Bu qurumdan elektron şəkildə şikayət MÜMKÜN DEYİL... .....                     Lənkəran Balıq Kombinatı batdı: Həm bağlandı, həm də borc içindədir .....                     Feysbuk və İnstaqram tamamilə ödənişli olur? .....                     ABŞ-nin bütün raketləri belə Ukraynanın ehtiyaclarını qarşılaya bilməzdi .....                     TƏBİB-in yeni şefi də ginekoloqları qoruyacaqsa... .....                     "Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu... .....                     DSMF sosial MÜDAFİƏ fondudur, yoxsa MƏNİMSƏMƏ? .....                     Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar… .....                     Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞI .....                     Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir .....                     Ermənistan sülhə sadiq qalacaq? .....                     Dövlət vəsaiti hara xərclənib? .....                     Deputatdan yayılan videoya reaksiya: "Şərəfsizdirlər" .....                     Nazirliyə işə düzəlmək istədi və... .....                     Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək? .....                     Ermənistan seçkisindən sonrakı geopolitik gözləntilər .....                     Qiymət bahalaşıb: Nə alan var, nə satan .....                     Azərbaycandan Ermənistana qaz tədarükü: Reallıq, yoxsa siyasi gediş? .....                     Nazir müavini ilə ASC sədrini nə birləşdirir? .....                     "Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı .....                     "Çox adam deyir ki, məni toya niyə çağırmadınız" .....                     Bu, o demək deyil ki, Mehdiyevlər bank sektorundan tam çəkilir... .....                     ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endirib .....                     İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər .....                     Azərbaycanla yeni müharibə? .....                     Neft 60 dollardan da aşağı düşə bilər .....                     "Qarabağ" daha bir simvolunu .....                     Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı .....                     Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi .....                     Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib .....                     Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi .....                     “Artıq bunu gizlətmək istəmirəm” .....                     ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi .....                     Putin barədə dediklərinə görə axtarılırdı .....                     Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib .....                     Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub .....                     Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib .....                     Xaricdən gətirilən hibrid avtomobillərin .....                     Melonidən Azərbaycan açıqlaması: .....                     Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq .....                 

Seçki sisteminin dəyişməsi partiyaları hərəkətə gətirəcək - GƏLİŞMƏ
Tarix: 7-09-2023, 09:01 | Çap et
Seçki sisteminin dəyişməsi partiyaları hərəkətə gətirəcək
Ədliyyə Nazirliyi yenidən qeydiyyat üçün müraciət edən 27 siyasi partiyadan 8-ni artıq dövlət qeydiyyatına alıb. Həmin partiyalar bunlardır:

Yeni Azərbaycan Partiyası (YAP) - sədr İlham Əliyev;

AĞ Partiya - sədr Tural Abbaslı;

Vətəndaş Həmrəyliyi Partiyası - sədr Sabir Rüstəmxanlı;

Haqq Ədalət Partiyası - sədr Əli İnsanov;

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) - sədr Arzuxan Əlizadə;

Ümid Partiyası - sədr İqbal Ağazadə;

Milli Dirçəliş Hərəkatı Partiyası - sədr Fərəc Quliyev;

Ana Vətən Partiyası - sədr Fəzail Ağamalı.

Qeyd edək ki, Azərbaycanda müstəqillik dövründə 66 siyasi partiya dövlət qeydiyyatına alınıb. Daha sonra onların sayı tədricən azalıb. 1993-cü ildə iki partiya ləğv edilib. 2021-ci ildə isə 6 partiya hakim YAP-a birləşdiyini elan edib. Son vaxtlaradək ölkədə qeydiyyatda olan 58 siyasi partiya qalmışdı.

Bu il “Siyasi partiyalar haqqında” yeni qanun qüvvəyə mindikdən sonra bu qurumların daha 31-i özlərinin ləğvi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etdi. Bu, əsasən yeni qanunla qeydiyyat üçün lazım olan minimum üzv sayının 5 minə qaldırılması ilə izah edildi.

Hazırda yenidən qeydiyyatdan keçmək üçün sənədlərini təqdim etmiş 19 siyasi partiya Ədliyyə Nazirliyindən cavab gözləyir.

Siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi davam edir. “Siyasi partiyalar haqqında” Qanuna əsasən, partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı partiyaların təqdim etdiyi siyahıların bəzilərində qüsurlar, o cümlədən - üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.

Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib. Bir çox partiyalar üzvlük siyahılarındakı problemləri aradan qaldıraraq yenidən Ədliyyə Nazirliyinə müraciət edib. Artıq bir neçə partiya qeydə alınıb, bəziləri isə cavab gözləyir.

Onlardan Müsavat Partiyasının başqanı Arif Hacılı “AzadlıqRadiosu”na bildirib ki, partiyaların qeydiyyatı elə çətin prosedurlarla həll olunmalı deyil: ““Siyasi partiyalar haqqında" Qanuna edilən əlavələr və dəyişikliklər siyasi partiyaların fəaliyyətinə əlavə problemlər yaratmaq məqsədi daşıyır".

AXCP sədrinin müavini Ayaz Məhərrəmli deyib ki, AXCP-yə hələlik cavab verilməməsində qanun pozuntusu yoxdur, çünki sənədlərin göndərilməsi günündən bir ay ərzində cavab verilə bilər: “Bizdən əvvəl də hansısa partiyalara cavab verilməsi normaldır. Amma burada bir AXCP faktoru önə çıxır və görünür, partiyamızla bağlı hakimiyyət dairələrində hələlik yekdil rəy yoxdur, hansısa siyasi qərar gözləyirlər”.

Siyasi partiyalarla bağlı yeni qanunun qəbulundan sonra Azərbaycanda qarışıq (proporsional və majoritar) seçki sisteminə keçidlə bağlı müzakirələr də aktuallaşıb. Ölkəmizdə hazırda parlament seçkiləri majoritar qaydada keçirilir. Konstitusiyada təsbit edildiyinə görə qarışıq sistemə keçid üçün referendum keçirilməlidir.

Parlament seçkilərində qarışıq seçki sistemi 2002-ci ilə qədər mövcud olub. 1995 və 2000-ci illərdə keçirilən seçkilərdə parlamentin 20%-i (25 deputat) proporsional, 80%-i isə majoritar qaydada seçilib. Məlumat üçün bildirək ki, proporsional seçki sistemində seçicilər birbaşa namizədlərə deyil, partiyalara səs verir.

Partiyalar qazandıqları səslərə görə parlamentdə mandat qazanır. Majoritar seçki sistemində isə seçicilər birbaşa namizədə səs verir və ən çox səs toplayan namizəd deputat seçilir. Hər iki sistemin özünəməxsus üstünlükləri və çatışmazlıqları var.

Proporsional seçki sistemi siyasi partiyaların güclənməsinə və plüralizmin inkişafına təkan verir, majoritar sistemdə isə xalqla deputat arasında birbaşa əlaqə olur və deputat xalqın qarşısında məsuliyyət daşıyır. Türkiyə daxil olmaqla, bir çox Avropa ölkəsi tam proporsional, Böyük Britaniya, Azərbaycan, İran kimi ölkələr majoritar, Almaniya, Gürcüstan kimi ölkələr isə qarışıq seçki sistemindən istifadə edir.

Seçki sistemində proporsional qaydanın tətbiqi nələrə gətirib çıxara bilər? Partiyalar buna hazırdırmı?

DİA.AZ-ın məlumatına görə, AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, referendum keçiriləcəyi və proporsional seçki sisteminin bərpa ediləcəyi ilə bağlı uzun müddətdir söz-söhbət davam edir: “Hakimiyyətə yaxın dairələrdən də bu barədə açıqlamalar ara-sıra olur. Lakin hələ məsələ ilə bağlı praktiki rəsmi addım, qərar verilməyib. Biz referendum keçirilməsini və bu sırada proporsional seçki sisteminin bərpasını çox istəyirik. Həmçinin Milli Məclis üzvlərinin sayının artırılmasını vacib hesab edirik. Əgər biz çoxpartiyalı sistemin inkişafını istəyiriksə, ilk növbədə proporsional seçki sistemi bərpa edilməlidir. Proporsional seçki sisteminə keçid partiyaların cəmiyyətdə nüfuzunun artması, partiyalara cəmiyyətin diqqətinin artması, partiya üzvlərinin sayının artması, partiyaların daha çevik işləməsinə gətirib çıxaracaq. Ona görə də bu sistemə keçid çox vacibdir. Proporsional seçki sisteminə keçidin baş verməsi siyasətin peşəkarlaşmasını şərtləndirəcək, təsadüfi insanların parlamentə düşməsi kimi hallar aradan qalxacaq, parlament daha aktiv olacaq. Seçicilər şəxslərlə yanaşı, partiyalara səs verəcəklər. AĞ Partiya olaraq biz proporsional seçki sistemi ilə keçiriləcək seçkilərə hazırıq”.

Milli Dirçəliş Hərəkatı Partiyasının Fərəc Quliyev isə bildirdi ki, yeni qanuna görə, partiyaların qeydiyyatı partiyaların format olunmasıdır. Partiyalar sanki format olunur. Bu formatlanma partiyaların gələcək seçkilərdə uğurlu fəaliyyətinə təkan verəcək. Azərbaycan Konstitusiyasında bir sıra dəyişikliklərə, o cümlədən proporsional seçki sisteminin bərpa olunmasına zərurət var: “Artıq siyasi arenada qalan partiyalarda onlar üçün yeni dövr başlanır, meydan açılır. Təbii ki, yeni çətinliklər də olacaq. Proporsional seçkilər bərpa olunacağı halda partiyaların üzərinə daha böyük məsuliyyət, daha çox işləmək, daha çox təşkilatlanmaq, daha çox üzvləri cəlb etmək kimi böyük məsuliyyət düşəcək. Proporsional seçki sistemində insanlar fərdlərə deyil, düşüncəyə, partiyanın ideologiyasına, proqramına səs verəcək. Qarışıq sistem çox vacibdir. Referendum olacaqsa və proporsional seçki sistemi bərpa ediləcəksə, cəmiyyət, partiyalar bu dəyişikliyə səs verəcək. Proporsional seçkilər partiyaların iştirakçılığına təkan verəcək. Proporsional seçki sistemi təkcə partiyalara hüquq vermək deyil, həm də məsuliyyət verməkdir, onları yoxlamaqdır. Partiyalar yerli seçkili idarəetmə sistemində iştirakçılıq əldə edəndə cəmiyyət onların necə idarə etdiyini, bacarıqlarını əyani görəcək. Eyni zamanda proporsional seçki sistemi partiyadxili rəqabəti də artıracaq ki, bu da partiyaların güclənməsinə səbəb olacaq. Bütün bu qeyd olunanlar partiyaların proporsional seçki sisteminin şərtlərinə uyğun fəaliyyətini zəruri edəcək”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu qurumdan elektron şəkildə şikayət MÜMKÜN DEYİL... - BU NƏDİ BELƏ?
Bu gün, 08:15
Lənkəran Balıq Kombinatı batdı: Həm bağlandı, həm də borc içindədir - TƏFƏRRÜAT
Bu gün, 08:11
Feysbuk və İnstaqram tamamilə ödənişli olur? – Vacib açıqlama
Bu gün, 08:08
ABŞ-nin bütün raketləri belə Ukraynanın ehtiyaclarını qarşılaya bilməzdi - Vens
Bu gün, 08:06
TƏBİB-in yeni şefi də ginekoloqları qoruyacaqsa... - GƏLİŞMƏ
Bu gün, 08:05
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu... - BU NƏDİ BELƏ?
Bu gün, 07:42
DSMF sosial MÜDAFİƏ fondudur, yoxsa MƏNİMSƏMƏ? -Normativ aktlar “məmur işğalı”ndan nə vaxt qurtulacaq?
Bu gün, 07:38
Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar… - Bu, bir ATA HARAYIDIR...
Bu gün, 07:32
Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞI - bunu bir araşdıran olsa...
Bu gün, 07:29
Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir - AÇIQLAMA
Bu gün, 07:20
Ermənistan sülhə sadiq qalacaq? - Görünəni odur ki...
Bu gün, 07:16
Dövlət vəsaiti hara xərclənib? – Həsənrizdə təmir qalmaqalı
Bu gün, 07:15
Deputatdan yayılan videoya reaksiya: "Şərəfsizdirlər" - “Bu videonun bizimlə heç bir əlaqəsi yoxdur"
Bu gün, 07:05
Nazirliyə işə düzəlmək istədi və... - İTTİHAM VAR...
Bu gün, 07:00
Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:51
Ermənistan seçkisindən sonrakı geopolitik gözləntilər - İNCƏLƏMƏ
Bu gün, 06:49
Qiymət bahalaşıb: Nə alan var, nə satan - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:47
Azərbaycandan Ermənistana qaz tədarükü: Reallıq, yoxsa siyasi gediş? - AKTUAL
Bu gün, 06:44
Nazir müavini ilə ASC sədrini nə birləşdirir? - İLGİNC FAKTLAR
Bu gün, 06:42
"Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 06:33
"Çox adam deyir ki, məni toya niyə çağırmadınız"
Bu gün, 06:30
Bu, o demək deyil ki, Mehdiyevlər bank sektorundan tam çəkilir... - ŞƏRH
Bu gün, 06:25
ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endirib - SOUTHCOM
Bu gün, 06:21
İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər - Vens
Bu gün, 06:19
Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Dünən, 17:25
Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Dünən, 17:07
"Qarabağ" daha bir simvolunu İTİRDİ
Dünən, 17:04
Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Dünən, 17:01
Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Dünən, 16:59
Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Dünən, 16:44
Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Dünən, 16:41
“Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Dünən, 16:39
ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Dünən, 16:31
Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Dünən, 16:28
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Dünən, 16:24
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Dünən, 16:21
Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Dünən, 16:19
Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Dünən, 16:02
Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Dünən, 16:01
Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Dünən, 15:58
Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Dünən, 15:55
Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Dünən, 15:52
Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Dünən, 15:49
Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Dünən, 15:43
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Dünən, 15:41
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Dünən, 15:23
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Dünən, 15:10
“Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Dünən, 13:12
MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Dünən, 13:05
ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Dünən, 13:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru