Silah və texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi ilə bağlı kompleks tədbirlər icra olunur .....                     Bakıda qızlar arasında qanlı dava: Bir nəfər bıçaqlandı .....                     ABŞ bu səbəbdən Türkiyə vətəndaşlarına QADAĞA QOYDU .....                     "Böyük zəhmət hesabına əldə olunmuş nailiyyətlərimizi qorumalıyıq" .....                     İranlılar acgöz israilliləri necə ələ alır? .....                     "Biz də Prezident İlham Əliyev haqqında film çəkib, onun adını tarixdə yaşatmalıyıq" .....                     Baş həkim qazilərdən pul almaqda ittiham olunur .....                     Heydərovun yarıtmaz TENDER ORTAĞI: “Tərəqqi-Ş” MMC... .....                     AFFA “Lerik” klubuna görə tənqid hədəfi oldu .....                     "Sinvar əməliyyatı" HƏMAS-a ölümcül zərbə olmadı .....                     Pulumuzu banka, yoxsa daşınmaz əmlaka yatıraq? .....                     Bəxtini cinayətdə sınayan bədbəxt .....                     COP29 dövründə Bakıda toylara məhdudiyyət qoyulmayacaq, SMS icazə sistemi tətbiq edilməyəcək .....                     Pezeşkian Bakıda Əliyevlə bunu müzakirə edəcək .....                     Bayden Almaniyaya getdi .....                     Naxçıvandan Bakıya ünvanlanan şikayətlərə QADAĞA VAR? .....                     "Evim uçub məni lağa qoyurlar ki TÖVLƏDƏ YAŞAYIRSAN, nə edim bəs?" .....                     Almaniyada itkin düşdüyü deyilən sabiq məmurun oğlundan YENİ XƏBƏR .....                     “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimi baş tutub .....                     İcra nümayəndəsi vətəndaşın torpağını MƏNİMSƏYİB? .....                     Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb .....                     Yerli mütəxəssis “Pepsi Bottlers Azerbaijan”a rəhbər təyin edildi .....                     Elm və Təhsil Nazirliyi bu şirkətə 18 milyon manat ödəyəcək .....                     Qəbələdə evlərdən çıxan tüfənglər, öldürülən iki nəfər... .....                     Həbsdəki general Prezidentə məktub yazdı: `XƏBƏRİM OLMAYIB...` .....                     “Yalnız icra hakimiyyətlərinə görə referendum keçirilmir” .....                     23 ilin prorektoru işdən çıxarıldı .....                     Neft və milyonlar səltənətinin DƏRMAN BARONU... .....                     Paşinyan Hərbi-Sənaye Komitəsinə yeni rəhbər təyin edib .....                     Qlobal savaşın kiçik meydanı: hər kəsin “əli daşın altında” .....                     Xalq artistimiz yenə də GÜL VURDU... .....                     "Alsu ilə ayrı dostluğum var, lakin heç vaxt ailələrə qarışmamışam" .....                     “TK Travel” şirkətinin rəhbəri İTTİHAM OLUNUR... .....                     “Freedom House”dan yenə qərəzli hesabat, yenə absurd iddialar .....                     Ruben Vardanyanın həbs müddəti uzadılıb .....                     Qalmaqallı Rüstəm Şahbazov nə qanun bilir, nə qayda... .....                     Xalid Meşal HƏMAS-ın yeni rəhbəri oldu .....                     "Ramiz Mehdiyievi tənqid etdiyim üçün İsa Həbibbəyli ilə əlbir olub..." .....                     “Paşinyan Ərdoğanla “Zəngəzur” yox, “Orta dəhliz” haqda razılığa gələcək...” .....                     Sülh sazişi imzalanır, Zəngəzur isə... .....                 

Nikol xəyanət edir və Qərbə yalvarır... - Ekspert danışır...
Tarix: 2-03-2024, 09:14 | Çap et
Nikol xəyanət edir və Qərbə yalvarır...
ABŞ-ın Merilənd Universitetinin Məsləhət Şurasının prezidenti, Paris Metropolitan Universitetinin İdarə Heyətinin üzvü dr. Frank Musmarın Axar.az-a müsahibəsi:

- Cənab Musmar, AŞPA 22 yanvarda Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu məhdudlaşdırıb və etimadnamənin təsdiqlənib-təsdiqlənməməsi üçün Monitorinq Komitəsinə müraciət edib. Azərbaycan nümayəndə heyəti isə bəyanat yayaraq qurumdakı fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb. Bundan sonra AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin səsvermə nəticəsində təsdiqlənmədiyini və bir il müddətində qurumdan uzaqlaşdırıldığını elan edib. Sizcə, bu addımın atılma səbəbləri nədir?

- AŞPA Azərbaycanın təşkilat qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyini bəhanə gətirərək rəsmi Bakıya qarşı məlum addımları atdı. Bəhanələr isə Azərbaycanda insan haqları, azad və ədalətli seçkilərin keçirilməsi, məhkəmə sisteminin müstəqilliyi, eyni zamanda Qarabağdakı vəziyyətlə bağlı duyulan “narahatlıq”lardır. Müvafiq olaraq Azərbaycan da qurumun Fransa və erməni lobbisinin oyuncağına çevrilməsini, eyni zamanda atılan addımları əsas gətirərək bir il ərzində hüquqların bərpa olunmaması halında təşkilatdan çıxacağını bildirib. Məlum qərarda Azərbaycana qarşı irəli sürülən bəndlərin heç birinin əsası yoxdur. Bundan çox əvvəl BMT TŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul edib və Qarabağın ölkənin ayrılmaz tərkib hissəsi olduğunu təsdiqləyib. Qətnamələr BMT TŞ-nin Fransa da daxil olmaqla bütün üzvləri tərəfindən dəstəklənib. Üstəlik Qarabağ Ermənistan tərəfindən işğal edilib və orada rəsmi İrəvanın özü tərəfindən də tanınmayan separatçı qurum qurulub. Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən sonra isə oradakı ermənilərə qalmaq və ya getmək üçün sərbəst seçim verib. Fikrimcə, Fransanın AŞPA-da qətnamənin qəbuluna təsiri ölkə maraqlarına zidd olan yaxşı düşünülməmiş addım idi və burada Afrikada baş verən hadisələrin, eyni zamanda Ukrayna müharibəsinin də təsiri var. Ermənistanın iki əsas müttəfiqi Rusiya və İrandır. Bu ölkələrin heç birinin Fransa və Qərb dövlətləri ilə yaxşı münasibətləri yoxdur. Ermənistan Azərbaycanı beynəlxalq aləmdə çətin vəziyyətə salmaq üçün Rusiyanın vəziyyətə nəzarət etmək səylərini fəal şəkildə sabotaj etdi, qurban rolunu oynadı və Qərbin səylərini dəstəklədi.

Seçkilərlə bağlı isə onu deyə bilərəm ki, bu, ilk dəfə bütün Azərbaycan ərazisində keçirildi və qurulan sistemin inkişafını göstərdi. Seçkidə birinci dəfə 6 milyon 325 min 500 nəfər seçici qeydiyyata alındı, 37 xarici ölkədə 49 seçki məntəqəsi quruldu, xəstə və yaşlı insanların səs verməsi üçün səyyar səsvermə qutuları təşkil edildi. Prosesi ölkə daxildində 19 siyasi partiyadan 65 min müşahidəçi izlədi. Xaricdən isə 70 ölkədən nümayəndə və 49 beynəlxalq təşkilatdan 512 müşahidəçi akreditasiya edildi.

- AŞPA-nın Azərbaycan əleyhinə atdığı addımların münasibətlərə təsirini necə görürsünüz?

- Gələcək nəticələr Azərbaycana deyil, Avropaya zərər verəcək. Avropa əsas enerji ixracatçılarından və beynəlxalq nəqliyyatda əsas vasitəçilərdən olan Azərbaycandan asılıdır. Avropanın iqtisadi və siyasi üstünlüyü Çinə vermək istəmədiyi bir şəraitdə Cənubi Qafqaz regionunda sülhün bərqərar olunması qitənin sabitliyi üçün həyati əhəmiyyət kəsb edir. Rəsmi Bakı Avropanın etibarlı və verdiyi sözü tutan etibarlı tərəfdaşıdır. Bunu enerji əlaqələri də təsdiq edir. 2022-ci ildə Azərbaycan Avropaya 11,4 milyard kubmetr qaz ixrac edib, ötən il isə bu həcm 12 milyard kubmetrə qalxıb. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə “Şahdəniz” yatağından Avropaya qaz ixrac edir. 18 iyul 2022-ci ildə AB ilə Azərbaycan arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində 2027-ci ilədək ixrac edilən qazın 20 milyard kubmetrə çatdırılması planlaşdırılır. Digər tərəfdən ötən ilin 13 fevralından etibarən BP şirkəti ilə 2013-cü ildə Cənubi Qafqazi Boru Kəmərinin genişləndirilməsi ilə bağlı imzalanan razılaşma əsasında böyük irəliləyişlər əldə olundu. Nəzərinizə çatdırım ki, burada görüləcək işlərin ümumi dəyəri 28 milyard dollar təşkil edir.

- Ermənistanın təxribatlarına diqqət çəkdiniz. Qərb bu yalan təbliğata uyacaqmı?

- Əgər siz bu təbliğata qərq olmuş erməni deyilsinizsə, bu sizə olduqca gülməli gələcək. Erməni təbliğatı rus qoşunlarının Qarabağda yerləşdirilməsini xəyanət adlandırır və Azərbaycanı qətldə, soyğunçuluqda ittiham edir. Əslində oradakı rus qoşunlarının statusu sülhməramlıdır. Bu isə o deməkdir ki, onların tərəf tutmaq səlahiyyəti yoxdur. Eyni zamanda, Ermənistan Rusiyanın xəyanəti müqabilində öz qoşunlarını göndərmək üçün AB və NATO-ya yalvarır, eyni zamanda proseslə bağlı Qərb siyasətçilərinin antirusiya çıxışlarını dəstəkləyir. Bu çox gülüncdür, çünki Avropa Qarabağı Azərbaycanın ərazisi hesab edir. Qərb Azərbaycan və Türkiyəyə qarşı heç vaxt Ermənistanın tərəfini tutmayacaq. Çünki ABŞ hər iki dövləti İranın regional iddiasının qarşısında görür. Bundan başqa, Azərbaycanın nefti var, Ermənistanın isə heç nəyi yoxdur. Rəsmi İrəvanın problemi onun geosiyasi əhəmiyyətinin çox az olmasıdır və o, qurbağanın üstündə əqrəbə çevrilməyi seçmiş sentimental dəyərə dönüb.

- ABŞ-ın burada geostrateji marağı və hədəfi nədir?

- Ermənistanın yeni havadarları Azərbaycan və ABŞ ilə münasibətləri dəyişəcək. Azərbaycan və ABŞ bir sıra beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin, ATƏT-in, BVF-nin və Dünya Bankının üzvdür. Azərbaycan Amerika Dövlətləri Təşkilatında və Ümumdünya Ticarət Təşkilatında daimi müşahidəçi statusundadır. Azərbaycan eyni zamanda 1994-cü ildən etibarən NATO-nun “Sülh Naminə Tərəfdaşlıq Proqramı”na qoşulub. Üstəlik Amerika və Azərbaycan arasında münasibətlər tarixən enerji tranziti, ən əsası Bakı-Tiflis-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi üzərində qurulub. Brüssel rəsmiləri Rusiyadan enerji asılılığının azaldılmasında Azərbaycana yenidən etibarlı tərəfdaş hesab etməyin vacibliyini görməlidirlər. Azərbaycan Mərkəzi Asiya ölkələrinə və Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TİTR) giriş qapısıdır. Bu, Mərkəzi Asiya ölkələrinin Rusiyadan keçən Avropa bazarına çıxış tranzitindən asılılığı azaltmaq imkanı verir. Vaşinqtonun strateji marağı Rusiyanın müdaxilə imkanlarını minimuma endirən alternativ ticarət yollarının inkişafına kömək etməkdir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Silah və texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi ilə bağlı kompleks tədbirlər icra olunur - VİDEO
Bu gün, 12:34
Bakıda qızlar arasında qanlı dava: Bir nəfər bıçaqlandı - VİDEO
Bu gün, 12:31
ABŞ bu səbəbdən Türkiyə vətəndaşlarına QADAĞA QOYDU - VİZA ALMAQ MÜMKÜNSÜZDÜR
Bu gün, 12:23
"Böyük zəhmət hesabına əldə olunmuş nailiyyətlərimizi qorumalıyıq" - deputat
Bu gün, 12:21
İranlılar acgöz israilliləri necə ələ alır? - “Regnum”
Bu gün, 12:19
"Biz də Prezident İlham Əliyev haqqında film çəkib, onun adını tarixdə yaşatmalıyıq" - TƏKLİF
Bu gün, 12:17
Baş həkim qazilərdən pul almaqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 12:13
Heydərovun yarıtmaz TENDER ORTAĞI: “Tərəqqi-Ş” MMC... - İcazə verin, şübhələnək...
Bu gün, 12:07
AFFA “Lerik” klubuna görə tənqid hədəfi oldu - AÇIQLAMA
Bu gün, 12:04
"Sinvar əməliyyatı" HƏMAS-a ölümcül zərbə olmadı - "The Washington Post"
Bu gün, 11:58
Pulumuzu banka, yoxsa daşınmaz əmlaka yatıraq? - ƏGƏR VARSA...
Bu gün, 11:55
Bəxtini cinayətdə sınayan bədbəxt - Bahəddin Həzi yazır...
Bu gün, 11:47
COP29 dövründə Bakıda toylara məhdudiyyət qoyulmayacaq, SMS icazə sistemi tətbiq edilməyəcək - BƏLLİ OLDU!
Bu gün, 11:40
Pezeşkian Bakıda Əliyevlə bunu müzakirə edəcək - Nazir
Bu gün, 11:36
Bayden Almaniyaya getdi - FOTO
Bu gün, 11:34
Naxçıvandan Bakıya ünvanlanan şikayətlərə QADAĞA VAR? - Göstəriş Naxçıvanın ali rəhbərliyindən verilib
Bu gün, 11:31
"Evim uçub məni lağa qoyurlar ki TÖVLƏDƏ YAŞAYIRSAN, nə edim bəs?" - Vətəndaş ÇARƏSİZ DURUMDA
Bu gün, 11:28
Almaniyada itkin düşdüyü deyilən sabiq məmurun oğlundan YENİ XƏBƏR - AÇIQLAMA
Bu gün, 11:23
“Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimi baş tutub - VİDEO
Bu gün, 11:20
İcra nümayəndəsi vətəndaşın torpağını MƏNİMSƏYİB? - MÜRACİƏT
Bu gün, 11:14
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 11:08
Yerli mütəxəssis “Pepsi Bottlers Azerbaijan”a rəhbər təyin edildi - FOTO
Bu gün, 10:55
Elm və Təhsil Nazirliyi bu şirkətə 18 milyon manat ödəyəcək
Bu gün, 10:53
Qəbələdə evlərdən çıxan tüfənglər, öldürülən iki nəfər... - TƏFƏRRÜAT
Bu gün, 10:49
Həbsdəki general Prezidentə məktub yazdı: `XƏBƏRİM OLMAYIB...` - “Tərtər işi”
Bu gün, 10:48
“Yalnız icra hakimiyyətlərinə görə referendum keçirilmir” - deputat
Bu gün, 10:43
23 ilin prorektoru işdən çıxarıldı - Yerinə baş stomatoloq gətirildi
Bu gün, 10:40
Neft və milyonlar səltənətinin DƏRMAN BARONU... - Feyziyevə hava hər yerdə xoşdur?
Bu gün, 10:35
Paşinyan Hərbi-Sənaye Komitəsinə yeni rəhbər təyin edib
Bu gün, 10:26
Qlobal savaşın kiçik meydanı: hər kəsin “əli daşın altında” - GƏLİŞMƏ
Bu gün, 10:26
Xalq artistimiz yenə də GÜL VURDU... - VİDEO
Bu gün, 10:15
"Alsu ilə ayrı dostluğum var, lakin heç vaxt ailələrə qarışmamışam"
Bu gün, 10:13
“TK Travel” şirkətinin rəhbəri İTTİHAM OLUNUR... - "Buna görə mənə 15 800 manat ziyan dəydi..."
Bu gün, 10:06
“Freedom House”dan yenə qərəzli hesabat, yenə absurd iddialar - Qərbin bütün resursları Azərbaycana qarşı...
Bu gün, 10:03
Ruben Vardanyanın həbs müddəti uzadılıb - QƏRAR
Bu gün, 10:01
Qalmaqallı Rüstəm Şahbazov nə qanun bilir, nə qayda... - NARAZILIQ VAR...
Bu gün, 09:59
Xalid Meşal HƏMAS-ın yeni rəhbəri oldu - LBCI xəbər portalı
Bu gün, 09:45
"Ramiz Mehdiyievi tənqid etdiyim üçün İsa Həbibbəyli ilə əlbir olub..." - AMEA-da 37-ci il AB-HAVASI...
Bu gün, 09:39
“Paşinyan Ərdoğanla “Zəngəzur” yox, “Orta dəhliz” haqda razılığa gələcək...” - “Hraparak”
Bu gün, 09:33
Sülh sazişi imzalanır, Zəngəzur isə... - Son şərtlər də qəbul edildi
Bu gün, 09:31
“Rusiya 2020-ci ildən etibarən Ermənistana xəyanət edir” - Qaqik Melkonyan
Bu gün, 09:30
ABŞ Azərbaycanla bağlı köhnə mövzunu qabartdı - Rusiya “bitib” dedi
Bu gün, 09:28
"Kamal Abdullayev öz çömçəsi ilə qazanı elə qarışdırıb ki..." - İLGİNC FAKTLAR
Bu gün, 09:23
Lizinq şirkətinin bir payçısı yeni buraxılmış səhmlərə “yaxın durmadı”
Bu gün, 09:19
Professorun 47 yaşlı oğlu qəfildən öldü
Bu gün, 09:18
Tələbələrin təqaüdündən qanunsuz tutulmalar var? - ETİRAZ
Bu gün, 09:15
Makronun BAKI TƏLAŞI... - NƏ BAŞ VERİR?
Bu gün, 09:12
Bu halda müavinət hansı məbləğdə ödənilir... - Ekspert danışır...
Bu gün, 09:08
İsveçrə ermənilərdən alət kimi istifadə edir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:04
122 "Tomahavk" Rusiya hərbi strukturunu məhv edə bilər - Petr Çernik
Bu gün, 09:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru