Xalq artistimiz yenə də GÜL VURDU... .....                     "Alsu ilə ayrı dostluğum var, lakin heç vaxt ailələrə qarışmamışam" .....                     “TK Travel” şirkətinin rəhbəri İTTİHAM OLUNUR... .....                     “Freedom House”dan yenə qərəzli hesabat, yenə absurd iddialar .....                     Ruben Vardanyanın həbs müddəti uzadılıb .....                     Qalmaqallı Rüstəm Şahbazov nə qanun bilir, nə qayda... .....                     Xalid Meşal HƏMAS-ın yeni rəhbəri oldu .....                     "Ramiz Mehdiyievi tənqid etdiyim üçün İsa Həbibbəyli ilə əlbir olub..." .....                     “Paşinyan Ərdoğanla “Zəngəzur” yox, “Orta dəhliz” haqda razılığa gələcək...” .....                     Sülh sazişi imzalanır, Zəngəzur isə... .....                     “Rusiya 2020-ci ildən etibarən Ermənistana xəyanət edir” .....                     ABŞ Azərbaycanla bağlı köhnə mövzunu qabartdı .....                     "Kamal Abdullayev öz çömçəsi ilə qazanı elə qarışdırıb ki..." .....                     Lizinq şirkətinin bir payçısı yeni buraxılmış səhmlərə “yaxın durmadı” .....                     Professorun 47 yaşlı oğlu qəfildən öldü .....                     Tələbələrin təqaüdündən qanunsuz tutulmalar var? .....                     Makronun BAKI TƏLAŞI... .....                     Bu halda müavinət hansı məbləğdə ödənilir... .....                     İsveçrə ermənilərdən alət kimi istifadə edir .....                     122 "Tomahavk" Rusiya hərbi strukturunu məhv edə bilər .....                     Azərbaycan səhiyyəsinin `ölüm korpusu`: TƏHLÜKƏLİ ÜÇLÜK... .....                     Rusiyadan Xankəndi açıqlaması: niyə narahatlıq yaşanır? .....                     Vaşinqton qəbul edir ki, sülh müqaviləsi COP29-la əlaqəli deyil... .....                     Nazirlik bəyan etdi: Ermənistan müharibəyə hazırlaşır .....                     26 oktyabr seçkiləri Gürcüstanla yanaşı, bütün bölgə üçün nə vəd edir? .....                     `Aztelekom`un 3 aylıq ÖDƏNİŞ TƏLƏBİ... .....                     `Atena` müştərisini az qala zəhərləyəcəkdi... .....                     Rəis və qaraj müdiri Gəncə MKTB-ni talan edib .....                     Ermənistanın Rusiyanın gözünə kül üfürmək istəyir .....                     Bərdə sakininin başına oyun açdılar .....                     “Sosial şəbəkə istifadəçilərinə elə gəlir ki, virtual aləmdə mülki nəzarətdən uzaqdadırlar” .....                     Gəncədə baş verən partlayışda ölən və yaralananların kimliyi məlum olub .....                     “Qara delfin”dən gələn yalvarış: .....                     Putin Cənubi Qafqazı İrana “verdi” .....                     “Dörd Qardaş” MTK məhkəməni də saya salmır... .....                     Gürcüstanda indiki hakimiyyətin qalib gəlməsi Azərbaycan üçün vacibdir .....                     Bu dövlət qurumları ləğv edilir .....                     Baş nazirin çin olmayacaq arzuları .....                     Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür .....                     Füzulidə 97,2 milyonluq tikinti-quraşdırma işləri bu şirkətə .....                 

Zəngəzur dəhlizinin yekun statusu bəlli oldu - Bakının son tələbi açıqlandı
Tarix: 15-05-2024, 17:10 | Çap et
Zəngəzur dəhlizinin yekun statusu bəlli oldu
Zəngəzur dəhlizinin Kalininqrad statusu ilə açılması Ermənistanda yenidən gündəmə gəlib. Ermənilər iddia edirlər ki, hər şey dəhlizin bu statusla açılmasına doğru gedir. Bu, rəsmi Bakının tələb etdiyi “Azərbaycandan Azərbaycana prinsipi”ni ehtiva edən modeldir. Bəs son durum nə yerdədir, Ermənistanın buna münasibəti necədir?

Məsələni Teleqraf.com-a şərh edən politoloq İlqar Vəlizadə Kalininqrad modelinin mahiyyətini izah edib.

Onun sözlərinə görə, bu, Zəngəzur dəhlizinin xüsusi güzəştlərlə açılması hadisəsi olacaq:

“Kalininqrad modeli belədir ki, sərnişin və malların daşınmalarında güzəştlər tətbiq olunur, müəyyən kateqoriyalara aid olan mallarla bağlı ümumiyyətlə rüsum alınmır. Məsələn, bu modelin tətbiqindən sonra Naxçıvan sakinlərinə gündəlik tələbat malları göndəriləcəksə, bunlar rüsumsuz buraxılacaq. Sərnişinlərin daşınmasına gəlincə, daşınma Azərbaycandan Azərbaycana olacağı üçün Naxçıvana getmək istəyən və ya bura gəlmək istəyən vətəndaşlardan viza tələb olunmayacaq. Bu durumda sadəcə şərti yoxlama aparılır.

Dəhlizin Kalininqrad modeli ilə açılması Azərbaycanın tələbidir. Bizim tələbimiz reallaşsa, Azərbaycanla Ermənistan arasında digər istiqamətlərdə də kommunikasiyalar açılacaq. Bu, Ermənistana da qazanc gətirəcək, tranzit imkanları yaranacaq və artacaq. Bu durumda Ermənistanın Türkiyə ilə də əlaqələri yaranacaq. Yeri gəlmişkən, Ermənistan bu xətlər vasitəsilə Mərkəzi Asiya və Rusiyaya birbaşa çıxış imkanları əldə edə bilər. Bu tələbi yerinə yetirməsə, Ermənistan üçün hər şey olduğu kimi qalacaq”.

İlqar Vəlizadə hesab edir ki, Ermənistan “Sülh qovşağı” layihəsini reallaşdırmaq istəyirsə, Zəngəzur dəhlizinin statusu ilə bağlı şərtimizi yerinə yetirməlidir:

“Bunu istəməsə, heç kim onu məcbur etməyəcək. Bizim İran üzərindən alternativimiz var, indi Ermənistanın ziddiyyətli addımları fonunda bu projedən imtina etsək, onun heç bir imkanı qalmayacaq. Yəni duruma uyğun olaraq, şərtlər də dəyişə bilər. Əslində Ermənistanı bir az cazibəli göstərən Zəngəzur dəhlizi layihəsidir, indi buna yaxın durmasa, bu imkanını da itirəcək. İrəvan mümkün gəlişmələri qabaqlamaq istəyirsə, bəri başdan tədbir görməlidir. Tarix göstərir ki, gecikən cavab heç vaxt vəziyyəti bunu ləngidənin xeyrinə dəyişmir.

Ermənistan iş-işdən keçdikdən sonra cavab verəcəksə, oyundankənar vəziyyətdə qala bilər. Məsələn, Ermənistan bu kimi səbəblərdən regionda reallaşan Bakı-Tiflis-Qars dəmir yolu və Bakı-Tiflis-Ceyhan boru kəmərindən kənada qalıb. İndi Azərbaycandan Avropaya çəkilən elektrik kabelləri Gürcüstandan keçəcək, bunu sonradan Ermənistandan keçirmək mümkün olacaqmı? Yox! Bu, Avropaya açılacaq “Yaşıl enerji dəhlizi” üçün də keçərlidir. Ermənistan bu dəfə də oyundankənar vəziyyətdə qalmaq istəmirsə, dəhlizin bizim istədiyimiz statusla açılması üçün tələsməlidir”.

Ermənistanın “dəhliz” ifadəsindən çəkinməsinə gəlincə, politoloq mümkün səbəblər haqda bunları söyləyib:

“Ermənistan uzun illər özünü inandırıb ki, guya Azərbaycan və Türkiyədə ona ancaq təhdid və təhlükə gələ bilər. Bu səbəbdən də, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında açılacaq dəhliz Ermənistanda “işğal cəhdi” kimi qəbul olunur. Ermənilər öz xülyalarından qorxurlar. Digər yandan, indiyədək Ermənistanda irimiqyaslı tranzit layihələr həyata keçirilməyib. Yəni belə layihələrdən, onların hansı formada reallaşması və nə kimi üstünlüklərinin olmasından xəbərsizdirlər”.

Ermənistan və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Şimal-Cənub dəhlizinin Qacaran-Sisyan yolunun (Zəngəzur bölgəsində) tikintisi üçün 236 milyon avroluq kredit sazişi imzalayıb. Bəs bu hansı layihədir?

İlqar Vəlizadə bunun Zəngəzur dəhlizi ilə bağlı olmadığını söyləyib:

“Bu, tam başqa layihədir. Ermənistan Fars körfəzi və Qara dənizi birləşdirən bir proje təklif edib. Bunun başlanğıcı İranın Çabahar, sonu Gürcüstanın Batumi limanlarındadır. Qacaran-Sisyan yolu da bunun tərkib hissəsi kimi qiymətləndirilir. Bu projedə şərti olaraq Hindistan, İran, Ermənistan, Gürcüstan və Bolqarıstan iştirak edir. Avropa Birliyi bu xətlə Ermənistan üzərindən Hindistan və Asiyanın digər bazarlarına çıxmaq istəyir. Bu, mürəkkəb bir məsələdir, çətin relyef buna mane olur. Üstəgəl, yüklərin avtomobil yolları ilə daşınmasını nəzərdə tutur. Ermənistanın yollarının isə yükgötürmə qabiliyyəti aşağıdır. Avtonəqliyyat daşımaları isə çox bahalıdır. Karqodan sonra ən bahalı yükdaşıma budur. Çünki benzin, mazut və dizeldən istifadə olunur, bunlar da bahalı resurslardır. Belə daşımalar isə iri şirkətlər və dövlətlər üçün o qədər də məqbul deyil. Çünki avtomobil yolları ilə daha az və birkateqoriyalı yükləri daşıya bilirlər.

Böyük yüklər adətən gəmi və dəmir yolları ilə daşınanda daha sərfəli olur. Bu səbəbdən də, Ermənistan marşrutu o qədər də sərfəli deyil. Çox güman ki, Avropa Yenidənqurma Bankı siyasi motivlərdən istifadə edərək bu layihəni reallaşdırmaq istəyir. Həmçinin bununla Rusiyaya göstərmək istəyirlər ki, sizinlə yanaşı, biz də burdayıq”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artistimiz yenə də GÜL VURDU... - VİDEO
Bu gün, 10:15
"Alsu ilə ayrı dostluğum var, lakin heç vaxt ailələrə qarışmamışam"
Bu gün, 10:13
“TK Travel” şirkətinin rəhbəri İTTİHAM OLUNUR... - "Buna görə mənə 15 800 manat ziyan dəydi..."
Bu gün, 10:06
“Freedom House”dan yenə qərəzli hesabat, yenə absurd iddialar - Qərbin bütün resursları Azərbaycana qarşı...
Bu gün, 10:03
Ruben Vardanyanın həbs müddəti uzadılıb - QƏRAR
Bu gün, 10:01
Qalmaqallı Rüstəm Şahbazov nə qanun bilir, nə qayda... - NARAZILIQ VAR...
Bu gün, 09:59
Xalid Meşal HƏMAS-ın yeni rəhbəri oldu - LBCI xəbər portalı
Bu gün, 09:45
"Ramiz Mehdiyievi tənqid etdiyim üçün İsa Həbibbəyli ilə əlbir olub..." - AMEA-da 37-ci il AB-HAVASI...
Bu gün, 09:39
“Paşinyan Ərdoğanla “Zəngəzur” yox, “Orta dəhliz” haqda razılığa gələcək...” - “Hraparak”
Bu gün, 09:33
Sülh sazişi imzalanır, Zəngəzur isə... - Son şərtlər də qəbul edildi
Bu gün, 09:31
“Rusiya 2020-ci ildən etibarən Ermənistana xəyanət edir” - Qaqik Melkonyan
Bu gün, 09:30
ABŞ Azərbaycanla bağlı köhnə mövzunu qabartdı - Rusiya “bitib” dedi
Bu gün, 09:28
"Kamal Abdullayev öz çömçəsi ilə qazanı elə qarışdırıb ki..." - İLGİNC FAKTLAR
Bu gün, 09:23
Lizinq şirkətinin bir payçısı yeni buraxılmış səhmlərə “yaxın durmadı”
Bu gün, 09:19
Professorun 47 yaşlı oğlu qəfildən öldü
Bu gün, 09:18
Tələbələrin təqaüdündən qanunsuz tutulmalar var? - ETİRAZ
Bu gün, 09:15
Makronun BAKI TƏLAŞI... - NƏ BAŞ VERİR?
Bu gün, 09:12
Bu halda müavinət hansı məbləğdə ödənilir... - Ekspert danışır...
Bu gün, 09:08
İsveçrə ermənilərdən alət kimi istifadə edir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:04
122 "Tomahavk" Rusiya hərbi strukturunu məhv edə bilər - Petr Çernik
Bu gün, 09:02
Azərbaycan səhiyyəsinin `ölüm korpusu`: TƏHLÜKƏLİ ÜÇLÜK... və qazinin ölümlə çarpışan həyat yoldaşı
Bu gün, 08:57
Rusiyadan Xankəndi açıqlaması: niyə narahatlıq yaşanır? – Əsas səbəb
Bu gün, 08:54
Vaşinqton qəbul edir ki, sülh müqaviləsi COP29-la əlaqəli deyil... və Azərbaycanı tələsdirmək mümkünsüzdür
Bu gün, 08:53
Nazirlik bəyan etdi: Ermənistan müharibəyə hazırlaşır – Büdcə artırıldı, cavab tədbirlərinə başlandı
Bu gün, 08:48
26 oktyabr seçkiləri Gürcüstanla yanaşı, bütün bölgə üçün nə vəd edir? - İNCƏLƏMƏ
Bu gün, 08:46
`Aztelekom`un 3 aylıq ÖDƏNİŞ TƏLƏBİ... QANUNİDİRMİ?
Bu gün, 08:42
`Atena` müştərisini az qala zəhərləyəcəkdi... - GİLEY
Bu gün, 08:36
Rəis və qaraj müdiri Gəncə MKTB-ni talan edib - BU NƏDİ BELƏ?!
Bu gün, 08:29
Ermənistanın Rusiyanın gözünə kül üfürmək istəyir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 08:26
Bərdə sakininin başına oyun açdılar - TƏFƏRRÜAT
Bu gün, 08:23
“Sosial şəbəkə istifadəçilərinə elə gəlir ki, virtual aləmdə mülki nəzarətdən uzaqdadırlar” - NƏ ETMƏLİ?
Bu gün, 08:14
Gəncədə baş verən partlayışda ölən və yaralananların kimliyi məlum olub - FOTO
Bu gün, 08:11
“Qara delfin”dən gələn yalvarış: - “Allahdan sonra bütün ümid sənədir”
Bu gün, 07:15
Putin Cənubi Qafqazı İrana “verdi” – Surenyants
Bu gün, 07:04
“Dörd Qardaş” MTK məhkəməni də saya salmır... - FAKT BUDUR!
Bu gün, 07:02
Gürcüstanda indiki hakimiyyətin qalib gəlməsi Azərbaycan üçün vacibdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:27
Bu dövlət qurumları ləğv edilir - AKTUAL
Bu gün, 03:24
Baş nazirin çin olmayacaq arzuları – Xəyali layihədən 10 milyard dollar...
Bu gün, 03:18
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür - BAYRAMIMIZ MÜBARƏK!
Bu gün, 00:17
Füzulidə 97,2 milyonluq tikinti-quraşdırma işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05
Cəbrayılda 93 evin tikintisi 15 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
Milyardla dollara amnistiya gəlir? - "Yolu bundan keçir"
Dünən, 19:02
Azərbaycan-Ermənistan danışıqları: - Problemlər “3+3” formatında müzakirə mövsuzu ola bilər
Dünən, 19:00
Azərbycanda şirkət müflis olduğunu elan etdi
Dünən, 18:56
Dədəmiz-babamız “Halloween” GÖRMÜŞDÜ?.. - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:06
Azərbaycan Avropa Şurasına üzvlük haqqı ödəməyi DAYANDIRIB?
Dünən, 18:03
"Suriyada yeni humanitar böhran baş qaldırır" - NRC
Dünən, 18:01
Onların Hərbi Qənimətlər Parkına getməsi biabırçılıq idi – Abovyan
Dünən, 18:00
İrəvan ABŞ-la hərbi sazişin müddətini uzadır - KİV
Dünən, 17:57
Ukrayna COP29-u boykota çağırır: Nəticələrin sonu necə olacaq? - Düşməniksə... DÜŞMƏN OLAQ!
Dünən, 17:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru