Azərbaycan yarımçıq sülh sazişini imzalamayacaq - Başqa cür ola da bilməz...
Tarix: 24-10-2024, 14:00 | Çap et
Avropa Birliyi Ermənistanla Azərbaycan arasında sülh prosesi ilə bağlı tərəflərə çağırış edib. Avropa Parlamentinin komissarı Nikolas Şmitt deyib ki, COP29 həm də sülh üçün tarixi fürsətdir: "Avropa Birliyi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə hərtərəfli dəstək verməkdə davam edir". O qeyd edib ki, Azərbaycan və Ermənistan heç vaxt onilliklər boyu davam edən münaqişəni aradan qaldırmağa bu qədər yaxın olmayıblar: "Konfrans Azərbaycan və Ermənistan üçün sülhə sadiqliklərini nümayiş etdirmək və sülh sazişi imzalamaq üçün tarixi şans olacaq. Avropa Birliyi olaraq, normallaşma prosesinə tam dəstəyimizi davam etdiririk və bütün tərəflərin davamlı və davamlı sülhdən bəhrələnmələrini təmin etmək üçün lazımi resursları səfərbər etməyə hazırıq”. Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden də həm Azərbaycan, həm də Ermənistan rəhbərliyinə məktub göndərərək sülh sazişinin tezliklə imzalanmasına çağırış edib. Bayden ilin sonunadək müqavilənin imzalanmasının mümkünlüyünü diqqətə çatdırıb.
Qərbin israrlı sülh çağırışlarını "Sherg.az"a dəyərləndirən politoloq Elçin Xalidbəyli deyib ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Baydenin, həm də Avropa Birliyinin COP29 ərəfəsində sülh sazişinin imzalanması ilə bağlı təklifləri ortaq mövqe xarakteri daşıyır və üstəlik, Ermənistanın mövqeyini ifadə edir. Ekspertin sözlərinə görə, Qərbin müraciətindən əvvəl rəsmi İrəvan dəfələrlə bəyan edib ki, COP29 ərəfəsində Azərbaycanla yekun sülh sazişini imzalamağa hazırdırlar:
"Ermənistan tərəfi 17 bəndlik yekun sülh sazişinin mətninin yalnız 13 bəndinin razılaşdırıldığını da etiraf edir. Halbuki, hüquq normalarına görə tam razılaşdırılmamış bir sənədin imzalanması yolverilməz hesab olunur. Əgər belə bir sənəd imzalanarsa, bu, onsuz da yarımçıq sülh sazişi xarakteri daşıyacaq və gələcəkdə yeni münaqişələrin, hərbi, siyasi qarşıdurmaların yaranmasına səbəb olacaq. Verilən bəyanatlardan anlamaq mümkündür ki, rəsmi Bakı belə yarımçıq sənədi imzalayıb, sonradan əlavə problemlərlə üzləşmək istəmir. Ona görə də qətiyyətlə tələb edir ki, yekun sülh sazişi tam razılaşdırılmalıdır və ondan sonra imzalanmalıdır. Ancaq yekun sülh sazişinin imzalanmasından əvvəl də rəsmi Bakı tələb edir ki, Ermənistan öz Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarını ləğv etsin. Əks halda yekun sülh sazişinin imzalanması heç bir əhəmiyyət daşımayacaq".
Analitikin fikrincə, COP29 ərəfəsində sülh çağırışlarının gündəmə gəlməsi Ermənistanın mənafelərinə uyğun şəkildə ABŞ və Qərbin Azərbaycana qarşı təzyiq göstərmək cəhdləri kimi də dəyərləndirilə bilər: "Nəzərə almaq lazımdır ki, COP29-un Cənubi Qafqazdakı sülh prosesinə heç bir aidiyyəti yoxdur, fərqli proseslərdir. Tədbiri bəhanə gətirərək Azərbaycana yarımçıq, keyfiyyətsiz sülh sazişi imzalatmaq cəhdi ermənipərəst mövqedən qaynaqlanır. Bu, heç də Qafqazda sülh istəyindən qaynaqlanmır. ABŞ və Qərbin Cənubi Qafqazdakı maraqları çərçivəsində siyasi manipulyasiya xarakteri daşıyır. Rəsmi Bakının belə siyasi manipulyasiyalara və Azərbaycana qarşı təzyiqlərə imkan verəcəyinə yalnız sadəlövhlər inana bilər. Azərbaycan rəhbərliyinin prinsipial və qətiyyətli mövqeyi məlumdur. Azərbaycan yarımçıq sülh sazişini imzalamayacaq və Qərbdən gələn təzyiqlərə münasibətdə də qətiyyən geri çəkilməyəcək".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yeni il ərəfəsində quş əti bahalaşıb? - AÇIQLAMA
Bu gün, 10:04 |
|
|
|
• Mesajlar düz hədəfə dəyib və Makronu dəli edib - FAKT BUDUR!
Bu gün, 10:02 |
|
|
|
• Anasına baxdığına görə qonşusunu və onun dayısını bıçaqlayan şəxslə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:58 |
|
|
|
• “Kontakt Home” müştəriyə yenə xarab məhsul satdı - ETİRAZ VAR...
Bu gün, 09:57 |
|
|
|
• Rusiya qapısı azərbaycanlıların üzünə bağlanır? - NƏ BAŞ VERİR?
Bu gün, 09:54 |
|
|
|
• Bakıda nə planlaşdırılır? – Gərginlik artır: Savaşa onlar göndərilir
Bu gün, 09:41 |
|
|
|
• Azad edilmiş ərazilərdə müasir idman infrastruktları yaradılır - ŞƏRH
Bu gün, 09:32 |
|
|
|
• Bu həftə bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq
Bu gün, 09:30 |
|
|
|
• "Məhkəmə qərarını yerinə yetirməyə borcludurlar..." - Ekspert danışır...
Bu gün, 09:29 |
|
|
|
• Sülh sərhəddə imzalanacaq - Dəhliz bu qayda ilə açılmalıdır... - AKTUAL
Bu gün, 09:25 |
|
|
|
• Son qərar üçün AZ VAXT QALDI - Bir neçə aya gerçəkləşə bilər
Bu gün, 09:23 |
|
|
|
• Dünyanın bölüşdürülməsində biz də varıq! – İlk dəfə
Bu gün, 09:22 |
|
|
|
• Marneulideə ibtidai haqqlarımız TƏMİN OLUNDU - FOTOFAKT
Bu gün, 09:20 |
|
|
|
• COP29 əleyhinə total hücum kampaniyasını təşkil edənlər faş olub... - məşhur adlar, şirkətlər..; cavabımız nə olmalıdır?
Bu gün, 09:14 |
|
|
|
• AZƏRİQAZ MÖCÜZƏSİ: Evinə TULLAN KEÇ... - "600 manat rüşvət istəyirlər..."
Bu gün, 09:10 |
|
|
|
• “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur” - Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir
Bu gün, 09:06 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd təşkil etməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 09:01 |
|
|
|
• "Aqronom küskün həyat tərzi yaşayır..." - Şəhid anasından PREZİDENTƏ MÜRACİƏT
Bu gün, 09:00 |
|
|
|
• “Mayası nominalından 8-10 dəfə baha olan qəpik kimə lazımdır?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:56 |
|
|
|
• Bu gün idmançılarımız Müzəffər Azərbaycan xalqını təmsil edirlər - İsrafil Kərimovun yazısı
Bu gün, 08:51 |
|
|
|
• Azərbaycanla münasibətlərdə Tramp üçün geri dönüşü çətin olacaq vəziyyət yaratmaq istəyirlər - FAKT BUDUR!
Bu gün, 08:50 |
|
|
|
• BONA DEA HOSPİTAL-da peyvəndi RED BULL soyuducusunda saxlayırlar... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:48 |
|
|
|
• FHN şefinin ŞÜBHƏLİ TENDER oyunu - BU NƏDİ BELƏ?..
Bu gün, 08:37 |
|
|
|
• "Bu heç şeytanın da ağlına gəlməzdi..." - GİLEY
Bu gün, 08:32 |
|
|
|
• Paşinyan MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyəcək - camaata xəstəlik keçirə bilər, deyə...
Bu gün, 08:25 |
|
|
|
• Naxçıvan eli səndən narazıdır, cənab CANİŞİN - BU DA BELƏ...
Bu gün, 08:24 |
|
|
|
• Bu ifadə generalın sonunu gətirə bilər - Polkovnik məhkəmədə elə faktlar açdı ki…
Bu gün, 07:07 |
|
|
|
• Tiktokda əxlaqsızlıq təbliği… – Xalq şairi çağırış etdi
Bu gün, 07:01 |
|
|
|
• "Gəncə-Quşçuluq" ASC də dövlətə borclu imiş... - FOTO
Bu gün, 06:56 |
|
|
|
• Nazirlik Sevinc İsgəndərovadan 262 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 06:51 |
|
|
|
• Əhali arasında yayılan dəhşətli 'VİRUS'... - Azərbaycan üçün böyük TƏHLÜKƏ
Bu gün, 06:48 |
|
|
|
• Mərkəzi bankın 3 qəpiklik ŞOUSU - baha başa oturdu....
Bu gün, 06:40 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” AYRILAN PULLARI YEYİB? - NARAZILIQ VAR
Bu gün, 06:36 |
|
|
|
• İran elitası silkələnir: Pezeşkian istefa verir? – Son durum
Bu gün, 06:22 |
|
|
|
• Qanuna tabe olub, qanunsuzluqla üzləşən vətəndaş problemi necə həll edə bilər? - NƏ ETMƏLİ?
Bu gün, 00:14 |
|
|
|
• İrəvanda Qarabağ mübahisəsi: yenidən günahkar axtarışında - GƏLİŞMƏ
Bu gün, 00:11 |
|
|
|
• DSMF ödənişi və minimum pensiya kapitalı artır: Bu zərərli qanunlar ləğv edilsin... - ÇAĞIRIŞ
Dünən, 23:27 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir - Uraloğlu
Dünən, 23:24 |
|
|
|
• 5 dəqiqəyə 20 minin xərclənməsi... - “TikTok”da çirkli pullar necə yuyulur?
Dünən, 20:27 |
|
|
|
• Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL... - FAKT BUDUR!
Dünən, 19:00 |
|
|
|
• Deputat: “ABŞ səfirliyinin qərəzli fikirləri diplomatiyaya ziddir”
Dünən, 18:58 |
|
|
|
• Minimum əməkhaqqı ARTIRILDI - "1000 manat da ola bilər amma..."
Dünən, 18:05 |
|
|
|
• Azərbaycan üzən məzənnə rejiminə KEÇİR? - Dolların kursu və manatın məzənnəsi isə...
Dünən, 18:00 |
|
|
|
• "Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib
Dünən, 17:58 |
|
|
|
• “Serdar Ortac canlı yayında məni dinləyib ağladı” - VİDEO
Dünən, 17:16 |
|
|
|
• Bundan sonra utanıb siçan deşiyinə girsinlər – Fürsətdir!
Dünən, 17:09 |
|
|
|
• Fransanın yerini hansı dövlət tutub? - İNCƏLƏMƏ
Dünən, 17:04 |
|
|
|
• Söyüş, əxlaqsızlıq, narkotikin təbliği: Azərbaycanda TikTok bağlanacaq? - NƏ ETMƏLİ?
Dünən, 17:02 |
|
|
|
• Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə 20 milyon manat ayrılıb - SƏRƏNCAM
Dünən, 16:58 |
|
|
|
• Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri Polotsk Kadet Məktəbində olub
Dünən, 16:56 |
|
|
|
|