“Keçmiş DQMV anlayışı yersizdir və bu, 1991-ci ildən yoxdur" - ETİRAZ
Tarix: 19-08-2023, 11:17 | Çap et
 "Azərbaycan çalışır ki, beynəlxalq dövriyyədə “Dağlıq Qarabağ” anlayışından istifadə olunmasın. Təəssüf ki, beynəlxalq ictimaiyyət sırf sovet-bolşevik qurumunun istifadəsindən imtina etməyə tələsmir, baxmayaraq ki, SSRİ üç onillikdən çox əvvəl siyasi və coğrafi xəritədən silinib".
DİA.AZ bildirir ki, bunu Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
R. Musabəyov bildirib ki, BMT Təhlükəsizlik Şurasının iclasında müzakirə iştirakçılarının əksəriyyəti “Dağlıq Qarabağ” ifadəsindən istifadə edib:
"Mən şadam ki, onların bəziləri ilk dəfə “Stepanakert” əvəzinə “Xankədi şəhəri” dedilər və bu xətt hərtərəfli gücləndirilməlidir. Bununla belə, Qarabağın hələ də sülhməramlıların nəzarəti altında özünü separatçı elan edən rejimin idarə etdiyi hissəsinin adı əvvəlki kimi qalmaqdadır”.
Musabəyov xatırladıb ki, keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti” (DQMV) termini bu yaxınlarda Brüssel və Vaşinqton danışıqları platformalarında da istifadə edilib:
“Birincisi, bunun üçün reallığa deyil, tarixə istinad edirlər. 1989-cu ildə Azərbaycan SSR və SSRİ Konstitusiyasını pozaraq bu muxtariyyətin Ermənistan SSR-ə “birləşdirilməsini” elan edəndə DQMV ermənilərin özləri tərəfindən dağıdılıb. 1991-ci ilin payızında SSRİ-nin dağılması ərəfəsində ermənilər birtərəfli qaydada azərbaycanlıların fikrini nəzərə almadan qondarma “DQR”in müstəqilliyini elan etdilər. DQMV-nin 1923-cü ildə Azərbaycanın ali dövlət orqanları tərəfindən yaradıldığını nəzərə alaraq, 1991-ci ilin sonunda bu muxtariyyət onlar tərəfindən ləğv edilib. O vaxtdan bəri keçmiş "DQMV"-nin inzibati cəhətdən müəyyən edilmiş sərhədləri yoxdur. Əvvəlki 185 minlik əhali içərisindən azərbaycanlıların qovulmasından və Qarabağ səhra komandirlərinin repressiv rejimindən qaçan ermənilərin kütləvi şəkildə mühacirətindən sonra indi orada 50 mindən çox insan qalmayıb. Bu ərazidə real güc rus sülhməramlıların komandanlığıdır və separatçı rejimin qondarma “prezidenti”, “parlamenti”, “nazirləri” bəzək kimi çıxış edirlər”.
Musabəyov deyib ki, xarici diplomatların və medianın Qarabağ ermənilərinin muxtariyyət iddialarına keçmiş “DQMV” anlayışı ilə müəyyən qədər haqq qazandırmağa çalışması həyəcan doğurur: “Deməli, “DQMV” hətta “keçmiş” prefiksi ilə də beynəlxalq sənədlərdə yer tutmur. Daha dəqiq və neytral “Qarabağın ermənilər yaşayan hissəsi” anlayışıdır və bunu təbliğ etmək lazımdır".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi - TƏFƏRRÜAT
Bu gün, 10:27 |
|
|
|
| • Aİ Rusiya məhdudiyyətlərinin təsirini azaltmaq üçün Ermənistana təcili ticarət dəstəyi hazırlayır - “Financial Times”
Bu gün, 10:18 |
|
|
|
| • "Səhv bizdə olub ki, vaxtında etiraz etməmişik..." - NARAZILIQ VAR...
Bu gün, 10:17 |
|
|
|
| • Rusiya Ermənistan maşınlarını sərhəddən buraxmır - Kreml İrəvanı SIXIR...
Bu gün, 10:01 |
|
|
|
| • Robert Köçəryanın həbsi üçün icazə istənildi - “Joqovurd”
Bu gün, 09:55 |
|
|
|
| • Türk Zəngi Dövləti pulu - FOTO
Bu gün, 09:39 |
|
|
|
| • "Bu islahatın əsas əhəmiyyətini üç istiqamətdə qiymətləndirmək mümkündür" - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Bu gün, 09:30 |
|
|
|
| • İsrail olmasaydı, Amerika olmazdı - ABŞ səfiri
Bu gün, 09:27 |
|
|
|
| • Şirkət rəhbərinin 227 minlik dələduzluq işi: - vətəndaşlara müxtəlif vədlər verdi
Bu gün, 08:35 |
|
|
|
| • "Yay bitir, amma gəlib çıxmadı sifarişimiz..." - GİLEY
Bu gün, 08:26 |
|
|
|
| • Bu qurumdan elektron şəkildə şikayət MÜMKÜN DEYİL... - BU NƏDİ BELƏ?
Bu gün, 08:15 |
|
|
|
| • Lənkəran Balıq Kombinatı batdı: Həm bağlandı, həm də borc içindədir - TƏFƏRRÜAT
Bu gün, 08:11 |
|
|
|
| • Feysbuk və İnstaqram tamamilə ödənişli olur? – Vacib açıqlama
Bu gün, 08:08 |
|
|
|
| • ABŞ-nin bütün raketləri belə Ukraynanın ehtiyaclarını qarşılaya bilməzdi - Vens
Bu gün, 08:06 |
|
|
|
| • TƏBİB-in yeni şefi də ginekoloqları qoruyacaqsa... - GƏLİŞMƏ
Bu gün, 08:05 |
|
|
|
| • "Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu... - BU NƏDİ BELƏ?
Bu gün, 07:42 |
|
|
|
| • DSMF sosial MÜDAFİƏ fondudur, yoxsa MƏNİMSƏMƏ? -Normativ aktlar “məmur işğalı”ndan nə vaxt qurtulacaq?
Bu gün, 07:38 |
|
|
|
| • Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar… - Bu, bir ATA HARAYIDIR...
Bu gün, 07:32 |
|
|
|
| • Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞI - bunu bir araşdıran olsa...
Bu gün, 07:29 |
|
|
|
| • Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir - AÇIQLAMA
Bu gün, 07:20 |
|
|
|
| • Ermənistan sülhə sadiq qalacaq? - Görünəni odur ki...
Bu gün, 07:16 |
|
|
|
| • Dövlət vəsaiti hara xərclənib? – Həsənrizdə təmir qalmaqalı
Bu gün, 07:15 |
|
|
|
| • Deputatdan yayılan videoya reaksiya: "Şərəfsizdirlər" - “Bu videonun bizimlə heç bir əlaqəsi yoxdur"
Bu gün, 07:05 |
|
|
|
| • Nazirliyə işə düzəlmək istədi və... - İTTİHAM VAR...
Bu gün, 07:00 |
|
|
|
| • Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:51 |
|
|
|
| • Ermənistan seçkisindən sonrakı geopolitik gözləntilər - İNCƏLƏMƏ
Bu gün, 06:49 |
|
|
|
| • Qiymət bahalaşıb: Nə alan var, nə satan - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:47 |
|
|
|
| • Azərbaycandan Ermənistana qaz tədarükü: Reallıq, yoxsa siyasi gediş? - AKTUAL
Bu gün, 06:44 |
|
|
|
| • Nazir müavini ilə ASC sədrini nə birləşdirir? - İLGİNC FAKTLAR
Bu gün, 06:42 |
|
|
|
| • "Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 06:33 |
|
|
|
| • "Çox adam deyir ki, məni toya niyə çağırmadınız"
Bu gün, 06:30 |
|
|
|
| • Bu, o demək deyil ki, Mehdiyevlər bank sektorundan tam çəkilir... - ŞƏRH
Bu gün, 06:25 |
|
|
|
| • ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endirib - SOUTHCOM
Bu gün, 06:21 |
|
|
|
| • İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər - Vens
Bu gün, 06:19 |
|
|
|
| • Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Dünən, 17:25 |
|
|
|
| • Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Dünən, 17:07 |
|
|
|
| • "Qarabağ" daha bir simvolunu İTİRDİ
Dünən, 17:04 |
|
|
|
| • Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Dünən, 17:01 |
|
|
|
| • Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Dünən, 16:59 |
|
|
|
| • Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Dünən, 16:44 |
|
|
|
| • Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Dünən, 16:41 |
|
|
|
| • “Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Dünən, 16:39 |
|
|
|
| • ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Dünən, 16:31 |
|
|
|
| • Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Dünən, 16:28 |
|
|
|
| • Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Dünən, 16:24 |
|
|
|
| • Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Dünən, 16:21 |
|
|
|
| • Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Dünən, 16:19 |
|
|
|
| • Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Dünən, 16:02 |
|
|
|
| • Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Dünən, 16:01 |
|
|
|
| • Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Dünən, 15:58 |
|
|
|
|