Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək? .....                     AQTİ Qoşqar Təhməzlinin şirkətindən 4 milyonluq mal alacaq .....                     Turistlər Azərbaycana ən çox nə üçün gəlir? .....                     “Turan Bank”da iki departament direktoru təyin edilib .....                     UNEC-in “zoom” üçün ödədiyi məbləğ 71% artaraq 51 min manata çatıb .....                     “Türkiyə filmləri dublyaj olunmasın” təklifi: .....                     Azərbaycanda 4 nazir vəzifəsi boşdur .....                     “Benzini dərhal ucuzlaşdırın!” .....                     Tanınmış hakim təqaüdə göndərildi .....                     Azərbaycan yenə sözünü dedi .....                     100 min, 400 min, 2 mənzil... .....                     Ət idxalı artıb: Qiymətlər niyə düşmür? .....                     Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət .....                     Putinin yaşı və ölkədəki böhran gözlənilməz ssenariləri istisna etmir .....                     Tiktoker "Beniz"in məhkəməsində .....                     “Həkim əməliyyatın ortasında dayandı ki, 1700 manat verməlisən” .....                     Paşinyana qarşı ŞOK PLAN .....                     Minlərlə insanın qatili, terrorçu Serj Sərkisyanı görəsən İsrail niyə ittiham etmir? .....                     Rusiyada benzin satışı avtomobillərin nömrə nişanına görə tənzimlənəcək .....                     Agentlik 100 min manatlıq şirkətə qadağa qoydu .....                     Ermənilərin Xankəndində tikdikləri... BU QURUM SÖKƏCƏK! .....                     Xamenei atasının dəfnində iştirak edəcək? .....                     İş tapmaq məqsədilə müraciət etmədiyi müəssisə qalmayıb... .....                     “Azərbaycanın Aİİ-yə üzvlüyünü əngəlləyən səbəblər .....                     “Ermənistanı hinduşka kimi böləcəklər...” .....                     Heydərov onu idarə rəisi təyin etdi .....                     Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq .....                     NİYƏ BU AYNA... ƏYRİ GÖRÜR ÖZÜNÜ... .....                     Dollar və qızılın taleyi .....                     Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq .....                     Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb .....                     Azərbaycanda 10 milyonluq şirkət .....                     Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı .....                     “NEMETSKİ” SABİQLƏR: Keçmiş nazirlər “sadə azərbaycanlı” rolunda... .....                     Xalq artisti GÖZLƏMƏ MÖVQEYİNDƏ .....                     “Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq .....                     Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi .....                     Saxta iş elanları: Qurbana çevrilməyin .....                     Praqmatizm və “kağız müharibəsi” .....                     Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı .....                 

Fazil Mustafanın “bölgə təxəllüslərindən imtina edin” təklifinə sərt reaksiyalar
Tarix: 3-05-2017, 08:39 | Çap et
Fazil Mustafanın “bölgə təxəllüslərindən imtina edin” təklifinə sərt reaksiyalar
“Əlimdə imkan olsaydı, bir çox peşə sahiblərinə, ələlxüsus da müğənnilərə, şou-təqdimatçılarına təxəllüs olaraq hansısa bölgənin adını götürməyi yasaqlayardım”. Bu sözləri deputat Fazil Mustafa sosial şəbəkədə bildirib. O, bölgə adları götürən şəxslərə davranışlarında daha ciddi, ədəbli olmağa çağırış edib:

“Deyərdim ki, öz soyadın varsa, atanın adı varsa, yaxud da hansısa duyğuları özündə ifadə edən adlar varsa, buyurub götürün, ancaq bu bölgə adından bir az uzaq durun. İşdir, əgər bunsuz keçinmək ölüm-dirim məsələsidirsə, o zaman davranışlarınızda daha ciddi, təmkinli, ədəbli olmağa xüsusi diqqət yetirin”.

Deputat qeyd edib ki, bəzi bu cür şəxslər ictimai diqqətin yönəldiyi yerlərdə səviyyəsiz, ədəbsiz, yüngül hərəkətlər etməklə yanaşı, həm də bütöv bir bölgəni töhmət altında qoyur, yaxud da ironiya hədəfinə çevirir: “Həm də bu mənasız və gərəksiz bir regionçuluq duyğusunu cəmiyyətimizdə cücərdir. Naxçıvanlı, Gəncəli, Borçalı, Bərdəli, Qazaxlı, Lənkəranlı, Tovuzlu, Xaçmazlı və s. bölgəsəl təxəllüslər götürüb abırlı davrana bilmirsənsə, niyə kimsə məhz o bölgədən olduğuna görə sənin davranışından xəcalət çəkməlidir?”.

Qeyd edək ki, son günlərdə mətbuatda Tovuzlu təxəllüslü müğənni Şəbnəm Əsədova ilə bağlı biabırçı məlumatlar yayılmaqdadır. Bu səbəbdən bəziləri müğənninin bölgə adını özünə təxəllüs götürməsini tənqid edib. Lakin məlum olduğu kimi, bölgə adını götürən təkcə adıçəkilən müğənni deyil, bu siyahıda aşıq Telli Borçalının, Xuraman Şuşalının və digərlərinin adını çəkmək olar. Ümumilikdə isə təkcə şou-biznes nümayəndələri deyil, zamanla bir çox peşə sahibləri, o cümlədən şair və yazıçılar doğulduğu bölgələrin adlarını özlərinə təxəllüs götürüb və bu adla tanınıblar. Hətta bölgə adlarını götürən məşhur muğam ustadlarımız var, hansı ki, onların əsl adları çoxlarına məlum deyil və həmin sənətçilər məhz təxəllüslərinə görə bu günə qədər tanınır, sevilirlər. Məsələn, Mir Möhsün-ağa Seyid (Şuşinski), İsfəndiyar Cavanşirov (Xan Şuşinski).

Maraqlıdır, bəs özlərinə bölgə adını təxəllüs kimi seçən sənətçi, şair və yazıçılar deputatın tənqidini necə qarşılayır?

Müğənni Xuraman Şuşalı deputatın fikri ilə heç də razı olmadığını bildirdi: “Mənə bu soyadı görkəmli bəstəkarımız Süleyman Ələsgərov verib. 16 yaşımda konservatoriyaya onun yanına getmişdim. Məni dinlədi və soruşdu ki, ”sənin familiyan nədir?", dedim ki, Hüseynova. Mən onda “Bənövşə uşaq xoru”nun solisti idim və İncəsənət Gimnaziyasında oxuyurdum. Demək istəyirəm ki, həmin vaxtlar mən artıq efirlərə çıxırdım, Azərbaycan Dövlət Televiziya və Radiosu Xorunun solisti idim. Dedi ki, “sən təqdimatda özünü Xuraman Şuşalı kimi təqdim et”. O gündən bu günə qədər mən özümü bu cür təqdim etmişəm. Burda mən gözəllik görürəm, pis heç bir şey görmürəm. Üstəlik, Şuşa işğal altındadır və mənim hansısa xarici ölkədə tədbirdə adım çəkiləndə soruşurlar ki, “siz şuşalısız, Şuşa ermənilərin deyil?” Deyirəm ki, “xeyr, Şuşa bizimdir, Azərbaycanındır, mən oralıyam və gec-tez topağımız geri qayıdacaq”. Yəni mən burda gözəllikdən, təbliğatdan başqa heç bir şey görmürəm. Mən birmənalı şəkildə deyirəm ki, bu fikirlə razı deyiləm, hərə özünə cavabdehdir. Bu torpağın yetirşdirdiyi istər xanım, istərsə də bəy özünə cavabdehdir. Hər yerin pisi də, yaxşısı da var".

Aparıcı Afaq Gəncəli isə məsələyə bu cür münasibət bildirdi: “Bundan əvvəl də dəfələrlə qeyd etmişəm ki, mən gəncəli deyiləm, bu ləqəb, təxəllüs deyil, öz soyadımdır. Amma bu belə olmayan halda belə, lap mən bunu təxəllüs götürmüşəm, heç bir zaman Gəncənin adına ləkə gətirmərəm. Gəncənin bir çox dövlət tədbirlərində elə mən iştirak edirəm. Sənətçilərdən kimsə bölgə adları götürürlərsə, əcəb edirlər, mən nə deyə bilərəm ki. Ürəyi istəyib, əcəb edib özünə soyad götürüb. İnsan azaddır. Mən hər kəsə özünə görə hörmət edirəm. İndi kim nə, necə edib, bu onun şəxsi işidir”.

Ordubad rayonunun Behrudi kəndinin adını özünə təxəllüs seçən Rüstəm Behrudi deputatın fikirlərini kəskin tənqid etdi:

“Fazil Mustafa öz işi ilə məşğul olsa yaxşı olar. Mən öz kəndimizin adını özümə təxəllüs götürmüşəm. Bunun nəyi pisdir ki? Dünyanın harasında kitablarım, şeirlərim çap olunanda Behrud təxəllüsüm qeyd olunur. Fazil Mustafa çox ağıllı və savadlı adamdır. Sadəcə, belə məsələlərə müdaxilə etməsi düzgün deyil. Yəni bu işi daha çox ədəbiyyatçıların öhdəsinə buraxsalar yaxşı olar. Əgər danışmağa söhbət yoxdursa... Azərbaycanın o qədər problemləri var ki, getsin o işlərlə məşğul olsun. Biz indi imza götürəndə ondan icazə almalıyıq ki, özümüzə filan təxəllüsü götürürük? Mən bunu anlaya bilmirəm. Hesab edirəm ki, onun yanaşması həm pis, həm də yaxşı mənada düzgün deyil”.

Jurnalist Azər Qaramanlı isə deputatın sözləri ilə razı olduğunu qeyd etdi:

“Mən Fazil bəyə haqq verirəm. 15 ildir ki, mən Qaramanlı imzasını daşıyıram. Amma o dedi, düşünürəm ki, mən indi bu təxəllüsü götürməzdim. Ona görə ki, ən azından bayağılıq yaranır, həddindən artıq şişirtmələr ortalığa çıxır. Yəni mahiyyətlə keyfiyyət çox hallarda üst-üstə düşmür. Bəzi adamlar özlərinə gurultulu təxəllüslər götürməyə çalışırlar. İndiki halımda Qaramanlı imzasından imtina etmək istəyərdim, amma ortada bir tarix var və o tarixdən keçməyim bir qədər çətindir. Hesab edirəm ki, kimsə hansısa bölgə adının arxasında gizlənməməli, olduğu kimi görünməlidir”.

Olayın əsas səbəbkarı, müğənni Şəbnəm Əsədova (Tovuzlu) isə ölkə.az-a açıqlamasında qeyd edib ki, davranışlarında heç də bölgənin adına ləkə gətirəcək hərəkət yoxdur:

“Şou-biznesdə olanların çoxundan yaxşı abır-həyamız var. Sadəcə, gözləri götürmür deyə, dışlamaq istəyirlər. O da alınmır. Şükür Allaha, ailəm, uşağım öz yerindədir. Mənimlə rəqabət aparanlar sonda özləri uduzurlar”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?
Bu gün, 18:07
AQTİ Qoşqar Təhməzlinin şirkətindən 4 milyonluq mal alacaq - ÖZ ƏLİ... ÖZ BAŞI...
Bu gün, 17:47
Turistlər Azərbaycana ən çox nə üçün gəlir? – ŞOK SƏBƏBLƏR
Bu gün, 17:44
“Turan Bank”da iki departament direktoru təyin edilib - ƏMR
Bu gün, 17:39
UNEC-in “zoom” üçün ödədiyi məbləğ 71% artaraq 51 min manata çatıb
Bu gün, 17:38
“Türkiyə filmləri dublyaj olunmasın” təklifi: - “Bəlkə, rusca danışaq?”
Bu gün, 17:35
Azərbaycanda 4 nazir vəzifəsi boşdur - SİYAHIDA BAŞQA POSTLAR DA VAR
Bu gün, 17:23
“Benzini dərhal ucuzlaşdırın!” – Trampın tələbi niyə iqtisadi reallığa uymur?
Bu gün, 17:20
Tanınmış hakim təqaüdə göndərildi - BUNDAN SONRA...
Bu gün, 17:18
Azərbaycan yenə sözünü dedi - İsrailin qərarı “Bir millət, iki dövlət”i bir daha təsdiqlədi
Bu gün, 17:11
100 min, 400 min, 2 mənzil... - “QANPULU” DAVASI
Bu gün, 16:48
Ət idxalı artıb: Qiymətlər niyə düşmür? - AKTUAL
Bu gün, 16:38
Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət - BU NƏDİ BELƏ?
Bu gün, 16:34
Putinin yaşı və ölkədəki böhran gözlənilməz ssenariləri istisna etmir - Tofiq Zülfüqarov
Bu gün, 16:31
Tiktoker "Beniz"in məhkəməsində QALMAQALLI İFADƏLƏR
Bu gün, 16:29
“Həkim əməliyyatın ortasında dayandı ki, 1700 manat verməlisən” – Barmağı və dabanı amputasiya edilən şairin başına gələnlər
Bu gün, 16:23
Paşinyana qarşı ŞOK PLAN - İLGİNC detallar BU YAZIDA
Bu gün, 16:21
Minlərlə insanın qatili, terrorçu Serj Sərkisyanı görəsən İsrail niyə ittiham etmir?
Bu gün, 16:18
Rusiyada benzin satışı avtomobillərin nömrə nişanına görə tənzimlənəcək - BU DA OLDU!
Bu gün, 16:07
Agentlik 100 min manatlıq şirkətə qadağa qoydu – TENDERLƏRDƏ İŞTİRAK EDƏ BİLMƏYƏCƏK
Bu gün, 16:06
Ermənilərin Xankəndində tikdikləri... BU QURUM SÖKƏCƏK! - DETALLAR
Bu gün, 16:01
Xamenei atasının dəfnində iştirak edəcək?
Bu gün, 15:58
İş tapmaq məqsədilə müraciət etmədiyi müəssisə qalmayıb... - GİLEY
Bu gün, 15:46
“Azərbaycanın Aİİ-yə üzvlüyünü əngəlləyən səbəblər – Rusiyanın əbəs GÖZLƏNTİSİ
Bu gün, 15:01
“Ermənistanı hinduşka kimi böləcəklər...” – erməni politoloqdan SOS
Bu gün, 14:59
Heydərov onu idarə rəisi təyin etdi - ƏMR
Bu gün, 14:57
Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq - Qətər XİN
Bu gün, 14:52
NİYƏ BU AYNA... ƏYRİ GÖRÜR ÖZÜNÜ... HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:45
Dollar və qızılın taleyi HƏLL EDİLİR
Bu gün, 13:10
Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq
Bu gün, 13:00
Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb - BUNDAN SONRA...
Bu gün, 12:59
Azərbaycanda 10 milyonluq şirkət – LƏĞV EDİLİR
Bu gün, 12:56
Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı
Bu gün, 12:47
“NEMETSKİ” SABİQLƏR: Keçmiş nazirlər “sadə azərbaycanlı” rolunda... - FOTO
Bu gün, 12:37
Xalq artisti GÖZLƏMƏ MÖVQEYİNDƏ - "Sponsor tapılsa, bu arzum reallaşacaq"
Bu gün, 12:32
“Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq - işçi narazıdır
Bu gün, 12:16
Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi ALİ MƏHKƏMƏDƏ
Bu gün, 12:06
Saxta iş elanları: Qurbana çevrilməyin - DİQQƏT
Bu gün, 12:02
Praqmatizm və “kağız müharibəsi” – Leyen Bakıya nə üçün gəlir?
Bu gün, 11:59
Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı - Foto
Bu gün, 11:58
Pensiya ala bilmədən ölən kişilərin sayı son 26 ildə necə dəyişib? - SİYAHI
Bu gün, 11:55
“Kaspian Speşialist Servises” şirkətinin gəlirləri və mənfəəti azalıb
Bu gün, 11:53
Dövlət qurumu dərmanları qiymətindən baha satan “Zeytun Pharmaceuticals”dan qan torbaları alır – 1,5 MİLYON MANATLIQ
Bu gün, 11:50
Pezeşkiandan ABŞ-a mesaj: - Anlaşma ikitərəfli bir yoldur
Bu gün, 11:45
Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: - Bu il tətil üçün hara getməli?
Bu gün, 11:41
TƏBİB sədrinin işdən çıxarmaq istədiyi direktor könüllü ərizə yazmır - İLGİNC
Bu gün, 11:33
Güney Qafqazda Rusiya - NATO toqquşması – Növbəti XƏBƏRDARLIQ
Bu gün, 11:30
Aqil Nəzərlinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - İLGİNC FAKTLAR...
Bu gün, 11:25
Naxçıvan “dərəbəy”inin Qurbanəli bəyliyi - REPLİKA
Bu gün, 11:09
SSRİ bayrağı qaldıran Səmədovdan İLGİNC ifadə
Bu gün, 11:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru