Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək? .....                     AQTİ Qoşqar Təhməzlinin şirkətindən 4 milyonluq mal alacaq .....                     Turistlər Azərbaycana ən çox nə üçün gəlir? .....                     “Turan Bank”da iki departament direktoru təyin edilib .....                     UNEC-in “zoom” üçün ödədiyi məbləğ 71% artaraq 51 min manata çatıb .....                     “Türkiyə filmləri dublyaj olunmasın” təklifi: .....                     Azərbaycanda 4 nazir vəzifəsi boşdur .....                     “Benzini dərhal ucuzlaşdırın!” .....                     Tanınmış hakim təqaüdə göndərildi .....                     Azərbaycan yenə sözünü dedi .....                     100 min, 400 min, 2 mənzil... .....                     Ət idxalı artıb: Qiymətlər niyə düşmür? .....                     Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət .....                     Putinin yaşı və ölkədəki böhran gözlənilməz ssenariləri istisna etmir .....                     Tiktoker "Beniz"in məhkəməsində .....                     “Həkim əməliyyatın ortasında dayandı ki, 1700 manat verməlisən” .....                     Paşinyana qarşı ŞOK PLAN .....                     Minlərlə insanın qatili, terrorçu Serj Sərkisyanı görəsən İsrail niyə ittiham etmir? .....                     Rusiyada benzin satışı avtomobillərin nömrə nişanına görə tənzimlənəcək .....                     Agentlik 100 min manatlıq şirkətə qadağa qoydu .....                     Ermənilərin Xankəndində tikdikləri... BU QURUM SÖKƏCƏK! .....                     Xamenei atasının dəfnində iştirak edəcək? .....                     İş tapmaq məqsədilə müraciət etmədiyi müəssisə qalmayıb... .....                     “Azərbaycanın Aİİ-yə üzvlüyünü əngəlləyən səbəblər .....                     “Ermənistanı hinduşka kimi böləcəklər...” .....                     Heydərov onu idarə rəisi təyin etdi .....                     Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq .....                     NİYƏ BU AYNA... ƏYRİ GÖRÜR ÖZÜNÜ... .....                     Dollar və qızılın taleyi .....                     Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq .....                     Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb .....                     Azərbaycanda 10 milyonluq şirkət .....                     Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı .....                     “NEMETSKİ” SABİQLƏR: Keçmiş nazirlər “sadə azərbaycanlı” rolunda... .....                     Xalq artisti GÖZLƏMƏ MÖVQEYİNDƏ .....                     “Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq .....                     Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi .....                     Saxta iş elanları: Qurbana çevrilməyin .....                     Praqmatizm və “kağız müharibəsi” .....                     Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı .....                 

“İçmə” deyirsən, içir, “çəkmə” deyirsən, çəkir..." - deputat
Tarix: 24-04-2017, 08:40 | Çap et
“İçmə” deyirsən, içir, “çəkmə” deyirsən, çəkir..."
Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa ilə budəfəki söhbətimizdə, demək olar ki, qeyri-siyasi mövzulardan danışdıq. Əslində siyasətin dominantlıq etmədiyi, qeyri-siyasi mövzuların “meydan suladığı” ölkədə bəlkə də bu, daha doğru seçim oldu. Hər halda məsələlərə orijinal yanaşmaları ilə çox hallarda publikanın marağını özünə cəlb etməyi bacaran Fazil bəy suallarımıza bu dəfə də maraqlı cavablar verdi.

- Fazil bəy, bu yaxınlarda İTV-də maraqlı müzakirələrə qatılmışdınız. Müzakirələrdə bir daha səsləndi ki, Azərbaycan kitab oxuyan ölkələrin sırasında çox aşağı yerlərdə qərarlaşıb. Bu gedişlə biz hara gedirik, niyə durumu dəyişmək istəmirik?

- Bu gün Azərbaycan cəmiyyətinin ən böyük problemlərindən biri mütailə ilə bağlıdır. Mütaliəyə qarşı sanki bir allergiya yayğınlaşıb. Əlbəttə, bəhanələr kifayət qədərdir, test əzbərçiliyi, sosial vəziyyətin çətinliyi, kitabın bahalığı, məşğulluq, ali təhsilin səviyyəsinin aşağı olması, orta təhsildə oxuma vərdişinin yaradılmaması kimi amillər sadalana bilər. Ancaq bunların hamısı əsassız bəhanələrdir. Mütaliə bir mədəniyyət məsələsidir, oturuşmuş bir cəmiyyət kültürüdür. Bizdə bu kültür çox aşağı səviyyədədir. Bunun tarixi kökləri yazılı ədəbiyyatın daha gec mənimsənilməsi ilə bağlıdır. Yəni XIX əsrdə Axundovla başlayan gerçək yazılı mətnlərdən söhbət gedir. Heç sovet dövründə də bu kültürün yüksək olduğu inandırıcı deyil. Cəmiyyətin yazıb-oxuya bilməsi savadlılıq göstəricisi sayılmaz, elə o vaxtlarda da bayağı mətnlərə daha çox diqqət yetirilirdi. Vəziyyətin düzəlməsi orta təhsil mərhələsində uşaqlarda oxumaq vərdişi yaratmaqdır. Bunun üçün müəllimin özü mütaliəyə maraqlı olmalıdır. Müəllimlərin də təhsil aldığı mühit yetkin bilik və dünya görüş vermirsə, o zaman işlər daha da qəlizləşir.

- Sizə elə gəlmirmi ki, mütaliə probleminin bir səbəbi də elə məktəbliləri gündəlik dərslərlə yükləməyimizdir? Uşaqlardakı onurğa əyriliyi problemini bir kənara qoyaq...

- Uşaqları gündəlik dərslərlə yükləməyin o qədər də zərəri yoxdur. Əksinə, uşağa az vaxt buraxmağın daha çox faydası var. İnkişaf etmiş ölkələrdə heç də az dərs yükü nəzərdə tutulmur. Sadəcə, bizdə idman ifrastrukturu həm məktəbdə, həm də məktəbdənkənar sferada formal xarakter daşıyır, uşaqların fiziki sağlamlığına ən əhəmiyyəsiz məsələlərdən biri kimi baxılır. Uşağın təhsil və sağlıq probleminin yükü əsasən valideynin üzərindədir, o zaman əgər valideyn maddi cəhətdən imkansızdırsa, o uşaq taleyin ümidinə qalmış olur. Uşaqların bədən tərbiyəsi və fiziki sağlamlıq proqramlarına qatılması çox vacib məsələdir, buna diqqət verilmədikdə sabahımız üçün sağlamlıq promlemini özü ilə daşıyan çox sayda övladlar ortalıqda qalmış olur. Çantanın ağırlığından çox, laqeydliyimizin zərbəsi uşaqlarda həm onurğa, həm də düşüncə əyriliyinin izlərini buraxır.

- Fazil bəy, nəhayət, siqaretin məhdudlaşdırılması istiqamətində qərar verilmək üzrədir. Artıq prezidentin də iradəsi ortadadır və çətin ki, siqaret mafiyası dirəniş göstərsin. Amma bu qanunun işləyəcəyinə şübhələr var. Necə bilirsiniz, “siqaretsiz yaşaya bilməyən” insanlarımız məhdudiyyətə əməl edəcəkmi?

- Yaxşı bilirsiniz ki, əsrlər boyu, siqaret də çəkilib, spirtli içkilər də içilib, kriminal əməllərə də yol verilib. Hansısa məhdudlaşdırıcı addımlar bu kimi neqativ halların kökünü kəsməyə qadir deyil. Əslində qanunvericilikdə bu cür məhdudlaşdırmalar siqaretə mənfi münasibəti olanların hüquqlarını qorumağa daha çox yönəlib. Çünki siqaret çəkənlər özlərinə qəsd etməklə yanaşı, başqalarının da səhhətinə zərər vururlar. Müəyyən məhdudiyyətlər olanda artıq siqaret çəkməyənlər öz haqlarını etik-mənəvi platformada qoyulan tələb kimi deyil, bilavasitə hüquq platformasında yer alan tələb kimi irəli sürə biləcəklər. Yəni “öz canın cəhənnəmə, mənim canımı zəhərləmə!” Prezidentin siqaretlə bağlı mövqeyi tütün mafiyası qarşısında antisiqaret kampaniyasını genişləndirmək istəyənlərin mövqeyini xeyli möhkəmləndirdi. Ümid edək ki, qanunun müddəaları işləyəcək, ən əsası da budur ki, bu məsələdə cəmiyyət üzvləri saxta üzgörənlik etməsinlər və qanun pozuntusuna qarşı açıq mövqe ortaya qoysunlar.

- Dövlət başçısı daha bir qanunsuzluğu durdurdu: Yasamalda parkı talayıb yerində ev tikənlərin işi pozuldu. Amma qəribəsi və təəccüblüsü budur ki, elə eyni vaxta başqa bir rayonda parkın məhv edilməsi, tikintiyə hazırlıq işlərinin görülməsi xəbəri yayıldı. Sizcə, “balaca padşahlar” niyə qanunlara əməl etmək bir yana, heç olmasa baş verənlərdən dərs almaq istəmirlər?

- Yasamaldakı tikinti zamanı ağacların vəhşicəsinə məhv edilməsini şübhəsiz ki, hamı kimi prezident də ürək ağrısı ilə izləyib və dərhal məsələyə reaksiya bildirib. Burada bəzi məmur və iş adamları çevrəsinin anlamadığı bir məqam var ki, o da Bakının çətin təbiəti ilə bağlıdır. Paytaxtdakı şoranlıq, nəmlik, qumsallıq və küləyə görə bir ağacı yetişdirməyin necə çətinliklə baş verdiyini görünür hər kəs anlamaq istəmir. İnsanlarımızın biznes maraqlarını anlayışla qarşılamalıyıq, ancaq sahibkar da yer seçəndə diqqət yetirməlidir ki, ekoloji problemlərlə qarşılaşmasının nəticələri ilk növbədə özü üçün ağır olacaq. Ona görə də hamılıqla ağacların, yaşıllıqların qorunmasına daha çox diqqət yetirməliyik.

- Fazil bəy, qarşıdan yay mövsümü gəlir və sizin ənənəvi qaldırdığınız məsələni xatırlatmaq yerinə düşər. Xəzərin hasarlanmasını nəzərdə tuturam. Bu yaxınlarda plenar iclasda dəniz kürüsünə, balığına həsrət qalan insanlardan danışdınız. Amma insanları dənizə həsrət qoyanlar da öz işindədir. Belə görünür ki, mühüm yarışlara ev sahibliyi edən Bakı bu dəfə də Xəzəri qonaqlara həsarın üstündən göstərməli olacaq. Elə isə nə etməli?

- Bakının gözəlliyi məhz Xəzər dənizinin sahilində olması ilə müəyyənləşir. Biz isə Allahın verdiyi bu nemətə qarşı çox nankor davranırıq. Ağacların kütləvi şəkildə məhv edilməsi ilə dənizin hasarlanması arasında mahiyyətcə elə bir fərq yoxdur. İnsanlarımız həqiqətən də bu dənizin hasarlanmasından narahatdırlar. Bu, həm də bir ekoloji fəlakətdir. Son illərdə Bakı bağlarında ağ və qara şanı kimi üzüm növlərinin yoxa çıxması məhz dənizdən gələn havanın qarşısının alınması ilə bağlıdır. Yaxşı ki, Xəzərin suyu şordur, inanın ki, bəzi səlahiyyətli şəxslər içə-içə onun suyunu da qurudardılar. Parlamentdə balığın qiyməti məsələsinə toxundum. Doğrudan da təəccüblüdür, ot vermirsən, ət vermirsən, öz-özünə qidalanan məxluqdur, necə olur ki, Xəzərdən tutulan balığın qiyməti digər Xəzəryanı ölkələrdəki qiymətlərdən müqayisəolunmaz dərəcədə bahadır?

“Yaxşı ki, Xəzərin suyu şordur, inanın ki, bəzi səlahiyyətli şəxslər içə-içə onun suyunu da qurudardılar”

- Parlament çıxışınızda icra başçısını jurnalistdən müdafiə etməyinizə bir çoxları təəccübləndi. Sizə elə gəlmirmi ki, bir sıra məmurlar artıq sual verən jurnalistə cavab vermək ənənəsinə də yadırğayıb?

- İcra başçısını müdafiə etməyim əslində jurnalistin etikaya sığmayan davranışı ilə bağlı idi. Youtubedə materialı yerləşdirib yazmışdılar ki, icra başçısı jurnalistə sillə vurdu. Marağımı çəkdi, həmin videonu izlədim və həqiqətən də belə bir xəbərin yayılmasının jurnalistikamızın özü üçün yanlış bir tendensiya olduğunu gördüm. İcra başçısını da az-çox tanıyırdım, onun qadına əl qaldıracaq səviyyədə kobudluq etməsinə qətiyyən inanmazdım. Təxminlərim doğru çıxdı, iş başında olan məmuru jurnalist bütün vasitələrlə təxribata çəkməyə çalışır, sonda isə başçı burnunun içinə girən jurnalistin kamerasını əli ilə itələyərək oradan uzaqlaşır. Əlbəttə, çıxışımda qeyd etdim ki, jurnalistin informasiya əldə etmək hüququ var və bütün məmurlar bu hüquqa sayğı ilə yanaşmalıdırlar. Lakin jurnalistin zorla iş rejimi içində olan məmurdan informasiya qoparmaq hüququ olmamalıdır. Burada jurnalistin yaşlı bir məmura qarşı bu cür davranışını doğru hesab etmədiyimə görə belə bir mövqe sərgilədim. Dediyiniz bir məsələ ilə razıyam ki, Azərbaycanda vəzifəli şəxslərin əksəriyyətinin mətbuatla əlaqələrində arzuladığımız şəffaflıq yox dərəcəsindədir, bu da jurnalistlərin məlumatları dəqiqləşdirmək imkanlarını xeyli məhdudlaşdırır.

- 400 minlik toy edən məmur əhvalatına - “liftçi qızı”nın toyunu nəzərdə tuturam - münasibətiniz də maraqlıdır. Necə bilirsiniz, bu müzakirələrdə tərəflərin hansı haqlıdır? Ümumiyyətlə, toy əhvalatının cəmiyyətdə belə rezonansa səbəb olmasının səbəbini nədə görürsünüz?

- Həmin toyla bağlı ziddiyyətli məqamlar olduğu üçün kiməsə haqsızlıq olmasın deyə, münasibət bildirmək doğru olmaz. Konkret o toyla bağlı demirəm, ancaq indiki Azərbaycan toyları vəhşilikdən, harınçılıqdan, israfçılıqdan ibarət olan və hamımızın kütləvi şəkildə dəstəklədiyimiz bir adətdir və bu toylarla ailə xoşbəxtliyinin deyil, daha çox ailə problemlərinin əsası qoyulur. Hansısa yolla bu toyları sadələşdirmək lazımdır, toy mafiyasının insanlarımıza soxuşdurduğu mənasız yemək zibilliyindən qurtulmaq və iki gəncin gələcək xoşbəxtliyi üçün daha real dəstək istiqamətində düşünmək lazımdır.

- Parlamentdə restoranlara at-eşşək ətinin verilməsindən danışdınız, tədbir görülməsini istədiniz. Ötən günlərdə nəsə dəyişibmi? Fakt budur ki, artıq toya dəvət alanlar ət yeməklərinə əl uzatmağa ehtiyatlanır. Siz necə, toylara dəvət alanda, evdə yeyib gedirsiniz, yoxsa qayıdandan sonra?

- At, eşşək və it ətinin meydan suladığı ərzaq bazarımızda artıq halallıq duyğusu olan insanların da xidmətlərinə şübhə ilə yanaşmağa başlayırsan. Azərbaycanda hamı dəqiq bilir ki, hansı zirzəmidə hansı brend sular doldurulur, hansı spirtli içki hansı zərərli vasitələrlə saxta yollarla hazırlanır və başıboş insanlarımızın mədə-bağırsağını necə sıradan çıxarır. Kolbasaların, sosiskaların, dönərlərin tərkibi də tam müəmma ilə doludur. Ancaq nədənsə bunların hamısı bazarımızdadır, hamısının da möhürü üstündədir. Ötən il Kənd Təsərrüfatı Nazirliyi 70 ton mənşəyi məlum olmayan ət məhsulunu aşkar edərək dövriyyədən çıxarıb. Aşkar edə bilmədikləri isə bundan qat-qat artıqdır. Ona görə də bu mövzuda həyəcan təbili çalmağı vacib hesab edirik. Özümə gəldikdə, toylarda bacardıqca yeməkdən qaçmağa çalışıram, hədsiz ac olanda ətin mənşəyi barədə dediklərimi unudaraq bir şeylər yeməyə çalışıram.

- Ölkədə “leş mafiyası”nın mövcudluğu haqda deyilənləri bölüşürsünüzmü? Sizcə, niyə cəmiyyət bu kökə düşdü?

- “Leş mafiyası” ona görə mövcuddur ki, cəmiyyətdə yeriyən, danışan, problemlərə biganə yanaşan, könüllü şəkildə aldanmağa hazır olan leşlər var.

- Fazil bəy, yəqin diqqət edirsiniz, intiharlar artan silsilə üzrə davam edir, özü də müxtəlif yaş qrupları üzrə. Səbəb və çıxış yolları haqda nə düşünürsünüz? Xəbərə senzura, sizcə, çıxış yoldurmu?

- İntiharların son vaxtlar artması və bir çox tanınmış şəxslərin intihar etməsi hamını ciddi şəkildə narahat etməkdədir. Məncə, bütün kateqoriyadan olan xəbərlərə senzura qoyulması ancaq həmin motivli hadisələrin sayının artmasına səbəb olur. Xəbər almalısan ki, problemə də daha həssas münasibət sərgiləyəsən. Burada tək bir çıxış yolu var, o da insana statistik deyil, hüquqi dəyər verilməlidir. İnsan cəmiyyətdə öz seçiminə, öz iradəsinə uyğun mövqe qazana bilməyəndə fiziki anlamda olmasa da, mənəvi anlamda hər gün intihar filmini izləyir. Çox vaxt deyirlər ki, maarifləndirmə zəifdir. Bu fikirlə razı deyiləm. Maarifçiliyə neqativ münasibəti olan bir cəmiyyətdə hansı formada güclü maarifləndirmə işi aparmaq olar? “İçmə” deyirsən, içir, “çəkmə” deyirsən çəkir, o halda “intihar etmə” desən, guya intihara yaxın durmayacaq?
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?
Bu gün, 18:07
AQTİ Qoşqar Təhməzlinin şirkətindən 4 milyonluq mal alacaq - ÖZ ƏLİ... ÖZ BAŞI...
Bu gün, 17:47
Turistlər Azərbaycana ən çox nə üçün gəlir? – ŞOK SƏBƏBLƏR
Bu gün, 17:44
“Turan Bank”da iki departament direktoru təyin edilib - ƏMR
Bu gün, 17:39
UNEC-in “zoom” üçün ödədiyi məbləğ 71% artaraq 51 min manata çatıb
Bu gün, 17:38
“Türkiyə filmləri dublyaj olunmasın” təklifi: - “Bəlkə, rusca danışaq?”
Bu gün, 17:35
Azərbaycanda 4 nazir vəzifəsi boşdur - SİYAHIDA BAŞQA POSTLAR DA VAR
Bu gün, 17:23
“Benzini dərhal ucuzlaşdırın!” – Trampın tələbi niyə iqtisadi reallığa uymur?
Bu gün, 17:20
Tanınmış hakim təqaüdə göndərildi - BUNDAN SONRA...
Bu gün, 17:18
Azərbaycan yenə sözünü dedi - İsrailin qərarı “Bir millət, iki dövlət”i bir daha təsdiqlədi
Bu gün, 17:11
100 min, 400 min, 2 mənzil... - “QANPULU” DAVASI
Bu gün, 16:48
Ət idxalı artıb: Qiymətlər niyə düşmür? - AKTUAL
Bu gün, 16:38
Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət - BU NƏDİ BELƏ?
Bu gün, 16:34
Putinin yaşı və ölkədəki böhran gözlənilməz ssenariləri istisna etmir - Tofiq Zülfüqarov
Bu gün, 16:31
Tiktoker "Beniz"in məhkəməsində QALMAQALLI İFADƏLƏR
Bu gün, 16:29
“Həkim əməliyyatın ortasında dayandı ki, 1700 manat verməlisən” – Barmağı və dabanı amputasiya edilən şairin başına gələnlər
Bu gün, 16:23
Paşinyana qarşı ŞOK PLAN - İLGİNC detallar BU YAZIDA
Bu gün, 16:21
Minlərlə insanın qatili, terrorçu Serj Sərkisyanı görəsən İsrail niyə ittiham etmir?
Bu gün, 16:18
Rusiyada benzin satışı avtomobillərin nömrə nişanına görə tənzimlənəcək - BU DA OLDU!
Bu gün, 16:07
Agentlik 100 min manatlıq şirkətə qadağa qoydu – TENDERLƏRDƏ İŞTİRAK EDƏ BİLMƏYƏCƏK
Bu gün, 16:06
Ermənilərin Xankəndində tikdikləri... BU QURUM SÖKƏCƏK! - DETALLAR
Bu gün, 16:01
Xamenei atasının dəfnində iştirak edəcək?
Bu gün, 15:58
İş tapmaq məqsədilə müraciət etmədiyi müəssisə qalmayıb... - GİLEY
Bu gün, 15:46
“Azərbaycanın Aİİ-yə üzvlüyünü əngəlləyən səbəblər – Rusiyanın əbəs GÖZLƏNTİSİ
Bu gün, 15:01
“Ermənistanı hinduşka kimi böləcəklər...” – erməni politoloqdan SOS
Bu gün, 14:59
Heydərov onu idarə rəisi təyin etdi - ƏMR
Bu gün, 14:57
Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq - Qətər XİN
Bu gün, 14:52
NİYƏ BU AYNA... ƏYRİ GÖRÜR ÖZÜNÜ... HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:45
Dollar və qızılın taleyi HƏLL EDİLİR
Bu gün, 13:10
Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq
Bu gün, 13:00
Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb - BUNDAN SONRA...
Bu gün, 12:59
Azərbaycanda 10 milyonluq şirkət – LƏĞV EDİLİR
Bu gün, 12:56
Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı
Bu gün, 12:47
“NEMETSKİ” SABİQLƏR: Keçmiş nazirlər “sadə azərbaycanlı” rolunda... - FOTO
Bu gün, 12:37
Xalq artisti GÖZLƏMƏ MÖVQEYİNDƏ - "Sponsor tapılsa, bu arzum reallaşacaq"
Bu gün, 12:32
“Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq - işçi narazıdır
Bu gün, 12:16
Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi ALİ MƏHKƏMƏDƏ
Bu gün, 12:06
Saxta iş elanları: Qurbana çevrilməyin - DİQQƏT
Bu gün, 12:02
Praqmatizm və “kağız müharibəsi” – Leyen Bakıya nə üçün gəlir?
Bu gün, 11:59
Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı - Foto
Bu gün, 11:58
Pensiya ala bilmədən ölən kişilərin sayı son 26 ildə necə dəyişib? - SİYAHI
Bu gün, 11:55
“Kaspian Speşialist Servises” şirkətinin gəlirləri və mənfəəti azalıb
Bu gün, 11:53
Dövlət qurumu dərmanları qiymətindən baha satan “Zeytun Pharmaceuticals”dan qan torbaları alır – 1,5 MİLYON MANATLIQ
Bu gün, 11:50
Pezeşkiandan ABŞ-a mesaj: - Anlaşma ikitərəfli bir yoldur
Bu gün, 11:45
Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: - Bu il tətil üçün hara getməli?
Bu gün, 11:41
TƏBİB sədrinin işdən çıxarmaq istədiyi direktor könüllü ərizə yazmır - İLGİNC
Bu gün, 11:33
Güney Qafqazda Rusiya - NATO toqquşması – Növbəti XƏBƏRDARLIQ
Bu gün, 11:30
Aqil Nəzərlinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - İLGİNC FAKTLAR...
Bu gün, 11:25
Naxçıvan “dərəbəy”inin Qurbanəli bəyliyi - REPLİKA
Bu gün, 11:09
SSRİ bayrağı qaldıran Səmədovdan İLGİNC ifadə
Bu gün, 11:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru