Məhkəmə ADR-in Ədliyyə Nazirliyinə qarşı şikayətini icraata götürüb
Tarix: 21-04-2017, 09:59 |
Çap et
Məhkəmə Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) qeydiyyatla bağlı Ədliyyə Nazirliyinə qarşı şikayətini icraata götürüb.
ADR sədrinin müavini Ellada Məmmədlinin APA-ya verdiyi xəbərə görə, şikayətə mayın 2-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Tahirə Əsədovanın sədrliyi ilə baxlacaq.
Qeyd edək ki, ADR dövlət qeydiyyatına alınması ilə bağlı Ədliyyə Nazirliyinə bir neçə dəfə müraciət edib, lakin nazirlik müraciətə müsbət cavab verməyib.
Bundan sonra hərəkatın sədri Qubad İbadoğlu Ədliyyə Nazirliyini məhkəməyə verib.