Mərkəzi Bankda YENİ TƏYİNAT - ƏMR
Tarix: 22-05-2024, 11:09 |
Çap et
Azərbaycan Mərkəzi Bankında İstehlakçılarla iş departamentinə yeni direktor təyin olunub.
Marja xəbər verir ki, Murad Məmmədov İstehlakçılarla iş departamentinin direktoru vəzifəsinə təsdiq olunub.
Murad Məmmədov 2020-ci ilin Yanvar ayından Mərkəzi Bankda çalışır. O, yeni təyinatdan öncə İstehlakçılarla iş departamentinin direktor müavini vəzifəsində çalışırdı.