Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək? .....                     AQTİ Qoşqar Təhməzlinin şirkətindən 4 milyonluq mal alacaq .....                     Turistlər Azərbaycana ən çox nə üçün gəlir? .....                     “Turan Bank”da iki departament direktoru təyin edilib .....                     UNEC-in “zoom” üçün ödədiyi məbləğ 71% artaraq 51 min manata çatıb .....                     “Türkiyə filmləri dublyaj olunmasın” təklifi: .....                     Azərbaycanda 4 nazir vəzifəsi boşdur .....                     “Benzini dərhal ucuzlaşdırın!” .....                     Tanınmış hakim təqaüdə göndərildi .....                     Azərbaycan yenə sözünü dedi .....                     100 min, 400 min, 2 mənzil... .....                     Ət idxalı artıb: Qiymətlər niyə düşmür? .....                     Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət .....                     Putinin yaşı və ölkədəki böhran gözlənilməz ssenariləri istisna etmir .....                     Tiktoker "Beniz"in məhkəməsində .....                     “Həkim əməliyyatın ortasında dayandı ki, 1700 manat verməlisən” .....                     Paşinyana qarşı ŞOK PLAN .....                     Minlərlə insanın qatili, terrorçu Serj Sərkisyanı görəsən İsrail niyə ittiham etmir? .....                     Rusiyada benzin satışı avtomobillərin nömrə nişanına görə tənzimlənəcək .....                     Agentlik 100 min manatlıq şirkətə qadağa qoydu .....                     Ermənilərin Xankəndində tikdikləri... BU QURUM SÖKƏCƏK! .....                     Xamenei atasının dəfnində iştirak edəcək? .....                     İş tapmaq məqsədilə müraciət etmədiyi müəssisə qalmayıb... .....                     “Azərbaycanın Aİİ-yə üzvlüyünü əngəlləyən səbəblər .....                     “Ermənistanı hinduşka kimi böləcəklər...” .....                     Heydərov onu idarə rəisi təyin etdi .....                     Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq .....                     NİYƏ BU AYNA... ƏYRİ GÖRÜR ÖZÜNÜ... .....                     Dollar və qızılın taleyi .....                     Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq .....                     Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb .....                     Azərbaycanda 10 milyonluq şirkət .....                     Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı .....                     “NEMETSKİ” SABİQLƏR: Keçmiş nazirlər “sadə azərbaycanlı” rolunda... .....                     Xalq artisti GÖZLƏMƏ MÖVQEYİNDƏ .....                     “Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq .....                     Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi .....                     Saxta iş elanları: Qurbana çevrilməyin .....                     Praqmatizm və “kağız müharibəsi” .....                     Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı .....                 

"İndiki müxalifət liderləri Əbülfəz Elçibəyin sağlığında da ona qarşı çıxırdılar" - Ayaz Mütəllibov
Tarix: 11-02-2017, 12:42 | Çap et
"İndiki müxalifət liderləri Əbülfəz Elçibəyin sağlığında da ona qarşı çıxırdılar"
DİA.AZ Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov-un Ölkə.az-a verdiyi geniş müsahibəni təqdim edir:

– Son vaxtlar dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi Azərbaycana qarşı olan qüvvələri sanki hərəkətə gətirib. Rusiya və digər böyük dövlətlər də bu vəziyyətdən sui-istifadə etməyə və Azərbaycana qarşı təzyiqlər etməyə çalışırlar. Sizcə, yaranan bu vəziyyət Azərbaycan dövlətinin müstəqilliyi üçün nə qədər təhlükəlidir?

– Bəli, belə narazılıqlar var və artıb. Ancaq bunun ciddi təhlükəsi yoxdur. Bilirsiz, hakimiyyətə müxalif olan və ya “5-ci kalon” adlanan insanlar elə hörmətə və nüfuza malik olmalıdır ki, xalq da onları eşitsin. Ancaq ehtiyatı da əldən buraxmaq olmaz. Özümüzü elə idarə etməliyik ki, narazılıq yaranmasın. Lakin müstəqilliyimiz üçün bunun ciddi təhlükəsi yoxdur. Azərbaycan xalqı müdrikdir.

Vaxtilə mən prezident olan zaman Azərbaycanda demokratik dəyərlərə yüksək dəstək verdim. Bəzən indi də düşünərək özümə sual verirəm ki, o vaxtı bunu niyə edirdim ki, axırda da gəlib məni hakimiyyətdən zorla uzaqlaşdırsınlar. Uduzan da xalqımız oldu. AXC hakimiyyəti məni hakimiyyətdən uzaqlaşdırmaqla xalqı geri atdı, ölkəni problemə saldılar. Halbuki mən o zaman da müxalifətə deyirdim ki, məni zorla hakimiyyətdən kənarlaşdırmağa çalışmayın. İmkan verin bir neçə il çalışım, Qarabağ problemini həll edək. Çünki həmin dövrdə yeni müstəqillik qazanmışdıq, daxili çəkişmələr var idi, ölkə təlatüm içində idi. Müxalifət mənim bu sözlərimi eşitmədi, öz biliyini etdi.

"Mənim vaxtımda Milli Məclisdə siyasi qüvvələrə tam yarıbayarı yer verilmişdi"

– Deyirsiz ki, müxalifətə demokratiya məsələsində də yüksək dəstək verirdiniz. İndi buna görə peşmansınızmı?

– Xeyr, qəti peşman deyiləm. Demokratiyadan savayı heç bir şey barəsində “bu bizə yaraşmır” deyə bilmərsən. Demokratiya mütləq olmalıdır. Demokratiyanın böyük tarixi və gələcəyi var. Sadəcə olaraq, həmin vaxtı mən prezident olaraq bunu anlamalı idim. O zaman keçmiş respublikalara böyük dövlətlər tərəfindən ciddi nəzarət var idi. Müəyyən beynəlxalq təşkilatlar hansı ölkələrdə demokratiyanın mövcud olub-olmaması ilə bağlı rəylər hazırlayırdı, bəyanatlar yayırdı. Buna uyğun olaraq da dövlətlərarası münasibətlər formalaşırdı. Mən də çalışırdım ki, Azərbaycanla bağlı rəylər mənfi deyil, müsbət olsun. Deməsinlər ki, Azərbaycanda demokratiya mövcud deyil.

O zaman mən istəmirdim ki, Qərbdə Azərbaycan qeyri-demokratik ölkə kimi tanınsın. Mən prezident olanda Azərbaycana demokratiya yeni gəlirdi. Bunun yükü də prezident kimi ilk dəfə mənim üzərimə düşdü. Mən də nə etməli idim? Demokratiyanın qarşısını alsaydım, mənə diktator deyəcəkdilər. Mən isə müxalifətdən əməkdaşlıq etməyi xahiş etdim. Müxalifətə müraciət edib dedim ki, gəlin əl-ələ verib işləyək. Misal üçün, mənim vaxtımda Milli Məclisdə siyasi qüvvələrə tam yarıbayarı yer verilmişdi. Bu o zaman üçün çox böyük hadisə idi. Hətta, Orta Asiya ölkələrindən mənimlə görüşən nümayəndələr buna həsəd aparırdılar. Orta Asiya ölkələrindən olan müxalifət nümayəndələri deyirdi ki, heç bizimlə hesablaşan yoxdur, ancaq Azərbaycanda müxalifətlə iqtidara bərabər imkanlar yaradılır. O zaman mənə çağırışlar da olunurdu ki, siz öz səlahiyyətinizin yarısını müxalifətə verməyin, axırda sizə qarşı çıxacaqlar. Nəticədə nə oldu? Nəticədə dedilər ki, Ayaz Mütəllibov zəifdir, gəlin onu devirək. Əslində, mən zəif deyil idim. Zəif olsaydım, bu qədər riskə getməzdim, bu qədər demokratiya mühiti yaratmazdım. Heç bir prezident real təhlükələri görə-görə, öz ailəsini riskə atmazdı. Ancaq mən bunu etdim. Mən yaxşı bilirdim ki, demokratiya mühiti yaradandan sonra özümə də təzyiqlər olacaq. Ancaq düşünürdüm ki, müstəqil Azərbaycanın ilk prezidenti olaraq bu məsuliyyət mənim üzərimə düşüb. Mən də bunu etməli idim, başqa yolu görmürdüm.

– Bəs indi Azərbaycanda demokratik vəziyyəti necə qiymətləndirirsiz?

– İndinin özündə də Azərbaycanda demokratik vəziyyət normaldır. Ölkədə azad mətbuat, media mövcuddur. Siyasi partiyalar istənilən vaxtı istənilən platforma və təkliflərlə meydana çıxıb aksiya keçirə bilir. Dinc şəkildə təkliflər irəli sürüb, dialoq aparmaq olar. Yoxsa ki, ancaq vuruşmaq lazımdır? Azərbaycan xalqı kimin kim olduğunu çox yaxşı bilir.

"İndiki müxalifət liderləri Əbülfəz Elçibəyin sağlığında da ona qarşı çıxırdılar"

– Ayaz müəllim, dediniz ki, demokratiya mühitinin ölkəmizə ilk gəlişi müstəqil Azərbaycanın ilk prezidenti kimi sizin dövrünüzə düşüb. Ancaq bir çox insanlarımız demokratik prezident olaraq sizi deyil, rəhmətlik Əbülfəz Elçibəyi görür. Bu barədə siz nə düşünürsünüz?

– Bilirsiz, burada da bayraq məsələsi öz sözünü deyir. Bunlar bayrağı əllərinə götürüb, indi imtina etmək istəmirlər. Halbuki, müxalifət düşərgəsinin heç də hamısı elə düşünmür. Allah ona rəhmət etsin! Rəhmətlik Əbülfəz Elçibəy çox üzüyumşaq adam idi. İndi müxalifət liderləri Əbülfəz Elçibəyin ünvanına müsbət fikirlər səsləndirir. Ancaq həmin adamlar Əbülfəz Elçibəyin sağlığında da ona qarşı çıxırdılar. İndi də bayraq olaraq belə deyirlər. Onların lideri mən olsaydım, yerimdə isə Əbülfəz Elçibəy olsaydı, o zaman da rəhmətliyi pisləyəcəkdilər.

Hələ mən prezident olanda da tez-tez eşidirdim ki, AXC-də təmsil olunan şəxslərdən bəzilərinin Əbülfəz Elçibəyə qarşı ciddi narazılığı mövcud idi.

– Ötən ilin sonlarında İran prezidenti Həsən Ruhani Ermənistana səfər edərək, işğalçı ölkə ilə bir sıra əməkdaşlıq sənədlərini imzalayıb. Bu səfər Azərbaycanda etirazla qarşılanıb. Buna sizin münasibətiniz necədir?

– Bilirsiz, bəzən görürsən ki, Azərbaycanda yüksək vəzifə tutan şəxslər İranı kəskin tənqid edirlər, “düşmən” adlandırırlar. Adam baxıb təəccüb edir. Mən bu cür şəxslərə müraciət edərək sual edirəm ki, axı İrana qarşı bu cür sözləri işlətməyə sizə kim ixtiyar verir? Həmin adamların buna səlahiyyətləri çatmır. Azərbaycanın xarici siyasəti ilə ilk növbədə Prezident məşğul olur.

İran Azərbaycana qonşu olan böyük dövlətdir. Bu gün Azərbaycanın problemləri həll olunub ki, İranla da yeni problem yaransın? Məgər bizim başqa dərdimiz yoxdur? İrana sataşmaq bizə fayda verməz. Ona görə də biz bütün bu cür məqamları dərk etməliyik və xalq olaraq bir hədəfə istiqamətlənməliyik. Bir-birimizə dəstək verib əlaqəli işləməliyik.

– Bəs Azərbaycanın yaxın gələcəyini necə görürsünüz?

– Mən Azərbaycanın yaxına gələcəyinə çox nikbin baxıram. Ancaq bir sıra sahələrdə işləmək, islahat aparmaq lazımdır. Elə etməliyik ki, Azərbaycanın həm Şimal, Şərq, həm də Qərblə lazım olan münasibətləri qurulsun. Eynin zamanda Azərbaycan öz qonşuları ilə də lazımı münasibətləri qoruyub saxlamalıdır. Qonşu dövlətlərlə bağlı bəzi populist çıxışlardan qaçmaq lazımdır. Bəzi dövlətləri tənqid edəndə, çox ehtiyatla yanaşılmalıdır. Çünki həmin dövlətlər bizdən inciyər və düşmənə daha yaxın olar. Məsuliyyətsiz çıxışlar etmək və dedi-qodu dalınca getmək düzgün deyil.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?
Dünən, 18:07
AQTİ Qoşqar Təhməzlinin şirkətindən 4 milyonluq mal alacaq - ÖZ ƏLİ... ÖZ BAŞI...
Dünən, 17:47
Turistlər Azərbaycana ən çox nə üçün gəlir? – ŞOK SƏBƏBLƏR
Dünən, 17:44
“Turan Bank”da iki departament direktoru təyin edilib - ƏMR
Dünən, 17:39
UNEC-in “zoom” üçün ödədiyi məbləğ 71% artaraq 51 min manata çatıb
Dünən, 17:38
“Türkiyə filmləri dublyaj olunmasın” təklifi: - “Bəlkə, rusca danışaq?”
Dünən, 17:35
Azərbaycanda 4 nazir vəzifəsi boşdur - SİYAHIDA BAŞQA POSTLAR DA VAR
Dünən, 17:23
“Benzini dərhal ucuzlaşdırın!” – Trampın tələbi niyə iqtisadi reallığa uymur?
Dünən, 17:20
Tanınmış hakim təqaüdə göndərildi - BUNDAN SONRA...
Dünən, 17:18
Azərbaycan yenə sözünü dedi - İsrailin qərarı “Bir millət, iki dövlət”i bir daha təsdiqlədi
Dünən, 17:11
100 min, 400 min, 2 mənzil... - “QANPULU” DAVASI
Dünən, 16:48
Ət idxalı artıb: Qiymətlər niyə düşmür? - AKTUAL
Dünən, 16:38
Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət - BU NƏDİ BELƏ?
Dünən, 16:34
Putinin yaşı və ölkədəki böhran gözlənilməz ssenariləri istisna etmir - Tofiq Zülfüqarov
Dünən, 16:31
Tiktoker "Beniz"in məhkəməsində QALMAQALLI İFADƏLƏR
Dünən, 16:29
“Həkim əməliyyatın ortasında dayandı ki, 1700 manat verməlisən” – Barmağı və dabanı amputasiya edilən şairin başına gələnlər
Dünən, 16:23
Paşinyana qarşı ŞOK PLAN - İLGİNC detallar BU YAZIDA
Dünən, 16:21
Minlərlə insanın qatili, terrorçu Serj Sərkisyanı görəsən İsrail niyə ittiham etmir?
Dünən, 16:18
Rusiyada benzin satışı avtomobillərin nömrə nişanına görə tənzimlənəcək - BU DA OLDU!
Dünən, 16:07
Agentlik 100 min manatlıq şirkətə qadağa qoydu – TENDERLƏRDƏ İŞTİRAK EDƏ BİLMƏYƏCƏK
Dünən, 16:06
Ermənilərin Xankəndində tikdikləri... BU QURUM SÖKƏCƏK! - DETALLAR
Dünən, 16:01
Xamenei atasının dəfnində iştirak edəcək?
Dünən, 15:58
İş tapmaq məqsədilə müraciət etmədiyi müəssisə qalmayıb... - GİLEY
Dünən, 15:46
“Azərbaycanın Aİİ-yə üzvlüyünü əngəlləyən səbəblər – Rusiyanın əbəs GÖZLƏNTİSİ
Dünən, 15:01
“Ermənistanı hinduşka kimi böləcəklər...” – erməni politoloqdan SOS
Dünən, 14:59
Heydərov onu idarə rəisi təyin etdi - ƏMR
Dünən, 14:57
Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq - Qətər XİN
Dünən, 14:52
NİYƏ BU AYNA... ƏYRİ GÖRÜR ÖZÜNÜ... HƏQİQƏTƏN DƏ...
Dünən, 14:45
Dollar və qızılın taleyi HƏLL EDİLİR
Dünən, 13:10
Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq
Dünən, 13:00
Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb - BUNDAN SONRA...
Dünən, 12:59
Azərbaycanda 10 milyonluq şirkət – LƏĞV EDİLİR
Dünən, 12:56
Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı
Dünən, 12:47
“NEMETSKİ” SABİQLƏR: Keçmiş nazirlər “sadə azərbaycanlı” rolunda... - FOTO
Dünən, 12:37
Xalq artisti GÖZLƏMƏ MÖVQEYİNDƏ - "Sponsor tapılsa, bu arzum reallaşacaq"
Dünən, 12:32
“Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq - işçi narazıdır
Dünən, 12:16
Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi ALİ MƏHKƏMƏDƏ
Dünən, 12:06
Saxta iş elanları: Qurbana çevrilməyin - DİQQƏT
Dünən, 12:02
Praqmatizm və “kağız müharibəsi” – Leyen Bakıya nə üçün gəlir?
Dünən, 11:59
Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı - Foto
Dünən, 11:58
Pensiya ala bilmədən ölən kişilərin sayı son 26 ildə necə dəyişib? - SİYAHI
Dünən, 11:55
“Kaspian Speşialist Servises” şirkətinin gəlirləri və mənfəəti azalıb
Dünən, 11:53
Dövlət qurumu dərmanları qiymətindən baha satan “Zeytun Pharmaceuticals”dan qan torbaları alır – 1,5 MİLYON MANATLIQ
Dünən, 11:50
Pezeşkiandan ABŞ-a mesaj: - Anlaşma ikitərəfli bir yoldur
Dünən, 11:45
Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: - Bu il tətil üçün hara getməli?
Dünən, 11:41
TƏBİB sədrinin işdən çıxarmaq istədiyi direktor könüllü ərizə yazmır - İLGİNC
Dünən, 11:33
Güney Qafqazda Rusiya - NATO toqquşması – Növbəti XƏBƏRDARLIQ
Dünən, 11:30
Aqil Nəzərlinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - İLGİNC FAKTLAR...
Dünən, 11:25
Naxçıvan “dərəbəy”inin Qurbanəli bəyliyi - REPLİKA
Dünən, 11:09
SSRİ bayrağı qaldıran Səmədovdan İLGİNC ifadə
Dünən, 11:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru