Saleh Məmmədovun sonu yaxşı görünməyən (Azər)YOLu - İTTİHAM VAR
Tarix: 17-02-2017, 15:49 | Çap et
 Məlum olduğu kimi, ötən ilin sonlarında Azərbaycan Həndbol Federasiyasında rəhbər dəyişikliyi baş verdi. Bunun İslamiadaya qədər gerçəkləşəcəyini hələ o vaxt yazmışdıq. Çox təəssüf ki, yeni prezident Saleh Məmmədovun da federasiyaya nə üçün gəldiyi gec-tez ortaya çıxdı. Bu postda Heydər Babayevi əvəzləyən “Azəravtoyol”un sədri Saleh Məmmədov gələn kimi pulunu həndbola yatırmağa başladı. Təbii ki, Heydər Babayevin federasiyaya pul yatırmaması fonunda onun kişi həndbol millimizin üzvlərinə verdiyi maaş xeyirxah addım kimi görünə bilərdi.
Ancaq tezliklə müəyyən olundu ki, Saleh Məmmədov da digər federasiya prezidentləri kimi bu posta ölkə başçısının gözündə ranq qazanmaq üçün yiyələnib. Onun həndbola gəlişi voleybolumuza ilk növbədə ciddi zərər vurdu. Məlum olduğu kimi, “Azəravtoyol”un hamilik etdiyi “Azəryol” voleybol klubu aprelin 1-dən – Azərbaycan çempionatı başa çatdıqdan sonra fəaliyyətini dayandıracaq. Səbəb Saleh Məmmədovu daha voleybol yox, həndbolun maraqlandırmasıdır. Halbuki “Azəryol” voleybolda Azərbaycanın iddialı klublarından sayılırdı. Bu klubun qəsdən və bilərəkdən dağıdılması isə İslamiada öncəsi neçə voleybolçunun klubsuz qalmasına gətirib çıxaracaq. Saleh Məmmədovun gəlişi ilə həndbol üzrə Azərbaycan çempionatı ilə bağlı qaranlıq duruma aydınlıq gəlsə də, bu birinciliyin də gözdən pərdə asmaq üçün keçirildiyi üzə çıxdı. Dünəndən start götürən 4 komandadan ibarət çempionat öncəsi Lyudmila Şubinanın rəhbərlik etdiyi “Qaradağ Sement” komandasının mübarizə aparmayacağı bəlli oldu. Halbuki bu komanda neçə il daxili birincilikdə ABU-nun əsas rəqibi kimi göstərilirdi. Əvəzində isə Mingəçevirin “Nur” komandası yaradıldı. Bəli, məhz gözdən pərdə asmaq üçün bu komanda yaradıldı. Yəni, demək istədilər ki, biz gələn kimi bölgədə həndbol komandası yaratdıq. Elə bilirsiniz ki, bu komandada mingəçevirlilər oynayır? Hamısı ruslardır. Məqsəd bu həndbolçulardan özlərini yaxşı göstərənlərin İslamiadada çıxış edəcək qadın millimizin xeyrinə milliləşdirilməsidir. Axı, Saleh Məmmədova da İslamiadada ölkə başçısı önündə nəticə verdiyini göstərən material lazımdır. Elə “Azəryol”a da ukraynalı baş məşqçi Georgi Voronovun rəhbərliyi ilə artıq legionerlər doluşdurulmağa başlanılıb. Ən pisi isə bilirsiniz nədir? “Azəryol” komandası bu qədər maliyyə ayrılması fonunda Avropa Qadınlar Çağırış Kubokunda Polşa komandasına böyük hesabla yenildi. 2 oyunun cəminə görə 18 top fərqli yenilgi! Halbuki qadın həndboluna hələ Heydər Babayevin vaxtından diqqət ayrılırdı. Üstəlik, kişi həndbol millimizə də legionerlərin gələcəyi bəllidir. Həndbol millimizin üzvləri Saleh Məmmədovun təyinatını eşidəndə çox sevincək olsalar da, onların sevincləri qısa çəkib. Çünki artıq MDB məkanından legionerlər millimizə gətirilir. Bunu federasiyanın idman şöbəsinin rəhbəri İsgəndər Əsgərovun özü də mətbuata açıqlamasında təsdiqləyib. Yeni prezident köhnə rəhbərdən qalan adları da silməyə başlayıb. Artıq Heydər Babayevə məxsus olan ABU şirkətinin adı ilə bağlı dəyişikliklər edilməkdədir. İlk olaraq Azərbaycanın ən köklü klubu olan ABU-nun adı dəyişdirildi. Voleybol klubunun adı – “Azəryol” məhz bu kluba verildi. İndi yəqin ki, “ABU Arena”nı da “Azəryol Arena” adı gözləyir. Gələcəkdə bu arenanın yanındakı ABU Petrolun adının Azəryol Petrol adı ilə əvəzləndiyini də eşitsəniz, heç də təəccüblənməyin. Yeri gəlmişkən, “Azəryol” voleybol klubunun icraçı direktoru Yusif Atakişiyevə də bu federasiyada baş katib postu həvalə edilib. Bir sözlə, klub tamamilə “Azəryol”laşdırılır. Ancaq bu yol yaxşı heç nə vəd etmir… (Sport7.Az)


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Bu gün, 10:34 |
|
|
|
| • Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Bu gün, 10:32 |
|
|
|
| • Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Bu gün, 09:41 |
|
|
|
| • Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Bu gün, 09:39 |
|
|
|
| • Nəvəsi xalq artistini belə öydü
Bu gün, 09:30 |
|
|
|
| • Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Bu gün, 09:25 |
|
|
|
| • “Sürgün əvəzinə Sevgi” - VİDEO
Bu gün, 08:57 |
|
|
|
| • Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Bu gün, 08:54 |
|
|
|
| • Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Bu gün, 08:53 |
|
|
|
| • Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27 |
|
|
|
| • Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26 |
|
|
|
| • Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07 |
|
|
|
| • Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05 |
|
|
|
| • Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04 |
|
|
|
| • Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00 |
|
|
|
| • Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22 |
|
|
|
| • Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09 |
|
|
|
| • Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07 |
|
|
|
| • "Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51 |
|
|
|
| • TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48 |
|
|
|
| • Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39 |
|
|
|
| • Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35 |
|
|
|
| • Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29 |
|
|
|
| • Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18 |
|
|
|
| • ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14 |
|
|
|
| • İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11 |
|
|
|
| • Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05 |
|
|
|
| • Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00 |
|
|
|
| • Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55 |
|
|
|
| • İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49 |
|
|
|
| • AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43 |
|
|
|
| • Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37 |
|
|
|
| • Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36 |
|
|
|
| • Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31 |
|
|
|
| • “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23 |
|
|
|
| • Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20 |
|
|
|
| • Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18 |
|
|
|
| • Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09 |
|
|
|
| • SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03 |
|
|
|
| • Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59 |
|
|
|
| • ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51 |
|
|
|
| • Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46 |
|
|
|
| • Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44 |
|
|
|
| • Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30 |
|
|
|
| • Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18 |
|
|
|
| • Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05 |
|
|
|
| • Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48 |
|
|
|
| • İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42 |
|
|
|
| • İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39 |
|
|
|
|