Şirkət rəhbərinin 227 minlik dələduzluq işi: .....                     "Yay bitir, amma gəlib çıxmadı sifarişimiz..." .....                     Bu qurumdan elektron şəkildə şikayət MÜMKÜN DEYİL... .....                     Lənkəran Balıq Kombinatı batdı: Həm bağlandı, həm də borc içindədir .....                     Feysbuk və İnstaqram tamamilə ödənişli olur? .....                     ABŞ-nin bütün raketləri belə Ukraynanın ehtiyaclarını qarşılaya bilməzdi .....                     TƏBİB-in yeni şefi də ginekoloqları qoruyacaqsa... .....                     "Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu... .....                     DSMF sosial MÜDAFİƏ fondudur, yoxsa MƏNİMSƏMƏ? .....                     Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar… .....                     Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞI .....                     Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir .....                     Ermənistan sülhə sadiq qalacaq? .....                     Dövlət vəsaiti hara xərclənib? .....                     Deputatdan yayılan videoya reaksiya: "Şərəfsizdirlər" .....                     Nazirliyə işə düzəlmək istədi və... .....                     Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək? .....                     Ermənistan seçkisindən sonrakı geopolitik gözləntilər .....                     Qiymət bahalaşıb: Nə alan var, nə satan .....                     Azərbaycandan Ermənistana qaz tədarükü: Reallıq, yoxsa siyasi gediş? .....                     Nazir müavini ilə ASC sədrini nə birləşdirir? .....                     "Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı .....                     "Çox adam deyir ki, məni toya niyə çağırmadınız" .....                     Bu, o demək deyil ki, Mehdiyevlər bank sektorundan tam çəkilir... .....                     ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endirib .....                     İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər .....                     Azərbaycanla yeni müharibə? .....                     Neft 60 dollardan da aşağı düşə bilər .....                     "Qarabağ" daha bir simvolunu .....                     Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı .....                     Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi .....                     Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib .....                     Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi .....                     “Artıq bunu gizlətmək istəmirəm” .....                     ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi .....                     Putin barədə dediklərinə görə axtarılırdı .....                     Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib .....                     Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub .....                     Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib .....                     Xaricdən gətirilən hibrid avtomobillərin .....                 

Vasif Talıbovdan “Gestapo” etirafı: “Xan” dövlət sirrini yaydı - İLGİNC FAKTLAR
Tarix: 9-02-2022, 11:55 | Çap et
Vasif Talıbovdan “Gestapo” etirafı: “Xan” dövlət sirrini yaydı
Məlum olduğu kimi, fevralın 7-də Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun imzaladığı Sərəncamla Naxçıvan MR Daxili İşlər nazirinin kimliyi müəyyənləşdi. Muxtar Respublika polislərinin etirazlarına məhəl qoymayan Vasif Talıbov bu vəzifəyə hərbi prokurorluq orqanlarında yetişmiş Rəşad İsmayılovu təyin etdi. Digər bir Sərəncamla Zahid Əjdər oğlu Gözəlov isə nazir vəzifəsinə layiq görüldü. Halbuki Naxçıvanda əlaqə saxladığımız bütün polis əməkdaşları açıq şəkildə Zahid Gözəlovu nazir postuna daha layiqli kadr kimi dəyərləndirirdilər. Polis əməkdaşlarının iradəsinə zidd şəkildə həyata keçirilən bu təyinatlar onu göstərir ki, Naxçıvan MR hakimiyyəti ənənəvi heç kimi saymamaq və öz bildiyini etmək kursunu bundan sonra da davam etdirəcək.

Dərd burasındadır ki, müasir dövlət idarəçiliyi ənənələrinə heç cür uyğunlaşa bilməyən Vasif müəllim həzrətləri Naxçıvan MR DİN-də keçirdiyi müşavirədə Muxtar Respublika polislərindən ciddi islahatlar aparmağı, indiyədək yol verilən nöqsanları aradan qaldırmağı tələb edirdi. Konkret hansı nöqsanlardan bəhs etdiyinə isə aydınlıq gətirmirdi.

Vasif Talıbovun şəxsi nümunə kimi ortaya qoyduğu yeganə yenilik isə bu dəfə yeni naziri kollektivə şəxsən təqdim etməsi oldu. Zira indiyə qədərki bütün nazirlər xüsusi təqdimat mərasimi keçirilmədən vəzifəyə gətirilmişdilər. Bu dəfəki xüsusi təqdimat mərasiminin keçirilməsi Naxçıvan standartları üçün misli görülməmiş addım sayıla bilər. Di gəl ki, bu addım belə, bəzi çevrələr tərəfindən Vasif Talıbovun öz rəqiblərinə, deməli həm də rəsmi Bakıya “burda mənəm, Bağdadda kor xəlifə” mesajını kimi dərk olunur. Baxmayaraq ki, artıq Bağdad belə, “kor xəlifələr” tərəfindən idarə olunmur və bu gedişlə bəhs edilən atalar sözünün bənzətmə hissəsi “Pxenyan” təcrübəsi ilə əvəzlənəcək. Yəni atalar sözü belə olacaq: “Burda mənəm, Pxenyanda Kim Çen İn”.

Bütün bunlar öz yerində. Cənab Vasif Talıbovun məlum çıxışında bizə maraqlı gələn başqa məqam da var. Bəlli olduğu kimi, hüquq fəlsəfəsinə görə, istənilən cinayətkar ünsür cəzasını çəkdikdən sonra günahlarından arınır. Heç kim onu keçmiş əməlinə görə qınaya və şübhəli şəxs kateqoriyasına aid edə bilməz. Bu ilk növbədə İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Qorunması haqqında Avropa Konvensiyasında nəzərdə tutulan Təqsirsizlik prezumpsiyası prinsiplərinə ziddir. Çünki bu prinsipə görə, "hər bir kəs təqsiri qanuna uyğun şəkildə sübuta yetirilməyənədək təqsirsiz bilinməlidir". Təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, hüquq mühafizə orqanları heç kimə keçmişdəki suçuna görə önyarğı ilə baxa bilməz. Vasif Talıbov isə Naxçıvan MR DİN yetkililərinin qarşısında etdiyi çıxışında polislərə faşist rejimlərindən yadigar qalan “fişləmə” (cinayətə meylli şəxslərin qara siyahısını tutma) üsulu ilə fəaliyyət göstərməyi məsləhət bilərək deyirdi: “Polis sahə inspektorları təhkim olunan inzibati sahənin sərhədlərini, ərazisini, xüsusiyyətlərini, əhalinin sayını və əsas məşğulluğunu, yerli adət-ənənələrini, ərazidə baş verən, açılmış və bağlı cinayətlərin sayını, növünü, onun törədilməsinə səbəb olmuş amilləri, qeydiyyatda olan cinayət törətməyə meyilli şəxsləri və onlar haqqında məlumatları bilməlidir”.

Mənbə: https://nuhcixan.az/news/resmi-xronika/59322-muxtar-respublikanin-daxili-isler-orqanlarinin-fealiyyeti-barede-musavire-kecirilib



(07:59-cu dəqiqə)

Ali Məclis Sədrinin bu sözlərindən də göründüyü kimi, o, faktiki olaraq Muxtar Respublikada cinayətə meylli şəxslərin siyahısının tutulduğunu və bu şəxslərin əsasən keçmişdə cinayət törətmiş insanlardan təşəkkül tapdığını etiraf edir. “Penitensiar müəssisələrdən azad edilmiş, islah işi, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər, ailə-məişət zəminində mütəmadi münaqişə törədən şəxslər, səhiyyə orqanlarında qeydiyyatda olan narkotik istifadəçiləri, ruhi xəstələr sahə inspektorlarının pasportunda qeydiyyata götürülməklə vaxtında lazımi profilaktik tədbirlər aparılmalıdır. Sahə inspektorları inanılan şəxslərlə işin qurulmasına da diqqətlə yanaşmalı, bu zaman məxfiliyə riayət etməli, müvafiq sənədləşmələr diqqətlə aparılmalıdır”, - cümlələri də Cənab Sədrin potensial cinayətkarlar fəlsəfəsinin ən dolğun etirafı kimi başa düşülə bilər.

Vasif Talıbov həmin çıxışında etiraf edir ki, Naxçıvanda cinayətlərin minimum səviyyədə olmasının başlıca səbəblərindən biri fundamental insan hüquqlarının pozulması müqabilində aparılan proflaktik tədbirlərdir. Başqa sözlə, sahə inspektorları “öz ərazilərinin pasportunu” çıxarır, bu ərazidə yaşayan insanları mütəmadi olaraq nəzarət altında saxlayır: “Profilaktika işi polisin əsas vəzifələrindəndir. Profilaktik işin ən effektli yollarından biri isə polisin əhali ilə sıx təmas qurması, cəmiyyətin içində olması, ehtiyacı olanlara yardım göstərməsi və maarifləndirməsidir. Bununla da qeyri-peşəkar şəraitdə baş verən hüquqpozmaların açılmasında vətəndaşların rolu artırıla bilər. İctimai asayişin təmin edilməsinin əsas şərtlərindən biri də hüquq pozuntusu törətməyə meyilli şəxslərin qeydiyyata alınması və onlarla profilaktik işin təşkilidir”.

Bir sözlə, Ali Məclisin Sədri Naxçıvanda faşist Almaniyasına xas “Gestapo” rejiminin hökm sürdüyünü rəsmən etiraf edir ki, bu da bir çox beynəlxalq hüquq normalarına ziddir. Bu da azmış kimi, Vasif Talıbovun sözügedən etirafları “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun bir sıra müddəalarını, eləcə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bu sahəyə aid müvaifiq normativ hüquqi aktlarının tələblərini də pozur. Nədən ki, nə qədər faşist üsulu olsa da, beynəlxalq hüquq normalarına cavab verməyən bu tətbiqlər dünyanın, demək olar, bütün ölkələri tərəfindən həyata keçirilir. Amma bütün dövlətlər bu faktı bacardıqları qədər məxfi saxlayırlar. Beləcə, beynəlxalq qınaqdan yayınmağa çalışırlar. Əslində “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının 7 sentyabr 2004-cü il tarixli 733-IIQ в„–-li Qanununun 5.4.2-ci maddəsi (kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən və əməkdaşlıq etmiş şəxslər haqqında) də bu cür məlumatların açıqlanmasını yasaqlayır. Cənab Sədr isə ağına-bozuna baxmadan Naxçıvanda “Gestapo” rejiminin fəaliyyət göstərdiyini bütün çılpaqlığı ilə ortaya qoyur.

Zənnimizcə, Vasif Talıbovun dövlət sirrini yayması faktı Azərbaycan Respublikası Milli Məclisi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyası və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən diqqətdə saxlanılmalı və lazımi ölçü götürülməlidir.
//ovqat.com//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şirkət rəhbərinin 227 minlik dələduzluq işi: - vətəndaşlara müxtəlif vədlər verdi
Bu gün, 08:35
"Yay bitir, amma gəlib çıxmadı sifarişimiz..." - GİLEY
Bu gün, 08:26
Bu qurumdan elektron şəkildə şikayət MÜMKÜN DEYİL... - BU NƏDİ BELƏ?
Bu gün, 08:15
Lənkəran Balıq Kombinatı batdı: Həm bağlandı, həm də borc içindədir - TƏFƏRRÜAT
Bu gün, 08:11
Feysbuk və İnstaqram tamamilə ödənişli olur? – Vacib açıqlama
Bu gün, 08:08
ABŞ-nin bütün raketləri belə Ukraynanın ehtiyaclarını qarşılaya bilməzdi - Vens
Bu gün, 08:06
TƏBİB-in yeni şefi də ginekoloqları qoruyacaqsa... - GƏLİŞMƏ
Bu gün, 08:05
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu... - BU NƏDİ BELƏ?
Bu gün, 07:42
DSMF sosial MÜDAFİƏ fondudur, yoxsa MƏNİMSƏMƏ? -Normativ aktlar “məmur işğalı”ndan nə vaxt qurtulacaq?
Bu gün, 07:38
Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar… - Bu, bir ATA HARAYIDIR...
Bu gün, 07:32
Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞI - bunu bir araşdıran olsa...
Bu gün, 07:29
Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir - AÇIQLAMA
Bu gün, 07:20
Ermənistan sülhə sadiq qalacaq? - Görünəni odur ki...
Bu gün, 07:16
Dövlət vəsaiti hara xərclənib? – Həsənrizdə təmir qalmaqalı
Bu gün, 07:15
Deputatdan yayılan videoya reaksiya: "Şərəfsizdirlər" - “Bu videonun bizimlə heç bir əlaqəsi yoxdur"
Bu gün, 07:05
Nazirliyə işə düzəlmək istədi və... - İTTİHAM VAR...
Bu gün, 07:00
Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:51
Ermənistan seçkisindən sonrakı geopolitik gözləntilər - İNCƏLƏMƏ
Bu gün, 06:49
Qiymət bahalaşıb: Nə alan var, nə satan - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:47
Azərbaycandan Ermənistana qaz tədarükü: Reallıq, yoxsa siyasi gediş? - AKTUAL
Bu gün, 06:44
Nazir müavini ilə ASC sədrini nə birləşdirir? - İLGİNC FAKTLAR
Bu gün, 06:42
"Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 06:33
"Çox adam deyir ki, məni toya niyə çağırmadınız"
Bu gün, 06:30
Bu, o demək deyil ki, Mehdiyevlər bank sektorundan tam çəkilir... - ŞƏRH
Bu gün, 06:25
ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endirib - SOUTHCOM
Bu gün, 06:21
İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər - Vens
Bu gün, 06:19
Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Dünən, 17:25
Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Dünən, 17:07
"Qarabağ" daha bir simvolunu İTİRDİ
Dünən, 17:04
Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Dünən, 17:01
Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Dünən, 16:59
Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Dünən, 16:44
Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Dünən, 16:41
“Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Dünən, 16:39
ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Dünən, 16:31
Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Dünən, 16:28
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Dünən, 16:24
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Dünən, 16:21
Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Dünən, 16:19
Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Dünən, 16:02
Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Dünən, 16:01
Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Dünən, 15:58
Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Dünən, 15:55
Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Dünən, 15:52
Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Dünən, 15:49
Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Dünən, 15:43
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Dünən, 15:41
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Dünən, 15:23
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Dünən, 15:10
“Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Dünən, 13:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru