"Türmələrdə həyatını itirmək kimi tendensiyalar xeyli zəifləyəcək" - deputat
Tarix: 16-02-2017, 08:48 | Çap et
 Ölkə başçısının son sərəncamı dövlətimiz tərəfindən on illər ərzində həyata keçirilən əvf və amnistiya siyasətinin davamı olmaqla hüquqi islahatların dərinləşdirilməsi yolunda çox mühüm addımdır.
Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamını şərh edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib. Millət vəkili vurğulayıb ki, yüngül və orta-ağır xarakterli kriminal əməlləri törədənlərin həbsə atılması və cəmiyyətdən kənarlaşdırılması nəinki islah tədbirlərini effektsiz edir, eləcə də gələcəkdə məhbus damğası altında yaşayan insanların təkrar cinayətlərə yuvarlanmasına ictimai və psixoloji zəmin yaradır:
“Müasir dünyada insan hüquqlarının təminatı cəza sisteminin nə dərəcədə humanist tərtib olunmasından asılıdır. İstər cinayət törədən şəxslər, istərsə də onların qurbanları ədalət mühakiməsinin qərarını adekvat sayarkən ilk növbədə haqlarının tam müdafiəsinə əmin olmalıdır. Lakin reallıqda mənzərə xeyli başqadır. Ona görə də cəzaların alternativ vasitələrlə əvəzlənməsi praktikası Avropa hüququ məkanında geniş yayılıb”.
Zahid Oruc bildirib ki, bu sərəncamla cinayət qurbanlarına dəymiş zərərin ödənilməsi mexanizmi də təkmilləşəcək:
“Sənəddən göründüyü kimi, Azərbaycanda vətəndaşların məhkəmə sisteminə inamını gücləndirmək, eyni zamanda, həbslə deyil, digər vasitələrlə cəzalandırmaq mövqeyi qarşıdakı dövrdə mühakimə sistemimizin əsasına çevriləcək. Şübhə yoxdur ki, girov qoymaqla məsuliyyətin azadlıq şəraitində keçirilməsi, həmçinin ictimai təhlükəsi olmayan əməllərin dekriminallaşması həbsdə olanların sayını xeyli azaldacaq və yeni ictimai münasibətlərə səbəb olacaq. Nəticədə cinayət qurbanlarına dəymiş zərərin ödənilməsi mexanizmini təkmilləşdirmək, türmələrdə həyatını itirmək kimi tendensiyalar xeyli zəifləyəcək”.
Millət vəkili qeyd edib ki, 3 və ya 5 illik cəzaya məruz qalanlarla bağlı yeni yanaşmanın tətbiq olunması daha çox arzulanandır:
“Burada qətiyyən cəzadan imtinadan, yaxud cinayətkara humanist baxışdan yanaşaraq, cəmiyyəti böyük təhlükələr qarşısında qoymaqdan söhbət getmir. Cinayət cəzasız qala bilməz. Lakin Avropa məkanına çıxan şikayətlərin təhlili göstərir ki, məhkəmə institutunun güclü ictimai nüfuzu milli qanunvericilik sisteminin vəziyyətindən çox asılıdır. Ona görə də ölkə başçısının penitensiar sistemlə bağlı son qərarını müasir dünyanın qabaqcıl təcrübəsinə qoşulmaq və ədaləti təmin etmək baxımından tarixi addım hesab edirik. Ümidvarıq ki, hakimiyyətin bütün qolları üçün qarşıdakı dövrdə hüquqi islahatların yeni yol xəritəsini həyata keçirmək naminə birgə çalışmaq gərək olacaq”.
Qeyd edək ki, fevralın 10-da Prezident İlham Əliyev penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə sərəncam imzalayıb.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?
Dünən, 18:07 |
|
|
|
| • AQTİ Qoşqar Təhməzlinin şirkətindən 4 milyonluq mal alacaq - ÖZ ƏLİ... ÖZ BAŞI...
Dünən, 17:47 |
|
|
|
| • Turistlər Azərbaycana ən çox nə üçün gəlir? – ŞOK SƏBƏBLƏR
Dünən, 17:44 |
|
|
|
| • “Turan Bank”da iki departament direktoru təyin edilib - ƏMR
Dünən, 17:39 |
|
|
|
| • UNEC-in “zoom” üçün ödədiyi məbləğ 71% artaraq 51 min manata çatıb
Dünən, 17:38 |
|
|
|
| • “Türkiyə filmləri dublyaj olunmasın” təklifi: - “Bəlkə, rusca danışaq?”
Dünən, 17:35 |
|
|
|
| • Azərbaycanda 4 nazir vəzifəsi boşdur - SİYAHIDA BAŞQA POSTLAR DA VAR
Dünən, 17:23 |
|
|
|
| • “Benzini dərhal ucuzlaşdırın!” – Trampın tələbi niyə iqtisadi reallığa uymur?
Dünən, 17:20 |
|
|
|
| • Tanınmış hakim təqaüdə göndərildi - BUNDAN SONRA...
Dünən, 17:18 |
|
|
|
| • Azərbaycan yenə sözünü dedi - İsrailin qərarı “Bir millət, iki dövlət”i bir daha təsdiqlədi
Dünən, 17:11 |
|
|
|
| • 100 min, 400 min, 2 mənzil... - “QANPULU” DAVASI
Dünən, 16:48 |
|
|
|
| • Ət idxalı artıb: Qiymətlər niyə düşmür? - AKTUAL
Dünən, 16:38 |
|
|
|
| • Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət - BU NƏDİ BELƏ?
Dünən, 16:34 |
|
|
|
| • Putinin yaşı və ölkədəki böhran gözlənilməz ssenariləri istisna etmir - Tofiq Zülfüqarov
Dünən, 16:31 |
|
|
|
| • Tiktoker "Beniz"in məhkəməsində QALMAQALLI İFADƏLƏR
Dünən, 16:29 |
|
|
|
| • “Həkim əməliyyatın ortasında dayandı ki, 1700 manat verməlisən” – Barmağı və dabanı amputasiya edilən şairin başına gələnlər
Dünən, 16:23 |
|
|
|
| • Paşinyana qarşı ŞOK PLAN - İLGİNC detallar BU YAZIDA
Dünən, 16:21 |
|
|
|
| • Minlərlə insanın qatili, terrorçu Serj Sərkisyanı görəsən İsrail niyə ittiham etmir?
Dünən, 16:18 |
|
|
|
| • Rusiyada benzin satışı avtomobillərin nömrə nişanına görə tənzimlənəcək - BU DA OLDU!
Dünən, 16:07 |
|
|
|
| • Agentlik 100 min manatlıq şirkətə qadağa qoydu – TENDERLƏRDƏ İŞTİRAK EDƏ BİLMƏYƏCƏK
Dünən, 16:06 |
|
|
|
| • Ermənilərin Xankəndində tikdikləri... BU QURUM SÖKƏCƏK! - DETALLAR
Dünən, 16:01 |
|
|
|
| • Xamenei atasının dəfnində iştirak edəcək?
Dünən, 15:58 |
|
|
|
| • İş tapmaq məqsədilə müraciət etmədiyi müəssisə qalmayıb... - GİLEY
Dünən, 15:46 |
|
|
|
| • “Azərbaycanın Aİİ-yə üzvlüyünü əngəlləyən səbəblər – Rusiyanın əbəs GÖZLƏNTİSİ
Dünən, 15:01 |
|
|
|
| • “Ermənistanı hinduşka kimi böləcəklər...” – erməni politoloqdan SOS
Dünən, 14:59 |
|
|
|
| • Heydərov onu idarə rəisi təyin etdi - ƏMR
Dünən, 14:57 |
|
|
|
| • Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq - Qətər XİN
Dünən, 14:52 |
|
|
|
| • NİYƏ BU AYNA... ƏYRİ GÖRÜR ÖZÜNÜ... HƏQİQƏTƏN DƏ...
Dünən, 14:45 |
|
|
|
| • Dollar və qızılın taleyi HƏLL EDİLİR
Dünən, 13:10 |
|
|
|
| • Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq
Dünən, 13:00 |
|
|
|
| • Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb - BUNDAN SONRA...
Dünən, 12:59 |
|
|
|
| • Azərbaycanda 10 milyonluq şirkət – LƏĞV EDİLİR
Dünən, 12:56 |
|
|
|
| • Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı
Dünən, 12:47 |
|
|
|
| • “NEMETSKİ” SABİQLƏR: Keçmiş nazirlər “sadə azərbaycanlı” rolunda... - FOTO
Dünən, 12:37 |
|
|
|
| • Xalq artisti GÖZLƏMƏ MÖVQEYİNDƏ - "Sponsor tapılsa, bu arzum reallaşacaq"
Dünən, 12:32 |
|
|
|
| • “Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq - işçi narazıdır
Dünən, 12:16 |
|
|
|
| • Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi ALİ MƏHKƏMƏDƏ
Dünən, 12:06 |
|
|
|
| • Saxta iş elanları: Qurbana çevrilməyin - DİQQƏT
Dünən, 12:02 |
|
|
|
| • Praqmatizm və “kağız müharibəsi” – Leyen Bakıya nə üçün gəlir?
Dünən, 11:59 |
|
|
|
| • Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı - Foto
Dünən, 11:58 |
|
|
|
| • Pensiya ala bilmədən ölən kişilərin sayı son 26 ildə necə dəyişib? - SİYAHI
Dünən, 11:55 |
|
|
|
| • “Kaspian Speşialist Servises” şirkətinin gəlirləri və mənfəəti azalıb
Dünən, 11:53 |
|
|
|
| • Dövlət qurumu dərmanları qiymətindən baha satan “Zeytun Pharmaceuticals”dan qan torbaları alır – 1,5 MİLYON MANATLIQ
Dünən, 11:50 |
|
|
|
| • Pezeşkiandan ABŞ-a mesaj: - Anlaşma ikitərəfli bir yoldur
Dünən, 11:45 |
|
|
|
| • Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: - Bu il tətil üçün hara getməli?
Dünən, 11:41 |
|
|
|
| • TƏBİB sədrinin işdən çıxarmaq istədiyi direktor könüllü ərizə yazmır - İLGİNC
Dünən, 11:33 |
|
|
|
| • Güney Qafqazda Rusiya - NATO toqquşması – Növbəti XƏBƏRDARLIQ
Dünən, 11:30 |
|
|
|
| • Aqil Nəzərlinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - İLGİNC FAKTLAR...
Dünən, 11:25 |
|
|
|
| • Naxçıvan “dərəbəy”inin Qurbanəli bəyliyi - REPLİKA
Dünən, 11:09 |
|
|
|
| • SSRİ bayrağı qaldıran Səmədovdan İLGİNC ifadə
Dünən, 11:04 |
|
|
|
|