İnsanlar əllərindəki zibilləri atmağa yer tapmırlar .....                     Görüş başlayır:“3+3” sülh platformasına çevriləcək? .....                     “Prezident COP29 zamanı qadağaların əleyhinə oldu” .....                     Cənubi Qafqaza sülh gətirməliyik .....                     Sabiq deputata məxsus olduğu bildirilən şirkət cərimələndi .....                     Yağış yağacağı ehtimalı var .....                     Si Cinpin Rusiyaya gedəcək .....                     “Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub .....                     Məhkəmə Suriyada qanunsuz silahlı birləşmələrə qoşulan şəxslə bağlı qərar verib .....                     Nazirlik “ənənəsinə” sadiq qaldı: Bu il də eyni şirkətdən 18 milyon manatlıq mebel alacaq .....                     "Camaat suyu şırhaşır açır" deyən deputat Hicran Hüseynovanın 10 minlik çantası... .....                     Silah və texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi ilə bağlı kompleks tədbirlər icra olunur .....                     Bakıda qızlar arasında qanlı dava: Bir nəfər bıçaqlandı .....                     ABŞ bu səbəbdən Türkiyə vətəndaşlarına QADAĞA QOYDU .....                     "Böyük zəhmət hesabına əldə olunmuş nailiyyətlərimizi qorumalıyıq" .....                     İranlılar acgöz israilliləri necə ələ alır? .....                     "Biz də Prezident İlham Əliyev haqqında film çəkib, onun adını tarixdə yaşatmalıyıq" .....                     Baş həkim qazilərdən pul almaqda ittiham olunur .....                     Heydərovun yarıtmaz TENDER ORTAĞI: “Tərəqqi-Ş” MMC... .....                     AFFA “Lerik” klubuna görə tənqid hədəfi oldu .....                     "Sinvar əməliyyatı" HƏMAS-a ölümcül zərbə olmadı .....                     Pulumuzu banka, yoxsa daşınmaz əmlaka yatıraq? .....                     Bəxtini cinayətdə sınayan bədbəxt .....                     COP29 dövründə Bakıda toylara məhdudiyyət qoyulmayacaq, SMS icazə sistemi tətbiq edilməyəcək .....                     Pezeşkian Bakıda Əliyevlə bunu müzakirə edəcək .....                     Bayden Almaniyaya getdi .....                     Naxçıvandan Bakıya ünvanlanan şikayətlərə QADAĞA VAR? .....                     "Evim uçub məni lağa qoyurlar ki TÖVLƏDƏ YAŞAYIRSAN, nə edim bəs?" .....                     Almaniyada itkin düşdüyü deyilən sabiq məmurun oğlundan YENİ XƏBƏR .....                     “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimi baş tutub .....                     İcra nümayəndəsi vətəndaşın torpağını MƏNİMSƏYİB? .....                     Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb .....                     Yerli mütəxəssis “Pepsi Bottlers Azerbaijan”a rəhbər təyin edildi .....                     Elm və Təhsil Nazirliyi bu şirkətə 18 milyon manat ödəyəcək .....                     Qəbələdə evlərdən çıxan tüfənglər, öldürülən iki nəfər... .....                     Həbsdəki general Prezidentə məktub yazdı: `XƏBƏRİM OLMAYIB...` .....                     “Yalnız icra hakimiyyətlərinə görə referendum keçirilmir” .....                     23 ilin prorektoru işdən çıxarıldı .....                     Neft və milyonlar səltənətinin DƏRMAN BARONU... .....                     Paşinyan Hərbi-Sənaye Komitəsinə yeni rəhbər təyin edib .....                 

Bölgə toqquşma astanasında: İrəvana “dur” deyilməsə... - AKTUAL
Tarix: 13-04-2024, 19:00 | Çap et
Bölgə toqquşma astanasında: İrəvana “dur” deyilməsə...
İkinci Qarabağ müharibəsindən sonra yüzlərlə azərbaycanlı azad edilmiş ərazilərdə mina partlayışlarının qurbanı olub. Ötən gün Ağdam rayonunun Əliağalı kəndi ərazisində də mina hadisəsi baş verib. Azərbaycan Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib ki, 1965-ci il təvəllüdlü Bağırov Mirfəttah Bağır oğlu və 1973-cü il təvəllüdlü Teymurov Xəqani Allahverdi oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.

Hər iki şəxs ayağından xəsarət alıb. Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırıb.

44 günlük müharibədən sonra Azərbaycan tərəfi dəfələrlə Ermənistandan mina xəritələrinin təqdim olunmasını tələb edib. Amma hələ də Ermənistan tam olaraq mina xəritələrini verməyib. Təqdim etdikləri mina xəritələri isə etibarlı olmayıb. Bununla da Ermənistanın mina terrorunu davam etdirməsi faktı öz aktuallığını qoruyur.

Mina terroru ilə yanaşı, Ermənistan şərti sərhəddə təxribatlarını da davam etdirir. Belə ki, dünən Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən verilən xəbərə görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. Ermənistanın mina terrorunun davam etməsi, sülhdən yayınma siyasəti və şərti sərhəddəki təxribatların sayının artması bölgədə yeni eskalasiya riskini artırır.

Baş verən proseslərlə bağlı AYNA-ya danışan Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri deyib ki, Azərbaycan zaman-zaman bu problemi beynəlxalq aləmin gündəminə gətirir:

- Əslində beynəlxalq humanitar hüquq məsələsinə minalar məsələsi də daxildir. Bu baxımdan, Ermənistanın borcudur ki, işğal etdiyi ərazilərdə 30 il müddətdə basdırdığı minaların doğru-dürüst xəritələrini Azərbaycana tam şəkildə təhvil versin. Başqa bir məsələ ondan ibarətdir ki, İkinci Qarabağ müharibəsindən sonra da Ermənistanda istehsal olunmuş yeni minaların basdırılması faktları var. Bu, müharibə cinayətidir. Lakin biz görürük ki, buna beynəlxalq reaksiya yoxdur. Problemin kökü məhz buradadır. Bu gün Qərb dünyası, Avropa sülhdən, demokratiyadan, humanizmdən danışır, amma Ermənistanın davam edən mina terroruna “dur” demir. Beynəlxalq təşkilatlar hesabatlarında Ermənistanın mina cinayətləri ilə bağlı bir cümləyə belə yer vermir.

Bu gün Azərbaycanın xarici işlər naziri mina terroru ilə bağlı yenidən dünya ictimaiyyətinə müraciət edib. Dünya görməlidir ki, bu gün hərbçilərlə yanaşı, mülki insanlarımız da minadan əziyyət çəkirlər. Hesab edirəm ki, dünya birliyi bu problemə son qoyulması üçün tədbir görməlidir, məsələyə həssas yanaşmalıdır. Amma təəssüf ki, bu gün Ermənistanın mina terroruna göz yumanlar şərti sərhəddəki erməni təxribatlarına da biganə qalırlar.

- Ermənistan mina terroru ilə yanaşı, təxribatlar da törətməyə başlayıb. Dünən Daşkəsən istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Sanki regionda yeni eskalasiya istəyən qüvvələr var. Sizcə, yeni müharibə kimə sərf edir?

- Hesab edirəm ki, Azərbaycan yeni müharibə marağında deyil. Azərbaycan bölgədə sülhün əldə olunmasından yanadır və bunun üçün təklifləri var. Hətta “3+3” formatı təklif olunub ki, bölgə dövlətləri bu formatda inteqrasiya etsin, münasibətlər normallaşsın. Ermənistanın qeyri-məqbul siyasəti nəticəsində bu format da kölgədə qalıb.

Amma ədalət naminə demək olar ki, Ermənistan hakimiyyəti də müharibə istəyində görünmür. Baş nazir Nikol Paşinyan və onun hökumətinin üzvləri bəyanatlarında müharibənin Ermənistana hansı ziyanları vura biləcəyini dolayısı ilə söyləyirlər. Onlar yaxşı anlayırlar ki, yeni müharibə Ermənistanın sonu deməkdir. Bu mənada, Ermənistanın da yeni böyük müharibədə maraqlı olmadığını demək mümkündür.

- Bəs təxribatı törədən hansı qüvvədir?

- Görünən odur ki, sərhəddə təxribat törətməkdə maraqlı olan üçüncü qüvvə var. Birinci ehtimal Rusiyadır. Məlumdur ki, Ermənistan ordusu daxilində Rusiyaya bağlı kadrlar kifayət qədərdir. Ola bilər ki, Rusiya öz “adamları” vasitəsilə təxribatları körükləsin ki, bu yolla ona asi çıxan Paşinyanı cəzalandırsın. Təbii ki, Ermənistan tərəfindən təxribat törədilirsə, Azərbaycan buna anındaca cavab verəcək və bu, Azərbaycanın haqqıdır. Bizim üçün fərqi yoxdur, əgər Ermənistan ordusu hakimiyyətə tabe deyilsə, zəhmət çəkib tabe etdirsinlər. İkinci maraqlı qüvvə Qərb ola bilər. O mənada ki, Ermənistana vermək istədikləri “təhlükəsizlik zəmanəti” verə bilsinlər. Aprelin 5-də Brüsseldə bu məsələnin gündəmə gələcəyi gözlənilirdi. Azərbaycanın etirazlarından sonra müzakirə olunmadı. Amma bu o demək deyil ki, gələcəkdə müzakirə olunmasın. Bəlkə də erməni təxribatları ilə Azərbaycanı sərt cavaba təhrik edirlər ki, sonradan desinlər ki, “baxın, Ermənistana təhlükə var, biz ona yardım etməliyik, təhlükəsizlik zəmanəti verməliyik”. Bütün hallarda, böyük müharibə gözləmirəm. Təxribatlar isə adekvat cavabını alacaq. Bölgə toqquşmalar astanasındadır. Havadarları Ermənistanı səmimi şəkildə sevirlərsə, o zaman bu təxribatlara da “dur” deməli, rəsmi İrəvanı sülhə təşviq etməlidirlər. Çünki Ermənistanın nicatı sülhdən keçir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İnsanlar əllərindəki zibilləri atmağa yer tapmırlar - deputat
Bu gün, 13:17
Görüş başlayır:“3+3” sülh platformasına çevriləcək? - ŞƏRH
Bu gün, 13:15
“Prezident COP29 zamanı qadağaların əleyhinə oldu” - Anar Ələkbərov
Bu gün, 13:14
Cənubi Qafqaza sülh gətirməliyik - Arakçı
Bu gün, 13:11
Sabiq deputata məxsus olduğu bildirilən şirkət cərimələndi
Bu gün, 13:08
Yağış yağacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 13:05
Si Cinpin Rusiyaya gedəcək
Bu gün, 12:53
“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub
Bu gün, 12:50
Məhkəmə Suriyada qanunsuz silahlı birləşmələrə qoşulan şəxslə bağlı qərar verib
Bu gün, 12:47
Nazirlik “ənənəsinə” sadiq qaldı: Bu il də eyni şirkətdən 18 milyon manatlıq mebel alacaq - TƏFƏRRÜAT
Bu gün, 12:44
"Camaat suyu şırhaşır açır" deyən deputat Hicran Hüseynovanın 10 minlik çantası... - aparıcı onu "YAŞ SƏRDİ"
Bu gün, 12:40
Silah və texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi ilə bağlı kompleks tədbirlər icra olunur - VİDEO
Bu gün, 12:34
Bakıda qızlar arasında qanlı dava: Bir nəfər bıçaqlandı - VİDEO
Bu gün, 12:31
ABŞ bu səbəbdən Türkiyə vətəndaşlarına QADAĞA QOYDU - VİZA ALMAQ MÜMKÜNSÜZDÜR
Bu gün, 12:23
"Böyük zəhmət hesabına əldə olunmuş nailiyyətlərimizi qorumalıyıq" - deputat
Bu gün, 12:21
İranlılar acgöz israilliləri necə ələ alır? - “Regnum”
Bu gün, 12:19
"Biz də Prezident İlham Əliyev haqqında film çəkib, onun adını tarixdə yaşatmalıyıq" - TƏKLİF
Bu gün, 12:17
Baş həkim qazilərdən pul almaqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 12:13
Heydərovun yarıtmaz TENDER ORTAĞI: “Tərəqqi-Ş” MMC... - İcazə verin, şübhələnək...
Bu gün, 12:07
AFFA “Lerik” klubuna görə tənqid hədəfi oldu - AÇIQLAMA
Bu gün, 12:04
"Sinvar əməliyyatı" HƏMAS-a ölümcül zərbə olmadı - "The Washington Post"
Bu gün, 11:58
Pulumuzu banka, yoxsa daşınmaz əmlaka yatıraq? - ƏGƏR VARSA...
Bu gün, 11:55
Bəxtini cinayətdə sınayan bədbəxt - Bahəddin Həzi yazır...
Bu gün, 11:47
COP29 dövründə Bakıda toylara məhdudiyyət qoyulmayacaq, SMS icazə sistemi tətbiq edilməyəcək - BƏLLİ OLDU!
Bu gün, 11:40
Pezeşkian Bakıda Əliyevlə bunu müzakirə edəcək - Nazir
Bu gün, 11:36
Bayden Almaniyaya getdi - FOTO
Bu gün, 11:34
Naxçıvandan Bakıya ünvanlanan şikayətlərə QADAĞA VAR? - Göstəriş Naxçıvanın ali rəhbərliyindən verilib
Bu gün, 11:31
"Evim uçub məni lağa qoyurlar ki TÖVLƏDƏ YAŞAYIRSAN, nə edim bəs?" - Vətəndaş ÇARƏSİZ DURUMDA
Bu gün, 11:28
Almaniyada itkin düşdüyü deyilən sabiq məmurun oğlundan YENİ XƏBƏR - AÇIQLAMA
Bu gün, 11:23
“Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimi baş tutub - VİDEO
Bu gün, 11:20
İcra nümayəndəsi vətəndaşın torpağını MƏNİMSƏYİB? - MÜRACİƏT
Bu gün, 11:14
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 11:08
Yerli mütəxəssis “Pepsi Bottlers Azerbaijan”a rəhbər təyin edildi - FOTO
Bu gün, 10:55
Elm və Təhsil Nazirliyi bu şirkətə 18 milyon manat ödəyəcək
Bu gün, 10:53
Qəbələdə evlərdən çıxan tüfənglər, öldürülən iki nəfər... - TƏFƏRRÜAT
Bu gün, 10:49
Həbsdəki general Prezidentə məktub yazdı: `XƏBƏRİM OLMAYIB...` - “Tərtər işi”
Bu gün, 10:48
“Yalnız icra hakimiyyətlərinə görə referendum keçirilmir” - deputat
Bu gün, 10:43
23 ilin prorektoru işdən çıxarıldı - Yerinə baş stomatoloq gətirildi
Bu gün, 10:40
Neft və milyonlar səltənətinin DƏRMAN BARONU... - Feyziyevə hava hər yerdə xoşdur?
Bu gün, 10:35
Paşinyan Hərbi-Sənaye Komitəsinə yeni rəhbər təyin edib
Bu gün, 10:26
Qlobal savaşın kiçik meydanı: hər kəsin “əli daşın altında” - GƏLİŞMƏ
Bu gün, 10:26
Xalq artistimiz yenə də GÜL VURDU... - VİDEO
Bu gün, 10:15
"Alsu ilə ayrı dostluğum var, lakin heç vaxt ailələrə qarışmamışam"
Bu gün, 10:13
“TK Travel” şirkətinin rəhbəri İTTİHAM OLUNUR... - "Buna görə mənə 15 800 manat ziyan dəydi..."
Bu gün, 10:06
“Freedom House”dan yenə qərəzli hesabat, yenə absurd iddialar - Qərbin bütün resursları Azərbaycana qarşı...
Bu gün, 10:03
Ruben Vardanyanın həbs müddəti uzadılıb - QƏRAR
Bu gün, 10:01
Qalmaqallı Rüstəm Şahbazov nə qanun bilir, nə qayda... - NARAZILIQ VAR...
Bu gün, 09:59
Xalid Meşal HƏMAS-ın yeni rəhbəri oldu - LBCI xəbər portalı
Bu gün, 09:45
"Ramiz Mehdiyievi tənqid etdiyim üçün İsa Həbibbəyli ilə əlbir olub..." - AMEA-da 37-ci il AB-HAVASI...
Bu gün, 09:39
“Paşinyan Ərdoğanla “Zəngəzur” yox, “Orta dəhliz” haqda razılığa gələcək...” - “Hraparak”
Bu gün, 09:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru