Nazirlik “ənənəsinə” sadiq qaldı: Bu il də eyni şirkətdən 18 milyon manatlıq mebel alacaq .....                     "Camaat suyu şırhaşır açır" deyən deputat Hicran Hüseynovanın 10 minlik çantası... .....                     Silah və texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi ilə bağlı kompleks tədbirlər icra olunur .....                     Bakıda qızlar arasında qanlı dava: Bir nəfər bıçaqlandı .....                     ABŞ bu səbəbdən Türkiyə vətəndaşlarına QADAĞA QOYDU .....                     "Böyük zəhmət hesabına əldə olunmuş nailiyyətlərimizi qorumalıyıq" .....                     İranlılar acgöz israilliləri necə ələ alır? .....                     "Biz də Prezident İlham Əliyev haqqında film çəkib, onun adını tarixdə yaşatmalıyıq" .....                     Baş həkim qazilərdən pul almaqda ittiham olunur .....                     Heydərovun yarıtmaz TENDER ORTAĞI: “Tərəqqi-Ş” MMC... .....                     AFFA “Lerik” klubuna görə tənqid hədəfi oldu .....                     "Sinvar əməliyyatı" HƏMAS-a ölümcül zərbə olmadı .....                     Pulumuzu banka, yoxsa daşınmaz əmlaka yatıraq? .....                     Bəxtini cinayətdə sınayan bədbəxt .....                     COP29 dövründə Bakıda toylara məhdudiyyət qoyulmayacaq, SMS icazə sistemi tətbiq edilməyəcək .....                     Pezeşkian Bakıda Əliyevlə bunu müzakirə edəcək .....                     Bayden Almaniyaya getdi .....                     Naxçıvandan Bakıya ünvanlanan şikayətlərə QADAĞA VAR? .....                     "Evim uçub məni lağa qoyurlar ki TÖVLƏDƏ YAŞAYIRSAN, nə edim bəs?" .....                     Almaniyada itkin düşdüyü deyilən sabiq məmurun oğlundan YENİ XƏBƏR .....                     “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimi baş tutub .....                     İcra nümayəndəsi vətəndaşın torpağını MƏNİMSƏYİB? .....                     Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb .....                     Yerli mütəxəssis “Pepsi Bottlers Azerbaijan”a rəhbər təyin edildi .....                     Elm və Təhsil Nazirliyi bu şirkətə 18 milyon manat ödəyəcək .....                     Qəbələdə evlərdən çıxan tüfənglər, öldürülən iki nəfər... .....                     Həbsdəki general Prezidentə məktub yazdı: `XƏBƏRİM OLMAYIB...` .....                     “Yalnız icra hakimiyyətlərinə görə referendum keçirilmir” .....                     23 ilin prorektoru işdən çıxarıldı .....                     Neft və milyonlar səltənətinin DƏRMAN BARONU... .....                     Paşinyan Hərbi-Sənaye Komitəsinə yeni rəhbər təyin edib .....                     Qlobal savaşın kiçik meydanı: hər kəsin “əli daşın altında” .....                     Xalq artistimiz yenə də GÜL VURDU... .....                     "Alsu ilə ayrı dostluğum var, lakin heç vaxt ailələrə qarışmamışam" .....                     “TK Travel” şirkətinin rəhbəri İTTİHAM OLUNUR... .....                     “Freedom House”dan yenə qərəzli hesabat, yenə absurd iddialar .....                     Ruben Vardanyanın həbs müddəti uzadılıb .....                     Qalmaqallı Rüstəm Şahbazov nə qanun bilir, nə qayda... .....                     Xalid Meşal HƏMAS-ın yeni rəhbəri oldu .....                     "Ramiz Mehdiyievi tənqid etdiyim üçün İsa Həbibbəyli ilə əlbir olub..." .....                 

VOLKOV!.. Nə sən canavar deyilsən... NƏ DƏ BİZ DOVŞAN! - HƏQİQƏTƏN DƏ...
Tarix: 8-12-2022, 10:52 | Çap et
VOLKOV!.. Nə sən canavar deyilsən... NƏ DƏ BİZ DOVŞAN!
Rusiya sülhməramlıları Azərbaycanın media nümayəndələrinin (İTV, "Real" TV, APA) Xocalıya keçməsinə, ölkə ərazisində peşə fəaliyyəti borcunu yerinə yetirməsinə maneə törədiblər. Azərbaycanlı jurnalistlər doğma ərazilərimizə buraxılmayıb. Nəticədə jurnalistlərlə sülhməramlılar arasında mübahisə yaşanıb. Jurnalistlər onlara nə qədər izah etməyə çalışsalar da, Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan göstəriş almış hərbçilər həmkarlarımızı Xocalıya buraxmaq istəməyib.

Məsələ burasındadır ki, Azərbaycanın mütəxəssislərindən ibarət qrup Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə ekoloji monitorinqlərinin aparılması üzrə danışıqların ikinci mərhələsinin keçirilməsini planlaşdırır. Bununla bağlı nümayəndə heyəti Xocalı rayonuna yola düşüb. Lakin Rusiya sülhməramlıları nümayəndələri müşayiət edən jurnalistlərimizi buraxmayıblar. Rusların bu hərəkəti ölkə ictimaiyyəti tərəfindən kəskin etirazla qarşılanıb və sərt şəkildə qınanılıb. Xüsusən, mətbuat nümayəndələri və ekspertlər sosial şəbəkədə öz mövqelərini paylaşaraq jurnalistlərə dəstək ifadə ediblər.

"Cümhuriyət" qəzeti və "cebhe.info" xəbər portalının rəhbəri Rəfael Becanov deyib ki, İctimai Televiziyanın jurnalist qrupunun Xocalıya buraxılmaması ərazi bütünlüyümüzə qarşı qəsddir. Onun sözlərinə görə, jurnalist kifayət qədər intellektual, hüquqi formada izah və bir az da riskli formada hərəkət edib:

"Amma onlar başa düşmək istəmədilər, inadlarından dönmədilər. Bir azərbaycanlının vətəndaşlıq, bir jurnalistin informasiya əldə etmək və yaymaq hüququnu pozdular. Sülhməramlılar İTV-nin jurnalistini oraya buraxmamağa yox, onun təhlükəsizliyini təmin etməyə borclu idi. Bizim ölkəmizdə hara və necə getmək hüququmuz konstitusiya ilə təsbit olunur. Hətta günü sabah gedib Xocalıda, Xankəndidə yaşaya da bilərik. Rus sülhməramlıları bizim orada təhlükəsizliyimizi təmin etməyə, hər hansı hücuma məruz qalmamağımıza cavabdehdir. Amma əksini yaşayırıq. Heç qonaq, jurnalist, turist kimi belə bizi oraya buraxmırlar. İrandan gələn təxribatçılar isə Xankəndiyə gedirlər. Onlara qanunsuz erməni hərbi birləşmələrinə təlim keçmək üçün şərait yaradılır. O birləşmələr ki, 10 noyabr bəyanatına görə, sülhməramlılar əraziyə gəldikdə ilk işləri onları tərksilah etmək olmalıydı. İndi bunlar sülhmərmalıdırlarmı?".

Baş redaktor vurğulayıb ki, ilk gündən deyirik ki, sülhməramlılar özlərini təyinatlarına görə yox, Xankəndi və ətrafında Rusiyanın zorla yerləşdirdiyi ermənilərin qəyyumu, himayəçisi kimi aparırlar:

"44 günlük müharibə zamanı nəinki ətrafda, heç Xankəndidə belə erməni yox idi. Qorxularından qaçıb getmişdilər, zorla qaytardılar. İndi də onların himayəçisi, təminatçısı rolundadırlar. Faktdır ki, rus sülhməramlıları ermənilərdən daha çox təxribat törədirlər. Azərbaycan Ordusunun Azərbaycan-Ermənistan sərhədindən kənarda dislokasiya olduğu əraziləri də atəşə tutmaqda qanunsuz erməni hərbi birləşmələrinə onlar dəstək verir. Bu gün baş verən kuliminasiyadır. Sülhməramlılar sülh yaratmaq deyil, ermənilərin maraqlarının təminatçısı funksiyasındadırlar. Real vəziyyət odur ki, sülhməramlılar öz işlərini görmür".

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət deyib ki, Rusiya sülhməramlılarının Azərbaycan jurnalistlərini Azərbaycan torpağında əngəlləməsi artıq yeni bir yanaşma zərurətini ortaya çıxarıb:

"Bundan sonrakı mərhələdə bu məsələ masada müzakirə edilməli, sülhməramlılara şərt qoyulmalı və yalnız indi deyil, istənilən vaxt jurnalistlərimizin onların müvəqqəti nəzarəti altında olan torpaqlara getməsi üçün şərait yaradılmalıdır. Birmənalı olaraq bəllidir ki, Xankəndi başda olmaqla o torpaqlar Azərbaycanındır. Belə olan halda Azərbaycan media təmsilçilərinin ölkənin başqa ərazilərində olduğu kimi o yerlərdə də sərbəst hərəkəti təmin edilməlidir. Əlbəttə, risklər nəzərə alınmaqla bu işi sülhməramlılarla koordinasiya etmək şərti ilə. Necə olur ki, xarici ölkə vətəndaşları – Ermənistan əhalisi Qarabağın rusların nəzarətindəki kəsiminə rahat gəlib-gedə bilir, biz Azərbaycan vətəndaşları bunu edə bilmərik? Məntiq hardadır burda? Ona görə də məsələni hər şeydən öncə İdarə Heyətinin üzvü olduğum Mətbuat Şurası vasitəsilə müzakirəyə təklif edirəm".

Tanınmış jurnalist Elşad Paşasoy bildirib ki, Azərbaycan jurnalistlərini Xocalıya buraxmayan Volkov həddini aşıb:

"Media qurumlarımız, aidiyyəti orqanlarımız Rusiya kontingentinin özbaşınalığı ilə əlaqədar izahat istəməli, bu hallara son qoyulmasını tələb etməlidir. İnanırıq ki, bu baş verəcək. Xocalı bizim həssas nöqtəmizdir. Biz oranın donuz fermasına çevrilməsinə imkan verməyəcəyik! Volskinin xələfi Volkov və dəstəsi söz və mətbuat azadlığını, peşə fəaliyyətini məhdudlaşdırmaq üçün gəlməyib!".

Jurnalist Məhəmməd Türkmən qeyd edib ki, "sülhməramlı" Qarabağa girəndə də, dünən də, bu gün də belə idi:

"Elə bil etirazlara gec başlamışıq. Amma yenə də doğru addımdır. Jurnalistlərin sülhməramlılarla söz davası "proses başlayıb" mesajı verir. Gözdən salmaq, lazımsız olduqlarını göstərmək, vaxtından tez yola salmaq üçün proses sürətlə davam etməlidir".

"Azxeber.com" saytının baş direktoru Əfsələddin Ağalarov vurğulayıb ki, İTV və REAL TV müxbirlərinin Xocalıda və Xankəndidə göstərdikləri cəsarət örnəkdir:

"Burada fəaliyyət göstərən bütün həmkarlarımıza təşəkkür düşür. Bu görüntülər həm də illərdir ölkəmizdə gənc beyinlərə "Jurnalistin Vətəni, dili, dini, milliyəti yoxdur" kimi zəhər ifraz edən Sorosçuların dişlərinin sökülməsi effektini verdi. Azərbaycan jurnalisti təpədən dırnağa kimi milli kimliyi ilə bütövləşməli, dilini, həqiqətini peşə fəaliyyəti ilə hayqırmalıdır. Çünki bu bölgədə ideoloji savaş heç bir zaman durmayacaq. Bizim başqa yolumuz yoxdur! Bunun əksi faciədir, itkidir, milli ideologiyanın məhv etmək istəyən qüvvələrin çörəklərinə sürtülən yağdır!".

"Editor.az" saytının baş redaktoru Fərid Şahbazlı da deyib ki, Azərbaycan jurnalistlərinin Xocalıya daxil olmaq üçün rus sülhməramlılarına göstərdiyi cəsarət və prinsipiallıq alqışalayiqdir:

"Jurnalistlərimiz prosesdə sanki qələmlərini silaha çevirərək böyük qətiyyətlə əli avtomatlı rus əsgərlərinə Xankəndiyə, Xocalıya mütləq qayıdacağımızın mesajını verdilər".

Hərbi ekspert Ədalət Verdiyev də bildirib ki, rus sülhməramsızlarının nəzarət-buraxılış məntəqəsində Azərbaycan jurnalistlərini buraxmayan və "idite obratno" deyən hərbi geyimli şəxs böyük ehtimalla ermənidir: "Onun üzünü gizlətməsi üçün maskadan istifadə etməsi bu ehtimalı gücləndirir. Həmin hərbçinin geyim forması və fərqlənmə nişanları da rus kontingentin geyim forması və fərqlənmə nişanlarından fərqlənir. Hesab edirəm ki, bu və digər təxribatçı fəaliyyətlərin hesabı erməniməramlı general Volkovdan mütləq və ən qısa zamanda soruşulmalıdır".

Siyasi şərhçi Tural İsmayılov isə fikirlərini belə ifadə edib:

"İctimai TV-nin müxbiri rus sülhməramlılarına əsl kişilik dərsi keçdi. Həmçinin Real TV-dən dostumuz Kamran Qasımov sülhməramlıların qanunsuz müdaxiləsi ilə üzləşdi. Sual ritorikdir, necə olur ki, İran vətəndaşları Xankəndiyə gedə bilir, amma Azərbaycan jurnalistləri öz ərazilərimizə daxil ola bilməz? Heç bir beynəlxalq mandatı olmayan rus sülhməramlılarının ömrünə çox qalmayıb. Nitsşe olmaq lazım deyil, proses ancaq Rusiyanın ziyanına işləyir. Dəyişməsələr, bizim daha kəskin mövqelərimizi görəcəklər!".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazirlik “ənənəsinə” sadiq qaldı: Bu il də eyni şirkətdən 18 milyon manatlıq mebel alacaq - TƏFƏRRÜAT
Bu gün, 12:44
"Camaat suyu şırhaşır açır" deyən deputat Hicran Hüseynovanın 10 minlik çantası... - aparıcı onu "YAŞ SƏRDİ"
Bu gün, 12:40
Silah və texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi ilə bağlı kompleks tədbirlər icra olunur - VİDEO
Bu gün, 12:34
Bakıda qızlar arasında qanlı dava: Bir nəfər bıçaqlandı - VİDEO
Bu gün, 12:31
ABŞ bu səbəbdən Türkiyə vətəndaşlarına QADAĞA QOYDU - VİZA ALMAQ MÜMKÜNSÜZDÜR
Bu gün, 12:23
"Böyük zəhmət hesabına əldə olunmuş nailiyyətlərimizi qorumalıyıq" - deputat
Bu gün, 12:21
İranlılar acgöz israilliləri necə ələ alır? - “Regnum”
Bu gün, 12:19
"Biz də Prezident İlham Əliyev haqqında film çəkib, onun adını tarixdə yaşatmalıyıq" - TƏKLİF
Bu gün, 12:17
Baş həkim qazilərdən pul almaqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 12:13
Heydərovun yarıtmaz TENDER ORTAĞI: “Tərəqqi-Ş” MMC... - İcazə verin, şübhələnək...
Bu gün, 12:07
AFFA “Lerik” klubuna görə tənqid hədəfi oldu - AÇIQLAMA
Bu gün, 12:04
"Sinvar əməliyyatı" HƏMAS-a ölümcül zərbə olmadı - "The Washington Post"
Bu gün, 11:58
Pulumuzu banka, yoxsa daşınmaz əmlaka yatıraq? - ƏGƏR VARSA...
Bu gün, 11:55
Bəxtini cinayətdə sınayan bədbəxt - Bahəddin Həzi yazır...
Bu gün, 11:47
COP29 dövründə Bakıda toylara məhdudiyyət qoyulmayacaq, SMS icazə sistemi tətbiq edilməyəcək - BƏLLİ OLDU!
Bu gün, 11:40
Pezeşkian Bakıda Əliyevlə bunu müzakirə edəcək - Nazir
Bu gün, 11:36
Bayden Almaniyaya getdi - FOTO
Bu gün, 11:34
Naxçıvandan Bakıya ünvanlanan şikayətlərə QADAĞA VAR? - Göstəriş Naxçıvanın ali rəhbərliyindən verilib
Bu gün, 11:31
"Evim uçub məni lağa qoyurlar ki TÖVLƏDƏ YAŞAYIRSAN, nə edim bəs?" - Vətəndaş ÇARƏSİZ DURUMDA
Bu gün, 11:28
Almaniyada itkin düşdüyü deyilən sabiq məmurun oğlundan YENİ XƏBƏR - AÇIQLAMA
Bu gün, 11:23
“Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimi baş tutub - VİDEO
Bu gün, 11:20
İcra nümayəndəsi vətəndaşın torpağını MƏNİMSƏYİB? - MÜRACİƏT
Bu gün, 11:14
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 11:08
Yerli mütəxəssis “Pepsi Bottlers Azerbaijan”a rəhbər təyin edildi - FOTO
Bu gün, 10:55
Elm və Təhsil Nazirliyi bu şirkətə 18 milyon manat ödəyəcək
Bu gün, 10:53
Qəbələdə evlərdən çıxan tüfənglər, öldürülən iki nəfər... - TƏFƏRRÜAT
Bu gün, 10:49
Həbsdəki general Prezidentə məktub yazdı: `XƏBƏRİM OLMAYIB...` - “Tərtər işi”
Bu gün, 10:48
“Yalnız icra hakimiyyətlərinə görə referendum keçirilmir” - deputat
Bu gün, 10:43
23 ilin prorektoru işdən çıxarıldı - Yerinə baş stomatoloq gətirildi
Bu gün, 10:40
Neft və milyonlar səltənətinin DƏRMAN BARONU... - Feyziyevə hava hər yerdə xoşdur?
Bu gün, 10:35
Paşinyan Hərbi-Sənaye Komitəsinə yeni rəhbər təyin edib
Bu gün, 10:26
Qlobal savaşın kiçik meydanı: hər kəsin “əli daşın altında” - GƏLİŞMƏ
Bu gün, 10:26
Xalq artistimiz yenə də GÜL VURDU... - VİDEO
Bu gün, 10:15
"Alsu ilə ayrı dostluğum var, lakin heç vaxt ailələrə qarışmamışam"
Bu gün, 10:13
“TK Travel” şirkətinin rəhbəri İTTİHAM OLUNUR... - "Buna görə mənə 15 800 manat ziyan dəydi..."
Bu gün, 10:06
“Freedom House”dan yenə qərəzli hesabat, yenə absurd iddialar - Qərbin bütün resursları Azərbaycana qarşı...
Bu gün, 10:03
Ruben Vardanyanın həbs müddəti uzadılıb - QƏRAR
Bu gün, 10:01
Qalmaqallı Rüstəm Şahbazov nə qanun bilir, nə qayda... - NARAZILIQ VAR...
Bu gün, 09:59
Xalid Meşal HƏMAS-ın yeni rəhbəri oldu - LBCI xəbər portalı
Bu gün, 09:45
"Ramiz Mehdiyievi tənqid etdiyim üçün İsa Həbibbəyli ilə əlbir olub..." - AMEA-da 37-ci il AB-HAVASI...
Bu gün, 09:39
“Paşinyan Ərdoğanla “Zəngəzur” yox, “Orta dəhliz” haqda razılığa gələcək...” - “Hraparak”
Bu gün, 09:33
Sülh sazişi imzalanır, Zəngəzur isə... - Son şərtlər də qəbul edildi
Bu gün, 09:31
“Rusiya 2020-ci ildən etibarən Ermənistana xəyanət edir” - Qaqik Melkonyan
Bu gün, 09:30
ABŞ Azərbaycanla bağlı köhnə mövzunu qabartdı - Rusiya “bitib” dedi
Bu gün, 09:28
"Kamal Abdullayev öz çömçəsi ilə qazanı elə qarışdırıb ki..." - İLGİNC FAKTLAR
Bu gün, 09:23
Lizinq şirkətinin bir payçısı yeni buraxılmış səhmlərə “yaxın durmadı”
Bu gün, 09:19
Professorun 47 yaşlı oğlu qəfildən öldü
Bu gün, 09:18
Tələbələrin təqaüdündən qanunsuz tutulmalar var? - ETİRAZ
Bu gün, 09:15
Makronun BAKI TƏLAŞI... - NƏ BAŞ VERİR?
Bu gün, 09:12
Bu halda müavinət hansı məbləğdə ödənilir... - Ekspert danışır...
Bu gün, 09:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru