“Xətai-Rabitə-Tikinti” ASC səhmdarlarının toplantısı keçiriləcək
Tarix: 23-05-2024, 00:02 |
Çap et
5 iyul 2024-cü il saat 14.00-da “Xətai-Rabitə-Tikinti” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
dia-az.media xəbər verir ki, yığıncaq Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsi 13X nömrəli ünvanda yerləşən inzibati binada baş tutacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. “Xətai-Rabitə-Tikinti” Açıq Səhmdar Cəmiyyətinin 2023-cü maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi və təsdiq olunması.
2. Digər məsələlər.
Səhmdarlar ümumi yığıncağın gündəliyinin materialları ilə iş günləri saat 10.00-dan 18.00-dək səhmdar cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsi 13X nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətin idarə heyətinə müraciət etməklə tanış ola bilərlər. Yığıncaqda iştirak etmək vacibdir.