNDU - FOTOFAKT
Bu gün, 09:20
COP29 əleyhinə total hücum kampaniyasını təşkil edənlər faş olub... - məşhur adlar, şirkətlər..; cavabımız nə olmalıdır?
Bu gün, 09:14
AZƏRİQAZ MÖCÜZƏSİ: Evinə TULLAN KEÇ... - "600 manat rüşvət istəyirlər..."
Bu gün, 09:10
“Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur” - Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir
Bu gün, 09:06
"Məşədi Dadaş"ın imamına sui-qəsd təşkil etməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 09:01
"Aqronom küskün həyat tərzi yaşayır..." - Şəhid anasından PREZİDENTƏ MÜRACİƏT
Bu gün, 09:00
“Mayası nominalından 8-10 dəfə baha olan qəpik kimə lazımdır?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:56
Bu gün idmançılarımız Müzəffər Azərbaycan xalqını təmsil edirlər - İsrafil Kərimovun yazısı
Bu gün, 08:51
Azərbaycanla münasibətlərdə Tramp üçün geri dönüşü çətin olacaq vəziyyət yaratmaq istəyirlər - FAKT BUDUR!
Bu gün, 08:50
BONA DEA HOSPİTAL-da peyvəndi RED BULL soyuducusunda saxlayırlar... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:48
FHN şefinin ŞÜBHƏLİ TENDER oyunu - BU NƏDİ BELƏ?..
Bu gün, 08:37
"Bu heç şeytanın da ağlına gəlməzdi..." - GİLEY
Bu gün, 08:32
Paşinyan MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyəcək - camaata xəstəlik keçirə bilər, deyə...
Bu gün, 08:25
Naxçıvan eli səndən narazıdır, cənab CANİŞİN - BU DA BELƏ...
Bu gün, 08:24
Bu ifadə generalın sonunu gətirə bilər - Polkovnik məhkəmədə elə faktlar açdı ki…
Bu gün, 07:07
Tiktokda əxlaqsızlıq təbliği… – Xalq şairi çağırış etdi
Bu gün, 07:01
"Gəncə-Quşçuluq" ASC də dövlətə borclu imiş... - FOTO
Bu gün, 06:56
Nazirlik Sevinc İsgəndərovadan 262 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 06:51
Əhali arasında yayılan dəhşətli 'VİRUS'... - Azərbaycan üçün böyük TƏHLÜKƏ
Bu gün, 06:48
Mərkəzi bankın 3 qəpiklik ŞOUSU - baha başa oturdu....
Bu gün, 06:40
“Bakı Abadlıq Xidməti MMC” AYRILAN PULLARI YEYİB? - NARAZILIQ VAR
Bu gün, 06:36
İran elitası silkələnir: Pezeşkian istefa verir? – Son durum
Bu gün, 06:22
Qanuna tabe olub, qanunsuzluqla üzləşən vətəndaş problemi necə həll edə bilər? - NƏ ETMƏLİ?
Bu gün, 00:14
İrəvanda Qarabağ mübahisəsi: yenidən günahkar axtarışında - GƏLİŞMƏ
Bu gün, 00:11
DSMF ödənişi və minimum pensiya kapitalı artır: Bu zərərli qanunlar ləğv edilsin... - ÇAĞIRIŞ
Dünən, 23:27
Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir - Uraloğlu
Dünən, 23:24
5 dəqiqəyə 20 minin xərclənməsi... - “TikTok”da çirkli pullar necə yuyulur?
Dünən, 20:27
Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL... - FAKT BUDUR!
Dünən, 19:00
Deputat: “ABŞ səfirliyinin qərəzli fikirləri diplomatiyaya ziddir”
Dünən, 18:58
Minimum əməkhaqqı ARTIRILDI - "1000 manat da ola bilər amma..."
Dünən, 18:05
Azərbaycan üzən məzənnə rejiminə KEÇİR? - Dolların kursu və manatın məzənnəsi isə...
Dünən, 18:00
"Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib
Dünən, 17:58
“Serdar Ortac canlı yayında məni dinləyib ağladı” - VİDEO
Dünən, 17:16
Bundan sonra utanıb siçan deşiyinə girsinlər – Fürsətdir!
Dünən, 17:09
Fransanın yerini hansı dövlət tutub? - İNCƏLƏMƏ
Dünən, 17:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru