Görüş başlayır:“3+3” sülh platformasına çevriləcək? .....                     “Prezident COP29 zamanı qadağaların əleyhinə oldu” .....                     Cənubi Qafqaza sülh gətirməliyik .....                     Sabiq deputata məxsus olduğu bildirilən şirkət cərimələndi .....                     Yağış yağacağı ehtimalı var .....                     Si Cinpin Rusiyaya gedəcək .....                     “Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub .....                     Məhkəmə Suriyada qanunsuz silahlı birləşmələrə qoşulan şəxslə bağlı qərar verib .....                     Nazirlik “ənənəsinə” sadiq qaldı: Bu il də eyni şirkətdən 18 milyon manatlıq mebel alacaq .....                     "Camaat suyu şırhaşır açır" deyən deputat Hicran Hüseynovanın 10 minlik çantası... .....                     Silah və texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi ilə bağlı kompleks tədbirlər icra olunur .....                     Bakıda qızlar arasında qanlı dava: Bir nəfər bıçaqlandı .....                     ABŞ bu səbəbdən Türkiyə vətəndaşlarına QADAĞA QOYDU .....                     "Böyük zəhmət hesabına əldə olunmuş nailiyyətlərimizi qorumalıyıq" .....                     İranlılar acgöz israilliləri necə ələ alır? .....                     "Biz də Prezident İlham Əliyev haqqında film çəkib, onun adını tarixdə yaşatmalıyıq" .....                     Baş həkim qazilərdən pul almaqda ittiham olunur .....                     Heydərovun yarıtmaz TENDER ORTAĞI: “Tərəqqi-Ş” MMC... .....                     AFFA “Lerik” klubuna görə tənqid hədəfi oldu .....                     "Sinvar əməliyyatı" HƏMAS-a ölümcül zərbə olmadı .....                     Pulumuzu banka, yoxsa daşınmaz əmlaka yatıraq? .....                     Bəxtini cinayətdə sınayan bədbəxt .....                     COP29 dövründə Bakıda toylara məhdudiyyət qoyulmayacaq, SMS icazə sistemi tətbiq edilməyəcək .....                     Pezeşkian Bakıda Əliyevlə bunu müzakirə edəcək .....                     Bayden Almaniyaya getdi .....                     Naxçıvandan Bakıya ünvanlanan şikayətlərə QADAĞA VAR? .....                     "Evim uçub məni lağa qoyurlar ki TÖVLƏDƏ YAŞAYIRSAN, nə edim bəs?" .....                     Almaniyada itkin düşdüyü deyilən sabiq məmurun oğlundan YENİ XƏBƏR .....                     “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimi baş tutub .....                     İcra nümayəndəsi vətəndaşın torpağını MƏNİMSƏYİB? .....                     Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb .....                     Yerli mütəxəssis “Pepsi Bottlers Azerbaijan”a rəhbər təyin edildi .....                     Elm və Təhsil Nazirliyi bu şirkətə 18 milyon manat ödəyəcək .....                     Qəbələdə evlərdən çıxan tüfənglər, öldürülən iki nəfər... .....                     Həbsdəki general Prezidentə məktub yazdı: `XƏBƏRİM OLMAYIB...` .....                     “Yalnız icra hakimiyyətlərinə görə referendum keçirilmir” .....                     23 ilin prorektoru işdən çıxarıldı .....                     Neft və milyonlar səltənətinin DƏRMAN BARONU... .....                     Paşinyan Hərbi-Sənaye Komitəsinə yeni rəhbər təyin edib .....                     Qlobal savaşın kiçik meydanı: hər kəsin “əli daşın altında” .....                 

Paşinyan Bakıya gəlir... - Tarixdə ilk dəfə bir Ermənistan lideri buna çox yaxındır
Tarix: 27-05-2024, 14:00 | Çap et
Paşinyan Bakıya gəlir...
Hər şey buna aparır: Ermənistanın baş naziri Nikol Paşinyan Bakıda keçiriləcək COP29 konfransında iştirak edə bilər. Amma bu səfərə qədər həllini tapmalı məsələlər var. Ən azından Bakı ilə İrəvan çərçivə sazişi imzalamalıdır. Biz xatırlayırıq ki, hələ qış aylarında Böyük Britaniyanın baş naziri Ruşi Sunak sülh sənədi anonsu vermişdi. İlk dəfə bu fikir Sunakdan gəlmişdi - noyabradək sülh müqaviləsi imzalana bilər. Daha sonra Ermənistanın baş nazirindən oxşar sözlər səsləndi. Tarixin məhz noyabr göstərilməsi isə BMT-nin İqlim Dəyişikliyi konfransı ilə əlaqələndirilir. Yəni Bakıda olacaq nəhəng tədbirə kimi iki dövlət sülh sazişi bağlamaqla dünyanın rəğbətini qazana bilər. Ardınca millət vəkili Zahid Oruc parlamentin iclasında Paşinyanın Azərbaycana dəvət olunmasına çağırış etdi. Şübhəsiz ki, bu təklif də təsadüfi deyildi, Zahid Oruc hakimiyyətin siyasi strategiyasına bələd olan "ağır top"lardan biridir. Əgər ondan belə bir ideya gəlirsə, deməli, Paşinyanın Bakıda COP29 tədbirində iştirakı istisna deyil. Niyə də olmasın?! Paşinyan Türkiyəyə də səfər edərək Ərdoğanın inaqurasiya mərasimində iştirak edib. İndisə etimad mühiti yaranmaqdadır, ikitərəfli danışıqlarla sülh sazişinin mətni razılaşdırılır, Almatı, Tiflis, dövlət sərhədlərində görüşlər keçirilir, o zaman liderlərin də həm dövlət sərhədində görüşü mümkündür, həm də Paşinyanın Azərbaycana gəlişi...
Bununla da tarixdə ilk dəfə bir Ermənistan lideri Bakını görə bilər. Bu şans Paşinyan üçün var. Nikol daxili sabitliyi də təmin etməyə yaxındır - kilsəni süquta uğradır, rəqibləri "üç badam, bir qoz" olublar, ictimai rəy onun əleyhinə deyil, xalq Azərbaycanla aparılan prosesin davamını dəstəkləyir. Keşiş Srbazan da təlxəkliyi ilə heç nəyə nail ola bilmədi. Hətta 26 may mitinqi belə Nikolun devrilməsi üçün zəmin sayıla bilməz. Odur ki, vaxt o vaxtdır, Paşinyan administrasiyası yay aylarında çərçivə sənədinin imzalanması üçün siyasi iradə ortaya qoyarsa, biz onu Bakıda görə bilərik. Təbii ki, bu səfər COP29 konfransı qədər əhəmiyyətli və diqqətçəkici olacaq. Dünya mediasının diqqəti Paşinyanın Azərbaycana gəlişində olacaq. Bu, iqlim dəyişikliyinə dair konfransa ciddi siyasi çalar qatmış olacaq. Və Qərb mediasının manşetlərini təsəvvür etmək mümkündür: Nikol Bakıda! Paşinyan ilkə imza atdı! Tarixi sülh sənədi yaxında!
Hətta slüh müqaviləsi imzalandıqdan sonra prezident Əliyevlə baş nazir Paşinyana Nobel Sülh Mükafatı verilə bilər. Bu da iki əsrlik münaqişənin finişi, regiona dayanıqlı sülhün, sabitliyin və təhlükəsizliyin gəlməsi demək olacaq. Artıq hər iki ordunun əsgərləri atəş aşmayacaqlar, qurbanlar olmayacaq. Ən əsası isə bölgəyə müdaxilə etmək istəyən həm region, həm kənar dövlətlər fakt qarşısında qalacaq, mat vəziyyətinə düşəcəklər.
Ermənistanın Azərbaycanla sülh və ya çərçivə sazişini imzalaması Türkiyə ilə də münasibətlərin normallaşmasına şərait yaradacaq, sərhəd açılacaq. Bu, saziş imzalanmadan əvvəl də baş verə bilər və buna görə Türkiyənin qınanması doğru olmaz. Doğrudur, başda Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan olmaqla qardaş ölkənin rəsmiləri rəsmi Bakının qərarını gözləyirlər, ancaq Ankara Ermənistan siyasətində qərar verməkdə sərbəstdir. İkinci Qarabağ müharibəsindən sonra Prezident İlham Əliyevin açıqlamaları da bu yöndədir. Azərbaycan və Türkiyənin ortaq siyasəti Cənubi Qafqazda sülhün və hərtərəfli əməkdaşlığın bərqərarıdır. Hazırkı gedişat böyük ümidlər yaradır, heç vaxt olmadığı qədər sülhə yaxınıq, üstəlik, danışıqlar vasitəçisiz inkişaf edir. Rusiya moderator rolunu itirib, Avropa İttifaqı və ABŞ qarışmır, qalır sülh sənədinin imzalanması yeri. Bu da Tiflis, yaxud dövlət sərhədi ola bilər. Təbii ki, rəmzi məna daşınması baxımdan elə ilk delimitasiya olmuş ərazini seçmək yerinə düşərdi. Lakin sənədin harada imzalanmasının böyük əhəmiyyəti yoxdur, yetər ki sülh sazişi tam razılaşdırılsın.
O cəhətdən bu noyabra qədər gözlər Cənubi Qafqazda gedən proseslərin yekununda olacaq. Könül istərdi ki 2024 sülh ili olsun!

Azər Talıbov
Anaxeber.info









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Görüş başlayır:“3+3” sülh platformasına çevriləcək? - ŞƏRH
Bu gün, 13:15
“Prezident COP29 zamanı qadağaların əleyhinə oldu” - Anar Ələkbərov
Bu gün, 13:14
Cənubi Qafqaza sülh gətirməliyik - Arakçı
Bu gün, 13:11
Sabiq deputata məxsus olduğu bildirilən şirkət cərimələndi
Bu gün, 13:08
Yağış yağacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 13:05
Si Cinpin Rusiyaya gedəcək
Bu gün, 12:53
“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub
Bu gün, 12:50
Məhkəmə Suriyada qanunsuz silahlı birləşmələrə qoşulan şəxslə bağlı qərar verib
Bu gün, 12:47
Nazirlik “ənənəsinə” sadiq qaldı: Bu il də eyni şirkətdən 18 milyon manatlıq mebel alacaq - TƏFƏRRÜAT
Bu gün, 12:44
"Camaat suyu şırhaşır açır" deyən deputat Hicran Hüseynovanın 10 minlik çantası... - aparıcı onu "YAŞ SƏRDİ"
Bu gün, 12:40
Silah və texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi ilə bağlı kompleks tədbirlər icra olunur - VİDEO
Bu gün, 12:34
Bakıda qızlar arasında qanlı dava: Bir nəfər bıçaqlandı - VİDEO
Bu gün, 12:31
ABŞ bu səbəbdən Türkiyə vətəndaşlarına QADAĞA QOYDU - VİZA ALMAQ MÜMKÜNSÜZDÜR
Bu gün, 12:23
"Böyük zəhmət hesabına əldə olunmuş nailiyyətlərimizi qorumalıyıq" - deputat
Bu gün, 12:21
İranlılar acgöz israilliləri necə ələ alır? - “Regnum”
Bu gün, 12:19
"Biz də Prezident İlham Əliyev haqqında film çəkib, onun adını tarixdə yaşatmalıyıq" - TƏKLİF
Bu gün, 12:17
Baş həkim qazilərdən pul almaqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 12:13
Heydərovun yarıtmaz TENDER ORTAĞI: “Tərəqqi-Ş” MMC... - İcazə verin, şübhələnək...
Bu gün, 12:07
AFFA “Lerik” klubuna görə tənqid hədəfi oldu - AÇIQLAMA
Bu gün, 12:04
"Sinvar əməliyyatı" HƏMAS-a ölümcül zərbə olmadı - "The Washington Post"
Bu gün, 11:58
Pulumuzu banka, yoxsa daşınmaz əmlaka yatıraq? - ƏGƏR VARSA...
Bu gün, 11:55
Bəxtini cinayətdə sınayan bədbəxt - Bahəddin Həzi yazır...
Bu gün, 11:47
COP29 dövründə Bakıda toylara məhdudiyyət qoyulmayacaq, SMS icazə sistemi tətbiq edilməyəcək - BƏLLİ OLDU!
Bu gün, 11:40
Pezeşkian Bakıda Əliyevlə bunu müzakirə edəcək - Nazir
Bu gün, 11:36
Bayden Almaniyaya getdi - FOTO
Bu gün, 11:34
Naxçıvandan Bakıya ünvanlanan şikayətlərə QADAĞA VAR? - Göstəriş Naxçıvanın ali rəhbərliyindən verilib
Bu gün, 11:31
"Evim uçub məni lağa qoyurlar ki TÖVLƏDƏ YAŞAYIRSAN, nə edim bəs?" - Vətəndaş ÇARƏSİZ DURUMDA
Bu gün, 11:28
Almaniyada itkin düşdüyü deyilən sabiq məmurun oğlundan YENİ XƏBƏR - AÇIQLAMA
Bu gün, 11:23
“Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimi baş tutub - VİDEO
Bu gün, 11:20
İcra nümayəndəsi vətəndaşın torpağını MƏNİMSƏYİB? - MÜRACİƏT
Bu gün, 11:14
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 11:08
Yerli mütəxəssis “Pepsi Bottlers Azerbaijan”a rəhbər təyin edildi - FOTO
Bu gün, 10:55
Elm və Təhsil Nazirliyi bu şirkətə 18 milyon manat ödəyəcək
Bu gün, 10:53
Qəbələdə evlərdən çıxan tüfənglər, öldürülən iki nəfər... - TƏFƏRRÜAT
Bu gün, 10:49
Həbsdəki general Prezidentə məktub yazdı: `XƏBƏRİM OLMAYIB...` - “Tərtər işi”
Bu gün, 10:48
“Yalnız icra hakimiyyətlərinə görə referendum keçirilmir” - deputat
Bu gün, 10:43
23 ilin prorektoru işdən çıxarıldı - Yerinə baş stomatoloq gətirildi
Bu gün, 10:40
Neft və milyonlar səltənətinin DƏRMAN BARONU... - Feyziyevə hava hər yerdə xoşdur?
Bu gün, 10:35
Paşinyan Hərbi-Sənaye Komitəsinə yeni rəhbər təyin edib
Bu gün, 10:26
Qlobal savaşın kiçik meydanı: hər kəsin “əli daşın altında” - GƏLİŞMƏ
Bu gün, 10:26
Xalq artistimiz yenə də GÜL VURDU... - VİDEO
Bu gün, 10:15
"Alsu ilə ayrı dostluğum var, lakin heç vaxt ailələrə qarışmamışam"
Bu gün, 10:13
“TK Travel” şirkətinin rəhbəri İTTİHAM OLUNUR... - "Buna görə mənə 15 800 manat ziyan dəydi..."
Bu gün, 10:06
“Freedom House”dan yenə qərəzli hesabat, yenə absurd iddialar - Qərbin bütün resursları Azərbaycana qarşı...
Bu gün, 10:03
Ruben Vardanyanın həbs müddəti uzadılıb - QƏRAR
Bu gün, 10:01
Qalmaqallı Rüstəm Şahbazov nə qanun bilir, nə qayda... - NARAZILIQ VAR...
Bu gün, 09:59
Xalid Meşal HƏMAS-ın yeni rəhbəri oldu - LBCI xəbər portalı
Bu gün, 09:45
"Ramiz Mehdiyievi tənqid etdiyim üçün İsa Həbibbəyli ilə əlbir olub..." - AMEA-da 37-ci il AB-HAVASI...
Bu gün, 09:39
“Paşinyan Ərdoğanla “Zəngəzur” yox, “Orta dəhliz” haqda razılığa gələcək...” - “Hraparak”
Bu gün, 09:33
Sülh sazişi imzalanır, Zəngəzur isə... - Son şərtlər də qəbul edildi
Bu gün, 09:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru