Aİ Rusiya məhdudiyyətlərinin təsirini azaltmaq üçün Ermənistana təcili ticarət dəstəyi hazırlayır .....                     "Səhv bizdə olub ki, vaxtında etiraz etməmişik..." .....                     Rusiya Ermənistan maşınlarını sərhəddən buraxmır .....                     Robert Köçəryanın həbsi üçün icazə istənildi .....                     Türk Zəngi Dövləti pulu .....                     "Bu islahatın əsas əhəmiyyətini üç istiqamətdə qiymətləndirmək mümkündür" .....                     İsrail olmasaydı, Amerika olmazdı .....                     Şirkət rəhbərinin 227 minlik dələduzluq işi: .....                     "Yay bitir, amma gəlib çıxmadı sifarişimiz..." .....                     Bu qurumdan elektron şəkildə şikayət MÜMKÜN DEYİL... .....                     Lənkəran Balıq Kombinatı batdı: Həm bağlandı, həm də borc içindədir .....                     Feysbuk və İnstaqram tamamilə ödənişli olur? .....                     ABŞ-nin bütün raketləri belə Ukraynanın ehtiyaclarını qarşılaya bilməzdi .....                     TƏBİB-in yeni şefi də ginekoloqları qoruyacaqsa... .....                     "Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu... .....                     DSMF sosial MÜDAFİƏ fondudur, yoxsa MƏNİMSƏMƏ? .....                     Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar… .....                     Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞI .....                     Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir .....                     Ermənistan sülhə sadiq qalacaq? .....                     Dövlət vəsaiti hara xərclənib? .....                     Deputatdan yayılan videoya reaksiya: "Şərəfsizdirlər" .....                     Nazirliyə işə düzəlmək istədi və... .....                     Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək? .....                     Ermənistan seçkisindən sonrakı geopolitik gözləntilər .....                     Qiymət bahalaşıb: Nə alan var, nə satan .....                     Azərbaycandan Ermənistana qaz tədarükü: Reallıq, yoxsa siyasi gediş? .....                     Nazir müavini ilə ASC sədrini nə birləşdirir? .....                     "Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı .....                     "Çox adam deyir ki, məni toya niyə çağırmadınız" .....                     Bu, o demək deyil ki, Mehdiyevlər bank sektorundan tam çəkilir... .....                     ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endirib .....                     İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər .....                     Azərbaycanla yeni müharibə? .....                     Neft 60 dollardan da aşağı düşə bilər .....                     "Qarabağ" daha bir simvolunu .....                     Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı .....                     Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi .....                     Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib .....                     Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi .....                 

“Ermənistanla biznes quran Muradovun yüksək vəzifəli qardaşı...” - MTN POLKOVNİKİ AÇIQLADI
Tarix: 19-04-2017, 12:29 | Çap et
“Ermənistanla biznes quran Muradovun yüksək vəzifəli qardaşı...”
Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Aprelin 18-də keçirilmiş iclas təqsirləndirilən Füzuli Əliyevin vəkillərinin vəsatətlə çıxış etməsi ilə başladı. Bildirildi ki, istintaqın gedişində F.Əliyevin iş otağında aparılmış baxış zamanı götürülmüş sənədlər cinayət işinin materialları arasına əlavə edilməlidir. Vəsatətə münasibət bildirən dövlət ittihamçısı cinayət işində kifayət qədər sənədin olduğunu əsas gətirərək, vəsatətin təmin edilməməsini istədi. Təqsirləndirilənlərin müdafiəçiləri isə yekdil olaraq vəsatətin təmin edilməsini istədilər. Qısa müşavirədən sonra məhkəmə vəsatəti hələlik baxılmamış saxladı və bu məsələyə cinayət işinin materiallarının tədqiqi mərhələsində qayıdacağını bildirdi.

“Araz-Plast”ın əməkdaşı MTN-çiləri stəkan sındırmaqda ittiham etdi

Şahid qismində ifadə verən “Araz-Plast” MMC-nin keçmiş mühasibi Afət Əliyeva bildirdi ki, 2015-ci ilin may ayında işlədikləri ofis-mağazaya şirkətin başçısı Elman Muradovla birlikdə bir qrup tanımadığı şəxs daxil olub, sonradan öyrənib ki, onlar MTN-in işçiləridir.

Xatırladaq ki, Azərbaycanda “Araz-Plast”, Türkiyədə isə “Elbor” şirkətlərinin sahibi E.Muradov Ermənistanda yaşayan iş adamı ilə əlaqələrdə ittiham edildiyi üçün MTN-ə çağırılb. Zərərçəkmiş MTN işçilərinin onun şirkətinin seyfindən 80 min manat pulu götürdüklərini və onu bir neçə gün ərzində nazirlikdə saxladıqlarını iddia edib.

Afət Əliyeva təqsirləndirilənlərdən yalnız Natiq Alıyevi göy gözlərindən tanıdığını qeyd etdi. Şahid əlavə olaraq bildirdi ki, Natiq Alıyev ofisdə özünü aqressiv aparıb, onun işlədiyi şirkətin rəhbərini dəfələrlə təhqir edib.

Mühasib qadın şirkətdə cəmi 3 il işlədiyini bildirsə də, zərərçəkmiş Elman Muradovu 1996-cı ildən tanıdığını dedi. Vəkillər bu nüansa aydınlıq gətirmədilər.

Əvəzində təqsirləndirilənlərin müdafiəçiləri suallarına aldıqları cavablarla və cinayət işindəki sənədlərlə göstərdilər ki, MTN əməkdaşlarının şirkətin ofisinə və istehsal sahəsinə gəldikləri vaxt seyfdə götürülməsi iddia edilən 80 min manat ola bilməzdi.

Epizod üzrə ifadə verən digər şahid, “Araz-Plast” MMC-də anbardar vəzifəsində çalışan Könül Ağayeva özündən əvvəlki şahidin sözlərini təsdiqlədi və əlavə etdi ki, göy gözlərinə görə tanıdığı və yadında saxladığı Natiq Alıyev ofisin ikinci mərtəbəsinə qalxandan sonra orada stəkan sınıb. Şahid stəkanı konkret olaraq kimin sındırdığını şəxsən görmədiyini bildirdi.

Şahid Eldar Məmmədov “Araz-Plast” MMC-də satış meneceri işlədiyini bildirdi. MTN əməkdaşlarının ofisə baxış keçirdikləri günü xatırlayan E.Məmmədov onların ofisdəki sənədləri və kompüterləri özləri ilə apardıqlarını göstərdi. Həmin sənədlərin və kompüterlərin geri qaytarılıb-qaytarılmaması barədə vəkillərin suallarını şahid dürüst cavablandıra bilmədi.

Natiq Alıyev: “Ofisdən heç bir məbləğ götürülməyib”

Təqsirləndirilən Natiq Alıyev ifadəsində bildirdi ki, 2015-ci ilin aprel ayında Yalçın adlı tanışı zəng edərək, qonşuluqda işləyən Elman Muradovun istehsalat sexinə elektrik xəttinin çəkilməsi ilə bağlı xahiş edib. “Maraqlandıqda öyrəndim ki, nazirliyin Antiterror mərkəzində həmin E.Muradovla bağlı araşdırma aparılır, buna görə də, həmin işi görməkdən imtina etdim”, - təqsirləndirilən deyib.

N.Alıyev sözlərinə davam edib: “Bundan bir neçə gün sonra rəhbərlikdən mənə göstəriş verildi ki, Elman Muradovu nazirliyə dəvət edim. Onu MTN-in nəzarət-buraxılış məntəqəsində qarşılayaraq, yuxarı qaldırdım və təhvil verdim. Həmin gün Füzuli Əliyev mənə məhkəmə qərarı əsasında hal şahidlərinin iştirakı ilə mənə “Araz-Plast” şirklətinin ofis-mağazasında və istehsal sahəsində baxış keçirilməsini tapşırdı.

Baxış keçirildikdən və protokol tərtib edildikdən sonra nazirliyə qayıtdım. Bundan sonra Elman Muradovun nazirlikdə saxlanması barədə məlumatım olmayıb.

O ki qaldı şirkətin ofisində 80 min manat götürülməsinə, ofisdə pul olmayıb və təbii ki, heç bir məbləğ götürülməyib”.

Zaur Məmmədov: “Mənim heç vaxt silahım olmayıb”

Daha sonra baxılan epizod üzrə təqsirləndirilən Zaur Məmmədov ifadə verdi.

“Mən 1 may 2015-ci il tarixdə “Araz-Plast” MMC-nin ofisində keçirilmiş baxışda iştirak etmişəm. Baxışın məqsədi Elman Muradovun Ermənistan Respublikasında yaşayan erməni millətindən olan şəxslərlə əlaqələrinin aşkarlanması olub. Baxış nəticəsində bunu sübut edən sənədlər aşkarlanaraq, müvafiq protokol tərtib edilərək götürülüb”, - təqsirləndirilən bildirdi.

Z.Məmmədovun sözlərinə görə, Elman Muradov nazirliyə gətirildikdən sonra baş vermiş proseslərdən xəbəri yoxdur.

“Elman Muradov mənim üzərimdə silah olduğunu bildirib ki, bu tamamilə yalandır. Çünki MTN-də çalışdığım 12 il müddətində yalnız 2012-ci ildə qısa bir müddət istisna olmaqla, məndə heç bir zaman silah olmayıb və bu sənədlərlə sübuta yetirilir. Lakin istintaq həmin sənədləri cinayət işinə əlavə etməkdən imtina edib”, - Z.Məmmədov qeyd edib.

“Bizə dedilər ki, Aydını ailəsinin yanında götürməyin”

“Metak” şirkətinin prezidenti Alik Kərimovun və onun oğlu, şirkətin direktoru Aydın Kərimovun iddiası üzrə baxılan epizodda Akif Çovdarovun və əlaltılarının məhkəməsində təqsirləndirilən kimi iştirak edən Akif Əliyev şahid qismində ifadə verib.

O bildirib ki, 2015-ci ilin oktyabr ayında Alik Kərimov Rusiyadan zəng edərək, oğlu Aydının itdiyini bildirib və onun yerinin təyin edilməsini xahiş edib. Lakin çox keçmir ki, “Metak” şirkətinin başçısı yenidən zəng edir və oğlunun MTN-də olduğunu öyrəndiyini deyir.

Akif Əliyev o zaman bu işin başqa idarə tərəfindən aparıldığını göstərərək, onun burada elə bir rolunun olmadığını qeyd etdi.

Şahid İlkin Əsgərov isə “Metak”ın kuratoru olduğunu, lakin baxilan epizodda onun heç bir rolunun olmadığını göstərdi. “Mənə dedilər ki, sən kənarda dur, bu işlərə qarışma”, - şahid qeyd edib.

Epizod üzrə ifadə verən şahidlər – MTN əməkdaşları Samir Nəcəfov, Cavid Hümbətov və Teymur Novruzlu “Metak”ın direktoru Aydın Kərimovun saxlanılaraq MTN-ə gətirilməsindən danışdılar. Onların spzlərinə görə, səhər saat 7:30-da “Koroğlu” metro stansiyasının yaxınlığında görüşərək, iki avtomobillə Nardaran istiqamətinə yollanıblar və Aydın Kərimovu maşınında ailəsi ilə birlikdə görüblər. Nazirlikdən verilən göstərişə uyğun olaraq, MTN əməkdaşları ailəsinin yanında Aydın Kərimovu narahat etməyiblər və onun maşınını izləyərək, yalnız Dərnəgül yolunda, “Çermet” körpüsünün yaxınlığında tək olarkən saxlayıblar.

Şahidərin bildirdiklərinə görə, Aydın Kərimovu nazirliyin nəzarət-buraxılış məntəqəsində təhvil verdikdən sonra səhər yeməyinə yollanıblar və hadisənin sonrasından xəbərləri olmayıb.

Oktyabrın 16-sı götürülən pul ayın 14-də MTN-ə necə verilib?

Şahid Rauf İsmayılov bildirdi ki, “Metak” şirkətində xəzinədardır. Onun sözlərinə görə, sənədlərdən də aydın olur ki, 2015-ci il oktyabr ayının 16-da şirkətin prezidenti Alik Kərimova MTN-ə təqdim edilmək üçün 50 min manat verib.

Vəkillər şahidin nəzərinə çatdırdılar ki, nə qədər qəribə də olsa, zərərçəkmişlər pulun MTN-ə oktyabrın 14-də verildiyini bildiriblər. Xəzinədar bununla əlaqədar heç bir məlumatının olmadığını, yalnız verdiyi pulun kassa sənədlərində qeyd edilən tarixdə şirkətin xəzinəsindən çıxdığını əlavə edib.

“Mallar hələ də anbardadır və işlək vəziyyətdədir”

Məhkəmədə baxılan epizod üzrə ifadə verən şahid Kamran İslamov şirkətlərdən birində anbardar işlədiyini və 2015-ci ilin 16-17 oktyabr tarixlərində “Metak” şirkətindən göndərilən iki maşın tikinti materiallarını – dəmir profilləri və dəmir lövhələri qəbul etdiyini və anbarda yerləşdirdiyini qeyd edib. Şahid məsələnin təfərrüatlarından xəbərsiz olduğunu dedi.

Digər şahid Vəli Cəfərov isə mühəndis olduğunu, Füzuli Əliyevin xahişi ilə iki maşın tikinti materialının anbarda yerləşdirilməsinə razılıq verdiyini bildirdi. Onun sözlərinə görə, həmin materiallar F.Əliyevin qardaşı Elşən Əliyevin Novxanıdakı bağ evində istifadə üçün nəzərdə tutulmuşdu.

Xatırladaq ki, “Metak” şirkətinin prezidenti, zərərçəkmiş Alik Kərimov Füzuli Əliyevin tələbi ilə 35 min manatlıq tikinti materialı verdiyini bildirmişdi.

Şahid V.Cəfərov malların hələ də anbarda qaldığını və işlək vəziyyətdə olduqlarını sözlərinə əalvə etdi.

Füzuli Əliyev: “Bu, olduqca prinsipial məsələdir”

“Araz-Plast” və “Elbor” şirkətlərinin sahibi, zərərçəkmiş Elman Muradovla bağlı təqsirləndirilən Füzuli Əliyev geniş ifadə ilə çıxış etdi. “Elman Muradovla bağlı məsələ olduqca prinsipial məsələdir və mən bu gün bu işlə bağlı nə varsa, hamısını nöqtə-vergülünə qədər deyəcəyəm”, - deyən F.Əliyev ifadəsinə başlayıb.

“MTN-in texniki strukturları qeydə alıblar ki, Ermənistan mobil operatorlarından birinin nömrəsindən Azərbaycanda olan, Türkiyə telefon nömrəsindən istifadə edən şəxsə mütəmadi zənglər daxil olub. Araşdırma nəticəsində məlum oldu ki, Türkiyə nömrəsinin istifadəçisi Azərbaycan vətəndaşı, “Araz-Plast” şirkətinin direktoru Elman Muradovdur. O da məlum olub ki, erməni şəxslə dəfələrlə telefon danışıqları zamanı E.Muradov şərti sözlərdən istifadə etməklə, biznes əlaqələrini müzakirə edib.

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Elman Muradovun qardaşı Elyar Muradov “Azərbaycan Dəmir Yolları” Səhmdar Cəmiyyətində rəhbər vəzifədə işləyir və ölkə başçısının səfərləri zamanı istifadə etdiyi qatarı müşayiət edən şəxslərdən biridir. Başqa sözlə, ermənilərlə əlaqədə olan şəxsin qardaşı ölkədə kifayət qədər strateji mövqedədir.

1 may 2015-ci ildə mən Baş Prokurorluğun idarə rəisi Elşən Abbasov və Baş prokurorun birinci müavini Rüstəm Usubovla şəxsən danışmışam və zəruri köməklik göstərilməsini xahiş etmişəm.

Məhkəmənin də qərarında göstərilir ki, Elman Muradov üçüncü ölkələrin ərazisində ermənilərlə görüşmüş və biznes əlaqələri qurmuşdur. Bundan əlavə, onun Türkiyə üzərindən Gürcüstan vasitəsilə Ermənistana mal göndərməsi və bunun müqabilində pul alması da aşkar edilib. Elman Muradov bunu gülünc arqumentlə əsaslandıraraq deyib ki, mən Ermənistanın pulunu bizə gətitirəm, burada pis nə var ki?

Lakin nazirlikdə dindirilən zaman Elman Muradov ermənilərlə hər hansı əlaqəsini inkar etdi. Bundan sonra bizə təzyiqlər başladı. Elman Muradov qardaşının köməyi ilə adını çəkmək istəmədiyim bir şəxsə 100 min manat rüşvət verərək, bu məsələnin ört-basdır edilməsinə nail olub. Rüşvəti alan həmin adamı bu məhkəmə zalında oturanların hamısı tanıyır, sadəcə olaraq, adını demək istəmirəm. İstintaq vaxtı müstəntiqə demişdim. Dedim, bacarırsan, get, tut o adamı. Mənə cavab verdi ki, elə adamların adını çəkmə burda.

Məsələnin mürəkkəbliyi ondan ibarət idi ki, mallar Türkiyədə qeydə alınmış firmadan Ermənistana satıldığı üçün cinayət işi qaldırmaq mümkün deyildi. Bu səbəbdən işi Vergilər Nazirliyinə göndərdik ki, Azərbaycan şirkətinin istehsal etdiyi məhsulların da Ermənistana yol tapıb-tapmamasını yoxlasınlar.

İndi istintaq bu adamın iddiası ilə bizi ittiham edir”, - Füzuli Əliyev deyib.

Prosesə sədrlik edən hakim Həbib Həsənov məhkəmənin növbəti iclasının cümə axşamı, aprelin 20-də keçiriləcəyini bildirib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aİ Rusiya məhdudiyyətlərinin təsirini azaltmaq üçün Ermənistana təcili ticarət dəstəyi hazırlayır - “Financial Times”
Bu gün, 10:18
"Səhv bizdə olub ki, vaxtında etiraz etməmişik..." - NARAZILIQ VAR...
Bu gün, 10:17
Rusiya Ermənistan maşınlarını sərhəddən buraxmır - Kreml İrəvanı SIXIR...
Bu gün, 10:01
Robert Köçəryanın həbsi üçün icazə istənildi - “Joqovurd”
Bu gün, 09:55
Türk Zəngi Dövləti pulu - FOTO
Bu gün, 09:39
"Bu islahatın əsas əhəmiyyətini üç istiqamətdə qiymətləndirmək mümkündür" - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Bu gün, 09:30
İsrail olmasaydı, Amerika olmazdı - ABŞ səfiri
Bu gün, 09:27
Şirkət rəhbərinin 227 minlik dələduzluq işi: - vətəndaşlara müxtəlif vədlər verdi
Bu gün, 08:35
"Yay bitir, amma gəlib çıxmadı sifarişimiz..." - GİLEY
Bu gün, 08:26
Bu qurumdan elektron şəkildə şikayət MÜMKÜN DEYİL... - BU NƏDİ BELƏ?
Bu gün, 08:15
Lənkəran Balıq Kombinatı batdı: Həm bağlandı, həm də borc içindədir - TƏFƏRRÜAT
Bu gün, 08:11
Feysbuk və İnstaqram tamamilə ödənişli olur? – Vacib açıqlama
Bu gün, 08:08
ABŞ-nin bütün raketləri belə Ukraynanın ehtiyaclarını qarşılaya bilməzdi - Vens
Bu gün, 08:06
TƏBİB-in yeni şefi də ginekoloqları qoruyacaqsa... - GƏLİŞMƏ
Bu gün, 08:05
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu... - BU NƏDİ BELƏ?
Bu gün, 07:42
DSMF sosial MÜDAFİƏ fondudur, yoxsa MƏNİMSƏMƏ? -Normativ aktlar “məmur işğalı”ndan nə vaxt qurtulacaq?
Bu gün, 07:38
Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar… - Bu, bir ATA HARAYIDIR...
Bu gün, 07:32
Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞI - bunu bir araşdıran olsa...
Bu gün, 07:29
Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir - AÇIQLAMA
Bu gün, 07:20
Ermənistan sülhə sadiq qalacaq? - Görünəni odur ki...
Bu gün, 07:16
Dövlət vəsaiti hara xərclənib? – Həsənrizdə təmir qalmaqalı
Bu gün, 07:15
Deputatdan yayılan videoya reaksiya: "Şərəfsizdirlər" - “Bu videonun bizimlə heç bir əlaqəsi yoxdur"
Bu gün, 07:05
Nazirliyə işə düzəlmək istədi və... - İTTİHAM VAR...
Bu gün, 07:00
Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:51
Ermənistan seçkisindən sonrakı geopolitik gözləntilər - İNCƏLƏMƏ
Bu gün, 06:49
Qiymət bahalaşıb: Nə alan var, nə satan - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:47
Azərbaycandan Ermənistana qaz tədarükü: Reallıq, yoxsa siyasi gediş? - AKTUAL
Bu gün, 06:44
Nazir müavini ilə ASC sədrini nə birləşdirir? - İLGİNC FAKTLAR
Bu gün, 06:42
"Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 06:33
"Çox adam deyir ki, məni toya niyə çağırmadınız"
Bu gün, 06:30
Bu, o demək deyil ki, Mehdiyevlər bank sektorundan tam çəkilir... - ŞƏRH
Bu gün, 06:25
ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endirib - SOUTHCOM
Bu gün, 06:21
İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər - Vens
Bu gün, 06:19
Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Dünən, 17:25
Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Dünən, 17:07
"Qarabağ" daha bir simvolunu İTİRDİ
Dünən, 17:04
Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Dünən, 17:01
Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Dünən, 16:59
Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Dünən, 16:44
Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Dünən, 16:41
“Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Dünən, 16:39
ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Dünən, 16:31
Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Dünən, 16:28
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Dünən, 16:24
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Dünən, 16:21
Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Dünən, 16:19
Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Dünən, 16:02
Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Dünən, 16:01
Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Dünən, 15:58
Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Dünən, 15:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru