Fuad Nəcəfli gələndən Naxçıvan GERİYƏ GEDİR... .....                     Nazir Salyana rəis təyin etdi .....                     “Aztelekom”un rəhbəri dəyişdi .....                     Mərkəzi Univermaqda qızıl satmaq istəyən qadınların başına iş gəldi .....                     Süleyman Mikayılov ağacəkmə aksiyasında .....                     Azərbaycan və İtaliya arasında "Qərargah danışıqları" keçirilib .....                     “RR Constructions” tikinti şirkəti sakinləri evindən küçəyə atır .....                     “Unibank” şikayətçinin kart problemini həll edə bilmir .....                     Parklanma və cərimə pulları hara gedir? .....                     İşdən çıxarılan müəllimlə bağlı yeni xəbər .....                     “Bakıkart” probleminin həlli niyə müşkülə ÇEVRİLİB? .....                     `Azərkonktrakt`ın ləğvi ilə bağlı İLGİNC İDİDA .....                     Ermənistana təzminatı belə ödətdirmək olar .....                     İnsanlar əllərindəki zibilləri atmağa yer tapmırlar .....                     Görüş başlayır:“3+3” sülh platformasına çevriləcək? .....                     “Prezident COP29 zamanı qadağaların əleyhinə oldu” .....                     Cənubi Qafqaza sülh gətirməliyik .....                     Sabiq deputata məxsus olduğu bildirilən şirkət cərimələndi .....                     Yağış yağacağı ehtimalı var .....                     Si Cinpin Rusiyaya gedəcək .....                     “Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub .....                     Məhkəmə Suriyada qanunsuz silahlı birləşmələrə qoşulan şəxslə bağlı qərar verib .....                     Nazirlik “ənənəsinə” sadiq qaldı: Bu il də eyni şirkətdən 18 milyon manatlıq mebel alacaq .....                     "Camaat suyu şırhaşır açır" deyən deputat Hicran Hüseynovanın 10 minlik çantası... .....                     Silah və texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi ilə bağlı kompleks tədbirlər icra olunur .....                     Bakıda qızlar arasında qanlı dava: Bir nəfər bıçaqlandı .....                     ABŞ bu səbəbdən Türkiyə vətəndaşlarına QADAĞA QOYDU .....                     "Böyük zəhmət hesabına əldə olunmuş nailiyyətlərimizi qorumalıyıq" .....                     İranlılar acgöz israilliləri necə ələ alır? .....                     "Biz də Prezident İlham Əliyev haqqında film çəkib, onun adını tarixdə yaşatmalıyıq" .....                     Baş həkim qazilərdən pul almaqda ittiham olunur .....                     Heydərovun yarıtmaz TENDER ORTAĞI: “Tərəqqi-Ş” MMC... .....                     AFFA “Lerik” klubuna görə tənqid hədəfi oldu .....                     "Sinvar əməliyyatı" HƏMAS-a ölümcül zərbə olmadı .....                     Pulumuzu banka, yoxsa daşınmaz əmlaka yatıraq? .....                     Bəxtini cinayətdə sınayan bədbəxt .....                     COP29 dövründə Bakıda toylara məhdudiyyət qoyulmayacaq, SMS icazə sistemi tətbiq edilməyəcək .....                     Pezeşkian Bakıda Əliyevlə bunu müzakirə edəcək .....                     Bayden Almaniyaya getdi .....                     Naxçıvandan Bakıya ünvanlanan şikayətlərə QADAĞA VAR? .....                 

Ermənistanı idarə edənlərin zərrəcə ağlı varsa... - Ekspert danışır
Tarix: 13-04-2024, 07:06 | Çap et
Ermənistanı idarə edənlərin zərrəcə ağlı varsa...
Ermənistanın Milli Təhlükəsizlik Xidməti aprelin 10-da Azərbaycanla sərhəddə baş verən insidentin məhz erməni sərhədçilərinin xidməti vəzifə ilə bir araya sığmayan hərəkətləri səbəbindən baş verdiyini etiraf edib. Bu barədə sözügedən qurumun məlumatında bildirilib.

Qeyd olunub ki, hazırda faktla bağlı cinayət işi qaldırılıb. Xatırladaq ki, aprelin 10-da, saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib ki, dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadımıza Ermənistan Silahlı Qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb. Hərbi qulluqçu təxirə salınmadan tibb müəssisəsinə təxliyə olunub. Qeyd edək ki, bir neçə gündür ki, Ermənistan Azərbaycan şərti sərhədində atəşkəs pozulmaqdadır. Müdafiə Nazirliyindən bildirilib ki, bütün təxribatlara adekvat cavab tədbirləri görülüb və görüləcək. Maraqlıdır ki, atəşkəsin pozulması ilə bağlı Ermənistan hərbi rəhbərliyi Azərbaycanı ittiham edərək dezinformasiya yaydığını desə də, hakim “Mülki müqavilə” Partiyasının deputatı Andranik Köçəryan atəşkəsin pozulmasının rəsmi Bakı ilə danışıqlar masası arxasında oturanların işinə mane olduğunu deyib. Erməni iqtidarına yaxın bəzi mənbələr isə mediaya açıqlamalarında şərti sərhəddəki təxribatları revanşist qüvvələr tərəfindən törədildiyini iddia ediblər. Avropa İttifaqının "mülki missiyası"nın uzunmüddətli fəaliyyətini nəzərə alsaq, deyə bilərik ki, Ermənistan sərhəddə qəsdən süni təxribat törədir. Bununla da missiya "bizim sərhədimizdə gərginlik var", "bizi qorumaq lazımdır" kimi fikirləri sübut etmək istəyirlər. Ermənistan həmişə uğurla həyata keçirdiyi ağlamaq, sızlamaq, "günahsız tərəf" kimi görsənmək oyununu bu dəfə də davam etdirir. Paşinyanın Brüsseldə Qərb dairələri ilə görüşü və bundan sonra Ermənistana yardımların razılaşdırılması ilə bağlı məsələnin elanı da oyunun bir hissəsidir. Qərb dairələri Ermənistana bundan sonra da dəstək göndərəcəklər. Qərbin hədəfi Ermənistandan Rusiya hərbi bazasını çıxarmaq və boşluğun Fransa tərəfindən doldurulmasına nail olmaqdır. Eyni zamanda Hindistandan gətirilən silahlar və mülki insanların sonradan hərbidə aktiv istifadə edilməsi də planın tərkibi hissəsidir. Paşinyan sülh sazişinin vacibliyindən, 4 kəndin qaytarılmalı olduğundan və qaytarılmazsa, müharibənin olacağından danışır. Buna baxmayaraq, şərti sərhədə hərbçilərin yığılması və təxribatlar başqa məqsədlərdən xəbər verir. Xüsusilə də Fransa və ABŞ Azərbaycanın diqtəsi ilə sülhün baş verməsini bəlkə də istəmir. Onlar bütün prosesləri öz nəzarətlərində saxlamaq tərəfdarıdırlar. Eyni zamanda Zəngəzur dəhlizi açılarsa, ona da ABŞ və Fransa nəzarət etmək istəyir. Yaxın vaxtlarda Cənubi Qafqazda daha da möhkəmlənməyi hədəfləyirlər. ABŞ və NATO İranla mümkün münaqişə zamanı Ermənsitandan öz əraziləri kimi istifadə edəcək. Çünki Türkiyənin İranla aktiv münaqişəyə girib, müharibə etməsi real görsənmir. İsrail-Fələstin məsələsində iki ölkənin mövqeləri üst-üstə düşür. Onlar Fələstin və müsəlmanların qorunmasına çağırışlar edirlər. Bu baxımdan NATO, xüsusilə də Fransa, ABŞ və NATO-nun aparıcı üzvləri Ermənistan ərazilərini gələcəkdə İrana qarşı aparacaqları müharibə üçün hazırlayırlar. Bütün bunlarla yanaşı, Ermənsitana verilən dəstək sülhü yubandıra, Ermənistanı yeni təxribatlara cəsarətləndirə bilər. Yaxud Ermənistan sülh danışıqları dondura, uzun müddət prosesdən çəkilə bilər. Ermənistanın hazırda həyata keçirdiyi məkrli planları Azərbaycan tərəfindən yaxından izlənilir. Azərbaycan Silahlı Qüvvələri baş verə biləcək hər bir hücumun qarşısını almağa hazır vəziyyətdədir.

Politoloq Əlisahib Hüseynov "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistanın Qazaxın anklav olmayan 4 kəndinin (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) dinc yolla Azərbaycana qaytarılmasını və sülh sazişinin imzalanması prosesini süni surətdə uzatması onsuz da rəsmi İrəvana xüsusi heçnə qazandırmayacaq.

Analitik bildirib ki, Ermənistanın yenidən əvvəlki sürüşkən mövqeyinə qayıtması heç də səbəbsiz deyil:

"Biz bunun ilkin əsas səbəbini aprelin 5-də Qərbin aparıcı güclərinin (ABŞ, Aİ, Fransa) Brüsseldə keçirilən görüşdə Ermənistanı sülh prosesindən eskalasiya yoluna yönəltməsində axtarmalıyıq. Digər səbəbi isə Ermənistanın baş naziri Nikol Paşinyanın vaxt qazanmaq və Ermənistanın hərbi gücünü artıraraq paritet yaratmaq, Azərbaycanla eyni güc ortamında, “güc dili”ndə danışmaq planları ilə bağlıdır. Lakin istər ABŞ-Aİ “duet”inin, istərsə də Paşinyanın eskalasiya, militarizasiya planları iflasa məhkumdur. Bu qüvvələrin hansı planları cızmalarından asılı olmayaraq Ermənistan bütün hallarda sözügedən eksklav və anklav 8 kəndi qeydsiz-şərtsiz bizə qaytarmalıdır. Ermənistanın başqa yolu yoxdur, çünki bu, ilk növbədə beynəlxalq hüququn tələbidir. Əgər Nikol Paşinyan tez-tez təkrarladığı Ermənistanın 29,8 min kvadratkilometr hüdudlarında ərazi bütövlüyünün Azərbaycan tərəfindən tanınmasını istəyirsə, o zaman işğal altında saxlanılan kəndlərimizin qaytarılmasını müxtəlif bəhanələrlə yubatmaq taktikasına son qoymalı və ilk növbədə anklav olmayan 4 kəndi dərhal qaytarmalıdır. Paşinyan saxta sülhsevər obrazından da əl çəkməlidir. O, sözdən işə keçməli, real addımlar atmalıdır. Ermənistanın baş nazirinin ötən ay Tavuşa səfəri zamanı “4 kəndi qaytarmasaq, Azərbaycan bir həftəyə müharibəyə başlayacaq”, deməsinin ardınca kəndlərin qaytarılması istiqamətində heç bir real addım atmaması da onu göstərir ki, ortada demaqogiyadan başqa heçnə yoxdur. Ermənistanın bir yandan “sülh göyərçini” kimi çıxış edib, lakin eyni zamanda Fransa, Hindistan, İran silahları ilə silahlanması məsuliyyətsizlik və həyasızlıq nümunəsidir. Bu xətt, bu yol Ermənistanı növbəti fiaskolara doğru aparır".

Ekspert vurğulayıb ki, Nikol Paşinyan bu təhlükəli yoldan geri çəkilməli, praqmatik siyasət yürütməlidir:

"Praqmatik yol isə o deməkdir ki, rəsmi İrəvan xoşluqla Azərbaycan ərazilərini geri qaytarmalıdır. Haqqında bəhs edilən kəndlərin dinc yolla qaytarılması Ermənistanın da, Azərbaycanın da maraqlarına uyğundur. Sözsüz ki, biz həmin kəndləri güc yoluyla da geri ala bilərik. Lakin Azərbaycan hazırda tam olaraq bölgədə qalıcı sülhün bərqərar olması xəttinə köklənib. Rəsmi Bakı növbəti eskalasiyanın baş verməsində yox, diplomatiyanın qələbə qazanmasında maraqlıdır. Ermənistanı idarə edənlərin zərrəcə ağlı varsa savaş yolunu deyil, barış mövqeyini tutmalıdırlar. Cənubi Qafqazda sülh və sabitliyin yolu məhz bu mövqedən keçir".








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fuad Nəcəfli gələndən Naxçıvan GERİYƏ GEDİR... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 15:29
Nazir Salyana rəis təyin etdi - ƏMR
Bu gün, 15:23
“Aztelekom”un rəhbəri dəyişdi - BUNDAN SONRA...
Bu gün, 15:22
Mərkəzi Univermaqda qızıl satmaq istəyən qadınların başına iş gəldi - TƏFƏRRÜAT
Bu gün, 15:20
Süleyman Mikayılov ağacəkmə aksiyasında
Bu gün, 15:19
Azərbaycan və İtaliya arasında "Qərargah danışıqları" keçirilib
Bu gün, 15:14
“RR Constructions” tikinti şirkəti sakinləri evindən küçəyə atır - QƏRAR VERİLƏCƏK
Bu gün, 15:00
“Unibank” şikayətçinin kart problemini həll edə bilmir - FOTO
Bu gün, 14:02
Parklanma və cərimə pulları hara gedir? - AYNA hesabat verməlidir
Bu gün, 14:00
İşdən çıxarılan müəllimlə bağlı yeni xəbər - DETALLAR
Bu gün, 13:56
“Bakıkart” probleminin həlli niyə müşkülə ÇEVRİLİB? - Hüquqları pozulan milyonlar, “yoxa çıxan” rəhbər...
Bu gün, 13:31
`Azərkonktrakt`ın ləğvi ilə bağlı İLGİNC İDİDA - BUNA GÖRƏ İMİŞ...
Bu gün, 13:29
Ermənistana təzminatı belə ödətdirmək olar - Sabiq nazir AÇIQLADI
Bu gün, 13:22
İnsanlar əllərindəki zibilləri atmağa yer tapmırlar - deputat
Bu gün, 13:17
Görüş başlayır:“3+3” sülh platformasına çevriləcək? - ŞƏRH
Bu gün, 13:15
“Prezident COP29 zamanı qadağaların əleyhinə oldu” - Anar Ələkbərov
Bu gün, 13:14
Cənubi Qafqaza sülh gətirməliyik - Arakçı
Bu gün, 13:11
Sabiq deputata məxsus olduğu bildirilən şirkət cərimələndi
Bu gün, 13:08
Yağış yağacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 13:05
Si Cinpin Rusiyaya gedəcək
Bu gün, 12:53
“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub
Bu gün, 12:50
Məhkəmə Suriyada qanunsuz silahlı birləşmələrə qoşulan şəxslə bağlı qərar verib
Bu gün, 12:47
Nazirlik “ənənəsinə” sadiq qaldı: Bu il də eyni şirkətdən 18 milyon manatlıq mebel alacaq - TƏFƏRRÜAT
Bu gün, 12:44
"Camaat suyu şırhaşır açır" deyən deputat Hicran Hüseynovanın 10 minlik çantası... - aparıcı onu "YAŞ SƏRDİ"
Bu gün, 12:40
Silah və texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi ilə bağlı kompleks tədbirlər icra olunur - VİDEO
Bu gün, 12:34
Bakıda qızlar arasında qanlı dava: Bir nəfər bıçaqlandı - VİDEO
Bu gün, 12:31
ABŞ bu səbəbdən Türkiyə vətəndaşlarına QADAĞA QOYDU - VİZA ALMAQ MÜMKÜNSÜZDÜR
Bu gün, 12:23
"Böyük zəhmət hesabına əldə olunmuş nailiyyətlərimizi qorumalıyıq" - deputat
Bu gün, 12:21
İranlılar acgöz israilliləri necə ələ alır? - “Regnum”
Bu gün, 12:19
"Biz də Prezident İlham Əliyev haqqında film çəkib, onun adını tarixdə yaşatmalıyıq" - TƏKLİF
Bu gün, 12:17
Baş həkim qazilərdən pul almaqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 12:13
Heydərovun yarıtmaz TENDER ORTAĞI: “Tərəqqi-Ş” MMC... - İcazə verin, şübhələnək...
Bu gün, 12:07
AFFA “Lerik” klubuna görə tənqid hədəfi oldu - AÇIQLAMA
Bu gün, 12:04
"Sinvar əməliyyatı" HƏMAS-a ölümcül zərbə olmadı - "The Washington Post"
Bu gün, 11:58
Pulumuzu banka, yoxsa daşınmaz əmlaka yatıraq? - ƏGƏR VARSA...
Bu gün, 11:55
Bəxtini cinayətdə sınayan bədbəxt - Bahəddin Həzi yazır...
Bu gün, 11:47
COP29 dövründə Bakıda toylara məhdudiyyət qoyulmayacaq, SMS icazə sistemi tətbiq edilməyəcək - BƏLLİ OLDU!
Bu gün, 11:40
Pezeşkian Bakıda Əliyevlə bunu müzakirə edəcək - Nazir
Bu gün, 11:36
Bayden Almaniyaya getdi - FOTO
Bu gün, 11:34
Naxçıvandan Bakıya ünvanlanan şikayətlərə QADAĞA VAR? - Göstəriş Naxçıvanın ali rəhbərliyindən verilib
Bu gün, 11:31
"Evim uçub məni lağa qoyurlar ki TÖVLƏDƏ YAŞAYIRSAN, nə edim bəs?" - Vətəndaş ÇARƏSİZ DURUMDA
Bu gün, 11:28
Almaniyada itkin düşdüyü deyilən sabiq məmurun oğlundan YENİ XƏBƏR - AÇIQLAMA
Bu gün, 11:23
“Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimi baş tutub - VİDEO
Bu gün, 11:20
İcra nümayəndəsi vətəndaşın torpağını MƏNİMSƏYİB? - MÜRACİƏT
Bu gün, 11:14
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 11:08
Yerli mütəxəssis “Pepsi Bottlers Azerbaijan”a rəhbər təyin edildi - FOTO
Bu gün, 10:55
Elm və Təhsil Nazirliyi bu şirkətə 18 milyon manat ödəyəcək
Bu gün, 10:53
Qəbələdə evlərdən çıxan tüfənglər, öldürülən iki nəfər... - TƏFƏRRÜAT
Bu gün, 10:49
Həbsdəki general Prezidentə məktub yazdı: `XƏBƏRİM OLMAYIB...` - “Tərtər işi”
Bu gün, 10:48
“Yalnız icra hakimiyyətlərinə görə referendum keçirilmir” - deputat
Bu gün, 10:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru