Sumqayıtda adi məktəb direktorunun GÖYDAĞIDAN HÖKMÜ... - HAMI NARAZIDIR...
Tarix: 14-02-2022, 11:56 | Çap et
 Məktəb elm, təhsil ocağı, gələcəyimizə işıq tutan ziya mənbəyidir. Təəssüf ki, bəzən bu müqəddəs məkanda elə hadisələrlə qarşılaşırsan ki, sadəcə heyrətlənirsən. Xüsusilə məktəb direktorları ilə müəllimlər arasında baş verən problemlər bir çox hallarda kütləvi narazılığa səbəb olur. DİA.AZ-ın məlumatına görə, Rubrika.Az saytına müraciət edən Sumqayıt şəhər 11 saylı tam orta məktəbin valideynləri və bir qrup müəllimi məktədə baş verən qanunsuzluqlardan şikayətçidir. Redaksiyanın elektron poçtuna daxil olan müraciətdə qeyd edlir ki, Sumqayıt şəhər 11 saylı tam orta məktəbində baş verənlər heç bir pedaqoji qayda-qanuna uyğun gəlmir. Burada yalnız bir qanun hakimdir-məktəbin direktoru İlahə Həsənlinin şəxsi maraqları! Təhsil sahəsində tətbiq edilən yeniliklərə məhəl qoymayan, bütün pedaqoji prosesi öz bildiyi məcraya yönəldən direktor müəllimlərin ixtisasını, diaqnostik qiymətləndirmə balını, stajını nəzərə almır, dərs bölgüsünü, ibtidai sinif təyinatını öz maraqları çərçivəsində aparır, məktəbdə xüsusilə yuxarı siniflərdə dərsə davamiyyət, pandemiyaya qarşı tədbirlər yox səviyyəsindədir. Şikayət məktubunda bildirilir: “Təhsil müəssisəsinə rəhbərliyi pedoqoji və idarəçilik qabilliyyəti kollektiv arasında mənfi reputasiyalı olan İlahə Həsənliyə həvalə ediblər. Bu şəxs isə vəzifə səlahiyyətlərindən sui istifadə edərək bütün idarəçiliyi şəxsi prinsip, şəxsi maraqları çərçivəsindən həyata keçirir. Nəticədə şəxsi prinsiplər meydanına çevrilən təhsil ocağı bir vaxtlar Sumqayıt şəhərinin və bütövlükdə ölkənin ən nümunəvi məktəblərindən biri olduğu halda indi təlim və tərbiyyənin bərbad ünvanına çevrilib. Direktorun təsəvvüründə məktəb sanki bir təhsil ocağı deyil özəl müəssisə, şirkətdir. Odur ki, heç bir əsasnaməyə uyğun olmadan istədiyi dərsi istədiyi adama verir. Ümumtəhsil məktəblərində tədris olunan “Həyat bilgisi” fənni şagirdlərdə ümumi dünyagörüşünün formalaşdırılmasında böyük rol oynayır. Xüsusilə fənnin məzmun xəttində ictimai əhəmiyyətli mövzular üstünlük təşkil edir. Bu baxımdan fənnin daha savadlı və pedoqoji stajlı müəllimlər tərəfindən tədris olunması məqsədəuyğun hesab olunur. Lakin İ.Həsənli burada da şəxsi maraqlarını ön plana çəkir, “Həyat bilgisi” və bu sıradan olan dərsləri rüşvət müqabilində paylanır. Ümumiyyətlə Sumqayıt şəhər 11 saylı tam orta məktəbində fənlərin qeyri-ixtisas müəllimləri tərəfindən tədris olunması adi hal alıb. Hər dərs ilinin əvvəlində müəllimlərin “sanballı dərs saatı” ilə təmin olunmasının qiyməti 200-300 manat miqdarında müəyyənləşib. İbtidai sinif məllimlərinə birinci siniflərin verilməsinin qiyməti isə 1000 manatdır. Direktor İlahə Həsənlinin daha bir gəlir mənbəyi isə şagirdlər üzərində qurulub. Belə ki, 10-11-ci sinif şagirdlərinin dərslərdə iştirak etməməsi üçün də ayrıca qıymətlər formalaşdırılıb. Şagirdlərlə bağlı daha bir qazanc mənbəyi isə birinci və digər yuxarı siniflərə qəbuldandır. Məktəbdə şagirdlərin elektron yerdəyişmə prosesi kobud şəkildə pozulur. Aktiv olmayan sistem şəraitində tədris ilinin istənilən vaxtı məktəbə yeni şagirdlər qəbul olunur. Şagird qəbulunda baş verən bu qanunsuzluqların nəticəsidir ki, 650 yerlik tutumu olan Sumqayıt şəhər 11 saylı tam orta məktəbin şagird sayı 3000-ə yaxınlaşır. İndiki pandemiya dövründə, şagirdlərin maksimum şəkildə yaxın təmasdan çəkinməli olduğu bir vaxtda bu xüsusilə yolverilməzdir. Amma direktor İ.Həsənlini şəxsi gəlirləri maraqlandırdığından məktəbdə heç dezinfeksiya işləri də aparılmır və bunun üçün ayrılan pullar mənimsənilir. Məktəbdə baş verənlərə etiraz edən müəllimlər isə direktor tərəfindən açıq-açığına təhdid edilir. 11 saylı məktəbin direktoru İ. Həsənova oturduğu postda Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Arzu Alızadəyə güvəndiyinin aşkar ifadə etməkdən çəkinmir.”. Sumqayıt şəhər 11 saylı tam orta məktəbdə direktor İlahə Həsənlinin qanunsuzluqlari ilə bağlı birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Təhsil naziri E.Əmrullayevə müüraciət etməyi planlaşdırır: “Bir neçə şəxsin maraqları naminə minlərlə şagirdin təhsili təhlükə altındadır. Tezliklə tədbirlər görülməzsə vəziyyət daha da acınacaqlı hal ala bilər. Odur ki, bir müəllim, bir valideyn olaraq tezliklə məsələyə müdaxilə etmənizi, baş verənləri durdurmanızı xahiş edirəm. Balalarımızın təhsilini, gələcəyini bir neçə şəxsin ambisiyalarına qurban verməyin!”


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Şirkət rəhbərinin 227 minlik dələduzluq işi: - vətəndaşlara müxtəlif vədlər verdi
Bu gün, 08:35 |
|
|
|
| • "Yay bitir, amma gəlib çıxmadı sifarişimiz..." - GİLEY
Bu gün, 08:26 |
|
|
|
| • Bu qurumdan elektron şəkildə şikayət MÜMKÜN DEYİL... - BU NƏDİ BELƏ?
Bu gün, 08:15 |
|
|
|
| • Lənkəran Balıq Kombinatı batdı: Həm bağlandı, həm də borc içindədir - TƏFƏRRÜAT
Bu gün, 08:11 |
|
|
|
| • Feysbuk və İnstaqram tamamilə ödənişli olur? – Vacib açıqlama
Bu gün, 08:08 |
|
|
|
| • ABŞ-nin bütün raketləri belə Ukraynanın ehtiyaclarını qarşılaya bilməzdi - Vens
Bu gün, 08:06 |
|
|
|
| • TƏBİB-in yeni şefi də ginekoloqları qoruyacaqsa... - GƏLİŞMƏ
Bu gün, 08:05 |
|
|
|
| • "Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu... - BU NƏDİ BELƏ?
Bu gün, 07:42 |
|
|
|
| • DSMF sosial MÜDAFİƏ fondudur, yoxsa MƏNİMSƏMƏ? -Normativ aktlar “məmur işğalı”ndan nə vaxt qurtulacaq?
Bu gün, 07:38 |
|
|
|
| • Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar… - Bu, bir ATA HARAYIDIR...
Bu gün, 07:32 |
|
|
|
| • Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞI - bunu bir araşdıran olsa...
Bu gün, 07:29 |
|
|
|
| • Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir - AÇIQLAMA
Bu gün, 07:20 |
|
|
|
| • Ermənistan sülhə sadiq qalacaq? - Görünəni odur ki...
Bu gün, 07:16 |
|
|
|
| • Dövlət vəsaiti hara xərclənib? – Həsənrizdə təmir qalmaqalı
Bu gün, 07:15 |
|
|
|
| • Deputatdan yayılan videoya reaksiya: "Şərəfsizdirlər" - “Bu videonun bizimlə heç bir əlaqəsi yoxdur"
Bu gün, 07:05 |
|
|
|
| • Nazirliyə işə düzəlmək istədi və... - İTTİHAM VAR...
Bu gün, 07:00 |
|
|
|
| • Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:51 |
|
|
|
| • Ermənistan seçkisindən sonrakı geopolitik gözləntilər - İNCƏLƏMƏ
Bu gün, 06:49 |
|
|
|
| • Qiymət bahalaşıb: Nə alan var, nə satan - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:47 |
|
|
|
| • Azərbaycandan Ermənistana qaz tədarükü: Reallıq, yoxsa siyasi gediş? - AKTUAL
Bu gün, 06:44 |
|
|
|
| • Nazir müavini ilə ASC sədrini nə birləşdirir? - İLGİNC FAKTLAR
Bu gün, 06:42 |
|
|
|
| • "Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 06:33 |
|
|
|
| • "Çox adam deyir ki, məni toya niyə çağırmadınız"
Bu gün, 06:30 |
|
|
|
| • Bu, o demək deyil ki, Mehdiyevlər bank sektorundan tam çəkilir... - ŞƏRH
Bu gün, 06:25 |
|
|
|
| • ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endirib - SOUTHCOM
Bu gün, 06:21 |
|
|
|
| • İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər - Vens
Bu gün, 06:19 |
|
|
|
| • Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Dünən, 17:25 |
|
|
|
| • Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Dünən, 17:07 |
|
|
|
| • "Qarabağ" daha bir simvolunu İTİRDİ
Dünən, 17:04 |
|
|
|
| • Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Dünən, 17:01 |
|
|
|
| • Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Dünən, 16:59 |
|
|
|
| • Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Dünən, 16:44 |
|
|
|
| • Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Dünən, 16:41 |
|
|
|
| • “Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Dünən, 16:39 |
|
|
|
| • ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Dünən, 16:31 |
|
|
|
| • Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Dünən, 16:28 |
|
|
|
| • Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Dünən, 16:24 |
|
|
|
| • Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Dünən, 16:21 |
|
|
|
| • Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Dünən, 16:19 |
|
|
|
| • Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Dünən, 16:02 |
|
|
|
| • Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Dünən, 16:01 |
|
|
|
| • Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Dünən, 15:58 |
|
|
|
| • Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Dünən, 15:55 |
|
|
|
| • Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Dünən, 15:52 |
|
|
|
| • Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Dünən, 15:49 |
|
|
|
| • Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Dünən, 15:43 |
|
|
|
| • AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Dünən, 15:41 |
|
|
|
| • AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Dünən, 15:23 |
|
|
|
| • "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Dünən, 15:10 |
|
|
|
| • “Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Dünən, 13:12 |
|
|
|
|