Zelenskinin Trampla görüşdəki çıxışı biabırçılıq idi .....                     Paşinyan açıqladı .....                     ƏÜO-nun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib .....                     "Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, .....                     Dnestryanı bölgəsinin sakinləri güman ki, Rusiyanı yox, Avropanı seçəcəklər .....                     Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir .....                     Əhali banklar qarşısında daha çox borclanır, qazandığı ilə ödəyə bilmir .....                     Bu insanlara sərhəddə güzəşt edilməlidir! .....                     Qərb Gürcüstana niyə “ögey övlad” kimi .....                     Aparıcının övladının bağçada həyatını itirməsi təhlükəsizlik məsələsini gündəmə gətirdi .....                     İcra başçısı “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə ürək əməliyyatı keçirən şəhid anası Səadət Bağırovanı evində ziyarət edib .....                     “AFB Bank”ın rəhbərliyinə təyinat .....                     Bərdə probasiya şöbəsində nə baş verir? .....                     Ağdamda Dövlət Yanğından Mühafizə Hissəsi tikilir .....                     AYDIN ƏLİYEVİN GƏLİNİ ÜSYAN EDİR .....                     İran İsraillə birbaşa qarşıdurmaya girir? .....                     Azərbaycanda da restoranları olan məşhur pizza şəbəkəsi müflis oldu .....                     "Azərbaycanda tətbiq olunan mövcud suvarma sistemi .....                     "Hizbullah" lideri Şeyx Həsən Nəsrullah öldürülüb .....                     Həmid Əsədzadə 2 yaşlı qızının ölümündən danışdı: .....                     Nikolun “milliləşdirmə” oyunu .....                     Ermənistan və Fələstin diplomatik əlaqələr qurur .....                     Şimal-şərq küləyi əsəcək .....                     Ermənilərin çirkləndirdiyi Oxçuçayda vəziyyət necədir? .....                     Qovrulmuş yerfındığı əvəzinə KƏRPİC PARÇASI... .....                     “55 ildir ki, qarmonun üstündə oxşayıb-ağlayıram, amma xalq artisti deyiləm” .....                     Məşhur iş adamı Bakının bu yerində hektarlara ərazini ALDI .....                     Tural Məmmədova vəzifə verildi .....                     Rusiya general-polkovnikin bank hesabına da həbs qoydu .....                     Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağ adamı “ölmüş şəxs” kimi sistemə salıb .....                     Global Media Group jurnalistlər üçün təlim təşkil edib .....                     Quba sakinləri dərdlərini KİMƏ DESİNLƏR... .....                     FHN ilə “Baku Bulding” MMC-nin işbirliyində bir evin təmir və tikintisi neçəyə başa gəlir .....                     Türkiyənin Zəngəzurla bağlı mövqeyi... .....                     “Əvvəlki ödənişlər nəzərə alınmır. Niyə?” .....                     Paşinyan ABŞ-da Bakıya mesaj verdi, İrəvan qarışdı .....                     Makron Paşinyan üçün yeni "rol" hazırlayıb .....                     Kollec direktorunun kütləvi ixtisar qərarı... .....                     “Nar” və “YAŞAT” Fondu ilə birgə şəhid ailələri üçün layihə həyata keçirilib .....                     Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb .....                 

Deputatın məhkəmədə dindirilməsi tələb olundu - İşdə səsyazıları da var
Tarix: 22-05-2024, 17:47 | Çap et
Deputatın məhkəmədə dindirilməsi tələb olundu
“Məhsul” stadionunun direktoru Alik Həsənov və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmişlərin bir neçəsinin vəkili Aslan İsmayılov vəsatətlə çıxış edib.

Vəkil Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyevin dindirilməsini istəyib. Vəkilin sözlərinə görə, işdəki sənəd-sübutlar və səsyazıları da göstərir ki, Səttar Möhbalıyev dövlətin malını - stadionları öz mülkü kimi satıb: "Çox təəssüf edirəm ki, prokurorluq bu sübutlara göz yumdu, onu çağırıb dindirmədi. Bir ildir burada da eyni məsələni qaldırırıq, araşdırılmasını istəyirik".

Deputatın adı həm də Bakının Yasamal rayonundakı “Məhsul” stadionunun satışı ilə bağlı cinayət işində keçir. Stadionun ərazisini satmaq adıyla dələduzluq etməkdə suçlanan Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənov iki ilə yaxındır həbsdədir.

İddia olunur ki, onlar bina tikintisiylə məşğul olan bir neçə sahibkarı aldadaraq, həmin əraziyə görə onlardan külli miqdarda pul alıblar. Zərərçəkmiş qismində tanınan sahibkarların təkcə elə birindən beh kimi, 900 min manat pul alınıb.

Nadir Əliyev özünü təqsirli bilmir. O, iddia edir ki, sahibkarları Alik Həsənov aldadıb, onun isə yaşananlardan xəbəri olmayıb.

Alik Həsənov isə əksinə, bu işdə özünün sadəcə, icraçı, vasitəçi olduğunu bildirir. Onun sözlərinə görə, stadionun direktoru olsa da, rəhbər kimi, Nadir Əliyevdən asılı idi, onun göstərişlərini yerinə yetirirdi.

Zərərçəkmiş sahibkarlar da məhkəmədə bildiriblər ki, onlar AlikHəsənovla yanaşı, Nadir Əliyevlə də danışıqlar aparıblar. Yəni onun baş verənlərdən xəbərsiz olması haqda iddiaları doğru deyil.
Məhkəmədə Nadir Əliyevə məxsus olduğu iddia edilən səs yazısı da dinlənilib. Orada danışan şəxs baş verənlərə görə deputatı ittiham edir.

Nadir Əliyev həmin səsyazısının ona məxsus olduğunu təsdiqləsə də, səslənən fikirləri qəbul eləmir.

Zərərçəkmişlərin hüquqlarını müdafiə edən vəkil Aslan İsmayılov deyib ki, Nadir Əliyev məhkəmədə fərqli taktika seçib, bu üzdən deputatın adını çəkmir: “Görünür, söz veriblər ki, “ad çəkmə, səni çıxaracağıq”. Ona görə də Nadir Əliyev əvvəlki ifadəsindən də, dediklərindən də imtina edir. Nadir Əliyev necə davranırsa davransın, həqiqəti ortaya çıxarmaq məhkəmənin borcudur. Gəncədəki, Göygöldəki stadionlar dədə malı kimi necə satılıb?”.

Zərərçəkmişlər də, təqsirləndirilən şəxslərdən Alik Həsənov da deputat Səttar Möhbalıyevin çağrılıb dindirilməsi barədə vəsatətin təmin olunmasını istəyib. Amma Nadir Əliyev bunun əleyhinə olub.

Hakimlər deputatla bağlı vəsatəti təmin etməyiblər. Onun adı çəkilən səsyazısına gəlincə, məhkəmə onu qəbul edib və iş materiallarına əlavə olunub. Lakin onun sübut kimi dəyərləndirilməsi məsələsinə sonda hökm çıxarılanda qərar veriləcəyi bildirilib.

İttihama görə, Nadir Əliyev və Alik Həsənov hündürmərtəbəli binaların tikintisiylə məşğul olan sahibkarlara stadion ərazisinin 5 milyon 500 minə satıldığını deyiblər. Ərazini almaq istəyən sahibkarlardan isə həm beh, həm də Konfederasiya rəhbərliyinə vermək adıyla ümumilikdə 900 min manat pul alıblar.

Bundan başqa, Alik Həsənovun özünün ayrıca da daha bir sahibkarı aldadıb pulunu ələ keçirdiyi iddia edilir.

İstintaq zamanı Alik Həsənovun direktoru olduğu stadionun ərazisini başqa bir sahibkara 8 milyon manata sata biləcəyini deməsi, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət vermək və müvafiq sənədləşdirmə işləri aparmaq adıyla onun 360 min manat pulunu ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.

Nadir Əliyev və Alik Həsənova qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb.

Bunlar Rauf İsmayılov, Dadaş Umbatov, Həbib Zülfüqarov, Elçin Rüstəmov və Yusif Vəlixanovdur.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zelenskinin Trampla görüşdəki çıxışı biabırçılıq idi - "Spiegel"
Bu gün, 14:10
Paşinyan açıqladı – Əliyevin tələbi yerinə yetiriləcək
Bu gün, 14:07
ƏÜO-nun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib - VİDEO
Bu gün, 14:01
"Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, Ermənistan hərbi ritorikadan əl çəkib...”
Bu gün, 14:00
Dnestryanı bölgəsinin sakinləri güman ki, Rusiyanı yox, Avropanı seçəcəklər - GƏLİŞMƏ
Bu gün, 13:59
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir - MƏQALƏ
Bu gün, 13:54
Əhali banklar qarşısında daha çox borclanır, qazandığı ilə ödəyə bilmir - FAKT BUDUR!
Bu gün, 13:29
Bu insanlara sərhəddə güzəşt edilməlidir! - Deputatın təklifi reallaşa bilərmi?
Bu gün, 13:27
Qərb Gürcüstana niyə “ögey övlad” kimi DAVRANIR?
Bu gün, 13:23
Aparıcının övladının bağçada həyatını itirməsi təhlükəsizlik məsələsini gündəmə gətirdi - "Heç kim heç nədən sığortalanmayıb"
Bu gün, 13:14
İcra başçısı “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə ürək əməliyyatı keçirən şəhid anası Səadət Bağırovanı evində ziyarət edib
Bu gün, 13:09
“AFB Bank”ın rəhbərliyinə təyinat - FOTO
Bu gün, 12:48
Bərdə probasiya şöbəsində nə baş verir? - TƏFƏRRÜAT
Bu gün, 12:44
Ağdamda Dövlət Yanğından Mühafizə Hissəsi tikilir - TENDER NƏTİCƏSİ
Bu gün, 12:40
AYDIN ƏLİYEVİN GƏLİNİ ÜSYAN EDİR - Biz arxasızıq deyə bunu edirlər
Bu gün, 12:28
İran İsraillə birbaşa qarşıdurmaya girir? - AÇIQLAMA
Bu gün, 12:26
Azərbaycanda da restoranları olan məşhur pizza şəbəkəsi müflis oldu - FOTO
Bu gün, 12:24
"Azərbaycanda tətbiq olunan mövcud suvarma sistemi 1000 il bundan əvvəlki selləmə suvarma sistemidir"
Bu gün, 12:21
"Hizbullah" lideri Şeyx Həsən Nəsrullah öldürülüb - İsrail mediası
Bu gün, 12:16
Həmid Əsədzadə 2 yaşlı qızının ölümündən danışdı: - "Uşağımı xəstəxanaya aşpaz çatdırıb"
Bu gün, 12:14
Nikolun “milliləşdirmə” oyunu NƏYƏ HESABLANIB?
Bu gün, 12:10
Ermənistan və Fələstin diplomatik əlaqələr qurur - Ermənistan KİV
Bu gün, 12:08
Şimal-şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 11:59
Ermənilərin çirkləndirdiyi Oxçuçayda vəziyyət necədir? - AÇIQLAMA
Bu gün, 11:55
Qovrulmuş yerfındığı əvəzinə KƏRPİC PARÇASI... - AQTA bir göz atsın oralara...
Bu gün, 11:53
“55 ildir ki, qarmonun üstündə oxşayıb-ağlayıram, amma xalq artisti deyiləm” - Əməkdar artist
Bu gün, 11:30
Məşhur iş adamı Bakının bu yerində hektarlara ərazini ALDI – Görün nə tikdirir…
Bu gün, 11:23
Tural Məmmədova vəzifə verildi - ÖZÜ AÇIQLADI
Bu gün, 11:21
Rusiya general-polkovnikin bank hesabına da həbs qoydu - TASS
Bu gün, 11:15
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağ adamı “ölmüş şəxs” kimi sistemə salıb - “Ölü kimi” qeyda alınan şəxs isə...
Bu gün, 11:14
Global Media Group jurnalistlər üçün təlim təşkil edib - FOTO
Bu gün, 11:08
Quba sakinləri dərdlərini KİMƏ DESİNLƏR... - NARAZILIQ VAR...
Bu gün, 11:04
FHN ilə “Baku Bulding” MMC-nin işbirliyində bir evin təmir və tikintisi neçəyə başa gəlir - İLGİNC FAKTLAR
Bu gün, 11:02
Türkiyənin Zəngəzurla bağlı mövqeyi... - Dəhliz Rusiyanın vasitəçiliyi ilə açılsa...
Bu gün, 10:56
“Əvvəlki ödənişlər nəzərə alınmır. Niyə?” - ETİRAZ VAR...
Bu gün, 10:52
Paşinyan ABŞ-da Bakıya mesaj verdi, İrəvan qarışdı - “İki yol var”
Bu gün, 10:44
Makron Paşinyan üçün yeni "rol" hazırlayıb - DETALLAR
Bu gün, 10:40
Kollec direktorunun kütləvi ixtisar qərarı... NARAZILIQ YARATDI
Bu gün, 10:38
“Nar” və “YAŞAT” Fondu ilə birgə şəhid ailələri üçün layihə həyata keçirilib
Bu gün, 10:33
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb
Bu gün, 10:28
"Rəşad Musayev mənə dedi ki, sənin üstündə nəzarəti gücləndirib səni tutduracam" - İTTİHAM VAR...
Bu gün, 10:26
Ermənistan-Rusiya münasibətlərində problemlər var, amma... - ŞƏRH
Bu gün, 10:23
Zəngəzurdan pay istəyənlərin sayı artır - “Azərbaycan hazır olmalıdır”
Bu gün, 10:21
VII çağırış Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyi açıqlanıb
Bu gün, 10:19
Paşinyan referenduma gedir: Azərbaycanın qərarı nə olacaq? - Görünəni odur ki...
Bu gün, 10:17
Tənha yaşayan 3 uşaqlı anaya ƏCAİB İMTİNA BƏHANƏSİ... - BU NƏDİ BELƏ?!
Bu gün, 10:14
"Bəzi xarici siyasi dairələr xüsusi canfəşanlıqla ölkəmizə qarşı təqib-təzyiq kampaniyasına başlayıb" - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:09
"Dalaşırdım, döyürdüm, döyülürdüm.." - VİDEO
Bu gün, 10:07
Paşinyan əgər istəsə... - AKTUAL
Bu gün, 09:56
Bu halda Əmək Məcəlləsi pozulur - Ekspert danışır...
Bu gün, 09:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru