Bununla bağlı "DİA-AZ"- yerli RİH-dən münasibət açıqlanıb. Həmin göndərini olduğu kimi təqdim edirik:
"Sosial şəbəkələrdə qaldırılan məsələ ilə əlaqədar bildiririk ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində, dəniz kənarında qazıntı işlərinin aparıldığı torpaq sahəsi Bak Şəhər İcra Hakimiyyəti başçısının 26.08.2024-cü il tarixli, 148 saylı sərəncamı əsasında “Nardaran İnvest” MMC-nin istifadəsinə verilmişdir. “Nardaran İnvest” MMC hal-hazırda həmin ərazidə torpaq bərkitmə və yol inşası işləri həyata keçirilir. Nəzərinizə çatdırırıq ki, Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən sahilyanı ərazilərin qumunun daşınmasının qarşısının alınması istiqamətində mütəmadi monitorinqlər həyata keçirilir".