Prezidentin təsdiqlədiyi investisiya layihələrinin icrasına hansı qurum mane olur? .....                     Ziraat Bank Azərbaycanda YENİ TƏYİNAT .....                     Cənubda EKOTERROR DAVAM EDİR... .....                     “İtirilmiş ada” tələsi və ya Kreml Krımı saxlaya bilmir .....                     İrəvandan sülhə qarşı SABOTAJ .....                     FHN 289 min manata 2 ədəd “Toyota” alır .....                     Rusiya Ermənistana qapıları bağlayır? .....                     “Bizi qınayırlar; Nizami Rəmzi nə biləydi ki, 10 yaşlı qızı böyüyüb 45 yaşında narkotik istifadə edəcək?” .....                     Naxçıvanda şəhid atası yerli məmurlara OD PÜSKÜRDÜ .....                     Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi .....                     Aİ Rusiya məhdudiyyətlərinin təsirini azaltmaq üçün Ermənistana təcili ticarət dəstəyi hazırlayır .....                     "Səhv bizdə olub ki, vaxtında etiraz etməmişik..." .....                     Rusiya Ermənistan maşınlarını sərhəddən buraxmır .....                     Robert Köçəryanın həbsi üçün icazə istənildi .....                     Türk Zəngi Dövləti pulu .....                     "Bu islahatın əsas əhəmiyyətini üç istiqamətdə qiymətləndirmək mümkündür" .....                     İsrail olmasaydı, Amerika olmazdı .....                     Şirkət rəhbərinin 227 minlik dələduzluq işi: .....                     "Yay bitir, amma gəlib çıxmadı sifarişimiz..." .....                     Bu qurumdan elektron şəkildə şikayət MÜMKÜN DEYİL... .....                     Lənkəran Balıq Kombinatı batdı: Həm bağlandı, həm də borc içindədir .....                     Feysbuk və İnstaqram tamamilə ödənişli olur? .....                     ABŞ-nin bütün raketləri belə Ukraynanın ehtiyaclarını qarşılaya bilməzdi .....                     TƏBİB-in yeni şefi də ginekoloqları qoruyacaqsa... .....                     "Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu... .....                     DSMF sosial MÜDAFİƏ fondudur, yoxsa MƏNİMSƏMƏ? .....                     Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar… .....                     Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞI .....                     Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir .....                     Ermənistan sülhə sadiq qalacaq? .....                     Dövlət vəsaiti hara xərclənib? .....                     Deputatdan yayılan videoya reaksiya: "Şərəfsizdirlər" .....                     Nazirliyə işə düzəlmək istədi və... .....                     Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək? .....                     Ermənistan seçkisindən sonrakı geopolitik gözləntilər .....                     Qiymət bahalaşıb: Nə alan var, nə satan .....                     Azərbaycandan Ermənistana qaz tədarükü: Reallıq, yoxsa siyasi gediş? .....                     Nazir müavini ilə ASC sədrini nə birləşdirir? .....                     "Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı .....                     "Çox adam deyir ki, məni toya niyə çağırmadınız" .....                 

Quda hakimiyyətinin qayıdışı, iki qardaş klanın hakimiyyət davası, yoxsa Bakının öz namizədi? - Naxçıvan DİN-nin 4 "adaxlısı" var
Tarix: 20-12-2021, 11:49 | Çap et
Quda hakimiyyətinin qayıdışı, iki qardaş klanın hakimiyyət davası, yoxsa Bakının öz namizədi?
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindəki mötəbər mənbələrdən aldığımız son məlumatlar sensasiya doğuracaq mahiyyətdədir.

DİA.AZ ovqat.com-a istinadən xəbər verir ki, ilk sensasion məlumat “gedər-gəlməz” məzuniyyətinə göndərilən “legitim” nazir Fazil Ələkbərovla əlaqədardır. Mənbəmizin iddiasına görə, Fazil Ələkbərov Bakıdan xeyir-dua alaraq, köhnə vəzifəsinə qayıtmağa çalışır və bu istiqamətdə mühüm addımlar atıb. Onun qayıtması isə Naxçıvanda çox daşları yerindən oynadacaq. Bəs, bu “möhtəşəm qayıdış”ın xeyir-duası necə alınıb? Tələsməyin, bu sualın cavabını mənbəmizin bizə verdiyi məlumatların sətir aralarından oxuya biləcəksiniz.

İkinci sensasion məlumat: Sən demə, Naxçıvanda da klanlar imiş və Muxtar Respublikanın Daxili İşlər naziri vəzifəsi uğrunda ən azı 2 klan mübarizə aparır. Bu klanların kimliyi barədə də mənbəmiz təfsilatlı məlumatlar verir.

Üçüncü sensasion məlumat: Naxçıvanın Daxili İşlər naziri postu uğrunda 2 yox, 3, hətta 4 nəfər mübarizə aparır. Şirlərin ağzından yemini almaq istəyən bu şəxslər kimdir?

Bütün bu suallara cavab tapmaq istəyirsinizsə, Naxçıvan Muxtar Respublikası DİN-dəki mənbələrimizdən topladığımız məlumatları diqqətlə oxuyun.

Şərti olaraq “Qara pişik” adlandırdığımız mənbəmizin Ovqat.com-a açıqladığı budəfəki məlumat kiçik bir xatırlatma ilə başlayır: “Əvvəlki məlumatlarda da qeyd etdiyimiz kimi, Naxçıvan dövlət idarəetməsi prinsipləri ilə yox, feodal qaydaları ilə idarə olunur. Muxtar Respublikada öz qabiliyyətin və bacarığın hesabına qabağa getmək şansı çox aşağı səviyyədədir. Əgər qabağa getmək istəyirsənsə sənin mütləq güclü bir “sahibin” olmalıdır”.

"Möhtəşəm qayıdış"

“Qara pişik” onu da xatırladıb ki, Naxçıvan MR Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov hələ də rəsmi olaraq vəzifəsindən azad edilməyib və bu vəziyyət onun qalmaqalsız öz postuna qayıtması üçün münbit şərait yaradır. Mənbəmizin bildirdiyinə görə, Fazil Ələkbərov kreslosunun laxlamasını hiss etdikdən sonra bəzi proflaktik tədbirlər görüb. Onun budəfəki proflaktik tədbirləri də yeni qohumluq əlaqələrinin yaradılmasına hesablanıb. Bəli, düz başa düşdünüz, Fazil müəllim bu dəfə də böyük bir şəxsiyyətlə ailə bağlarını möhkəmlədib. Onun yeni qohumu kim olsa yaxşıdır? Gəlin, bu sualın cavabını bizim “qara pişiy”in dilindən eşidək:

“Fazil Ələkbərov məzuniyyətə göndəriləndən sonra təxminən noyabr ayının əvvəllərində Cəlilabad Rayon İcra Hakimiyyətinin Başçısı Rafiq Cəlilovla quda oldu. Fazil Ələkbərov Rafiq Cəlilovun qızını öz oğluna alıb. Allah xoşbəxt etsin. Görünür, Fazil Ələkbərov vəzifəsini buraxmaq istəmir. Bunun üçün də Rafiq Cəlilov ilə quda olmağa üstünlük verib. Rafiq Cəlilovin xidmət xronologiyasına baxsaq, görərik ki, Cənab Prezidentin etimadını doğruldan kadrdır. Rafiq Cəlilovun yuxarı dairələrlə kifayət qədər isti əlaqəsi var. Buna görə də Fazil Ələkbərovun yenidən vəzifəsinin başına qayıtması gözlənilir”.

Bəs, bu “möhtəşəm qayıdış” Naxçıvan idarəçiləri üçün hansı perspektivlər vəd edir?

Mənbəmizin ehtimalları:

“Əlbəttə ki, budəfəki qayıdış “xan”ın iradəsi xaricində olacaqdır. Bundansa ilk növbədə, Naxçıvan MR-ın “boz kardinalı” kimi tanınan Azər Zeynalov, “kiçik torpağ”ın “Gestapo”su Cəlil Rüstəmov və özünü Azərbaycan Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovla bir tutan, hazırda Naxçıvan MR Daxili İşlər naziri əvəzi vəzifəsini icra edən Rəşad İsmayılov çox qorxur. Çünki Fazil Ələkbərov yenidən vəzifəsinə qayıtsa, Naxçıvanda çox daşlar yerindən oynayacaq. Fazil müəllim bu dəfə fərqli gələcək. Ən azı o səbəbdən ki, birbaşa Bakının xeyir-duasını alıb. Bir sözlə, bu qayıdış həqiqətən də möhtəşəm olacaq.

Rəşad İsmayılov “xan”ın da gözündən düşüb

Üstəlik, Fazil müəllimin Azər Zeynalov, Cəlil Rüstəmov və Rəşad İsmayılovun bütün maxinasiyalarından xəbəri var. F.Ələkbərovun qaydışının qarşısını almaq üçün, Azər Zeynalov və Cəlil Rüstəmov cənab Vasif Talıbovu inandırmağa çalışır ki, Daxili İşlər naziri vəzəifəsinə Rəşad İsmayılovdan bacarıqlı kadr təyin oluna bilməz. Lakin cənab Talıbov isə Rəşad İmsayılovu Daxili İşlər nazirinin müavini vəzifəsinə təyin etməkdən peşman olduğu sezilir. Çünki, Rəşad İsmayılov zəif kadrdır. Rəşad İsmayılovun idarəetmə qabiliyyəti yoxdur. Və ən əsası, Rəşad İsmayılov Azər Zeynalov və Cəlil Rüstəmovun “piyon”udur. Onlar hara desə Rəşad İsmayılov o tərəfə meyllənir. Rəşad İsmayılovun müstəqil qərar qəbul etmək səlahiyyəti yoxdur. Rəşad İmsayılovun səriştəsizliyi isə yavaş-yavaş cənab Talıbova da bəlli olub. “Qara pişiy”in dediyinə görə, “xan” həzrətlərinin gözünün açılmasında bizim Ovqat.com-un da xidmətləri az olmayıb və buna görə Naxçıvan rəhbərliyinin əslində bizə minnətdarlıq borcu var.

Naxçıvan klanları və klanlararası mübarizə

“Qara pişiy”in bəlkə də ən sensasiyalı məlumatı Naxçıvan klanları barədədir. Sən demə, Azərbaycanda olduğu kimi, Naxçıvanda da klanlar mövcuddur: “Burada əsasən iki klan hökm sürür: Rza Talıbov və Vüqar Abbasov klanları. Rza Talıbov Vasif Talıbovun oğludur. Vüqar Abbasov isə “Cahan Holdinq”in prezidenti və Ali Məclisin deputatıdır. Fazil Ələkbərov nazir səlahiyyətlərini icra etdiyi dövrdə Mühafizə Polisi Şöbəsinə öz əmisi oğlu Nicat Ələkbərovu təyin etmişdi. Lakin Fazil Ələkbərovun ayağı büdrəyən vaxt, Rəşad İsmayılov dərhal Nicat Ələkbərovu aradan götüzdürdü. Bəs Nicatın yerinə kim təyin olundu? - təqaüddə olan Gündüz Qarayev adlı sabiq polis əməkdaşı”.

Bəs Gündüz Qarayevi təqüddən geri çağırmağa nə gərək var idi? Məgər Naxçıvan DİN-də nazir vəzifəsinə təyin etməyə başqa adam yox idi?

Mənbəmizin bildirdiyinə görə, məsələnin məğzi başqadır: “Gündüz Qarayevin Rza Talıbovla yaxın münasibəti var. O, təqaüddən geri çağrılmazdan əvvəl isə “Cahan Holdinq”də təhlükəsiziliyin rəisi işləyirdi. Dolayısıyla Vüqar Abbasov ilə də yaxın münasibəti var. Gündüz Qarayevin təklifini də xana məhz bu iki şəxs - Rza Talıbovla Vüqar Abbasov verib. Gündüz Qarayevin “Cahan Holdinq”ə verilməsində əsas məqsəd də elə bir müddət təcrübə yığıb daha sonra Daxili İşlər naziri vəzifəsinə təyin olunması imiş. Axı harda görülüb ki, mayor rütbəsində olan qarovulbaşını nazir qoysunlar?

İki qardaş – iki klan: “Kiçik torpağ”ın böyük oyunları

İddialara görə, hal-hazırda Naxçıvanda Daxili İşlər naziri postu uğrunda, 2 nəfərin, deməli həm də 2 klanın mübarizəsi gedir: Seymur-Azər- Cəlil üçlüyünün namizədi Rəşad İsmayılov və Rza-Vüqar cütlüyünün namizədi isə Gündüz Qarayevdir.

Bakının isə öz namizədi var – 4-cü qüvvə

“Qara pişiy”in iddiasına görə, indiyədək haqqında danışdığımız şəxslərin – qardaş klanlarının və Fazil Ələkbərovun bütün ümidləri puç ola bilər. Çünki Fazil Ələkbərov yeni quda münasibətləri ilə Bakının xeyir-duasını almağa çalışsa da, iki qardaş Talıbovun bir nazir postu uğrunda amansız mübarizəsi getsə də, paytaxtın bu Naxçıvan MR DİN barədə öz planları var:

“Muxtar Respublika külislərində yayılan söhbətlərə görə, Daxili İşlər naziri vəzifəsinə 4-cü namizədə tapşırıla bilər. Bu isə Bakının namizədi Zahid Gözəlovdur.

Bakının namizədi kimdir?

Zahid Gözəlov Naxçıvan Şəhər Polis İdarəsinin rəisi vəzifəsində xidmət edir. 2004-cü ildə Polis Akademiyasını bitirib. Polis Polkovnik-leytenantıdır. Zahid Gözəlov həm şəxsi keyfiyyətləri, həm də peşəkarlıq baxımından rəhbərliyin rəğbətini qazanan polis zabitidir. İdarəetmə qabiliyyətinə də söz ola bilməz: dövlətçiliyə sədaqətli, vicdanlı, savadlı, dürüst, bacarıqlı, insandır. Haliyyədə Naxçıvanda bu keyfiyyətlərə cavab verən 3-5 kadr olar, ya olmaz; onlardan biri də Zahid Gözəlovdur. Rəşad İsmayılov kimi qeyri-peşəkar, Gündüz Qarayev kimi “başqarovuldan”sa, Zahid Gözəlov kimi soyadının haqqını verən gözəl bir insanın nazir vəzifəsinə təyin olunması daha məqsədəmüvafiqdir”.

İnformasiya qaynağımızın fikrincə, kimliyindən asılı olaraq, bu 3 namizdədən hər hansı birinin nazir vəzifəsinə təyinatından əvvəl Azərbaycan Respublikası Daxili İşlər Naziri, general-polkovnik cənab Vilayət Eyvazovun Naxçıvan DİN-ə kompleks yoxlama göndərməsi daha məqsədəuyğun olardı: “Çünki Naxçıvanda polis hörmətdən salınıb və Daxili İşlər Nazirliyində çox qanunsuz faktlar vardır. Naxçıvan polisində dönüş yaratmaq və Muxtar Respublikanın özbaşına məmurlarının təsirini minimuma endirmək yalnız paytaxtın bölgəyə nəzarəti sayəsində mümkündür. Əks halda, “xanlıq” rejiminin MR DİN-ə özbaşına müdaxilələrinə son qoyulmasa, polis orqanlarında yenə “köhnə hamam, köhnə tas” rejimi hökm sürəcək”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Prezidentin təsdiqlədiyi investisiya layihələrinin icrasına hansı qurum mane olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:42
Ziraat Bank Azərbaycanda YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:40
Cənubda EKOTERROR DAVAM EDİR... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:25
“İtirilmiş ada” tələsi və ya Kreml Krımı saxlaya bilmir - Böhran içində "qala"
Bu gün, 11:15
İrəvandan sülhə qarşı SABOTAJ – erməni nazirin O YALANI...
Bu gün, 11:04
FHN 289 min manata 2 ədəd “Toyota” alır - DETALLAR
Bu gün, 11:02
Rusiya Ermənistana qapıları bağlayır? - Moskva qadağaların səbəbini açıqladı
Bu gün, 10:55
“Bizi qınayırlar; Nizami Rəmzi nə biləydi ki, 10 yaşlı qızı böyüyüb 45 yaşında narkotik istifadə edəcək?”
Bu gün, 10:53
Naxçıvanda şəhid atası yerli məmurlara OD PÜSKÜRDÜ - "Gəlin, cavab verin... UTANMAZLAR!"
Bu gün, 10:43
Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi - TƏFƏRRÜAT
Bu gün, 10:27
Aİ Rusiya məhdudiyyətlərinin təsirini azaltmaq üçün Ermənistana təcili ticarət dəstəyi hazırlayır - “Financial Times”
Bu gün, 10:18
"Səhv bizdə olub ki, vaxtında etiraz etməmişik..." - NARAZILIQ VAR...
Bu gün, 10:17
Rusiya Ermənistan maşınlarını sərhəddən buraxmır - Kreml İrəvanı SIXIR...
Bu gün, 10:01
Robert Köçəryanın həbsi üçün icazə istənildi - “Joqovurd”
Bu gün, 09:55
Türk Zəngi Dövləti pulu - FOTO
Bu gün, 09:39
"Bu islahatın əsas əhəmiyyətini üç istiqamətdə qiymətləndirmək mümkündür" - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Bu gün, 09:30
İsrail olmasaydı, Amerika olmazdı - ABŞ səfiri
Bu gün, 09:27
Şirkət rəhbərinin 227 minlik dələduzluq işi: - vətəndaşlara müxtəlif vədlər verdi
Bu gün, 08:35
"Yay bitir, amma gəlib çıxmadı sifarişimiz..." - GİLEY
Bu gün, 08:26
Bu qurumdan elektron şəkildə şikayət MÜMKÜN DEYİL... - BU NƏDİ BELƏ?
Bu gün, 08:15
Lənkəran Balıq Kombinatı batdı: Həm bağlandı, həm də borc içindədir - TƏFƏRRÜAT
Bu gün, 08:11
Feysbuk və İnstaqram tamamilə ödənişli olur? – Vacib açıqlama
Bu gün, 08:08
ABŞ-nin bütün raketləri belə Ukraynanın ehtiyaclarını qarşılaya bilməzdi - Vens
Bu gün, 08:06
TƏBİB-in yeni şefi də ginekoloqları qoruyacaqsa... - GƏLİŞMƏ
Bu gün, 08:05
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu... - BU NƏDİ BELƏ?
Bu gün, 07:42
DSMF sosial MÜDAFİƏ fondudur, yoxsa MƏNİMSƏMƏ? -Normativ aktlar “məmur işğalı”ndan nə vaxt qurtulacaq?
Bu gün, 07:38
Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar… - Bu, bir ATA HARAYIDIR...
Bu gün, 07:32
Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞI - bunu bir araşdıran olsa...
Bu gün, 07:29
Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir - AÇIQLAMA
Bu gün, 07:20
Ermənistan sülhə sadiq qalacaq? - Görünəni odur ki...
Bu gün, 07:16
Dövlət vəsaiti hara xərclənib? – Həsənrizdə təmir qalmaqalı
Bu gün, 07:15
Deputatdan yayılan videoya reaksiya: "Şərəfsizdirlər" - “Bu videonun bizimlə heç bir əlaqəsi yoxdur"
Bu gün, 07:05
Nazirliyə işə düzəlmək istədi və... - İTTİHAM VAR...
Bu gün, 07:00
Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:51
Ermənistan seçkisindən sonrakı geopolitik gözləntilər - İNCƏLƏMƏ
Bu gün, 06:49
Qiymət bahalaşıb: Nə alan var, nə satan - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:47
Azərbaycandan Ermənistana qaz tədarükü: Reallıq, yoxsa siyasi gediş? - AKTUAL
Bu gün, 06:44
Nazir müavini ilə ASC sədrini nə birləşdirir? - İLGİNC FAKTLAR
Bu gün, 06:42
"Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 06:33
"Çox adam deyir ki, məni toya niyə çağırmadınız"
Bu gün, 06:30
Bu, o demək deyil ki, Mehdiyevlər bank sektorundan tam çəkilir... - ŞƏRH
Bu gün, 06:25
ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endirib - SOUTHCOM
Bu gün, 06:21
İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər - Vens
Bu gün, 06:19
Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Dünən, 17:25
Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Dünən, 17:07
"Qarabağ" daha bir simvolunu İTİRDİ
Dünən, 17:04
Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Dünən, 17:01
Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Dünən, 16:59
Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Dünən, 16:44
Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Dünən, 16:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru