Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib .....                     Ermənistana qaz sataq? .....                     Zəngəzur dəhlizi ya açılmalıdır, ya da... .....                     "Naxçıvan Universiteti" MMC ləğv olunduğunu elan edir .....                     Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? .....                     Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu .....                     "Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" .....                     Arvadını xəyanətə görə öldürən şəxsin MƏHKƏMƏSİ .....                     Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin barəsindəki həbs qətimkan tədbiri uzadılıb .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Silah siyasətimiz neft siyasətimizdən önə keçir .....                     Ən çox zərər edən 10 Rusiya şirkəti .....                     “Access Bank” medianı susdurmağa çalışır? .....                     Qarabağ Ermənistanın boynunda asılı kəndir idi və ondan xilas oldu .....                     Döyülən xəstəxana direktoruna cinayət işi açıldı .....                     "Uşaqlarım beton üstündə yatır..." .....                     Qubanın Gömür Dəhnə kəndi ayıların HƏDƏFİNDƏ .....                     Tələbələr üçün "part time" iş imkanları yaradılmalıdır .....                     Masaya yalnız bir variant qoydular .....                     “Kəpəz”in ən böyük problemi nədir? .....                     “TikTok” Azərbaycan seqmentində 900 min videonu sildi .....                     Bank of Baku-da .....                     Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoyub .....                     Öldürülən “killer Amin”in qardaşı hakim qarşısında .....                     Kərəm Mustafayev və qardaşı üçün MƏŞHƏR ANI... .....                     “İkinci NATO” olmayacaq .....                     Paşinyan rəsmən BURCUDUR... .....                     "Hər şeydən əlini üzən müğənni olur" .....                     1 milyon “qanpulu”nu belə “yeyib”lər .....                     Zakir Qaralovun əmisi qızına yeni vəzifə verilib .....                     ”Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib .....                     "Niyə mən piyada gəzəndə heç kim danışmırdı?" .....                     Nəsimi rayonundakı evləri HƏŞƏRATLAR basıb .....                     ƏDV ödəməsinlər deyə... MİN OYUNDAN ÇIXIRLAR! .....                     Bakı-Balakən dəmiryol xətti niyə işləmir? .....                     Xalqın və dövlətin TRİBUNASI… .....                     "Bu İrana qarşı informasiya müharibəsinin tərkib hissəsi ola bilər" .....                     İran-İsrail müharibəsi başlayarsa, Zəngəzur dəhlizi... .....                     Dövlət Məşğulluq Agentliyində qetdiyyata düşsə də... .....                     Bostankeşdən... Dİ GƏL KEÇ... .....                 

Arvadını xəyanətə görə öldürən şəxsin MƏHKƏMƏSİ – “Evə gələndə gördüm ki...”
Tarix: Bu gün, 12:59 | Çap et
Arvadını xəyanətə görə öldürən şəxsin MƏHKƏMƏSİ
Ramana qəsəbəsində həyat yoldaşını boğaraq öldürən Nurəddin Məmmədovun məhkəmə prosesinin növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O, bildirib ki, hadisə xəyanət zəmnində olub:

"Mayın 5-də hava küləkli olduğu üçün usta kimi çalışdığım işdən tez ayrılmışdım və bu barədə ailəmə məlumat verməmişdim. Artıq məndə şübhələr yarandığını üçün evə arxa qapıdan daxil oldum. Otağın qapısına çatanda eşitdim ki, o, kiminləsə danışır və "yox göstərə bilmərəm, uşaqlar yanımdadır" ifadələrini işlədirdi. İçəri girəndə gördüm kimləsə qeyri-etik geyimdə danışır. Əlindən telefonu alanda zəngi söndürdü. Yenidən həmin nömrəsinə zəng etdikdə bir oğlan cavab verdi və həmin an söndürdü. Olayın izahını tələb etdikdə mənə bildirdi ki, nömrəni bacısı Aytən verib.

Dedim ki, yaxşı o verib sən niyə danışırsan? Dedi ki, uşaqlar eşitməsin deyə digər otağa keçək. Keçdikdən sonra məni təhqir etməyə və hədə-qorxu gəlməyə başladı. Bildirdi ki, bacısı ilə həmin danışdığı kişi gəlir, evə psixotrop maddə atıb məni tuttduracaq. Daha sonra ona xəbərdarlıq etdim. Lakin, o təhqirlərinə davam etdi. Məndə əsəblə onu boğmağa başladım. Özümə gələndə gördüm ki, artıq nəfəsi kəsilib. Sonra qardaşıma zəng etdim. Hadisəni dedim. Dəstəyi asdıqdan dərhal sonra polisə zəng edib, təslim oldum. Elə hadisə yerində polis əməkdaşlarının gəlməyini gözlədim".

Nuraddin Məmmədov əlavə edib ki, Ayşə ilə öz istəkləri ilə ailə qurublar:

"Biz sevərək ailə qurmuşuq. Qoşulub qaçıb, daha sonra ailələrə bildirimişdik. Ailələr barışdıqdan sonra toy olub".

O, aralarında problem olmadığını da deyib:

"Belə bir hal ilk 5 il ərzində olmamışdı. Bu ilin yanvar ayının axırında bildim ki, kimləsə danışır. Mən onun telefonla yazışdığını gördüm. Əlindən almağa çalışanda qaçdı mətbəxə, telefonu da söndürdü. Daha sonra gördüm ki "Whatsapp" tətbiqini silib.

Daha sonra rayona getdi və qayıdanda telefonu yox idi. Onda da əməlindən əl çəkmədi. Gördüm ki, gecələr mənim telefonumla yazışır. Səbəbini soruşurdum. Deyirdi bir səhvdir, uşaqlıqdır eləmişəm. Amma görürdüm ki, yenə də eyni əməli təkrar edirdi. Mən daha sonra telefonumla Ayşənin telefonunun "Gmail" adreslərini birləşdirdim. Gördüm ki, bütün yazışmalarını ekrandan çəkir saxlayır. Hər dəfə bunlar haqda soruşanda, deyirdi ki, “Aytənin işidir”.

Daha dözməyib onu vurmuşdum. Bu məsələdən anasını da xəbərdar etdim. Dedi qızımla danışmışam, hər şey qaydasındadır. Dedim gəl məsələni həll et, yol pulunu da verirəm. Gəlmədi. Atası ilə hörmət saxladığımdan ona heç nə deməmişdim. Amma qardaşına məlumat vermişdim.

Bu iş boşanmağa qədər getmişdi. Fevral ayında məhkəməyə müraciət edərək xəyanət səbəbindən boşanmaq istədiyimi söylədim. Fevralın 26-sı artıq işimizə məhkəmədə baxılacaqdı Lakin ondan öncəki gecə ailəsinin təkidi ilə barışdıq".

Təqsirləndirilən şəxs yoldaşının onun bağlı şikayətinin olmadığını bildirib:

"Ayşənin maddiyatla bağlı şikayəti olmayıb. Ona hər toyda bir dəst paltar alırdım. Heç özüm bir dəst kostyum da almamışdım".

Nurəddin Məmmədov Ayşənin bu əməli maraqlı olduğunu düşündüyü üçün etdiyini də əlavə edib.

Daha sonra zərəçəkmişin hüquqi varisi və atası Namaz İbrahimov ifadə verib:

"Mənim övladımın 5 il müddətində yoldaşı ilə problemi olmayıb. Hər şeyi Nurəddinin qardaşı korlayıb. Hər dəfə qardaşı qızımın evinə gələndə söz-söhbət yaranırdı. Həmişə gəlib bizim evdən nə tapırdı yığıb-yığışdırıb aparırdı. Heç bir dəfə evimə gələndə nəsə alıb gətirməmişdi. Şikayət etmirdim. Onun danışdıqları barədə məlumatım olmayıb. Mənim qızım başıaşağı və ədəbli qız olub. Heç kim onun haqda pis söz deyə bilməzdi. Nurəddin qızıma şər atır. Ona ən ağır cəza verilməlidir”.

Təqsirləndirilən şəxs hüquqi varisə sual olaraq bildirib ki, “ona xəyanət barəsində məlumat verəndə niyə tədbir görməyib?”

Bu zaman şahid bildirib ki, belə söhbət olmayıb. Nurəddin isə onunla telefon söhbətini etdikdə içkili olub.Namaz İbrahimov boşanma ilə bağlı suallara da aydınlıq gətirib: "Boşanma məsələsini soruşduqda qızım mənə demişdi ki, Nurəddin gedib xalası oğlu ilə içib evdə söz-söhbət yaradır".

Hüquqi varis əlavə edib ki, barışıq əldə olunmayıb.

İclas 24 oktyabr tarixinədək təxirə salınıb.

Qeyd edək ki, ittiham aktında görə, Nurəddin Məmmədov bu ilin aprelin 28-də yaşadığı Ramana qəsəbəsi ərazisindəki evində olarkən arvadı Ayşə Məmmədovanın naməlum şəxslə "Whatsapp"la görüntülü danışdığını görüb.

O arvadının əvvəllər də bir neçə dəfə başqa şəxslərlə əlaqəsi olduğunu aşkar etdiyindən ona xəyanət etdiyini güman edərək hiddətlənib. Nurəddin telefonu arvadının əlindən alıb onun başına vuraraq sinəsindən itələyib, daha sonra mətbəx bıçağını götürüb.

O, bıçağın dəstəyi ilə Ayşənin təpə nahiyyəsindən bir dəfə vuraraq onun sağlamlığına yüngül zərər vurub.

Nurəddin bu il mayın 5-də evə gəlib arvadı Ayşənin yataq otağında "Whatsapp"la İlqar adlı şəxslə aralarında intim münasibət olması barədə söhbət apardıqlarını və yazışmaları gördükdən sonra, Ayşənin ona xəyanət etməsindən əmin olub.

Nurəddin arvadı ilə mübahisə edə-edə mətbəx otağına daxil olduqdan sonra qəflətən hər iki əli ilə boğazından tutub yerə yıxaraq boğaraq öldürüb. Nurəddin Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddələri ilə ittiham irəli sürülüb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib
Bu gün, 14:17
Ermənistana qaz sataq? – İrəvan Moskvadan Bakıya sığınmaq istəyir
Bu gün, 14:02
Zəngəzur dəhlizi ya açılmalıdır, ya da... - GƏLİŞMƏ
Bu gün, 14:00
"Naxçıvan Universiteti" MMC ləğv olunduğunu elan edir
Bu gün, 13:56
Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? - AÇIQLAMA
Bu gün, 13:09
Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu – Məhkəmə təcrübəsini müəyyənləşdirən qərar
Bu gün, 13:06
"Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" - Ekspert
Bu gün, 13:03
Arvadını xəyanətə görə öldürən şəxsin MƏHKƏMƏSİ – “Evə gələndə gördüm ki...”
Bu gün, 12:59
Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin barəsindəki həbs qətimkan tədbiri uzadılıb
Bu gün, 12:55
Şimşək çaxacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:53
Silah siyasətimiz neft siyasətimizdən önə keçir -ŞƏRH
Bu gün, 12:48
Ən çox zərər edən 10 Rusiya şirkəti - SİYAHI
Bu gün, 12:43
“Access Bank” medianı susdurmağa çalışır? - BU NƏDİ BELƏ?!
Bu gün, 12:40
Qarabağ Ermənistanın boynunda asılı kəndir idi və ondan xilas oldu - Paşinyan
Bu gün, 12:38
Döyülən xəstəxana direktoruna cinayət işi açıldı - HƏBS OLUNUR?
Bu gün, 12:22
"Uşaqlarım beton üstündə yatır..." - GİLEY
Bu gün, 12:20
Qubanın Gömür Dəhnə kəndi ayıların HƏDƏFİNDƏ – “Mal-qaradan çox, özümüzə görə narahatıq”
Bu gün, 12:16
Tələbələr üçün "part time" iş imkanları yaradılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 12:07
Masaya yalnız bir variant qoydular - “İran məhv edilməlidir”
Bu gün, 12:05
“Kəpəz”in ən böyük problemi nədir? - AÇIQLAMA
Bu gün, 12:04
“TikTok” Azərbaycan seqmentində 900 min videonu sildi - SƏBƏB
Bu gün, 12:00
Bank of Baku-da - YENİ TƏYİNAT
Bu gün, 11:48
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoyub - MƏQALƏ
Bu gün, 11:44
Öldürülən “killer Amin”in qardaşı hakim qarşısında –QAN DAVASININ CİNAYƏT DOSYESİ
Bu gün, 11:41
Kərəm Mustafayev və qardaşı üçün MƏŞHƏR ANI... - CAVAB VERMƏLİDİRLƏR NƏHAYƏTDƏ...
Bu gün, 11:37
“İkinci NATO” olmayacaq - GƏLİŞMƏ
Bu gün, 11:30
Paşinyan rəsmən BURCUDUR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 11:28
"Hər şeydən əlini üzən müğənni olur" - Xalq artisti
Bu gün, 11:26
1 milyon “qanpulu”nu belə “yeyib”lər – “Ona bu şəraiti baş həkim Xuraman xanım yaratmışdı”
Bu gün, 11:24
Zakir Qaralovun əmisi qızına yeni vəzifə verilib - ƏMR
Bu gün, 11:11
”Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib - VİDEO
Bu gün, 11:09
"Niyə mən piyada gəzəndə heç kim danışmırdı?" - 160 minlik avtomobil verilən deputat
Bu gün, 11:07
Nəsimi rayonundakı evləri HƏŞƏRATLAR basıb – Problem qarşısında “JEK” də ACİZDİR
Bu gün, 11:05
ƏDV ödəməsinlər deyə... MİN OYUNDAN ÇIXIRLAR! - vətəndaş üçün DAHA BİR TƏLƏ
Bu gün, 11:02
Bakı-Balakən dəmiryol xətti niyə işləmir? - "ADY-nin monopoliyasına son qoyulmalıdır"
Bu gün, 10:58
Xalqın və dövlətin TRİBUNASI… – 15 illik yol
Bu gün, 10:55
"Bu İrana qarşı informasiya müharibəsinin tərkib hissəsi ola bilər" - ŞƏRH
Bu gün, 10:48
İran-İsrail müharibəsi başlayarsa, Zəngəzur dəhlizi... - Xaçikyan
Bu gün, 10:41
Dövlət Məşğulluq Agentliyində qetdiyyata düşsə də... - GİLEY
Bu gün, 10:37
Bostankeşdən... Dİ GƏL KEÇ... - RİH-in İŞİ YARIMÇIQ QALIB!
Bu gün, 10:27
"Siz də o biri diribaş professorlar kimi tasa oturdun dissertantları..." - Bir acı AMEA gerçəkliyi...
Bu gün, 10:19
Mərhum nazirin nəvəsi üçün ÖZƏL GÜN - FOTO
Bu gün, 10:09
Ermənistan qarşısında iki TƏLƏB! - Prezidentdən MÜHÜM MESAJLAR
Bu gün, 10:05
Daha iki azərbaycanlı Rusiya-Ukrayna savaşında ÖLDÜ - Əks cəbhələrdə döyüşürdülər...
Bu gün, 10:04
Ermənistan sülh prosesindən çəkilir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 10:01
"Ermənilər ümid edirlər ki, Rusiya Qərbin dəstəyi ilə Ukraynada məğlub olacaq" - deputat
Bu gün, 09:59
Hakimiyyət nəhayət məsələni bağlamaq üçün... - Samvel Babayanı özünə tərəf çəkir
Bu gün, 09:57
PA-nın vəzifəli şəxsinə ağır itki üz verdi
Bu gün, 09:54
Həsən Nəsrullahın dəfn mərasimi oktyabrın 4-də keçiriləcək
Bu gün, 09:49
"Haqq dediyim üçün mənə TƏLƏ QURDULAR" - İmişlidə ETİRAZ EDƏN müəllimə
Bu gün, 09:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru