Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir .....                     Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi .....                     Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq .....                     "Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" .....                     Cənubi Koreya Prezidenti həbs olunub .....                     İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz .....                     ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” .....                     Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar .....                     "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..." .....                     Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... .....                     Dövlət qurumu 493 minlik geyimləri .....                     Azərbaycanda 24 illik nəqliyyat şirkəti .....                     ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb .....                     Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik .....                     Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb .....                     "3 aya yaxındır ki, təyinatımız verilmir..." .....                     Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu .....                     İşdən çıxarılan ginekoloq danışdı .....                     Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI .....                     Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub .....                     Ermənistanın Qərb və Rusiya arasında yeni planı: .....                     "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır" .....                     İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... .....                     "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" .....                     “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” .....                     Göygöldə məktəblilər arasında mübahisə .....                     “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir .....                     İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? .....                     Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir .....                     Bacısını bıçaqlayan qardaş hakim qarşısında .....                     Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır .....                     Moskvadakı erməni biznesmenlər narahatdır .....                     Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir .....                     Baydenin erməni MİRASI .....                     Hafiz Hacıyev yaddaşını itirib? .....                     Xırdalanda dözülməz vəziyyət .....                     Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur .....                     Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini .....                     Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb .....                 

Vaşinqtonun yeni cəhdi və Bakıdan mesaj... - “Məcburi vasitəçilik ola bilməz”
Tarix: 17-09-2024, 16:02 | Çap et
Vaşinqtonun yeni cəhdi və Bakıdan mesaj...
ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı sentyabrın 16-da baş tutub. Azərbaycan liderinin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilir ki, Antoni Blinken Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayaraq, ABŞ-ın bu məqsədə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib. O, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə edilmiş nailiyyətləri, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanmasını müsbət addım kimi qiymətləndirib.

“Regionda artıq sülhün mövcud olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, məhz Azərbaycanın səyləri nəticəsində bölgəmizdə ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar və status-kvo yaranıb”, - deyə məlumatda vurğulanıb.

Bildirilib ki, Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin təşəbbüskarının da məhz Azərbaycan olduğunu qeyd edərək bu müqavilənin imzalanması üçün Ermənistanın Konstitusiyası və digər qanunverici aktları əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoymasının, həmçinin keçmişin qalığı olan ATƏT-in Minsk Qrupu və onunla bağlı olan bütün təsisatların fəaliyyətinə son qoyulmasının vacibliyini vurğulayıb.

Sərhədlərin delimitasiyası məsələsinə toxunan Prezident İlham Əliyev ikitərəfli proses çərçivəsində əldə olunmuş müsbət nəticələri qeyd edib və Əsasnamə əsasında bu prosesin aparılacağını bildirib.

Telefon söhbəti zamanı COP29-un ölkəmizdə keçirilməsi məsələsinə toxunulub. Antoni Blinken COP29-un uğurla keçirilməsi üçün ölkəsinin Azərbaycana dəstək göstərdiyini qeyd edərək Azərbaycan ilə ABŞ-ın COP komandalarının və heyətlərinin yaxından əməkdaşlıq etdiklərini vurğulayıb. Bu əməkdaşlıqdan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev COP çərçivəsində iqlim maliyyələşdirilməsi ilə əlaqədar mühüm qərarların qəbul edilməsi ilə bağlı xüsusilə inkişaf etmiş dövlətlər tərəfindən konsensusun əldə ediləcəyinə ümidvar olduğunu deyib.

“Telefon danışığı zamanı Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb”, - qeyd edilib.

Beynəlxalq hüquq eksperti Fərhad Mehdiyev AYNA-ya müsahibəsində deyib ki, rəsmi Vaşinqtonun dəqiq mövqeyi və Blinkenin zənginin dəqiq detallarını bilmirik:

- Amma açıqlanan məlumat əsasında deyə bilərik ki, Blinken sülhün vacibliyini qeyd edir və daha əvvəl əldə olunan razılaşmaları sadalayır. Bununla demək olar ki, rəsmi Vaşinqton tərəfləri sülhə motivasiya etməkdə maraqlıdır. Yada salmaq istəyirəm ki, bundan əvvəl Böyük Britaniyanın Təhlükəsizlik Xidmətinin rəhbəri də Bakıya gəlmişdi. Nəzərə almaq lazımdır ki, ABŞ və Böyük Britaniya bir çox məsələlərdə müttəfiq kimi çıxış edirlər. Ola bilsin ki, bu dövlətlərdə regionda müəyyən hərəkətliliklə bağlı məlumatlar var.

Unutmayaq ki, Vaşinqton əvvəllər sülh prosesində çox aktiv idi, nazirlərin görüşlərini keçirdilər, danışıqlar aparıldı. Bu yaxınlarda isə prosesdə Rusiyanın aktivləşməsinin şahidi olduq. İndi ABŞ mesaj verir ki, sülh prosesinində var və prosesin gedişində maraqlıdır, irəliləyiş istəyir. Təbii ki, sülh prosesində beynəlxalq qüvvə kimi iştirakda birinciliyi ABŞ əldən vermək istəmir.

- Amma faktiki olaraq sülh prosesi bir müddətdir ki, vasitəçilərsiz davam edir...

- Bilirsiniz, ABŞ burada müəyyən məsələləri nəzərə almalıdır. Əslində həm ABŞ, həm Rusiya bu gün faktiki ləğv olunmuş Minsk Qrupunun həmsədrləri kimi çıxış edirlər. Lakin bu məsələdə Moskva öz mövqeyini ortaya qoyub. Rusiya bəyan edib ki, Minsk Qrupunu artıq qeyri-işlək orqan kimi görür və bu təsisatın fəaliyyətində maraqlı deyil. Prezident İlham Əliyev Minsk Qrupu ilə bağlı məsələni Vaşinqtonun diqqətinə çatdırmaqla demək istəyir ki, ABŞ Minsk Qrupu ilə bağlı mövqeyini açıq şəkildə ortaya qoymasa, sülh prosesində mediatorluq edə bilməyəcək. Məncə, Blinken bu mesajı yaxşı başa düşməlidir. Öz növbəsində, Vaşinqton mesaj verməlidir ki, Minsk Qrupunun vasitəsi ilə deyil, ABŞ olaraq vasitəçilikdə maraqlıdır.

Bilirsiniz, vasitəçilik odur ki, münaqişə tərəfləri vasitəçilik etmək istəyən qüvvələrin vasitəçiliyinə könüllü şəkildə razılıq verməlidir. Əgər tərəflərdən biri vasitəçiliyə razı deyilsə, o zaman vasitəçilik alternativ həll yolu kimi aradan çıxır. Faktiki olaraq, Minsk Qrupu aradan çıxıb. Çünki rəsmi Bakı dəfələrlə bəyan edib ki, Minsk Qrupunun vasitəçiliyindən imtina edib. Məcburi vasitəçilik isə ola bilməz.

- Ümumiyyətlə, “ölü” qurum olan Minsk Qrupunun sözdə fəaliyyəti kimə faydalıdır?

- Ermənistan Minsk Qrupundan istifadə etməkdə maraqlıdır. Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla şərtsiz razılaşmada maraqlı deyil. Rəsmi İrəvan Bakı ilə danışıqlar masasında əlinin güclü olmasını istəyir. Paşinyan Qarabağdan könüllü gedən ermənilərdən alver predmeti kimi istifadə etmək niyyətindədir. Minsk Qrupu isə İrəvana bunun üçün lazımdır. Amma Paşinyan yaddan çıxarmamalıdır ki, Ermənistandan qovulan və sayları Qarabağdan könüllü gedən ermənilərin sayından qat-qat çox olan Qərbi Azərbaycan qaçqınları var. Azərbaycan bu məsələni ortaya qoyacaq ki, İrəvan burada “pas” vəziyyətinə düşəcək.

Eyni zamanda, ABŞ, Fransa, elə Rusiyanın özü də Minsk Qrupunun fəaliyyətində maraqlıdır. Söhbət vasitəçilik niyyətinin davam etməsindən gedir. Rusiya reallığı başa düşdü və israr etmir. ABŞ və Fransa da reallığı anlamalıdırlar. Dediyim kimi, tərəflərdən biri Minsk Qrupunun vasitəçiliyinə razı deyilsə, o zaman zorla vasitəçilik mümkün olmayacaq.

- Sülh sazişi üçün indi nə çatmır?

- Əslində Ermənistan ədalətli sülh üçün çox addımlar atmalıdır. Məsələn, müharibə təzminatı deyilən bir məsələ var. Biz 30 ildən çox işğalda qalan Azərbaycan ərazilərinin, kənd, qəsəbə, şəhərlərin necə viran edildiyi faktı ortadadır. Bu dağıntıların, vandalizmin təsirlərinin aradan qaldırılmasına milyardlarla vəsait lazımdır. Amma ədalətli sülh üçün İrəvanın çox şey etmək niyyəti yoxdur.

Sazişin imzalanmasına gəlincə, Azərbaycanın sülh sazişi ilə bağlı təklifləri ağlabatandır. Bakının tələbləri ortadadır və onlar yerinə yetirilməlidir. Lakin Ermənistan tərəfi bu tələblərdən boyun qaçırır. Məsələn, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını özündə ehtiva edən maddə dəyişməlidir. Lakin Ermənistan bunu dəyişmək istəmir. Bu isə sazişin imzalanmasına mane olan amillərdən biridir.

- Rəsmi İrəvan və şəxsən Paşinyan tərəfindən sülhə razılıqla bağlı bəyanatlar verilir. Digər tərəfdən isə Bakının tələblərini yerinə yetirmək istəmirlər. Bu ziddiyyətin səbəbi nədir?

- Paşinyan bilir ki, indi konstitusiya islahatları aparmaq üçün referendum keçirsə, qorxur ki, tələb olunan səsi əldə etməyə bilər. Bu, Paşinyan hakimiyyəti üçün böyük sınaq olar. Düzdür, Ermənistanda indi Paşinyan qədər populyar olan ikinci bir siyasətçi yoxdur. Lakin Paşinyana səs verəcək ermənilərin faizi 50-dən çox deyil. Bu gün ümumi seçicinin 40 faizdən artığı Paşinyanı dəstəkləmir. Amma ən çox dəstəkçi də Paşinyanındır, digər siyasi qüvvələr, 10-15 faiz civarında dəstəklənir. Sabah referendum keçirilsə, ermənilərin neçə faizinin Paşinyanın islahatlarına dəstək verəcəyi tam bəlli deyil. Bu isə Nikolun əminliyinə çübhə ilə yanaşmasına səbəb olur. Ola bilsin ki, Paşinyan “Tarixi Ermənistan nağılının arxasınca qaçmaq lazım deyil” bəyanatı verməklə erməniləri reallığa alışdırır. Ona görə də konstitusiya islahatını 2027-ci ilədək uzatmaq istəyir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir - NƏ ETMƏLİ?
Bu gün, 07:33
Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi - TƏFƏRRÜAT
Bu gün, 07:28
Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq - GƏLİŞMƏ
Bu gün, 07:08
"Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" - FAKT BUDUR!
Bu gün, 06:24
Cənubi Koreya Prezidenti həbs olunub - “Yonhap” agentliyi
Bu gün, 06:21
İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58
““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52
Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48
"Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38
Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34
Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05
Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23
Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32
Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11
"3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02
Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00
Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21
İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16
Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12
Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07
Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00
"Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59
İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46
"Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45
“Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41
Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39
“Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36
İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30
Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Dünən, 17:25
Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Dünən, 17:23
Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Dünən, 17:18
Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Dünən, 17:14
Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir - Alen Gevondyan
Dünən, 17:13
Baydenin erməni MİRASI – Qoca Co son günlərində də Ermənistanı düşünür...
Dünən, 17:04
Hafiz Hacıyev yaddaşını itirib? - AÇIQLAMA
Dünən, 17:01
Xırdalanda dözülməz vəziyyət - İcra hakimiyyəti sakinləri günahkar çıxardı
Dünən, 16:59
Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur
Dünən, 16:55
Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini DAYANDIRDI
Dünən, 16:48
Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb - KİV
Dünən, 16:44
Çox hörmətli başçı nəyə və kimə arxalanır?! - HARINLIQ NÜMUNƏSİ...
Dünən, 16:42
26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi - TƏFƏRRÜAT
Dünən, 16:36
Naxçıvanda dövlət qurumu adını dəyişir
Dünən, 16:29
Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
Dünən, 16:17
Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? - İTTİHAM VAR...
Dünən, 16:15
Qəzadan sağ çıxan Zaqatala sakini DANIŞDI - "Arxa qapıdan tullandım"
Dünən, 16:11
Ermənistan konstitusiyası dəyişərsə, sülh müqaviləsi imzalanacaqmı? - AÇIQLAMA
Dünən, 16:05
Pezeşkian sabah Tacikistana səfər edəcək
Dünən, 16:01
Valeh Əhmədova bu kanalda vəzifə verildi - FOTO
Dünən, 15:50
Nahid Bağırov onunla bağlı ƏMR VERDİ
Dünən, 15:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru