Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Seydimli kəndində keçirilib - FOTO
Tarix: 24-10-2024, 17:17 | Çap et
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Seydimli kənd İƏD üzrə nümayəndəliyin Seydimli kəndində keçirilib. Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Pərviz Hüseynov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. Əvvəlcə icra başçısı şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Seydimli kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb, bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur. Qeyd olunub ki, Seydimli kəndinin 1032 hektar ərazisi, 695 təsərrüfatı, 2750 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 körpələr evi uşaq bağçası, 1 tibb məntəqəsi, 1 kitabxana, 13 ticarət obyekti, 7 iaşə obyekti, 2 məişət obyekti faəliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 1061 baş iribuynuzlu, 2032 baş xırdabuynuzlu heyvan, 13340 baş quş, 261 arı ailəsi saxlayırlar. Son üç ildə Seydimli kəndində su arxları 2800 m məsafədə lildən təmizlənib, kənd arası yollar 4000 metr çınqıl daşı ilə təmir edilib, kənd ərazisində 130 ədəd eldar şamı əkilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə- səhmana salınıb. Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib. Sonra söz sakinlərə verilib. Kənd sakinlərindən Səriyyə Məmmədova Vətən müharibəsi zamanı ziyan dəymiş evində tikinti şirkəti tərəfindən təmir işlərinin düzgün aparılmadığı, Alim Əliyev qəbristanlığa gedən yolun təmir olunması, Tamaşa Calalova gecə işıqlandırılması üçün quraşdırılmış işıq dirəklərində olan işıq lampalarının dəyişdirilməsi, Rəna Abbasova kəndin içməli su problemi, Sədaqət Orucova ev növbəsinin tezləşdirilməsi, Şamxal Mədətli Tərtər Rayon Mərkəzi Xəstəxanasında işlə təmin olunma və digər məsələlər barədə müraciət ediblər. Qaldırılan məsələlər ilə əlaqədar rayon rəhbəri tərəfindən əlaqədar şəxslərə aidiyyəti tapşırıqlar verilib. Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• AZƏRİQAZ MÖCÜZƏSİ: Evinə TULLAN KEÇ... - "600 manat rüşvət istəyirlər..."
Bu gün, 09:10 |
|
|
|
• “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur” - Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir
Bu gün, 09:06 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd təşkil etməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 09:01 |
|
|
|
• "Aqronom küskün həyat tərzi yaşayır..." - Şəhid anasından PREZİDENTƏ MÜRACİƏT
Bu gün, 09:00 |
|
|
|
• “Mayası nominalından 8-10 dəfə baha olan qəpik kimə lazımdır?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:56 |
|
|
|
• Bu gün idmançılarımız Müzəffər Azərbaycan xalqını təmsil edirlər - İsrafil Kərimovun yazısı
Bu gün, 08:51 |
|
|
|
• Azərbaycanla münasibətlərdə Tramp üçün geri dönüşü çətin olacaq vəziyyət yaratmaq istəyirlər - FAKT BUDUR!
Bu gün, 08:50 |
|
|
|
• BONA DEA HOSPİTAL-da peyvəndi RED BULL soyuducusunda saxlayırlar... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:48 |
|
|
|
• FHN şefinin ŞÜBHƏLİ TENDER oyunu - BU NƏDİ BELƏ?..
Bu gün, 08:37 |
|
|
|
• "Bu heç şeytanın da ağlına gəlməzdi..." - GİLEY
Bu gün, 08:32 |
|
|
|
• Paşinyan MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyəcək - camaata xəstəlik keçirə bilər, deyə...
Bu gün, 08:25 |
|
|
|
• Naxçıvan eli səndən narazıdır, cənab CANİŞİN - BU DA BELƏ...
Bu gün, 08:24 |
|
|
|
• Bu ifadə generalın sonunu gətirə bilər - Polkovnik məhkəmədə elə faktlar açdı ki…
Bu gün, 07:07 |
|
|
|
• Tiktokda əxlaqsızlıq təbliği… – Xalq şairi çağırış etdi
Bu gün, 07:01 |
|
|
|
• "Gəncə-Quşçuluq" ASC də dövlətə borclu imiş... - FOTO
Bu gün, 06:56 |
|
|
|
• Nazirlik Sevinc İsgəndərovadan 262 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 06:51 |
|
|
|
• Əhali arasında yayılan dəhşətli 'VİRUS'... - Azərbaycan üçün böyük TƏHLÜKƏ
Bu gün, 06:48 |
|
|
|
• Mərkəzi bankın 3 qəpiklik ŞOUSU - baha başa oturdu....
Bu gün, 06:40 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” AYRILAN PULLARI YEYİB? - NARAZILIQ VAR
Bu gün, 06:36 |
|
|
|
• İran elitası silkələnir: Pezeşkian istefa verir? – Son durum
Bu gün, 06:22 |
|
|
|
• Qanuna tabe olub, qanunsuzluqla üzləşən vətəndaş problemi necə həll edə bilər? - NƏ ETMƏLİ?
Bu gün, 00:14 |
|
|
|
• İrəvanda Qarabağ mübahisəsi: yenidən günahkar axtarışında - GƏLİŞMƏ
Bu gün, 00:11 |
|
|
|
• DSMF ödənişi və minimum pensiya kapitalı artır: Bu zərərli qanunlar ləğv edilsin... - ÇAĞIRIŞ
Dünən, 23:27 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir - Uraloğlu
Dünən, 23:24 |
|
|
|
• 5 dəqiqəyə 20 minin xərclənməsi... - “TikTok”da çirkli pullar necə yuyulur?
Dünən, 20:27 |
|
|
|
• Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL... - FAKT BUDUR!
Dünən, 19:00 |
|
|
|
• Deputat: “ABŞ səfirliyinin qərəzli fikirləri diplomatiyaya ziddir”
Dünən, 18:58 |
|
|
|
• Minimum əməkhaqqı ARTIRILDI - "1000 manat da ola bilər amma..."
Dünən, 18:05 |
|
|
|
• Azərbaycan üzən məzənnə rejiminə KEÇİR? - Dolların kursu və manatın məzənnəsi isə...
Dünən, 18:00 |
|
|
|
• "Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib
Dünən, 17:58 |
|
|
|
• “Serdar Ortac canlı yayında məni dinləyib ağladı” - VİDEO
Dünən, 17:16 |
|
|
|
• Bundan sonra utanıb siçan deşiyinə girsinlər – Fürsətdir!
Dünən, 17:09 |
|
|
|
• Fransanın yerini hansı dövlət tutub? - İNCƏLƏMƏ
Dünən, 17:04 |
|
|
|
• Söyüş, əxlaqsızlıq, narkotikin təbliği: Azərbaycanda TikTok bağlanacaq? - NƏ ETMƏLİ?
Dünən, 17:02 |
|
|
|
• Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə 20 milyon manat ayrılıb - SƏRƏNCAM
Dünən, 16:58 |
|
|
|
• Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri Polotsk Kadet Məktəbində olub
Dünən, 16:56 |
|
|
|
• Rusiyadan qaçaq düşən `AST Telman`ın Bakıdakı şirkəti... CƏRİMƏLƏNDİ!
Dünən, 16:54 |
|
|
|
• 1 milyon manatı qanunsuz yolla leqallaşdıranların məhkəməsi başladı - TƏFƏRRÜAT
Dünən, 16:46 |
|
|
|
• Çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam - Naxçıvan Səfərbərlik xidmətinin həbsdə olan sabiq rəisi
Dünən, 16:40 |
|
|
|
• Xaos davam edir: - "Müharibələr ssenarisinə hazır olmalıyıq"
Dünən, 16:29 |
|
|
|
• Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı - İLGİNC...
Dünən, 16:25 |
|
|
|
• Nazirin sertifikat alverçilərindən xəbəri olmayıb? - AKTUAL
Dünən, 16:00 |
|
|
|
• Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım, sinəm kiçilmədi!
Dünən, 15:55 |
|
|
|
• Bəxtiyar Hacıyev “Qərbi Azərbaycan” İcmasına müraciət edib - SƏBƏB
Dünən, 15:52 |
|
|
|
• General bu xanımı idarə rəisi təyin etdi - FOTO
Dünən, 15:51 |
|
|
|
• Ramil Usubovun ailəsində xoş gün
Dünən, 15:49 |
|
|
|
• Kommunal xətlər keçən ərazidə tikilən evlərlə bağlı BƏD XƏBƏR - Söküləcək və kompensasiya VERİLMƏYƏCƏK?
Dünən, 15:46 |
|
|
|
• “Mənə pul xərcləyən adamı tapsanız...” – Nazilədən SƏS-KÜYLÜ VİDEOMÜSAHİBƏ
Dünən, 15:44 |
|
|
|
• “Heç bilmirəm “xalq artisti” adını necə alırlar, onlar mənim qədər sevilmirlər” - ETİRAZ
Dünən, 15:42 |
|
|
|
• Suriyanın müxalif qrupları dağılmaq və müdafiə nazirliyi altında birləşmək barədə razılığa gəlib - Suriyanın yeni administrasiyası
Dünən, 15:40 |
|
|
|
|