Aİ Rusiya məhdudiyyətlərinin təsirini azaltmaq üçün Ermənistana təcili ticarət dəstəyi hazırlayır .....                     "Səhv bizdə olub ki, vaxtında etiraz etməmişik..." .....                     Rusiya Ermənistan maşınlarını sərhəddən buraxmır .....                     Robert Köçəryanın həbsi üçün icazə istənildi .....                     Türk Zəngi Dövləti pulu .....                     "Bu islahatın əsas əhəmiyyətini üç istiqamətdə qiymətləndirmək mümkündür" .....                     İsrail olmasaydı, Amerika olmazdı .....                     Şirkət rəhbərinin 227 minlik dələduzluq işi: .....                     "Yay bitir, amma gəlib çıxmadı sifarişimiz..." .....                     Bu qurumdan elektron şəkildə şikayət MÜMKÜN DEYİL... .....                     Lənkəran Balıq Kombinatı batdı: Həm bağlandı, həm də borc içindədir .....                     Feysbuk və İnstaqram tamamilə ödənişli olur? .....                     ABŞ-nin bütün raketləri belə Ukraynanın ehtiyaclarını qarşılaya bilməzdi .....                     TƏBİB-in yeni şefi də ginekoloqları qoruyacaqsa... .....                     "Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu... .....                     DSMF sosial MÜDAFİƏ fondudur, yoxsa MƏNİMSƏMƏ? .....                     Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar… .....                     Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞI .....                     Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir .....                     Ermənistan sülhə sadiq qalacaq? .....                     Dövlət vəsaiti hara xərclənib? .....                     Deputatdan yayılan videoya reaksiya: "Şərəfsizdirlər" .....                     Nazirliyə işə düzəlmək istədi və... .....                     Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək? .....                     Ermənistan seçkisindən sonrakı geopolitik gözləntilər .....                     Qiymət bahalaşıb: Nə alan var, nə satan .....                     Azərbaycandan Ermənistana qaz tədarükü: Reallıq, yoxsa siyasi gediş? .....                     Nazir müavini ilə ASC sədrini nə birləşdirir? .....                     "Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı .....                     "Çox adam deyir ki, məni toya niyə çağırmadınız" .....                     Bu, o demək deyil ki, Mehdiyevlər bank sektorundan tam çəkilir... .....                     ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endirib .....                     İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər .....                     Azərbaycanla yeni müharibə? .....                     Neft 60 dollardan da aşağı düşə bilər .....                     "Qarabağ" daha bir simvolunu .....                     Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı .....                     Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi .....                     Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib .....                     Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi .....                 

Maliyyə Nazirliyinin “KRU” rəisi Cavanşir Yusifovdan görünməmiş hərəkət - İDDİA
Tarix: 4-04-2017, 12:19 | Çap et
Maliyyə Nazirliyinin “KRU” rəisi Cavanşir Yusifovdan görünməmiş hərəkət
Ötən şənbə günü Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küçəsi-43 ünvanındakı binanın sakinləri - Şükürova Sürahi Adil qızı, İbrahimova Selan Fərhad qızı, Hacıyeva Elbəniz Rəhman qızı, Mehdiyeva Əfşan Ürfan qızı, Əliyev Elnur Elşad oğlu, Hacıyev Teyyub Faiq oğlu, Həsənov Yaqub Vəliş oğlu, Ömərov Elşən Nüsrət oğlu və başqaları yenidən “Təzadlar”a zəng edərək Maliyyə Nazirliyinin “KRU” rəisi Cavanşir Yusifovun yaşadıqları 14 mərtəbəli binanın hasarını məhkəmə qərarı olmadan ağır texnika ilə dağıtmasına etiraz əlaməti olaraq Prezident Administrasiyasına yürüş etdiklərini bildirdilər:

“Cavanşir Yusifov heç bir rəsmi sənəd olmadan neçə vaxtdır ki, bizi buradan köçürtmək istəyir. Məqsədi bizə məlumdur... Bizə deyə bilmir ki, bu bina niyə sökülməlidir? İndi belə fundamental binanın tikilməsi on milyon manatlara başa gəlir. Niyə sökürlər? Və niyə sökülməlidir? Rəsmi səbəb və ya qərar olmadığından bizə aydın olur ki, Cavanşir Yusifov və onunla həmməqsəd olan Yasamal RİH başçısı İbrahim Məmmədov bu binanı otel etmək üçün ələ keçirmək istəyirlər... Biz maliyyə naziri Samir Şərifova da müraciət etmişik ki, tabeliyində olan “KRU” rəisi Cavanşir Yusifovun hərəkətinə qiymət versin. Əks halda, burada xoşagəlməz hal baş versə, məsiliyyəti o daşıyır... Biz özümüzü yandırarıq, amma bu cürə qanunsuz və özbaşına hərəkətə yol verə bilmərik. Bu ölkə dərəbəylərin vətəni deyil ki, at oynadalar. Allahdan, Prezidentdən qorxsunlar!”.

Cavanşir Yusifov binaya belə hücum çəkib, hasarı dağıtdırıb...

Biz dərhal hadisə yerində olduq... Həqiqətən də biabırçı vəziyyət, özbaşınalıq idi... Binanın mühafizə divarı, “reşotka”lar ağır texnikanın gücü ilə sındırılıb dağıdılmışdı... Məhkəmə qətnaməsi, müvafiq icra orqanının qərarı olmadan belə özbaşına hərəkətin bir adı var: vandalizm!
***
Xatırladırıq ki, “Təzadlar” hələ bir müddət əvvəl bu barədə geniş və hərtərəfli araşdırma aparmışdı, yazı dərc olunmuşdu. Aşağıda həmin yazını yaddaşları təzələmək və baş verənlərin mahiyyətini bir daha izahlamaq üçün təkrar təqdim edirik:
Maliyyə Nazirliyinin xidmət rəisi Cavanşir Yusifov heç bir rəsmi qərar olmadan “Sovetski”də 14 mərtəbəli binanı sökmək adı altında vətəndaşlara 40 milyon manat kompensasiya vədi ilə ələ keçirmək istəyir...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə!
Baş Nazirin müavini cənab Abid Şərifova!
Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küçəsi-43 ünvandakı binanın sakinləri-Şükürova Sürahi Adil qızı, İbrahimova Selan Fərhad qızı, Hacıyevə Elbəniz Rəhman qızı, Mehdiyeva Əfşan Ürfan qızı, Əliyev Elnur Elşad oğlu, Hacıyev Teyyub Faiq oğlu, Həsənov Yaqub Vəliş oğlu, Ömərov Elşən Nüsrət oğlu və başqaları tərəfindən
ŞİKAYƏT
Möhtərəm cənab Prezident!
Hörmətli cənablar!
...Tarixin çətin sınağı qarşısında qalan bir xalqın taleyinin ən çətin və ağır dönəmində nəinki yenicə bərpa edilmiş müstəqilliyin, hətta ölkənin özünün müqəddəratının sual altına düşdüyü bir vaxtda məhz Ulu Öndərimiz Heydər Əliyev cənablarının böyük və güclü siyasəti nəticəsində Azərbaycanımız tarixin ağır sınağından qurtuldu. Ulu Öndər H.Əliyevin böyük siyasi iradəsi nəticəsində dövlət müstəqilliyinin xilasına nail olan Azərbaycan sosial firavanlığa, xoşbəxt gələcəyə aparan davamlı inkişaf yoluna səfərbər olundu. Ölkəmizdə nəhəng sosial və iqtisadi islahatlar uğurla aparıldı, bütün bunlar yalnız və yalnız Ulu Öndərimiz Heydər Əliyevin siyasətinin bəhrəsidir.
Möhtərəm Prezident, bu gün Siz həmin yolu layiqlə davam etdirirsiniz. Bilirik ki, ölkəmizin müharibə şəraitində olmasına baxmayaraq Siz xalqın sosial rifahının daha da yüksəlməsi və inkişafı üçün daim çalışırsınız.
Cənab Prezident, rəsmi çıxışlarınızda, imzaladığınız mötəbər sənədlərdə dönə-dönə dövlət məmurlarına vətəndaşlarla münasibətlərinə diqqət göstərmələrini tapşırırsınız.
Təssüflər olsun ki, Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Aparatının səlahiyyətli şəxsləri də Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov yaşadığımız Ç.Mustafayev-43 ünvanında yerləşən 15 mərtəbəli binanı müvafiq dövlət qərarı olmadan özbaşına sökmək adı altında ələ keçirmək niyyətini həyata keçirməyə çalışır, vətəndaşların mənzil toxunulmazlığı hüququnu pozur, sakinlər arasında narazılıqlar yaradırlar. Onu da bildiririk ki, 2009-cu ildə 0,25 ha torpaq sahəsi üzərində inşa olunan həmin yaşayış binası bir girişli olmaqla, bir səviyyəli zirzəmidən və 15 mərtəbədən ibarətdir. Binada 49 mənzil vardır. Əksər sakinlər mənzillərini təmir etməklə həmin binada yeni mənzillərində yaşayırlar.
Onu da diqqətinizə çatdırırıq ki, Azərbaycan Nazirlər Kabinetinin 11.11.2015-ci il tarixli, 358 saylı “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu ərazisində bizim binanın ətrafında 734 yaşayış və qeyri-yaşayış obyektlərinin dövlət ehtiyacları üçün alan orqan kimi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti müəyyən edilmişdir. Alan orqan qərarın icrasını həyata keçirmiş, alınmaya məruz qalmış obyektlərin sahiblərini müəyyən etmiş, qeyd olunan torpağın alınması barədə təklifini nəzarət orqanına vermişdir. Nəzarət orqanın torpağın alınması haqqında qərarı verildikdən sonra isə 730 yaşayış və qeyri-yaşayış obyektlərinin mülkiyyətçilərinə müəyyən edilmiş kompensasya ödənilmişdir. Bundan sonra həmin torpaq üzərində olan tikililər sökülmüşdür. Diqqəti çəkən budur ki, bizim yaşadığımız Ç.Mustafayev-43 saylı, 15 mərtəbəli bina məlum qərarda qeyd olunan 730 obyekt siyahısında olmamışdır və binanın dövlət ehtiyacları üçün alınıb sökülməsinə dair əlavə qərar da indiyədək verilməmişdir. Yuxarıda qeyd etdiyimiz dövlət məmurları isə vəzifəsindən sui-istifadə etməklə müvafiq qərar olmadan həmin binanın sakinlərinə əsassız, hüquqi əsası olmayan bildirişlər verir, bizi elektrik və qaz, su xətlərinin kəsilməsi ilə hədələyirlər və binanın biz sakinlərinə təzyiqlər edirlər. Biz inanmırıq ki, dünya iqtisadiyyatının indiki böhranlı bir vaxtında 0,25 ha torpaq sahəsinə görə Azərbaycanın Dövlət büdcəsindən 30-40 milyon manat pul ayrılaraq hansısa məmurun şəxsi maraqlarına xərclənsin. Belə ki, 49 mənzilli binanın mənzillərinin sahiblərinə vəd olunan kompensasiya məbləği bu qədər təşkil edir. Hansı ki, Bakı şəhəri, Yasamal rayonu Ç.Mustafayev-43 saylı bina yeni tikilmişdir, müasir tələblərə cavab verdiyindən, dövlət orqanlarının, o cümlədən FHN-nin müsbət rəyi ilə istismara qəbul edilmişdir. Sakinlər tərəfindən demək olar bütün mənzillər təmir edilmişdir, su, qaz və elektrik enerjisi, lift və s. ilə təmin edilmiş, mənzillərin çoxunda yaşayış vardır, digər mənzillər də yaşayış şəraitinə tam hazır vəziyyətə gətirilməkdədir. Buna görə də binamızın sökülməsi kimi qanunsuz iddiaları ortaya qoyanların məqsədlərini əsassız sayır və bu cür söhbətləri yayanlara qəti etiraz edirik.
Cənab Prezident!
Hörmətli Abid müəllim!
Sizin qayğınıza və diqqətinizə sığınaraq xahiş edirik, biz sadə vətəndaşlara arxa durun, lazımi kömək edin, bizi dövlət məmurlarının təzyiqindən xilas edin, həmçinin Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Aparatının səlahiyyətli şəxsləri və Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovun qanunsuz hərəkətlərinin dayandırılmasına göstəriş verəsiniz.
Bakı şəhəri,
15 fevral 2017-ci il

Maliyyə Nazirliyinin xidmət rəisi “yoxa çıxıb”?

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovun dövlət ehtiyacı adı altında yuxarıda qeyd olunan hazır yaşayış binasına sahiblənmək arzusu burada yaşayan sakinləri bərk qəzəbləndirib. Yuxarıda qeyd olunduğu kimi, bu gün “Təzadlar”da olan sakinlər qəzəblə danışdılar... Biz məsələyə aydınlıq gətirilməsi üçün 3 gündür Cavanşir Yusifovun mövqeyini öyrənməyə çalışırq, amma... Yəni, üç gün ərzində biz əks tərəf kimi Cavanşir Yusiofovla əlaqə saxlaya bilmirik. Onun 404 - 46 - 99 saylı iş telefonuna zəng edirik, kommutator vasitəsilə (daxili nömrə 416) zəngimizə C.Yusifovun katibəsi Arzu xanım cavab verdi. Arzu xanımla iki gün daldabal danışsaq da verdiyimiz mobil nömrəyə Cavanşir müəllimdən heç bir zəng gəlmədi. Sonrakı zənglərimizin birində Arzu xanım bildirdi : “Cavanşir müəllim deyir ki, lazım olsa, zəng edərəm, məndən nə istəyirlər???”.
Deməli, bu boyda həngamədən sonra yenə də Cavanşir müəllim üçün danışmaq, KİV sorğusuna cavab vermək lazım gəlməyib.
Belə olan sürətdə nazirliyin digər şöbələri ilə əlaqə saxlayıb Cavanşir müəllimi soraqladıq ki, bəlkə iş yoldaşları onu tapa bildilər... Əvvəlcə nazirliyin mətbuat xidmətinin rəhbəri Mais Piriyevi aradıq. 404 - 47 - 87 saylı telefona cavab verən Ləman xanım bildirdi ki, Mais müəllim iclasdadır. Əlaqə telefonumuzu verib xahiş etdik ki, iclasdan sonra bizimlə əlaqə saxlasın. Ancaq Mais müllimin iclası deyəsən iki gündür qurtarmaq bilmir...

Bəlkə Maliyyə Nazirliyində, ümumiyyətlə, Cavanşir Yusifov adlı işçi yoxdur?

Nazirliyin Nəzarət şöbəsindən Namaz müəllim yerində olmadı... Dərdimizi kiməsə demək üçün nazirlikdə axtarışlarımızı davam etdirdik. Bu dəfə Nazirliyin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Rumiyə Ağdamskayanın 404 - 46 - 36 saylı telefonuna zəng etdik... İnsafən, xanım rəis zəngimizə mehriban cavab verdi... Çox mədəni sürətdə Rumiyə xanım bildirdi ki, bu və ya digər suallarımız onun funksiyasına daxil deyil, amma kömək etmək üçün çalışacaq. Yəni Cavanşir müəllimi bizimlə calaşdırmağa cəhd edəcək. Bu məqsədlə mobil telefon nömrəmizi götürdü.
Sonra Nazirliyin maliyyə - inzibati şöbəsinin müdiri Eldar Mahmudova zəng etdik, onun 404 - 47 - 48 saylı telefonda bizimlə çox səmimi söhbəti oldu. Hiss olunurdu ki, nazirliyin mənafeyini düşünən insandır. Hərçənd bu mövzunun ona aid olmadığını hər ikimiz bilirdik.

Eldar Mahmudov: “...Cavanşir Yusifov bina sökə bilməz və bu, mümkün deyil...”

Sadəcə əlimiz çatan, ünümüz yetən ünvanlarda Cavanşir Yusifovu soraqlayırdıq. Eldar Mahmudov bizimlə söhbətində bildirdi ki, Cavanşir Yusifov bina sökə bilməz və bu, mümkün deyil. E. Mahmudovun “Niyə qəbula gəlib sözünüzü Cavanşir müəllimə demirsiniz” - sualına belə cavab verdik ki, hörmətli Eldar müəllim, hansısa məmurla mövqe öyrənmək üçün görüşmək istəyəndə jurnalist haqqında başqa fikirə düşürlər, “Görəsən nə istəyir, məqsədi nədir” və sair kimi şübhələr... Bu səbəbdən sorğumuzu “KİV haqqında” qanuna uyğun olaraq telefonla şifahi vermək istəyirik. Təbii ki, aidiyyəti olmadığından biz Eldar Mahmudovla geniş müzakirə açmaq niyyətində deyildik. Xahişimiz və istəyimiz o idi ki, C.Yusifovun özünü və ya kordinantlarını tapmaqda bizə kömək etsin. Eldar müəllim də əlaqə telefonlarımı götürüb C.Yusifovu tapacağına söz verdi.
Nəhayət, maliyyə nazirinin birinci müavini İlqar Fətizadənin 404 - 47 - 46 saylı telefonuna zəng etdik. Cavab verən Fatimə xanım bildirdi ki, bizi İlqar müəllimlə calaşdıra bilməyəcək. Çünki... Və bu səbəbdən də, bizi nazirliyin mətbuat xidmətinə yönləndirdi. Yəni dairə bağlandı və C.Yusifovla danışmaq şərəfinə nail ola bilmədik...
İnanırıq ki, gec - tez Cavanşir Yusifov tapılacaq və hörmətli Prezident cənab İlham Əliyevin imzaladığı və bu yaxınlarda əlavə və dəyişikliklərlə təkmilləşdirdiyi “KİV haqqında” Qanuna uyğun olaraq, bizim suallarımıza cavab verməklə, yaranmış problemə aydınlıq gətirəcək. Əks halda, biz qanunvericiliyin tələblərinə uyğun olaraq, məhkəməyə müraciət edəcəyik. Yəni, Cavanşir Yusifovla məhkəmədə sorğularımıza cavab axtarmalı olacağıq...
\\tezadlar.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aİ Rusiya məhdudiyyətlərinin təsirini azaltmaq üçün Ermənistana təcili ticarət dəstəyi hazırlayır - “Financial Times”
Bu gün, 10:18
"Səhv bizdə olub ki, vaxtında etiraz etməmişik..." - NARAZILIQ VAR...
Bu gün, 10:17
Rusiya Ermənistan maşınlarını sərhəddən buraxmır - Kreml İrəvanı SIXIR...
Bu gün, 10:01
Robert Köçəryanın həbsi üçün icazə istənildi - “Joqovurd”
Bu gün, 09:55
Türk Zəngi Dövləti pulu - FOTO
Bu gün, 09:39
"Bu islahatın əsas əhəmiyyətini üç istiqamətdə qiymətləndirmək mümkündür" - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Bu gün, 09:30
İsrail olmasaydı, Amerika olmazdı - ABŞ səfiri
Bu gün, 09:27
Şirkət rəhbərinin 227 minlik dələduzluq işi: - vətəndaşlara müxtəlif vədlər verdi
Bu gün, 08:35
"Yay bitir, amma gəlib çıxmadı sifarişimiz..." - GİLEY
Bu gün, 08:26
Bu qurumdan elektron şəkildə şikayət MÜMKÜN DEYİL... - BU NƏDİ BELƏ?
Bu gün, 08:15
Lənkəran Balıq Kombinatı batdı: Həm bağlandı, həm də borc içindədir - TƏFƏRRÜAT
Bu gün, 08:11
Feysbuk və İnstaqram tamamilə ödənişli olur? – Vacib açıqlama
Bu gün, 08:08
ABŞ-nin bütün raketləri belə Ukraynanın ehtiyaclarını qarşılaya bilməzdi - Vens
Bu gün, 08:06
TƏBİB-in yeni şefi də ginekoloqları qoruyacaqsa... - GƏLİŞMƏ
Bu gün, 08:05
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu... - BU NƏDİ BELƏ?
Bu gün, 07:42
DSMF sosial MÜDAFİƏ fondudur, yoxsa MƏNİMSƏMƏ? -Normativ aktlar “məmur işğalı”ndan nə vaxt qurtulacaq?
Bu gün, 07:38
Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar… - Bu, bir ATA HARAYIDIR...
Bu gün, 07:32
Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞI - bunu bir araşdıran olsa...
Bu gün, 07:29
Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir - AÇIQLAMA
Bu gün, 07:20
Ermənistan sülhə sadiq qalacaq? - Görünəni odur ki...
Bu gün, 07:16
Dövlət vəsaiti hara xərclənib? – Həsənrizdə təmir qalmaqalı
Bu gün, 07:15
Deputatdan yayılan videoya reaksiya: "Şərəfsizdirlər" - “Bu videonun bizimlə heç bir əlaqəsi yoxdur"
Bu gün, 07:05
Nazirliyə işə düzəlmək istədi və... - İTTİHAM VAR...
Bu gün, 07:00
Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:51
Ermənistan seçkisindən sonrakı geopolitik gözləntilər - İNCƏLƏMƏ
Bu gün, 06:49
Qiymət bahalaşıb: Nə alan var, nə satan - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:47
Azərbaycandan Ermənistana qaz tədarükü: Reallıq, yoxsa siyasi gediş? - AKTUAL
Bu gün, 06:44
Nazir müavini ilə ASC sədrini nə birləşdirir? - İLGİNC FAKTLAR
Bu gün, 06:42
"Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 06:33
"Çox adam deyir ki, məni toya niyə çağırmadınız"
Bu gün, 06:30
Bu, o demək deyil ki, Mehdiyevlər bank sektorundan tam çəkilir... - ŞƏRH
Bu gün, 06:25
ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endirib - SOUTHCOM
Bu gün, 06:21
İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər - Vens
Bu gün, 06:19
Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Dünən, 17:25
Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Dünən, 17:07
"Qarabağ" daha bir simvolunu İTİRDİ
Dünən, 17:04
Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Dünən, 17:01
Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Dünən, 16:59
Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Dünən, 16:44
Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Dünən, 16:41
“Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Dünən, 16:39
ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Dünən, 16:31
Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Dünən, 16:28
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Dünən, 16:24
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Dünən, 16:21
Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Dünən, 16:19
Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Dünən, 16:02
Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Dünən, 16:01
Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Dünən, 15:58
Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Dünən, 15:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru