“Mənə dolları ilk dəfə Ayaz Mütəllibov göstərib” - Yaqub Məmmədov
Tarix: 29-03-2017, 11:07 | Çap et
Milli Məclisin keçmiş sədri, Azərbaycan prezidenti səlahiyyətlərini icra etmiş Yaqub Məmmədovun Lent.az-a müsahibəsi. – Yaqub bəy, stolunuzun üstündə İmam Əli haqda kitabı var. Oxuyursunuz, yoxsa kimsə hədiyyə verib, orda qalıb? – Çox maraqlı kitabdır. Təəssüf ki, bizim dindarlar, mollalar məclislərdə savadsızlıq göstərir. Ancaq bu kitabı oxuyandan sonra o qənaətə gəlirsən ki, cəmiyyətdə yaxşı nə varsa hamısını o vaxt tətbiq ediblər. Məsələn, kommunizmin əxlaq kodeksi İmam Əlidən götürülüb. Dinindən, millətindən, dünyagörüşündən asılı olmayaraq hamı allahın bəndəsidir, hamıya eyni münasibət olmalıdır, ədalət, humanizm, insanlara qayğı, bərabərlik və s. hamısı bu kitabda var. Ancaq bizim mollalar yasxanalarda başqa şeylər danışırlar. – Elə bil, mollalardan acıqlısınız. – Yaxşı cavan mollalarımız var. Xaricdə oxuyublar, gəliblər. Ancaq azdırlar. Köhnə mollalardan isə nə deyim?! Danışırlar da! (gülür) – Tibb Universitetində dərs deyirsiniz? – Təbii... Müəllimin işi dərs deməkdir. Mühazirələr oxuyuram. – Siz tibb elminin konkret hansı sahəsi ilə məşğulsunuz? – Mən bu elmin fundamental nəzəri sahəsində mütəxəssisəm. Bu, bütün xəstəliklərin gedişini, nəticəsini, orqanizmin müxtəlif funksiyaları arasında olan qarşılıqlı əlaqələrini, bir orqanda baş verən xəstəliyin başqa üzvlərdə necə dəyişikliklər törətməsini və s. öyrənən bir elmdir. Apardığımız bütün təcrübələr, nəticələr isə sonradan klinikada tətbiq olunur. – Mətbuatda tez-tez xəbərlər gedir: ana doğuş zamanı dünyasını dəyişdi, gənc qız burun əməliyyatında həyatını itirdi, həkim sağ əvəzinə sol ayağı kəsdi... Niyə belədir bizim həkimlər? – İndi həkimlərimizi danlamaq moda düşüb. Ancaq bizim həkimlərimiz çox böyük işlər görürlər, onların böyük əksəriyyəti savadlı mütəxəssislərdir, ən ağır xəstəlikləri belə, müalicə eləyə bilirlər. Mən uzun illərdir, bu sahədə işləyən adamam və hesab edirəm ki, həkimlərimizə qarşı cəmiyyətimizdə ədalətsiz münasibət formalaşıb. – Yaxşı həkimlərimiz varsa, bəs niyə imkanlı şəxslər canı ağrıyan kimi xaricə gedir? – Mən hələ Tibb Universitetində rəhbər vəzifədə işləyəndə, 1991-ci ildə İstanbul Universitetinin rektoru başda olmaqla böyük bir nümayəndə heyətini Azərbaycana dəvət etmişdim, onlarla əməkdaşlıq etmək fikrimiz vardı. Onlar bizim yuxarı kursun tələbələri ilə görüşüb söhbət eləyəndən və aparılan əməliyyatları görəndən sonra dedilər ki, bizim tələbələr onların professorlarından yaxşı bilir. Bizim həkimlər ki bu şəraitdə bu əməliyyatları aparırlar, bu cür xəstəlikləri müalicə edirlər, onların hər birinə qəhrəman adı vermək olar. – İndi ki, maddi-texniki bazamız pis vəziyyətdə deyil, müasir aparatlar, cihazlar, dərmanlarımız var. Bəs problem nədir, nə üçün insanlar səhiyyəmizdən narazıdırlar? – Bəli, müstəqillik dövründə şükürlər olsun ki, imkanlarımız böyüyür, avadanlıqlar, aparatlar alınır, yeni müalicə vasitələrindən istifadə olunur. Dünyaya açılmışıq, gənclərimiz başqa ölkələrdə gedən prosesləri görüb qayıdırlar. Və deyim ki, Azərbaycanın özündə də bu gün ən ağır əməliyyatlar aparılır. Hətta orqan köçürülməsi də mümkündür. Get-gedə də elə şərait yaradılacaq ki, heç xaricə getməyə ehtiyac qalmayacaq. İkincisi, imkanı olan adamların müalicə üçün xaricə qaçması moda düşüb. Halbuki, bizim səhiyyəmiz, tibb elmimiz nə İrandan, nə də Türkiyədən geridir. – Əminsiniz? – Bunu tam məsuliyyətimlə deyirəm. – Məşhur ürək cərrahları Rəşad Mahmudovu, Kamran Musayevi o vaxt Türkiyəyə oxumağa Elçibəy göndərmişdi. Oxuyub gəldilər, indi uğurlu əməliyyatlar aparırlar... Hətta Rəşad həkim deputat da oldu. – Elçibəyə mənim böyük hörmətim var. Allah rəhmət eləsin. Ancaq o gəncləri Türkiyəyə Elçibəy yox, biz göndərmişik. Kamran Musayevi də, Rəşad Mahmudovu da, başqalarını da. – Əsas söhbətə başlayaq. Necə oldu tibbdən siyasətə gəldiniz? Tibb hara, siyasət hara? – O dövrün, o quruluşun ən müsbət cəhətlərindən biri də bu idi ki, qapılar hamı üçün açıq olurdu. Mənim kimi bir adamın, dağ rayonunun – Gədəbəyin ucqar bir kəndindən, heç kəsi olmayan, heç rayon mərkəzini görməmiş bir uşağın gəlib Tibb Universitetinə qəbul olması, universiteti qurtarması, aspiranturaya girməsi, elmin müxtəlif sahələri üzrə tədqiqatlar aparması və s. o dövrün ən yaxşı cəhəti idi. Təkcə mən yox, mənim kimi minlərlə adam üçün belə idi. Mənim heç kəsim olmayıb, nə atam savadlı olub, nə də anam. Beş qardaş olmuşuq, hamımız ali təhsil almışıq. – Bildiyimizə görə, rektor olduğunuz illərdə savadlı tələbələri universitetə özünüz qəbul edirsinizmiş. – Mən yüzlərlə belə adamı qəbul eləmişəm. Bu gün Azərbaycan səhiyyəsində ən aparıcı həkimlər, ən aparıcı alimlər mənim hazırladığım kadrlardır. – Bir fikir də var ki, guya sizin rektorluğunuz dövründə Tibb Universitetində rüşvət əlindən tərpənmək olmurmuş. – Rüşvət o dövrdə də olub, bu dövrdə də var, bundan sonra da olacaq. Ancaq mən bu universitetdə inqilabi dəyişikliklər eləmişəm, qapıları sadə insanların üzünə açmışam. 1983-cü ildə SSRİ məkanında ilk dəfə qəbul imtahanlarını açıq keçirmişəm. Valideyn övladının qolundan tutub imtahana gətirib, uşaq bileti çəkib atasının, anasının yanında cavab verib, hamı da eşidib. Yaxşıdırsa, yaxşı olub, pisdirsə, pis. Vəzifəli adamların uşaqlarının çoxu kəsildi getdi. Mərkəzi Komitənin katibinin, rayon partiya komitəsinin katiblərinin, prokurorluq işçilərinin, polis rəislərinin çoxunun uşaqları savadsız idilər deyə kəsildilər. Hətta səhiyyə naziri mənə dedi ki, nə edirsən, səni öldürərlər. Dedim, universitet ətrafında gedən rüşvət söz-söhbətlərindənsə, belə bir biabırçılıqdansa, ölmək yaxşıdır. – Əlinizi ürəyinizin üstünə qoyub deyə bilərsinizmi heç vaxt rüşvət almamışam? – Bəli, deyə bilərəm. Hədiyyələr, suvenirlər olub, amma kimsə mənə rüşvət versin ki, nəyisə eləyim, xeyr, belə bir şey etməmişəm. – Bəs niyə sizə “dollar Yaqub” deyirlərmiş? – Bu, mənə qarşı böyük bir şər kampaniyası idi. O dövrdə heç dollar yox idi. Mən dolları ilk dəfə 1992-ci ildə görmüşəm. O vaxt Mütəllibov böyük bir nümayəndə heyəti ilə Türkiyəyə səfər eləmişdi, mən də o tərkibdə idim. Onda bankdan bizim hərəmizə 170 dollar verdi. Mənə dolların sifətini ilk dəfə Ayaz Mütəllibov göstərib. – Yaqub bəy, siz prezident səlahiyyətlərini icra etdiyiniz vaxta Şuşa işğal olundu. Bəs niyə tez-tez deyirlər ki, Şuşanı satdılar? Axı işğal və satmaq ayrı-ayrı şeylərdir. – Bunu o adamların özündən soruşmaq lazımdır ki, Şuşanı satmaq necə olur?! Yaxud Laçını, Kəlbəcəri necə satmaq olar?! Sözdür, danışırlar. Sadəcə, işğal olunmuş rayonların müdafiəsi yaxşı təşkil olunmalı idi. Olunmadı, Şuşa da getdi. Silah-sursatımız olmadı. Qarabağdan əlavə 6-7 rayon işğal olundu, deməli, onların hamısı satılıb? Mən ümumiyyətlə, satılmaq terminin tərəfdarı deyiləm. Özü də Şuşanı daha çox qabardırlar: Şuşanı satdılar, Şuşanı verdilər... Bəs o biri rayonları niyə Şuşa qədər qabartmırlar? Bunların hamısı heç bir əsası olmayan söz-söhbətlərdir. Bizim ən böyük nöqsanlarımızdan biri də budur ki, hamı günahı bir-birinin üstünə atır. Dünyanın heç bir ölkəsində belə bir şey yoxdur. Fikir verin, o boyda Rusiyada nələr baş verdi. Qorbaçov, Yeltsin Rusiyanı nə günə qoydu?! İndi onların adını çəkən varmı, onlar haqqında danışan, pisləyən varmı? Yeltsinin Rusiyanın başına açmadığı oyun qalmadı, amma Putin ona yubiley keçirir, adına muzey açır, küçəyə adını verir. – Axı torpaqlarımız işğal edilib... Deyirsiniz, unudaq getsin? – Torpaq təkcə bizdəmi işğal olub? O qədər ölkənin torpağı gedib. Torpaq işğal olunanda nə olar ki?! Müharibə belədir, işğal da eləmək olar, ərazi də zəbt eləmək olar, qalib də gəlmək olar, məğlub da olmaq olar. Bu o deməkdir ki, hər şeyi qara rəngdə görmək lazımdır? Şuşadan sonra nə qədər ərazimiz işğal olunub. Bunun isə obyektiv səbəbləri var. Sadəcə, bu məsələlərə toxunmaq istəmirəm. Bu mövzu haqda çox danışmağa ehtiyac yoxdur. – Niyə? – Çünki həqiqəti demək ağırdır. – Axı biz elə-belə məsələdən danışmırıq... – Yenə deyirəm, həqiqət çoxlarının xoşuna gəlmir, ona görə danışmağa ehtiyac görmürəm. – Şəxsi həyatınızdan sual versəm, danışmaya bilərsiniz. Bu ki Azərbaycanın taleyüklü bir məsələsidir. – Mənim şəxsi həyatımla da bağlı o qədər ədalətsiz, qeyri-obyektiv danışanlar olub. İkincisi, axırıncı dəfə 1992-ci il, may ayının 14-də mənim parlamentdə bir çıxışım olub. O çıxışı qaldırıb baxsanız, orda bəzi məsələləri danışmışam. – Biz böyük siyasi oyunların kiçik oyunçularıyıq? – Bəli, o çıxışı deyirəm. – Axı dediniz, o çıxışda bəzi məsələləri danışmışam. Olmazmı bəzi məsələləri yox, hər şeyi deyəsiniz? – Sən onda uşaq olardın. Ölkədə gedən proseslər və konkret Şuşanın işğalı ilə bağlı Ali Sovetdə bir çıxış elədim. Hakimiyyət uğrunda mübarizələr gedirdi, biri gedirdi, biri gəlirdi. Ölkə daxilində didişmə idi, vəzifə, hakimiyyət davası aparırdılar. Bütün bu şeylərlə bağlı sözümü son çıxışımda dedim və istefa verib getdim. – Siz “böyük siyasi oyunların kiçik peşkası” olduğunuzu nə vaxt bildiniz? – Rektor kimi təbii, bu məsələləri bilə bilməzdim. Ancaq prezident səlahiyyətlərini icra eləyəndə mənim dövlət rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərim, söhbətlərim oldu. Rusiyadan, Amerikadan, Fransadan və başqa ölkələrdən gəlib-gedirdilər, bunların hamısı ilə söhbətdən, ölkə daxilində və xaricində gedən prosesləri təhlil eləyəndən sonra o qənaətə gəldim ki, biz böyük siyasi oyunların kiçik “peşka”larıyıq. – Prezident səlahiyyətlərini icra elədiyiniz vaxtda daxili siyasətlə bağlı yaddaqalan hansısa qərarlarınız oldumu? – Bəli, bir neçə əhəmiyyətli qərarım olub. Birincisi, bütün təhsil sahəsində işləyən əməkdaşları kommunal xərclərdən tamamilə azad elədim. Şəhər nəqliyyatını pulsuz elədim. Təhsil işçilərinin əməkhaqqını üç dəfə artırdım. Tələbə və aspirantların təqaüdünü artırdım. Təqaüd alanların axırıncı iş yerində aldıqları əməkhaqqının tam saxlanılması haqqında qərar verdim. Təcili yardım stansiyalarında işləyən həkimlərin maaşlarını artırdım. Çernobıl və Əfqanıstanda döyüşüb gələn əlillərin sosial müdafiəsini yaxşılaşdırdım və s. Ümumiyyətlə, sosial sahədə çox yaxşı işlər gördüm. – Bəs xarici siyasətlə bağlı hansı addımlar atdınız? – Çalışdıq, qonşu dövlətlərlə normal münasibətlər yaradaq. Gürcüstan, Rusiya, İran, Türkiyə, Avropa ölkələri və s. Başa düşürdük ki, Rusiya ilə münasibətləri yaxşı qurmaq, MDB-yə getmək, Kollektiv Təhlükəsizlik Müqaviləsinin ölkələri ilə yaxşı münasibət qurmaq lazımdır. Ancaq xarici siyasətdə uğur əldə etmək mümkün olmadı. Çünki o vaxt Ayaz Mütəllibov və mən qonşu dövlətlərlə yaxşı münasibət məsələsini qaldıranda müxalifət imkan vermirdi. Mətbuatda oxudunuzmu, bu yaxınlarda müxalifətçilər yenə Mütəllibovu daş-qalaq elədilər, ona xəyanətkar dedilər. – Xəyanətkar deyil ki? – Onun xəyanəti nədən ibarət olub ki? – Xocalı faciəsi... – Mütəllibovun heç bir cinayət məsuliyyəti yoxdur. Mütəllibov Xocalı qırğınına görə istefa verdi, dedi, ona yalan məlumat veriblər, deyiblər, orda iki nəfər ölüb. Sonra Ali Sovetdə deputat-istintaq komissiyası yaradıldı ki, Xocalı məsələsi araşdırılsın. Deputat-istintaq komissiyası məsələni araşdırdı və qərar verdi ki, Mütəllibovun cinayət tərkibli günahı yoxdur. – 20 yanvar faciəsi necə? – 20 yanvar qırığını baş verəndə Bakı SSRİ-nin şəhəri idi. Axı Ayaz Mütəllibov Sovet qoşunlarının Bakıya necə çağıra bilərdi? Sovet qoşunları onsuz da Bakıda idilər. – Yaqub bəy, Fazil Mustafa müsahibəsində demişdi ki, gəlin, hakimiyyətlə mübarizə kursundan imtina edək, ayrı-ayrı məsələlərdə cəmiyyətə xeyir verək. – Fazil Mustafa çox düzgün təklif edib. Mən də hakimiyyətlə mübarizəni, çəkişməni bu şəkildə davam etdirməyin qəti tərəfdarı deyiləm. Bu iqtidar-müxalifət söz-söhbətinə birdəfəlik son qoymaq lazımdır. Çünki Azərbaycanın ən böyük problemi milli birliyin olmaması və Qarabağdır. – Deyirsiniz ölkədə müxalifət olmasın? – Müxalifətsiz ölkə mümkün deyil. Ancaq sağlam müxalifət olsun. Daha qarşısına məqsəd qoymasın ki, bunu yıxaq, biz gələk, o biri də bizi yıxsın. Ard-arda Azərbaycanda nə qədər hakimiyyət dəyişmək olar?! Ona görə də hakimiyyətlə sağlam münasibət qurmaq və əməkdaşlıq etmək lazımdır. Axı hakimiyyətdə olan da Azərbaycan vətəndaşıdır, müxalifətdə olan da. – Bayaq söz düşdü, soruşmağı unutdum. O vaxt Azərbaycanın MDB-yə daxil olmasına konkret hansı qüvvələr mane olurdu? – Ayaz Mütəllibovun vaxtında buna Xalq Cəbhəsi mane oldu. O vaxt Milli Şura yaradıldı, birmənalı şəkildə əleyhinə çıxdılar ki, MDB-yə getmək olmaz. – Niyə? – Guya MDB-yə getmək Azərbaycanın müstəqilliyini itirməkdir, müstəqilliyə xəyanətdir. Mütəllibov da qətiyyətsizlik göstərdi, yavaş-yavaş güzəştə getdi. Ancaq Heydər Əliyev gələndən sonra MDB-yə getdi, düz də elədi. Rusiya ilə münasibətlər bərpa olundu, digər qonşu dövlətlərlə əlaqələr yaradıldı, düz də elədi. Heydər Əliyev böyük siyasi xadim və çox təcrübəli adam idi. Onun 1970-ci illərdə ölkəyə rəhbərlik etdiyi vaxtlarda böyük xidmətləri olmuşdu, çox işlər görmüşdü. Ancaq sonra gələnlər Heydər Əliyevə qarşı haqsızlıq etdilər. Ona qarşı ədalətsiz münasibətlər oldu, haqsız olaraq fəaliyyəti tənqid, təftiş olunmağa başladı. Halbuki, 1990-cı illərin əvvəllərində ölkəyə rəhbərlik edənlərin - mən də daxil olmaqla hamısı Heydər Əliyevin məktəbində yetişmiş, ordan çıxmış adamlar, 70-ci illərdə formalaşmış kadrlar idi. Niyə Moskvada Heydər Əliyevə münasibət mənfi olan vaxtı özünün yetişdirdiyi kadrlar onu müdafiə eləmədilər? Ümumiyyətlə, bizim XXI əsr tariximizdə dörd böyük şəxsiyyətimiz olub. Rəsulzadə, Mircəfər Bağırov, Nəriman Nərimanov və Heydər Əliyev. Rəsulzadəni ondan sonra hakimiyyətə gələnlər daş-qalaq elədi, çıxdı ölkədən getdi. Nərimanovun, Bağırovun başına nə oyunlar gətirdilər, bu da məlumdur. Sonra Heydər Əliyev gəldi, ona da qarşı ədalətsiz münasibət oldu. Bizim ziyalılarımız, bütövlükdə xalqımız bu şəxsiyyətlərin heç birini vurulan vaxtı müdafiə eləyə bilmədi. – Bağırovun başına nə oyun açdılar ki? – O repressiyalar təkcə Azərbaycanda yox, bütün SSRİ-də, bütün müttəfiq respublikalarda həyata keçirilmişdi. Məgər siz bilmirsiniz ki, Mircəfər Bağırov böyük şəxsiyyət idi və onun Azərbaycan xalqı qarşısında çox böyük xidmətləri var? – Söhbət hansı xidmətlərdən gedir? – Azərbaycanın dövlətçiliyinin yaranmasında, Azərbaycanın dövlət olmasında, xüsusilə cənubi Azərbaycan məsələsində Bağırovun xidmətləri danılmazdır. Bağırov bizim nə qədər ziyalılarımızı repressiyadan xilas eləyib. – Məsələn, kimləri? – Üzeyir Hacıbəyovu, Səməd Vurğunu... Çox adlar saymaq olar. Repressiya SSRİ məkanında çox böyük bir proses idi. Ancaq fikir verin, Mircəfər Bağırovdan başqa hansı ölkənin, hansı respublikanın birinci şəxsini, rəhbərini güllələdilər? Nə gürcülərin, nə ermənilərin, nə ukraynalıların, heç birinin birinci şəxsi güllələnmədi. Halbuki, müqayisə eləyəndə o ölkələrdə repressiya Azərbaycandakından da çox olmuşdu. Təəssüf ki, bizdə birlik yoxdur. – Maraqlıdır, Ali Sovetin sədri olduğunuz və prezident səlahiyyətlərini icra etdiyiniz vaxtda heç ürəyinizdən keçibmi ki, ölkənin prezidenti olasınız? – Yox! Mənim heç Ali Sovetin sədri olmaq arzum da olmayıb. Amma şərait belə gətirdi, xalq arasında nüfuzum imkan verdi ki, Ali Sovetin sədri olum. Təsəvvür edin, 279 deputatın hamısı yekdilliklə mənə səs verdi. Müxalifət də, iqtidar da. Özü də gizli səsvermə ilə. Prezident olmaq fikrim qəti olmayıb, ancaq vəzifədə işləyəndə mənim də namizədliyim verilmişdi. Seçkidən qabaq dövlət çevrilişi oldu, sonra seçkini hakimiyyətə gələn qüvvələr keçirdi, Elçibəy prezident seçildi. – Elçibəylə münasibətləriniz yəqin, yaxşı olub. – Çox yaxşı olub. Elçibəy mənim xətrimi çox istəyirdi. Hətta mənə demişdi ki, may ayındakı proseslər baş verməsəydi, mən namizədliyimi sənin xeyrinə geri götürəcəkdim. Çünki Elçibəy özü prezident olmaq istəmirdi. Sadəcə, böyük təşkilat idi, onun namizədliyini verdilər ki, sən olmalısan. Elçibəy deyirdi ki, o, ideoloji mübarizə aparan bir insandır, həyatını Şimali və Cənubi Azərbaycanın birləşməsinə həsr eləyib, ömrünün axırına qədər də bu mübarizəni aparacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Bu gün, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Bu gün, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Bu gün, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Bu gün, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Bu gün, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Bu gün, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Bu gün, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Bu gün, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Bu gün, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Bu gün, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Bu gün, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Bu gün, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Bu gün, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Bu gün, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Bu gün, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Bu gün, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Bu gün, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Bu gün, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Bu gün, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Bu gün, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Bu gün, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Bu gün, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Bu gün, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Bu gün, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Bu gün, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Bu gün, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Bu gün, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Bu gün, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Bu gün, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Bu gün, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Bu gün, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Bu gün, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32 |
|
|
|
• "Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31 |
|
|
|
• Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24 |
|
|
|
• Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15 |
|
|
|
|