Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək? .....                     Ermənistan seçkisindən sonrakı geopolitik gözləntilər .....                     Qiymət bahalaşıb: Nə alan var, nə satan .....                     Azərbaycandan Ermənistana qaz tədarükü: Reallıq, yoxsa siyasi gediş? .....                     Nazir müavini ilə ASC sədrini nə birləşdirir? .....                     "Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı .....                     "Çox adam deyir ki, məni toya niyə çağırmadınız" .....                     Bu, o demək deyil ki, Mehdiyevlər bank sektorundan tam çəkilir... .....                     ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endirib .....                     İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər .....                     Azərbaycanla yeni müharibə? .....                     Neft 60 dollardan da aşağı düşə bilər .....                     "Qarabağ" daha bir simvolunu .....                     Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı .....                     Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi .....                     Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib .....                     Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi .....                     “Artıq bunu gizlətmək istəmirəm” .....                     ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi .....                     Putin barədə dediklərinə görə axtarılırdı .....                     Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib .....                     Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub .....                     Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib .....                     Xaricdən gətirilən hibrid avtomobillərin .....                     Melonidən Azərbaycan açıqlaması: .....                     Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq .....                     Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq .....                     Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq .....                     Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb .....                     Rasim İldırımzadə məhkəmə zalında həbs edildi .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub .....                     “Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? .....                     MEDİAYA VAHİD YANAŞMA... .....                     ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? .....                     Köçəryanın Putinlə görüşünə imkan verilmədi .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     “PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib .....                     Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı .....                 

ABŞ-da SİYASİ KORRUPSİYA məsələsi.... - deputatdan ilginc açıqlamalar
Tarix: 18-09-2023, 06:52 | Çap et
ABŞ-da SİYASİ KORRUPSİYA məsələsi....
Son günlər Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycana qarşı sərgilədiyi mövqe ciddi narazılığa səbəb olub.

Xarici İşlər Nazirliyi etiraz bəyanatı yayaraq, ABŞ rəsmilərinin anti-Azərbaycan mövqeyinə cavab verib. Eyni zamanda, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşü zamanı bir daha rəsmi Bakının etiraz mövqeyini diqqətə çatdırıb.

ABŞ-ın son zamanlar sərgilədiyi mövqe və digər məsələlərlə bağlı Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Cebhe.info-nun sualların cavablandırıb. DİA.AZ onunla söhbəti təqdim edir:

- Asim bəy, son günlər ABŞ-ın aktiv olaraq Azərbaycan əleyhinə mövqe nümayiş etdirməsi, ermənipərəst siyasət yürütməsinin arxasında hansı maraqlar dayanır?

-Əslində, bu, ilk dəfə deyil. Bu vəziyyət mənə 1992-ci ili xatırladır. Hansı ki, Azərbaycan və digər postsovet ölkələri azadlığa çıxdılar. Sovet İttifaqı dağıldı və ABŞ dərhal Azərbaycana qarşı 907-ci düzəlişi qəbul etdi. Güya ki, Azərbaycan Ermənistanı blokadada saxlayırdı. O düzəlişin arxasında isə erməni lobbisi və siyasi korrupsiya dayanırdı. Bu gün həmin vəziyyət yenə də təkrar olunur.

Çox maraqlıdır ki, o zamankı komanda, 907-ci düzləşin müəllifləri, senatorlar bu gün də ABŞ-da hakimiyyətdədir. ABŞ Senatının Beynəlxalq əlaqələr komissiyasın rəhbəri Robert Menendezin bütün siyasəti məhz erməni lobbisi ilə bağlıdır. Bununla yanaşı o, dəfələrlə korrupsiyada, ağır cinayətlərdə ittiham olunub, amma bir nəticə olmayıb. Yenə də o, öz fəaliyyətini davam etdirir.

Onun kimi digərləri də erməni lobbisi kimi çox zəngin, təşkilatlanmış bir icma ilə xüsusi əlaqdədirlər. Bunun nəticəsində də onlar hətta diasporla bağlı olmayan amerikalı siyasətçilərə də hədə-qorxu gəlməyi bacarırlar.

Xatırlatmaq istəyirəm ki, xanımı türk olan ABŞ səfirini Azərbaycandan uzaqlaşdırdılar. Türkə qarşı nifrət onların siyasətində açıq sezilir. Azərbaycanın hədəfə götürülməsinin bir səbəbi budur. Təbii ki, Azərbaycan heç bir blokada istəmir. Azərbaycanın istəyi tezliklə sülh əldə edərək ticarətlə, komminikasiyalarla bağlı çox böyük layihələr həyata keçirməkdir.

Bu gün Azərbaycan Avropa, ABŞ və müttəfiqlərinin enerji təhlükəsizliyində çox mühim rol oynayır. Amma görürük ki, siyasi korrupsiya, bilavasitə erməni lobbisinin təzyiqləri sülh prosesinə son qoyur. Bunun öncə ABŞ dövlət katibinin təşəbbüsü ilə bir sülh prosesi başladılmışdı. Ermənilər hər şeyə “hə” dedilər, amma Rusiyanın təzyiqləri ilə üzləşərək bütün verdikləri sözlərdən qaçdılar. Nəticədə isə heç kim Ermənistanı qınamadı. Əksinə, Azərbaycana qarşı fikirlər səsləndirməyə başladılar, hədə-qorxu gəlməyə çalışdılar.

Bu, çox təəssüf doğuran məqamdır. Hər zaman ABŞ siyasətinə bu cür erməni lobbisinin təsirləri Amerika dövlətinə qarşı çevrilib. Azərbaycan isə hər zaman ABŞ-a dəstək verən ölkə olub. İllər boyu Əfqanıstandan gedən müharibədə ABŞ əsgərlərinin logistikası Azərbaycan tərəfindən həyata keçirilib. Çox tez unudulur, ABŞ da öz maraqlarını siyasi korrupsiyaya görə unudur.

-ABŞ Dövlət Departamenti və Konqresindən Azərbaycana qarşı olan çağırışların məqsədi nədir?

-Məqsəd yalnız ermənilərə xoş gəlmək, erməni diasporundan qorxub özlərini müdafiə etməkdir. Birmənalı olaraq ABŞ senatorlarını və konqresmenlərini korrupsiyada ittiham etmək olar.

-Əslində ABŞ-la Azərbaycan arasında xüsusən enerji və təhlükəsizlik məsələlərində strateji əməkdaşlıq var. ABŞ-ın son günlər sərgilədiyi mövqe bu əməkdaşlığa ciddi zərərlər verə bilər...

-Əslində, bu haqdisələr nəticədə Amerikanın maraqlarına zərbə olacaq. Dəfələrlə biz bunun şahidi olmuşuq ki, korrupsiya və siyasi lobbiçilik Amerika dövlətini zəiflədir və onlara zərbə olur. Azərbaycan heç kimdən asılı deyil. Azərbaycanın bir dövlət kimi ən böyük uğuru müstəqil siyasət yürütməsidir.

Azərbaycan hər zaman beynəlxalq hüquq normalarına riayət edir, hər kəsi də buna çağırır. Beynəlxalq hüquq, sistemli yanaşma olmalıdır. Bu lobbi oyunları sülhə olan zərbələrdir, dünyadakı sabitliyi pozur. Bunun nəticəsində də xalqlar çox acı nəticələrlə üzləşir.

-ABŞ dövləti katibi Blinkenin təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirildi. Blinkenin sülh təşəbbüsü müsbət qarşılanmışdı. Bu görüşün nəticəsi olaraq, sentyabrın 1-də bölgədə yollar açılmalı və Ağdam-Xankəndi marşrutu işə düşməli idi. Amma ermənilər bundan imtina edir. Son açıqlamalarla ABŞ öz mövqeyindən çəkilmiş görünür və birtərəfli qaydada Laçın yolunun açılmasından danışır. Özünü ədalət və demokratiya carçısı sayan bir dövlətin bu siyasətinin anlamı nədir?

-ABŞ-ın bu səhvləri çox təəssüf doğurur. Bu gün öz müxalifətindən qorxan, xaricdə fəaliyyət göstərən radikal diasporun təzyiqlərindən çəkinən Paşinyan dəfələrlə verdiyi sözdən qaçıb. Bu qorxu isə onunla bağldır ki, zamanında ABŞ-ın təşəbbüsü ilə sülh prosesi formalaşmışdı, nəticədə isə Ohanyan və onun cinayətkar dəstəsi Ermənistan parlamentinə girdi, sülh istiqamətində işləyən bütün hər kəsi məhv etdi.

Çox güman ki, bu qorxu Ermənistanın bugünkü hərəkətlərinin də əsas motividir. Söz verirlər, sonra isə qorxub qaçırlar. Erməni diasporunun istəyi isə daimi problemin qalması, faicələrin yaradılmasıdır. Onlar hələ də ancaq “soyqırım”dan danışırlar. Çünki bu, onların əsas qazanc mənbəyidir. ABŞ-da, Fransada fəaliyyət göstərən erməni diasporu sülh istəmir. Qarabağdakı və Ermənistandan olan ermənilər də onlar üçün daimi girovlardır.

-Belə çıxır ki, ABŞ siyasətçiləri erməni lobbisinin təsirindədir və hətta ABŞ dövlətinin siyasi xəttini də ermənilər müəyyənləşdirirlər?

-Görünən budur və bu da Amerikanın strateji maraqlarına böyük bir zərbədir. Bu lobbiyə xidmət edən amerikalı siyasətçilər əslində zərbəni ABŞ-a vururlar.

-ABŞ Dövlət Departamentinin nümayəndəsi Yuri Kim Konqresdəki çıxışında mövcud olmayan hansısa “Dağlıq Qarabağ xalqının hüquqları”ndan danışır. Bu, Azərbaycana qarşı aşkar demarşdır. Bu yanaşma ABŞ-ın siyasi qərəzi və riyakarlığı, eyni zamanda sülh təşəbbüslərinə qarşı çıxması deyilmi?

-Sülhə qarşı çıxan erməni diasporudur. Erməni diasporunun istəklərini ifadə edən bütün siyasətçilər məhz lobbiçilərin siyasi korrupsiya sisteminə daxil olanlardır.

-ABŞ rəsmilərinin bu fikirləri eyniylə Fransa kimi Qarabağ ermənilərinin reinteqrasiya prosesinə mane olan və Ermənistandakı revanşist qüvvələri stimullaşdıran mövqe hesab edilməlidir...

-ABŞ-ın mövqeyi Fransadan daha çox erməni diasporu ilə üst-üstə düşür. Fransanın bütün siyasəti erməni diasporunun təsiri altında olduğuna görə ABŞ-ın mövqeyində üst-üstə düşən məqamlar görünür. Onlar bölgədə sabitliyin, sülhün olmasını, Azrbaycan və Türkiyə ilə Ermənistanın normal münasibətlər qurmasını istəmirlər. Onların istəyi yalnız müharibə və faciədir. Bu isə onlara zənginləşmək, öz şəbəkələrini ayaqda saxlamaq üçün lazımdır.

-Ümumiyyətlə, Dövlət Departamenti rəsmilərinin Azərbaycanı hədəf alan çıxışları, Laçın yolu və separatçılarla bağlı həqiqətə uyğun olmayan fikirlər səsləndirmələri bir növ rəsmi Bakıya təzyiq mesajı kimi qiymətləndirilir... ABŞ Bakıya təzyiq edərək nə əldə etmək istəyir?

-Ermənilərin dili ilə danışan ABŞ siyasətçilərinin istəyi erməni diasporunun gözündə xoş olmaqdır.

-ABŞ-ın müxtəlif fondlar vasitəsilə Azərbaycanda qeyri-ənənəvi aktivlistlərin, feministlər, LGBT təmsilçiləri və "NO WAR"çıları maliyyələşdirməsi ilə cəmiyyətdə qarışıqlıq yaratmaq niyyəti aydın görünür... Bununla Azərbaycanda nəyə nail olmağa ümid edir?

-Azərbaycan dövləti müstəqildir. Heç kim Azərbaycan daxilində nəsə edə bilməz. Azərbaycanın daxilindəki hər bir şey xalqın iradəsindən asılıdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:51
Ermənistan seçkisindən sonrakı geopolitik gözləntilər - İNCƏLƏMƏ
Bu gün, 06:49
Qiymət bahalaşıb: Nə alan var, nə satan - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:47
Azərbaycandan Ermənistana qaz tədarükü: Reallıq, yoxsa siyasi gediş? - AKTUAL
Bu gün, 06:44
Nazir müavini ilə ASC sədrini nə birləşdirir? - İLGİNC FAKTLAR
Bu gün, 06:42
"Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 06:33
"Çox adam deyir ki, məni toya niyə çağırmadınız"
Bu gün, 06:30
Bu, o demək deyil ki, Mehdiyevlər bank sektorundan tam çəkilir... - ŞƏRH
Bu gün, 06:25
ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endirib - SOUTHCOM
Bu gün, 06:21
İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər - Vens
Bu gün, 06:19
Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Dünən, 17:25
Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Dünən, 17:07
"Qarabağ" daha bir simvolunu İTİRDİ
Dünən, 17:04
Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Dünən, 17:01
Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Dünən, 16:59
Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Dünən, 16:44
Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Dünən, 16:41
“Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Dünən, 16:39
ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Dünən, 16:31
Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Dünən, 16:28
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Dünən, 16:24
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Dünən, 16:21
Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Dünən, 16:19
Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Dünən, 16:02
Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Dünən, 16:01
Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Dünən, 15:58
Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Dünən, 15:55
Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Dünən, 15:52
Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Dünən, 15:49
Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Dünən, 15:43
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Dünən, 15:41
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Dünən, 15:23
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Dünən, 15:10
“Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Dünən, 13:12
MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Dünən, 13:05
ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Dünən, 13:02
Köçəryanın Putinlə görüşünə imkan verilmədi - AÇIQLAMA
Dünən, 12:57
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:55
“PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib - BUNDAN SONRA...
Dünən, 12:52
Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı - Bu dəfə yarım milyon ucuz
Dünən, 12:50
Bu ölkələrdə kreditlər faizsiz verilir - SİYAHI
Dünən, 12:44
“Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” – Vens
Dünən, 12:35
İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən XƏBƏR VAR
Dünən, 12:33
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Dünən, 12:15
Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:14
Yasamalın YARIMÇIQ BAŞÇISI... - Gərək buna maaşı da yarımçıq versinlər...
Dünən, 12:12
Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI
Dünən, 12:03
ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Dünən, 11:59
Aqil Şərifova hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 11:57
Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir - Baxçalı
Dünən, 11:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru