"Onlar hazırda da panika vəziyyətindədirlər" - Siyavuş Novruzov
Tarix: 7-02-2017, 08:04 | Çap et
YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov unikal.org-a YAP-ın şəhər və rayon təşkilatlarına, rəhbər strukturlarına keçiriləcək seçkilər, bu il ərzində Qadınlar Şurası, Gənclər Birliyi, partiyanın digər strukturları ilə bağlı atılacaq lazımi addımlar barədə müsahibə verib.
Hakim partiyanın rəsmisi ilə müsahibəni təqdim edirik.
-Siyavuş müəllim 2017-ci ildə Azərbaycanının ictimai-siyasi, eləcə də iqtisadi həyatında nə kimi yeniliklər gözləyirsiz?
-Hesab edirəm ki, 2017-ci il Azərbaycan üçün uğurlu başlayıb. Bir sıra sosial-iqtisadi layihələrin icrası, xüsusən məcburi köçkünlərin yaşayış şəraitinin artırılması üçün onlara yeni mənzillərin tikilməsi, həmçinin, kommunal xidmətlərin ödənişində müyyən güzəştlərin edilməsi, ordu quruculuğuna diqqət və ən əsası Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı Sərəncam onu deməyə əsas verir ki, 2017 Azərbaycan üçün uğurlu il olacaq. 2017-ci ildə Azərbaycanda qeyri-neft sektoru xüsusi olaraq inkişaf edəcək. Bunun üçün prezident İlham Əliyev yanvarın 30-da Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirdi və ciddi göstərişlər verdi. Azərbaycanda qeyr-neft sektorunun inkişafı kənd təsərrüfatı, sənaye və ayrı-ayrı sahələrdə də özünü göstərir. Bu sahənin inkişafı ölkəmizdə yeni iş yerlərinin açılmasına səbəb olacaq. Həmçinin, bu il Azərbaycanda yeni istehsal müəssisələri də istifadəyə veriləcək. Azərbaycan dərman istehsalı üçün zavodun tikintisinə başlayıb və bu da yaxın vaxtlarda istifadəyə veriləcək. Həmçinin, prezident kənd təsərrüfatı məhsullarının emalı ilə bağlı məsələ qaldırıb. Tapşırıq verib ki, bu cür müəssissələrin sayı artırılmalıdır.
-Yeniliklər hansı sahədə daha çox özünü büruzə verəcək?
-Azərbaycanda adi yağ məhsullarının qablaşdırılması üçün lazım olan üzlükləri xaricdən idxal edirik. Bu nəyə lazımdır? Bunu biz özümüz də istehsal edə bilərik. Bir sözlə, kənd təsərrüfatının bütün sahələrinin inkişafı üçün ölkə başçısı xüsusi tapşırıq verib. Azərbaycan yaxın illərdə bütün ərzaq növləri ilə özünü təmin edəcək və bu məhsulların ixracını da həyata keçirə biləcək. Nəticədə Azərbaycana kifayət qədər valyuta daxil olacaq. Bu gün dünyada İslam dininə qarşı böyük bir təhdid var. İslamı terrorla bağlayırlar. Bir neçə gün əvvəl Almaniyanın Federal Kansleri Angela MerkelTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı keçirdi. Mətbuat konfransında İŞİD-dən bəhs olunarkən A.Merkelin "islam terroru” ifadəsi Ərdoğanın etirazına səbəboldu. Ərdoğan bir daha bu məsələyə xüsusi toxundu və vurğuladı ki, İslam dinini terrorla bağlamasınlar. İslam dini tamamilə terrorun əleyhinədir. Prezident İlham Əliyev yaxın zamanda verdiyi Sərəncamla 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli” elan etdi. Prezidentin bu qərarı İslam dünyasının həmrəyliyinə verilən böyük önəmin göstəricisidir. İndiyədək müsəlman ölkələrini din ətrafında birləşməyə çağıran müəyyən təşəbbüslər göstərilib. Lakin dövlətimizin başçısı İlham Əliyev tarixdə ilk dəfə, İslam dünyasına siyasi mesaj ünvanlayaraq, vahid mövqedən çıxış etməyin və birliyə nail olmağın, eyni zamanda, dünyaya inteqrasiyanın vacibliyinə işarəetdi. Bir sözlə cənab prezident tərəfindən 2017-ci ilin "İslam Həmrəyliyi İli” elan edilməsi ötənilki "Multikulturalizm ili”nin məntiqi davamı kimi qiymətləndirilməlidir. İki il bundan əvvəl dövlət başçısı tərəfindən verilən düzgün qərara əsasən artıq Azərbaycanda bu ilİslam Həmrəyliyi Oyunlarıvə ya IVİslam Həmrəyliyi Oyunları keçiriləcək. Bir sözlə, Azərbaycan dünyaya mesaj verirki, İslam terror təşkilatı deyil. İslam həmrəylikdir, sülhdür, inkişafdır, maarifləndirmədir və mədəniyyətdir. Hər bir mədəniyyətə hörmətlə yanaşmaq lazımdır. Dünyada bir çox dinlər var. Hər bir dinə hörmətlə yanaşmaq lazımdır. Görürsən, bəzi dövlətlərin rəhbərləri çıxışında bildirirlər ki, dinlər arasında həmrəylik ola bilməz. Bu, onların işğalçı siyasəti nəzərdə tutduğunu göstərir. Biz bu cür işğalçı siyasəti ən çox İslam ölkələrində müşahidə edirik. Dünyanın 7 möcüzəsi sayılan İraq darmadağın olunur. Oradakı təbii sərvətlər talanır, daşınır, oğurlanıb aparılır. Hazırda əhali ac-yalavac vəziyyətdə qalıb. Vaxt var idi İraqın bir dinarı 3 dollar idi. İndi isə 1 dinarla bu ölkədə heç nə almaq mümükün deyil. Bir məqamı da qeyd etmək istəyirəm. ABŞ-ın demokratiya siyasətinə zidd olaraq Donald Tramp ötən həftəİraq, İran,Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzaladı. Fevralın 4-də ABŞ-ın Sietl federal məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə saldı. İndi sual olunur Donald Tramp İslam ölkələri vətəndaşlarının ABŞ-a girişini qadağa qoyursa bəs bu ölkələri kimlər dağıdıb? Onlar niyə miqrant olmalıdırki? Niyə Avropaya getməlidir ki? Niyə onlar Avropada konslager şəkilində saxlanılmalıdır? Nəyə görə, Azərbaycanda bir adama bir sillə dəyəndə bəyanatlar ard-arda gəlir. Bu gün islam ölkələrindən Avropaya gedən uşaqlı, qocalı, qadınlar tikanlı məftillər arasında saxlanılır. Belə zamanda Azərbaycan İslam Həmrəylik ili elan etdi və bu dəyərə yüksək yer verdiyini bütün dünyaya mesaj kimi nümayiş etdirdi.
-Bəs, partiya həyatında 2017-ci ildə hansı qərarlar veriləcək?
-Bu il Yeni Azərbaycan Partiyasının quruculuğu ilə ciddi məşğul oluruq. Gələn il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bununla əlaqədar rayon və şəhər təşkilatlarında növbbəti hesabat seçki yığıncaqları keçiriləcək. Artıq bununla bağlı işə start verilib. YAP-ın bu gün 680 mindən yuxarı üzvü var. 8 minə yaxın ilk partiya təşkilatı, 84 rayon-şəhər təşkilatı var. Bunların hər birində hesabat seçki yığıncaqları keçiriləcək. YAP-ın bir sözlə bütün şəhər və rayon təşkilatlarına, rəhbər strukturlarına seçkilər keçiriləcək. Bu il ərzində əsasən iş təşkilatları ilə əlaqələr, Qadınlar Şurası, Gənclər Birliyi, partiyanın digər strukturları ilə bağlı lazımi addımlar atılacaq. Bir sözlə, YAP bu il ərzində 2018-ci ildə keçiriləcək prezident seçkilərinə tam hazır olacaq.
-Siyavuş müəllim, YAP-ın hansı rayon və şəhər təşkilatlarında sədrlər dəyişəcək?
-Bu konfransın səlahiyyətinə daxildir. Çünki konfrans nümayəndələri sədrləri seçir və bunlar təyinatlı vəzifələr deyil. Bu, seçki yolu ilə baş tutur. İndi harda konfrans nümayəndələri məsləhət bilməyəcək sədrlər yenisi ilə əvəz olunacaq. Bundan əlavə, partiyaya kifayət qədər gənclər üzv olub. Bu gün partiyanın böyük hissəsi gənclərdən ibarətdir. Bunların da böyük hissəsinin rəhbər strukturlarda təmsil olunması vacib şərtdir. Hesab edirəm ki, konfransda bu məsələlərdə nəzərə alınacaq.
-Bəzi fikirlər səsləndirilir ki, YAP gənclərə o qədər də üstünlük vermir. Bu barədə fikirlərinizi bilmək istərdik.
-Bizdə gənclərə çox böyük üstünlük verilir. Bizdə gənclərin xüsusi ofisi var. Gündəlik 100-dən artıq gənclər o ofislərə toplaşır, pulsuz dil kursları öyrənillər. Virtual məkanda bizim gənclər çox aktivdir. Ötən həftə YAP-ın Gənclər Birliyi öz hesabatını verdi. Onlar gördükləri işlər barədə hesabat verdilər. Hesabatda ortaya çıxır ki, YAP gənclər üzvləri kifayyət qədər böyük işlər görür və bunlara böyük dəyər verilir.
-Ötən həftə YAP öz büdcəsin açıqladı. 9 milyon manata yaxın pul ehtiyatınız var. Manatın ucuzlaşması büdcə xərclərinə təsir edirmi?
-Bilirsiz, "Siyasi Partiyalar haqqında” Qanuna uyğun olaraq, YAP-ın büdcəsi müəyyənləşir. Büdcəyə ən çox vəsait üzvlük haqlarından daxil olur. Rayon və təşkilatlardan yığlan üzvlük haqqı, dövlət büdcəsindən ayrılan vəsait hesabına 9 milyon manata yaxın vəsaiti toplamışıq. Bu, ümumi respublika üzrə YAP-ın büdcəsidir. YAP-ın ştatda olan 700-ə yaxın işçisi var. Onların 40-ı mərkəzi aparatda, yerdə qalanları isə reginlarda çalışır. Biz əsas işçi heyyətinin formalaşması üstünlüyünü regionlara veririk. Elə təşkilatımız var ki, burada 10-11 nəfər işçi çalışır. Bu da işin effektivliyinə müsbət təsir edir və işin kefiyyətini artırır. Çünki əhali ilə ünsiyyətdə olan əsasən yerli təşkilatlardır. Bugünə qədər YAP-dan başqa Milli Məclisdə təmsil olunan və olunmayan partiyaların heç biri ictimayətə maddi vəziyyətləri barədə bir səhifə də olsun, məlumat verməyib. YAP şəffaflığın tərəfdarıdır. Budur bizim şəffaflığımız. Biz bunu cəmiyyətə təqdim edirik. Cəmiyyət də oxuyub görür ki, YAP öz üzvlərinin verdiyi üzvlük haqları hesabına yaşayır. Yəni hər hansı bir dövlət təşkilatından asılılığı yoxdur. Dövlət təşkilatlarından qanundan kənar bir manat da olsa, vəsait almır.
-Siyavuş müəllim, üzvülük haqqını ən çox kimlər ödəyir?
- Milli Məclisdə komitə sədrləri aya 100 manat aylıq üzvülük haqqı ödəyir. Müxtəlif məbləğlərdə ödəyənlər də var. Minimum 1 manat təşkil edir
-Artıq bir neçə ildir neft dünya bazarında ucuzlaşır, bununla belə manat dolların kursuna nisbətən geriləyir. Bəziləri deyir ki, büdcədə pul yoxdur və Azərbaycan ağır vəziyyətdədir. Bu barədə fikirlərinizi bilmək istərdik.
-Bu şişirdilir. Təbii ki, neftin düşməsi hər bir şeyə təsir etdi. Bu tək bizdə deyil, dünyanın əksər ölkələrində baş verməkdədir. Bu gün Çində, Rusiyada, İranda, qardaş Türkiyənin valyutasında geriləmə var. Neftin ucuzlaşması bütün dünya iqtisadiyyatına ziyan vurdu. Bir sıra ölkələrində investisiya layihələri dayandırılıb. Amma biz vaxtında neftin qiymətindən istifadə edərək lazımi addımlar atmışıq. Azərbaycanda 3 mindən artıq məktəb, 200-ə yaxın uşaq baxçası, 700-ə yaxın xəstəxana və diaqnostika mərkəzi tikilib. 50-yə yaxın idman mərkəzləri, körpülər və digər infrastruktur layihələr icra olunubdur. Demək olar ki, bütün mədəniyyət abidələri təmir olunub. Bu layihələrdən müsavatçı, cəbhəçi, YAP-çılar da istifadə edir. Burada ayrı seçkilik yoxdur. Bu layihələr hər kəs üçündür. Bunlara baxıb qiymətləndirmək əvəzinə, tamamilə başqa fikirlər ortalığa atılır. İraqın, Livyanın nefti çox və bizdən daha ucuz başa gəlir. Bu ölkədə lapatkanı torpağa vuran kimi neft çıxır. Amma bizdə çox çətinliklə və maya dəyəri baha başa gələn şəkildə nefti yerdən çıxarırıq. Bu ölkədə neftin 1 bareli 5-7 dollara başa gəlirsə, bizə isə 15-20 dollar arası dəyişir. Yəni, fərq budur. Hanı İraqın, Livyanın nefti? Bu pullar kimə xidmət edir? Amma Azərbaycan nefti vaxtında çıxarıldı və xalqımıza xidmət etdi. 5 mindən çox gəncimiz xaricdə təhsil aldı. Bu prosseslər davam edir. Bu adamlar Azərbaycan iqtisadiyyatında, siyasətində çox önəmli adamlardır. Budur göstərici.
-Bəs, dollar bahalaşır və neft isə ucuzlaşır. Bunu kimlər edir?
-Bunun arxasında böyük siyasi oyunlar gedir. Məqsəd müəyyən ölkələri çökdürmək üçün bu siyasət yeridilir. ABŞ-a nə var ki, kağızdı çap edib buraxır ortaya. Bunun arxasında gərək böyük valyuta ehtiyatı dayana. Bizim kifayət qədər valyuta ehtiyatlarımız var. Amma bununla yanaşı, Azərbaycanda qeyri-neft sektorunun inkişafı bu məsələləri öz yoluna salacaq.
-Siyavuş müəllim, vaxtında hakimiyyəti müdafiə edən şəxslər də nədənsə, radikallaşma müşahidə edir. Bu manatın dollara nisbətən ucuzlaşması ilə bağlı deyil ki?
-Buna radikallaşma adı vermək düzgün deyil. Buna xal yığmaq adı deyirlər. Bir var oturub, söhbətləşib insanlara bütün məsələləri başa salırsan. Bir də var populizmlə məşğul olursan. Məqsəd isə, desinlər ki, bu adam gör əhalinin maraqlarını necə müqdafiə edir? Amma o adamlardan vəziyyətdən çıxış üçün səsləndirdiyi fikirin düsturun soruşsan, bilməyəcək. Yaxud vəziyyətdən çıxış üçün alternativ nə verə bilərsən qoy ortaya? Deməyə nə var ki? O qədər danışmaq olar ki. Bundan yaxşı alternativ layihə təqdim edə bilərsənmi? Təəssüf ki, onlar bunu təqdim edə bilmirlər. Çünki kifayət qədər Azərbaycanda ekspertlər oturub bu işin üzərində işləyir. Mütəmadi qanunlar gəlir və ya qanunlara dəyişikliklər edilir. Maksimum çalışılır ki, insanların rifah halı yaxşılaşsın. Biz büdcəni təsdiq edəndə sosial sahələrə, xüsusən əmək haqlarının azadılmasına toxunmadıq. Dedik ki, bu qəti şəkildə olmaz. Müəyyən ölkələrdə əmək haqları da, pensiyalar da kəsilib. Onlar təqaüdçülərin azaldılması üçün yaş arasında oynayırlar. Biz də ünvanlı sosial yardım da bugünədək qalmaqdadır. Hərbi ilə bağlı bir manatda olsun büdcədə azalma yoxdur. Digər sahələrdə də həmçinin. Müəyyən investisiya layihələri var ki, onlara ayrılan vəsait azaldılıb. Bunlar da tədricən yenilən yoluna qaytarılacaq.
-Milli məclisdə deputatlara danışmaq qadağası qoyulubmu?
-Qəti şəkildə Milli Məclisdə hər hansısa bir deputata danışmaq qadağası qoyulmayıb. Onların hər biri sərbəstdir. Onlar sərbəst öz fikirlərin ifadə edə bilər. Sadəcə olaraq bəzi məsələr var ki, hərə öz səlahiyyəti çərçivəsində danışmalıdır. İkincisi kimisə hansısa sahəni tənqid etmək istəyirsə dəqiq sahəni göstərsin, ümumi danışmasın. Deməli çıxış edir ki, Azərbaycanda Hökumət işləmir. Sonra deyir ki, filan nazirlər yaxşı işləyir. Yaxşı, təriflədiyin nazir pislədiyin hökumətin üzvü deyil?
-Bəzi millət vəkillərinin dedikləri fikirlər mətbuatda dərc edilir. Həmin fikirlər rezonas doğurduqdan sonra mətbuatı günahlandırırlar.
-Fikri gərək düzgün ifadə edəsən. Fikri düzgün ifadə etməyəndə başqa şeylər ortalığa çıxır. Biri coşur, biri başqa formada öz fikirlərini ifadə edir və sonrada altından çıxmaq üçün atır jurnalistin üstünə. (Gülür)
-Bu gün kommunal ödənişlərlə bağlı məcburi köçkünlər arasında bəzi narazılıqlar var. Bu barədə nə deyə bilərsiz?
-Bu gün mənim iş otağımdasız. Görürsüz ki, işıq yanmır. Çünki hava işıqlıdır. Mən əgər bu işığı yandırsam, səmərəsiz yerə işıq pulu yazılır. Həmçinin, bu gün elektirik enerjisi, su, qazdan da səmərəsiz yerə istifadə edilməməlidir. Dövlət məcburi köçkünlərlə bağlı çox düzgün mexanizim seçib. Dövlət kommunal ödənişlər üçün artıq məcburi köçkünlərə pul ayırıb. Nə qədər işığa, qaza, suya qənaət edirsənsə, yerdə qalan pul sənin cibində qalsın. Mən pul verəndə fikirləşirəm ki, evdə qaz niyə artıq yerə yanmalıdır və bunu dərhal söndürürəm.
Yaxud da ki, birinin su çəni deşilib və su boş-boşuna yerə axır. Əgər bu adam pul ödəniş edərsə, dərhal usta tapıb çənini təmir etdirəcək.
Bir vaxtlar Bakı şəhərinin su təchizatı ilə əlaqədar Almanlar Bakıya gəlmişdi. Onlar 6-8 yaşayış binasında test üsulu ilə yoxlama keçirdilər. Əvvəl bu binaların zirzəmilərin yoxladılar və sonra su xətlərinə baxış keçirdilər. Son qərar belə oldu ki, Bakı şəhərinə əlavə suya ehtiyacı yoxdur. Soruşuldu niyə? Cavab olaraq dedilər ki, hər zirzəmidən sızan suyun həcmi kifayət qədərdir. Əgər hər bir şəxs suya düzgün nəzarət edərsə, Bakıda əlavə su kəmərlərinin çəkilişinə ehtiyac qalmaz. Amma bir məsələ də var. Nə olursa olsun, bu adamlar hər şeyin itirib. Burada psixoloji məqamlar var. Bu adamlar bayramda valideyinin məzarı üstünə gedə bilmirlər. Ev yoxdur. Mən rayon yerində olmuşam və onların necə əziyyət çəkdiyini bilirəm. Onların evində olan bütün əşyaları əllərindən gedib. Ən əsası torpağı vətəndaşlarımızın əlindən gedib. Xırda şeylərlə onları narahat eləmək olmaz. Çünki onlara çox böyük mənəvi və psixoloji zərbə dəyib. Bu, çox çətindir. Hər dəfə televizorda işğal olunmuş torpaqları göstərəndə hər bir məcburi köçkünün gözü axtarır ki, bəlkə yaşadığı kəndi, evini görəcək. Bu, insan üçün çox ağır problemdir. O baxımdan hesab edirəm ki, hər bir vətəndaşımız vəzifəsindən aslı olmayaraq, məcburi köçkünlərimizlə çox həssas davranmalıdır. Hamı isti evində-eşiyində oturanda bu adamlar ordan-bura, burdan-ora köç edib. Onlar hər yer dəyişmədə gör nə qədər mənəvi zərbə alırlar. Adam xaricə gedib bir şəraiti olan otelə öyrəşmək üçün ən azı 3 gün vaxt lazımdır. Gör, bunun nə qədər əziyyəti-əzabı var. Həyəti-bacası, ağacları bütün hər bir şeyi düşmən alıb. Ona görə məcburi köçkünlərimizlə diqqətlə yanaşmaq və onların problemlərini həllinə çalışmalıyıq. İnşallah bütün məcburi köçkünlərimiz dədə-baba torpaqlarına qayıdacaq. Hökumətimizdə onların şəraitinin yaxşılaşması üçün bütün addımları atacaq.
-Ermənistan hakimiyyəti son zamanlar Azərbaycana qarşı yenidən sərsəm çıxışlar etməyə başlayıblar. Bu nə ilə bağlıdır?
-Ermənistan daxilində sakitlik yaratmağa çalışır. Ermənistan aprel döyüşlərindən sonra tamamilə darmadağın olub. Çünki onlar deyirdi ki, Ermənistan ordusu belə güclüdür, Azərbaycan heç nə edə bilməz. Yaxud da edərsə, Kollektiv Təhlükəsizlik Şurasının üzləri buna qoşulacaqdır. Sonra belə bir şayiə atmışdılar ki, Azərbaycan gəncləri artıq Dağlıq Qarabağı yaddan çıxarıblar. Bu cür fikirlərlə Ermənistan hakimiyyəti əhalisi çaşdırırdı. Amma aprel döyüşləri göstərdi ki, dondurulmuş münaqişə həll olunmuş münaqişə deyil. Hər an onun donu açıla bilər və yenə alvona bilər. Nəticə də göz qabağındadır. Azərbaycan ordusunun gücü-qüdrəti, Ali Baş Komandanın verdiyi dəstək, Azərbaycan xalqının verdiyi dəstək və Ordumuz tərəfindən onlar aprel döyüşlərində darmadağın oldular. Düşmənə çox böyük mənəvi zərbə dəydi. Demək olar ki, yaradılmış mif hamısı darmadağın olundu getdi. Onlar hazırda da panika vəziyyətindədirlər. Artıq hər kəs kimin kim olduğunu gözəl başa düşür.
\\unikal.org\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Bu gün, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Bu gün, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Bu gün, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Bu gün, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Bu gün, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Bu gün, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Bu gün, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Bu gün, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Bu gün, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Bu gün, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32 |
|
|
|
• "Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31 |
|
|
|
• Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24 |
|
|
|
• Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15 |
|
|
|
• Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11 |
|
|
|
• Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib - UNUTMARIQ!!!
Bu gün, 12:03 |
|
|
|
• Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə...
Bu gün, 12:02 |
|
|
|
• Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər - VİDEO
Bu gün, 12:00 |
|
|
|
• Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: - əlləri, üzü, boynu yanıb
Bu gün, 11:52 |
|
|
|
• Ermənistan ordusunda skandal: - Əsgərləri “zəhərləyirlər”
Bu gün, 11:44 |
|
|
|
• Aİ səfiri dezinformasiya yayır - “Gürcü Arzusu”
Bu gün, 11:43 |
|
|
|
• Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi -“Bild”
Bu gün, 11:41 |
|
|
|
• Avropa İttifaqı: üzüqara Borrel gedir - gələn Kallasdan nə gözləməli?
Bu gün, 11:40 |
|
|
|
• “CPM İnvest İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28 |
|
|
|
• FHN-nin keçmiş idarə rəisinə Milli Məclisdə vəzifə verildi - FOTO
Bu gün, 11:25 |
|
|
|
• Bir tərfədən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
Bu gün, 11:23 |
|
|
|
• Naxçıvan Ali Məclis sədrinin maaşı əhalinin ortalama maaşından 10 DƏFƏ ÇOX OLACAQ - hələlik sədr yoxdur, amma...
Bu gün, 11:17 |
|
|
|
• Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:10 |
|
|
|
• Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır - QİYMƏTLƏR
Bu gün, 11:08 |
|
|
|
• Naxçıvanda daha bir neçə idman federasiyası fəaliyyətini dayandırıb - SİYAHI
Bu gün, 11:03 |
|
|
|
• BU NƏDİ BELƏ: COP29-a görə əkilən ağaclar... indi də KÖKÜNDƏN ÇIXARILIR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:00 |
|
|
|
• Lalə Şövkət siyasətə GERİ QAYIDIR?
Bu gün, 10:55 |
|
|
|
• "Canəli Nəbiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır" - MÜRACİƏT
Bu gün, 10:54 |
|
|
|
• Mirzoyan Finlandiya Prezidenti ilə Bakı və İrəvan arasında normallaşma prosesini müzakirə edib
Bu gün, 10:49 |
|
|
|
• "Bəzi deputatların səsləndirdikləri fikirlər Prezidentin həyata keçirdiyi siyasətlə ziddiyyət təşkil edir" - REAKSİYA
Bu gün, 10:48 |
|
|
|
• Rus ordusu Donetskdə irəliləyib - “DeepState”
Bu gün, 10:43 |
|
|
|
• Azərbaycan haqlıdır, sülh ancaq bu şərtlə imzalana bilər - Arif Hacılı
Bu gün, 10:40 |
|
|
|
|