Bakıda qızlar arasında qanlı dava: Bir nəfər bıçaqlandı .....                     ABŞ bu səbəbdən Türkiyə vətəndaşlarına QADAĞA QOYDU .....                     "Böyük zəhmət hesabına əldə olunmuş nailiyyətlərimizi qorumalıyıq" .....                     İranlılar acgöz israilliləri necə ələ alır? .....                     "Biz də Prezident İlham Əliyev haqqında film çəkib, onun adını tarixdə yaşatmalıyıq" .....                     Baş həkim qazilərdən pul almaqda ittiham olunur .....                     Heydərovun yarıtmaz TENDER ORTAĞI: “Tərəqqi-Ş” MMC... .....                     AFFA “Lerik” klubuna görə tənqid hədəfi oldu .....                     "Sinvar əməliyyatı" HƏMAS-a ölümcül zərbə olmadı .....                     Pulumuzu banka, yoxsa daşınmaz əmlaka yatıraq? .....                     Bəxtini cinayətdə sınayan bədbəxt .....                     COP29 dövründə Bakıda toylara məhdudiyyət qoyulmayacaq, SMS icazə sistemi tətbiq edilməyəcək .....                     Pezeşkian Bakıda Əliyevlə bunu müzakirə edəcək .....                     Bayden Almaniyaya getdi .....                     Naxçıvandan Bakıya ünvanlanan şikayətlərə QADAĞA VAR? .....                     "Evim uçub məni lağa qoyurlar ki TÖVLƏDƏ YAŞAYIRSAN, nə edim bəs?" .....                     Almaniyada itkin düşdüyü deyilən sabiq məmurun oğlundan YENİ XƏBƏR .....                     “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimi baş tutub .....                     İcra nümayəndəsi vətəndaşın torpağını MƏNİMSƏYİB? .....                     Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb .....                     Yerli mütəxəssis “Pepsi Bottlers Azerbaijan”a rəhbər təyin edildi .....                     Elm və Təhsil Nazirliyi bu şirkətə 18 milyon manat ödəyəcək .....                     Qəbələdə evlərdən çıxan tüfənglər, öldürülən iki nəfər... .....                     Həbsdəki general Prezidentə məktub yazdı: `XƏBƏRİM OLMAYIB...` .....                     “Yalnız icra hakimiyyətlərinə görə referendum keçirilmir” .....                     23 ilin prorektoru işdən çıxarıldı .....                     Neft və milyonlar səltənətinin DƏRMAN BARONU... .....                     Paşinyan Hərbi-Sənaye Komitəsinə yeni rəhbər təyin edib .....                     Qlobal savaşın kiçik meydanı: hər kəsin “əli daşın altında” .....                     Xalq artistimiz yenə də GÜL VURDU... .....                     "Alsu ilə ayrı dostluğum var, lakin heç vaxt ailələrə qarışmamışam" .....                     “TK Travel” şirkətinin rəhbəri İTTİHAM OLUNUR... .....                     “Freedom House”dan yenə qərəzli hesabat, yenə absurd iddialar .....                     Ruben Vardanyanın həbs müddəti uzadılıb .....                     Qalmaqallı Rüstəm Şahbazov nə qanun bilir, nə qayda... .....                     Xalid Meşal HƏMAS-ın yeni rəhbəri oldu .....                     "Ramiz Mehdiyievi tənqid etdiyim üçün İsa Həbibbəyli ilə əlbir olub..." .....                     “Paşinyan Ərdoğanla “Zəngəzur” yox, “Orta dəhliz” haqda razılığa gələcək...” .....                     Sülh sazişi imzalanır, Zəngəzur isə... .....                     “Rusiya 2020-ci ildən etibarən Ermənistana xəyanət edir” .....                 

“Məhkəmə qərarlarını məmurlar icra etmir, belə getsə...” - vəkildən SOS
Tarix: 2-03-2024, 10:12 | Çap et
“Məhkəmə qərarlarını məmurlar icra etmir, belə getsə...”
Azərbaycanda məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyət acınacaqlıdır. Bu barədə Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin plenar iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bununla bağlı çox sayda vətəndaş narazılığı var:

“Bir çox hallarda açıqdan-açığa məhkəmə qərarları icra olunmur. Baxmayaraq ki, bunun səbəbi soruşulanda guya işlərinin çox olduğu və çatdıra bilmədikləri cavabını verirlər. Lakin həqiqətdə belə deyil”.

Qüdrət Həsənquliyev bu sahədə ciddi nizam-intizamın, nəzarətin bərpa olunmasının vacibliyinə diqqət çəkib: “Hakimlər qəbul etdikləri qətnamələrin icrasına görə birbaşa məsuliyyət daşımalıdırlar. Eyni zamanda həmin qərarların icrasını görməyənlər barədə cinayət işi başlanılmalıdır. Bir sözlə, məhkəmə islahatlarının aparılmasına ciddi ehtiyac var”.

Bəs məhkəmə qərarının icra edilməməsinə görə məsuliyyət nədir?

2022-ci ildə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət artırılıb. Məhkəmələr tərəfindən qəbul edilən, dövlət adından çıxarılan qətnamələr, qərardadlar və hökmlər mütləq qaydada icra olunmalıdır. Bu qərarların icra olunmasına birbaşa nəzarəti və təmin olunmasına nəzarəti icra məmurları həyata keçirir. İcra məmurları tərəfindən icra bildirişi daxil olduqdan sonra icraçı müvafiq qərarla icra işini başlayır. Tərəflərə, əsasən borclu tərəfə tələbin könüllü icra olunması ilə bağlı 10 günlük müddət tanıyır. Bu 10 gündən sonra tələb borclu tərəfindən icra olunmursa, o zaman icra məmuru tərəfindən müxtəlif icra hərəkətlərinin tətbiq olunması qaçılmaz olur.

Əgər icra məmuru tərəfindən müvafiq qətnamənin və ya məhkəmə qərarının icra olunması ilə bağlı, bütün tədbirlər boşa çıxdıqdan sonra borclu tələb icra olunmasından yayındığı hallarda və ya onu icra etmədikdə, icra məmuru tərəfindən müvafiq protokol tərtib olunmaqla məhkəməyə təqdim olunur. Məhkəmə inzibati qaydada və ya cinayət işi əsasında şəxsin barəsində qərar qəbul edir. Birinci növbədə şəxsin barəsində inzibati protokol tərtib olunur. İnzibati protokolun ardından şəxsin qeydiyyatda olduğu yerin rayon-şəhər məhkəməsi, şəxsin inzibati məsuliyyətə cəlb olunması ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən onu cərimə edə bilər və ya həmin şəxsin inzibati qaydada həbs olunması ilə bağlı qərar qəbul edə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə görə, fiziki şəxslər 1000 manatdan 1500 manata qədər cərimə oluna bilərlər. Eyni zamanda şəxsin şəxsiyyəti nəzərə alınmaqla 2 ay müddətinə qədər inzibati qaydada həbs oluna bilərlər. Vəzifəli şəxslər 2500-4000 manata qədər, hüquqi şəxslər isə 5000-7000 manata qədər cərimə oluna bilərlər. Artıq şəxslər 2 ay müddətinə məhkəmə qərarlarının icra olunmamasına görə həbs oluna biləcəklər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinə görə, məhkəmə hökmünün, qərarının və ya aktının icra edilməməsinə görə borclu tərəf məhkəmə qətnaməsini, hökmünü və ya qərarını və ya əmrini qərəzli olaraq icra etməməyə görə 2000-4000 manata qədər cərimə oluna bilir, 320 saatdan - 480 saata qədər ictimai işlərə cəlb oluna, 2 ilə qədər islah işləri və 3 ilə qədər müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılırlar. Elə məhkəmə hökmləri də var ki, ümumiyyətlə, məhkəmə icraçıları hər hansı bir tədbir görmür.

Belə hallarda vətəndaş nə edə bilər?

Tanınmış vəkil Əsabəli Mustafayev “Yeni Müsavat”a deyib ki, Azərbaycandan Avropa Məhkəməsinə göndərilən kütləvi şikayətlərin bir kateqoriyası məhkəmə qərarlarının icra olunmaması ilə bağlıdır: “Bu, Azərbaycan məhkəmələrinin imicinə çox ciddi bir ziya vuran məqamdır. Məhkəmə Azərbaycan dövlətinin adından qərar verir və həmin qərarı icra etməli olan dövlət qurumları qərarın icra olunmasını təmin etmirlər. Avropa Məhkəməsində Azərbaycandan kütləvi surətdə məhkəmə qərarlarının icra olunmaması ilə bağlı şikayətləri alanda başa düşmürlər ki, necə ola bilər ki, dövlət adından çıxarılmış qərarların icrası dövlət qurumları tərəfindən təmin edilməsin?”

Ə.Mustafayev deyib ki, Azərbaycan Avropa Məhkəməsinin yurisdiksiyasını qəbul edən 46 ölkə arasında məhkəmə qərarlarını icra etməyən tək ölkədir: “Digər ölkələrdən məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı şikayətə rast gəlməmişəm. Azərbaycanda bir çox hallarda məhkəmə qərarları dövlət qurumları, vəzifəli şəxslər tərəfindən icra olunmur. Bu, çox biabırçı bir haldır. Avropa Məhkəməsinin Azərbaycana qarşı qərar qəbul etdiyi işlər içində ən çox bu kateqoriyadan olan işlərdir. Avropa Məhkəməsi Azərbaycana qarşı işlərə baxır və Azərbaycana deyirlər ki, niyə öz adından çıxarılan qərarları icra etmirsən?”

Vəkil deyir ki, məhkəmə qərarlarının icra edilməsi üçün bir çox hallarda lazımi addımlar atılmır: “Halbuki qanunda konkret göstərilir ki, cavabdeh məhkəmə qərarını icra etmirsə, ona qarşı hansı qanuni addımlar atılmalıdır. İlk olaraq xəbərdarlıq edilir, məhkəmə qərarının könüllü icrası üçün zaman tanınır. Əgər şəxsin qərarı könüllü icrta etmirsə, icraçı onun əmlakına yönəlməlidir. Əmlakı yoxdursa, qazancına yönəlməlidir. Qazancı yoxdursa, ölkədən çıxışına stop qoyulur. Cavabdeh məhkəmə qərarını icra etmirsə, onun barəsində inzibati qaydada protokol tərtib olunur və cavabdeh inzibati həbslə cəzalandırıla bilər. Cərimə də oluna bilər. Bunlar təsir etməsə, qanunda var ki, cinayət məsuliyyətinə cəlb olunur. Cəzaçəkmə müəssisəsində cəzasını çəkərkən orada əmək fəaliyyətinə cəlb olunur və aldığı maaşdan onun vurduğu zərər ödənməlidir. Çox təəssüf ki, icraçılar bir çox hallarda qanunun tələbini yerinə yetirmirlər. İcraçılar bir qayda olaraq tələbkarlara deyirlər ki, işlə məşğuluq, cavabdehi çağırırıq. Amma konkret hansı qanuni tədbirləri gördüklərini demirlər. Çünki belə tədbirləri görmürlər. Bu halda düşünürük ki, burada korrupsiya əlamətləri var. İcraçı məhkəmə qərarlarının icrasını təmin etmək üçün maaş alır və işini görmür. Ortada Azərbaycan dövlətinin icraçıya verdiyi pul havayı gedir, Azərbaycan dövləti adından çıxarılan qərarlar havada qalır, dövlətin imici də yerə dəyir. Bu sahədə mütləq səyləri gücləndirmək lazımdır. İcraçıların məsuliyyət məsələsinə yenidən baxılmalı, məsuliyyət dəfələrlə artırılmalıdır ki, onlar üzərlərinə düşən vəzifəni yerinə yetirsinlər”.

Əsabəli Mustafayev qeyd etdi ki, bu və ya digər şəxslərin əməllərindən zərərçəkmiş vətəndaşlar ölkə daxilində məhkəmə qərarlarının icrasına nail ola bilmirlərsə, bu halda Avropa Məhkəməsinə müraciət hüquqlarından istifadə edə bilərlər: “Avropa Məhkəməsinin praktikasında ərizəçiyə dəymiş ziyanın dövlətdən tutulması praktikası tətbiq olunmur. Yəni vətəndaşa Azərbaycanda 100-200 min ziyan vurulubsa, məhkəmə qərarı ola-ola həmin pul alınıb borcludan, cavabdehdən zərərçəkənə ödənmirsə, bu halda dövlətdən o pulun tutulması praktikasına hələ ki müraciət olunmur. Bu halda konvensiyanın 6-cı maddəsi üzrə - ədalətli araşdırma hüququna əsasən Avropa Məhkəməsi qərar verir. Əgər məhkəmə hökmünün, qərarının icrası baş tutmursa, deməli, ədalətli araşdırma yoxdur. Qərar varsa, mütləq icra olunmalıdır. Avropa Məhkəməsi bu halda qərar çıxarır ki, məhkəmə qərarının icra edilməməsi qanunsuzdur və buna görə də ərizəçiyə müəyyən kompensasiya təyin edir. Məbləğ 5-7 min avro olur. Söhbət zərərin ödənməsindən getmir. Ancaq belə bir qərar çıxarılırsa, hökumət öhdəlik daşıyır ki, Avropa Məhkəməsinin qərarını icra etsin”.

Hüquqşünas deyir ki, hökumət, nəhayət, məhkəmə qərarlarının icrasının təmini ilə bağlı qəti addımlar atmalıdır: “Qərarların icrası üçün çox ciddi addımlar atmalı, bu məsələdə korrupsiya aradan qaldırılmalıdır”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda qızlar arasında qanlı dava: Bir nəfər bıçaqlandı - VİDEO
Bu gün, 12:31
ABŞ bu səbəbdən Türkiyə vətəndaşlarına QADAĞA QOYDU - VİZA ALMAQ MÜMKÜNSÜZDÜR
Bu gün, 12:23
"Böyük zəhmət hesabına əldə olunmuş nailiyyətlərimizi qorumalıyıq" - deputat
Bu gün, 12:21
İranlılar acgöz israilliləri necə ələ alır? - “Regnum”
Bu gün, 12:19
"Biz də Prezident İlham Əliyev haqqında film çəkib, onun adını tarixdə yaşatmalıyıq" - TƏKLİF
Bu gün, 12:17
Baş həkim qazilərdən pul almaqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 12:13
Heydərovun yarıtmaz TENDER ORTAĞI: “Tərəqqi-Ş” MMC... - İcazə verin, şübhələnək...
Bu gün, 12:07
AFFA “Lerik” klubuna görə tənqid hədəfi oldu - AÇIQLAMA
Bu gün, 12:04
"Sinvar əməliyyatı" HƏMAS-a ölümcül zərbə olmadı - "The Washington Post"
Bu gün, 11:58
Pulumuzu banka, yoxsa daşınmaz əmlaka yatıraq? - ƏGƏR VARSA...
Bu gün, 11:55
Bəxtini cinayətdə sınayan bədbəxt - Bahəddin Həzi yazır...
Bu gün, 11:47
COP29 dövründə Bakıda toylara məhdudiyyət qoyulmayacaq, SMS icazə sistemi tətbiq edilməyəcək - BƏLLİ OLDU!
Bu gün, 11:40
Pezeşkian Bakıda Əliyevlə bunu müzakirə edəcək - Nazir
Bu gün, 11:36
Bayden Almaniyaya getdi - FOTO
Bu gün, 11:34
Naxçıvandan Bakıya ünvanlanan şikayətlərə QADAĞA VAR? - Göstəriş Naxçıvanın ali rəhbərliyindən verilib
Bu gün, 11:31
"Evim uçub məni lağa qoyurlar ki TÖVLƏDƏ YAŞAYIRSAN, nə edim bəs?" - Vətəndaş ÇARƏSİZ DURUMDA
Bu gün, 11:28
Almaniyada itkin düşdüyü deyilən sabiq məmurun oğlundan YENİ XƏBƏR - AÇIQLAMA
Bu gün, 11:23
“Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimi baş tutub - VİDEO
Bu gün, 11:20
İcra nümayəndəsi vətəndaşın torpağını MƏNİMSƏYİB? - MÜRACİƏT
Bu gün, 11:14
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 11:08
Yerli mütəxəssis “Pepsi Bottlers Azerbaijan”a rəhbər təyin edildi - FOTO
Bu gün, 10:55
Elm və Təhsil Nazirliyi bu şirkətə 18 milyon manat ödəyəcək
Bu gün, 10:53
Qəbələdə evlərdən çıxan tüfənglər, öldürülən iki nəfər... - TƏFƏRRÜAT
Bu gün, 10:49
Həbsdəki general Prezidentə məktub yazdı: `XƏBƏRİM OLMAYIB...` - “Tərtər işi”
Bu gün, 10:48
“Yalnız icra hakimiyyətlərinə görə referendum keçirilmir” - deputat
Bu gün, 10:43
23 ilin prorektoru işdən çıxarıldı - Yerinə baş stomatoloq gətirildi
Bu gün, 10:40
Neft və milyonlar səltənətinin DƏRMAN BARONU... - Feyziyevə hava hər yerdə xoşdur?
Bu gün, 10:35
Paşinyan Hərbi-Sənaye Komitəsinə yeni rəhbər təyin edib
Bu gün, 10:26
Qlobal savaşın kiçik meydanı: hər kəsin “əli daşın altında” - GƏLİŞMƏ
Bu gün, 10:26
Xalq artistimiz yenə də GÜL VURDU... - VİDEO
Bu gün, 10:15
"Alsu ilə ayrı dostluğum var, lakin heç vaxt ailələrə qarışmamışam"
Bu gün, 10:13
“TK Travel” şirkətinin rəhbəri İTTİHAM OLUNUR... - "Buna görə mənə 15 800 manat ziyan dəydi..."
Bu gün, 10:06
“Freedom House”dan yenə qərəzli hesabat, yenə absurd iddialar - Qərbin bütün resursları Azərbaycana qarşı...
Bu gün, 10:03
Ruben Vardanyanın həbs müddəti uzadılıb - QƏRAR
Bu gün, 10:01
Qalmaqallı Rüstəm Şahbazov nə qanun bilir, nə qayda... - NARAZILIQ VAR...
Bu gün, 09:59
Xalid Meşal HƏMAS-ın yeni rəhbəri oldu - LBCI xəbər portalı
Bu gün, 09:45
"Ramiz Mehdiyievi tənqid etdiyim üçün İsa Həbibbəyli ilə əlbir olub..." - AMEA-da 37-ci il AB-HAVASI...
Bu gün, 09:39
“Paşinyan Ərdoğanla “Zəngəzur” yox, “Orta dəhliz” haqda razılığa gələcək...” - “Hraparak”
Bu gün, 09:33
Sülh sazişi imzalanır, Zəngəzur isə... - Son şərtlər də qəbul edildi
Bu gün, 09:31
“Rusiya 2020-ci ildən etibarən Ermənistana xəyanət edir” - Qaqik Melkonyan
Bu gün, 09:30
ABŞ Azərbaycanla bağlı köhnə mövzunu qabartdı - Rusiya “bitib” dedi
Bu gün, 09:28
"Kamal Abdullayev öz çömçəsi ilə qazanı elə qarışdırıb ki..." - İLGİNC FAKTLAR
Bu gün, 09:23
Lizinq şirkətinin bir payçısı yeni buraxılmış səhmlərə “yaxın durmadı”
Bu gün, 09:19
Professorun 47 yaşlı oğlu qəfildən öldü
Bu gün, 09:18
Tələbələrin təqaüdündən qanunsuz tutulmalar var? - ETİRAZ
Bu gün, 09:15
Makronun BAKI TƏLAŞI... - NƏ BAŞ VERİR?
Bu gün, 09:12
Bu halda müavinət hansı məbləğdə ödənilir... - Ekspert danışır...
Bu gün, 09:08
İsveçrə ermənilərdən alət kimi istifadə edir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:04
122 "Tomahavk" Rusiya hərbi strukturunu məhv edə bilər - Petr Çernik
Bu gün, 09:02
Azərbaycan səhiyyəsinin `ölüm korpusu`: TƏHLÜKƏLİ ÜÇLÜK... və qazinin ölümlə çarpışan həyat yoldaşı
Bu gün, 08:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru