Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək? .....                     AQTİ Qoşqar Təhməzlinin şirkətindən 4 milyonluq mal alacaq .....                     Turistlər Azərbaycana ən çox nə üçün gəlir? .....                     “Turan Bank”da iki departament direktoru təyin edilib .....                     UNEC-in “zoom” üçün ödədiyi məbləğ 71% artaraq 51 min manata çatıb .....                     “Türkiyə filmləri dublyaj olunmasın” təklifi: .....                     Azərbaycanda 4 nazir vəzifəsi boşdur .....                     “Benzini dərhal ucuzlaşdırın!” .....                     Tanınmış hakim təqaüdə göndərildi .....                     Azərbaycan yenə sözünü dedi .....                     100 min, 400 min, 2 mənzil... .....                     Ət idxalı artıb: Qiymətlər niyə düşmür? .....                     Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət .....                     Putinin yaşı və ölkədəki böhran gözlənilməz ssenariləri istisna etmir .....                     Tiktoker "Beniz"in məhkəməsində .....                     “Həkim əməliyyatın ortasında dayandı ki, 1700 manat verməlisən” .....                     Paşinyana qarşı ŞOK PLAN .....                     Minlərlə insanın qatili, terrorçu Serj Sərkisyanı görəsən İsrail niyə ittiham etmir? .....                     Rusiyada benzin satışı avtomobillərin nömrə nişanına görə tənzimlənəcək .....                     Agentlik 100 min manatlıq şirkətə qadağa qoydu .....                     Ermənilərin Xankəndində tikdikləri... BU QURUM SÖKƏCƏK! .....                     Xamenei atasının dəfnində iştirak edəcək? .....                     İş tapmaq məqsədilə müraciət etmədiyi müəssisə qalmayıb... .....                     “Azərbaycanın Aİİ-yə üzvlüyünü əngəlləyən səbəblər .....                     “Ermənistanı hinduşka kimi böləcəklər...” .....                     Heydərov onu idarə rəisi təyin etdi .....                     Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq .....                     NİYƏ BU AYNA... ƏYRİ GÖRÜR ÖZÜNÜ... .....                     Dollar və qızılın taleyi .....                     Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq .....                     Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb .....                     Azərbaycanda 10 milyonluq şirkət .....                     Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı .....                     “NEMETSKİ” SABİQLƏR: Keçmiş nazirlər “sadə azərbaycanlı” rolunda... .....                     Xalq artisti GÖZLƏMƏ MÖVQEYİNDƏ .....                     “Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq .....                     Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi .....                     Saxta iş elanları: Qurbana çevrilməyin .....                     Praqmatizm və “kağız müharibəsi” .....                     Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı .....                 

“Sovetlər dağılsa da, Rusiya faktiki imperiya olaraq qalır və yenə dünyaya meydan oxuyur” - deputat
Tarix: 7-02-2017, 07:57 | Çap et
“Sovetlər dağılsa da, Rusiya faktiki imperiya olaraq qalır və yenə dünyaya meydan oxuyur”
Rusiya prezidenti Vladimir Putinin keçmiş SSRİ-ni bərpa etmək planının olması barədə zaman-zaman fikirlər səslənir. İndi də ilin sonunadək Kreml sahibinin bu niyyəti həyata keçirmək planının olması barədə şok xəbərlər yayılıb.

Əslində qalsa, Putin hakimiyyətdə olduğu sürəcdə belə fikirlər çox səslənib. SSRİ-nin dağılmasında birbaşa günahkar görünən sovet imperiyasının sonuncu prezidenti Mixail Qarboçovun son açıqlamasını xatırlatmaq kifayət edər. Ekspertlərə görə, belə fikirlərlə Putin nəbz yoxlamaq istəyir, təsir dairəsində olan ölkələrin reaksiyalarını öyrənməyə çalışır. Bütün bunlara rəğmən, keçmiş sovet ölkələrinin öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldıqları dilə gətirilir. Azərbaycanın da bu məsələlərdə diqqətli olması vurğulanır.

Ana Vətən Partiyasının sədri, tarixçi professor, deputat Fəzail Ağamalı SSRİ dövründə indiki Rusiyadan fərqli olaraq, imperiya sərhədlərinin daha geniş olduğunu söylədi: “Sovetlər dağılsa da, Rusiya, faktiki, imperiya olaraq qalır. I Pyotrun yaratdığı və sələflərinin oktyabr inqilabına qədər qoruya bildiyi əraziləri indiki Rusiya da SSRİ dağılandan sonra qoruya bilib. Putin dövründə Rusiya kifayət qədər gücləndi. Bunu etiraf etməliyik. Eyni zamanda Amerikanın əvvəlki prezidenti Barak Obama dövründə Rusiya bir az da gücləndi. Beynəlxalq aləmdə missiyalarını həyata keçirmək üçün kifayət qədər manevr imkanları əldə etdi. Putin güclü lider kimi özünü sübut etdi. Hətta Avrasiya İttifaqını yaratmaq üçün konkret addımlar atıldı. Siyasi sistemin yaradılması yolunda atılan addımlara bəzi ölkələr də qoşuldu. Sirr deyil ki, bu ittifaqa Rusiya keçmiş müttəfiq olduğu ölkələri də cəlb etmək istəyir. Ukrayna bura daxil olsaydı, ittifaq daha da güclənərdi, amma bu proseslərdən Ukrayna uzaqlaşdı. Moldova artıq Avropaya tam qovuşmaq ərəfəsindədir. Əminəm ki, Avropa Ukrayna və Moldovanı heç zaman Rusiyanın ağuşuna atmayacaq. Bütün imkanlardan istifadə edərək, buna mane olmağa çalışacaq. Qafqaza gəlincə, Gürcüstan artıq bəllidir, Qərbə doğru sürətlə gedir. Yaxınlarda viza rejiminin ləğvi ilə Gürcüstan Avropaya doğru daha bir mühüm addım atdı. Ermənistan Avrasiya İttifaqındadır. Azərbaycan isə tam müstəqil siyasət yürüdür. Əminəm ki, bu siyasəti sona qədər davam etdirəcəyik. O halda biz Avrasiya İttifaqına qoşula bilərik ki, ərazilərimizin suverenliyi tam təmin olunsun. İşğal olunmuş torpaqlarımız geri qaytarılsın. Avrasiya İttifaqına o zaman daxil olmaq mümkün ola bilər ki, suverenliyimiz təmin olunarkən bunu tanısın. Gələcəkdə bu məsələlər müzakirə predmeti ola bilər. Hərbi ittifaqlarla bağlı Azərbaycan öz yolunu seçib. Qoşulmayanlar İttifaqının üzvüdür. Orta Asiya dövlətlərindən ən güclüsü olan Qazaxıstan artıq Avrasiya İttifaqındadır. İstənilən halda Rusiya orada qalan Özbəkistan və Türkmənistanı da bu yollarla ittifaqa qoşa bilər. Buna şübhə etmirəm. Orada vəziyyət getdikcə Rusiyanın xeyrinə dəyişməkdədir. Azərbaycan öz suverenliyini və müstəqilliyini qorumaq üçün sona qədər öz iradəsini ortaya qoyacaq. Bunu ölkə başçısının həyata keçirdiyi siyasətin məntiqi və mahiyyəti deyir. Azərbaycan xalqı da müstəqilliyinin və suverenliyinin itirilməsinə heç zaman razı olmayacaq. Amma tarixi situasiyalar heç də həmişə bizim istədiyimiz kimi getmir. Bu situasiyalar elə vəziyyət yarada bilər ki, indiki Rusiya imperiyası tamamilə çökə də bilər, yaxud situasiya yetişə bilər ki, Rusiya SSRİ niyyətini həyata keçirmək üçün konkret addımlar atar. Nəticədə dünya düzəninin dəyişməsində ciddi proseslər meydana çıxar. Ortalıqda olan odur ki, Rusiyanın indiki prezidenti çox ciddi iddialarla yaşamaqdadır və bu iddialardan geri çəkilmək fikrində deyil”.

F.Ağamalı müxtəlif şəxslərin dilindən səslənən bu cür ifadələrin Rusiyanın niyyətinin anonsu olduğunu da qeyd etdi: “Lavrov müxbirin sualına Azərbaycanın suveren hüquqlarını pozaraq, ölkəmizin müharibə aparmasının yolverilməz olduğunu dilə gətirir. Görün bu məsələ hansı səviyyədədir ki, Rusiyanın xarici işlər naziri tərəfindən suveren hüquqlarımız kobud şəkildə pozulur. Təhdidlər indi də var. Onlar bu niyyətlərini gizlətmirlər. Ən müxtəlif yollarla keçmiş SSRİ respublikalarına təsir etməyə çalışırlar. Bunlardan ən universal formaya çevrilən münaqişələrdir. Azərbaycan, Ukrayna, Gürcüstan və digər dövlətlər münaqişənin içərisindədir. Orta Asiyada Rusiya istənilən hal münaqişələr dövlətlər arasında yarada bilər. Nəticədə həmin yerlər qonşu ölkənin nəzarəti altına keçə bilər. Rusiyanın əlində belə imkanlar var. Hələ ”5-ci kolon" və millətlərarası salınacaq ədavətləri demirəm. İstənilən hal bundan istifadə oluna bilər. Rusiya bu cür vasitələrlə öz ərazi iddialarını həyata keçirmək imkanlarına malikdir. Təəssüflər olsun ki, bunlar bir faktdır. Rusiya artıq ayrı-ayrı dövlətlərə öz yaxın adamlarını yerləşdirməkdədir".

F.Ağamalıya görə, Avropa İttifaqında bu gün iki qütb var: “Bir qütb Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasını tələb edir, digər qütb bunun əksinə çıxır. Amerika cəmiyyəti də eyni durumdadır. Bu da etiraf etmək lazımdır ki, Rusiya və onun kəşfiyyat orqanlarının fəaliyyətinin nəticəsidir. Rusiya bu gün dünyaya sözün həqiqi mənasında meydan oxuyur. İstənilən halda Azərbaycan bu ölkə ilə gərginliyin yaranmasına imkan verməməlidir. Rusiya əmin olmalıdır ki, Azərbaycandan ona ziyan gələcək heç bir addım atılmayacaq. Necə ki, indi orada belə bir əminlik var. Biz onların əlinə bəhanə verməməliyik. Bu gərgin vaxtlarda ölkə başçısı çox uğurlu siyasət apararaq, bizə lazım olan siyasəti qurub”.
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?
Dünən, 18:07
AQTİ Qoşqar Təhməzlinin şirkətindən 4 milyonluq mal alacaq - ÖZ ƏLİ... ÖZ BAŞI...
Dünən, 17:47
Turistlər Azərbaycana ən çox nə üçün gəlir? – ŞOK SƏBƏBLƏR
Dünən, 17:44
“Turan Bank”da iki departament direktoru təyin edilib - ƏMR
Dünən, 17:39
UNEC-in “zoom” üçün ödədiyi məbləğ 71% artaraq 51 min manata çatıb
Dünən, 17:38
“Türkiyə filmləri dublyaj olunmasın” təklifi: - “Bəlkə, rusca danışaq?”
Dünən, 17:35
Azərbaycanda 4 nazir vəzifəsi boşdur - SİYAHIDA BAŞQA POSTLAR DA VAR
Dünən, 17:23
“Benzini dərhal ucuzlaşdırın!” – Trampın tələbi niyə iqtisadi reallığa uymur?
Dünən, 17:20
Tanınmış hakim təqaüdə göndərildi - BUNDAN SONRA...
Dünən, 17:18
Azərbaycan yenə sözünü dedi - İsrailin qərarı “Bir millət, iki dövlət”i bir daha təsdiqlədi
Dünən, 17:11
100 min, 400 min, 2 mənzil... - “QANPULU” DAVASI
Dünən, 16:48
Ət idxalı artıb: Qiymətlər niyə düşmür? - AKTUAL
Dünən, 16:38
Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət - BU NƏDİ BELƏ?
Dünən, 16:34
Putinin yaşı və ölkədəki böhran gözlənilməz ssenariləri istisna etmir - Tofiq Zülfüqarov
Dünən, 16:31
Tiktoker "Beniz"in məhkəməsində QALMAQALLI İFADƏLƏR
Dünən, 16:29
“Həkim əməliyyatın ortasında dayandı ki, 1700 manat verməlisən” – Barmağı və dabanı amputasiya edilən şairin başına gələnlər
Dünən, 16:23
Paşinyana qarşı ŞOK PLAN - İLGİNC detallar BU YAZIDA
Dünən, 16:21
Minlərlə insanın qatili, terrorçu Serj Sərkisyanı görəsən İsrail niyə ittiham etmir?
Dünən, 16:18
Rusiyada benzin satışı avtomobillərin nömrə nişanına görə tənzimlənəcək - BU DA OLDU!
Dünən, 16:07
Agentlik 100 min manatlıq şirkətə qadağa qoydu – TENDERLƏRDƏ İŞTİRAK EDƏ BİLMƏYƏCƏK
Dünən, 16:06
Ermənilərin Xankəndində tikdikləri... BU QURUM SÖKƏCƏK! - DETALLAR
Dünən, 16:01
Xamenei atasının dəfnində iştirak edəcək?
Dünən, 15:58
İş tapmaq məqsədilə müraciət etmədiyi müəssisə qalmayıb... - GİLEY
Dünən, 15:46
“Azərbaycanın Aİİ-yə üzvlüyünü əngəlləyən səbəblər – Rusiyanın əbəs GÖZLƏNTİSİ
Dünən, 15:01
“Ermənistanı hinduşka kimi böləcəklər...” – erməni politoloqdan SOS
Dünən, 14:59
Heydərov onu idarə rəisi təyin etdi - ƏMR
Dünən, 14:57
Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq - Qətər XİN
Dünən, 14:52
NİYƏ BU AYNA... ƏYRİ GÖRÜR ÖZÜNÜ... HƏQİQƏTƏN DƏ...
Dünən, 14:45
Dollar və qızılın taleyi HƏLL EDİLİR
Dünən, 13:10
Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq
Dünən, 13:00
Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb - BUNDAN SONRA...
Dünən, 12:59
Azərbaycanda 10 milyonluq şirkət – LƏĞV EDİLİR
Dünən, 12:56
Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı
Dünən, 12:47
“NEMETSKİ” SABİQLƏR: Keçmiş nazirlər “sadə azərbaycanlı” rolunda... - FOTO
Dünən, 12:37
Xalq artisti GÖZLƏMƏ MÖVQEYİNDƏ - "Sponsor tapılsa, bu arzum reallaşacaq"
Dünən, 12:32
“Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq - işçi narazıdır
Dünən, 12:16
Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi ALİ MƏHKƏMƏDƏ
Dünən, 12:06
Saxta iş elanları: Qurbana çevrilməyin - DİQQƏT
Dünən, 12:02
Praqmatizm və “kağız müharibəsi” – Leyen Bakıya nə üçün gəlir?
Dünən, 11:59
Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı - Foto
Dünən, 11:58
Pensiya ala bilmədən ölən kişilərin sayı son 26 ildə necə dəyişib? - SİYAHI
Dünən, 11:55
“Kaspian Speşialist Servises” şirkətinin gəlirləri və mənfəəti azalıb
Dünən, 11:53
Dövlət qurumu dərmanları qiymətindən baha satan “Zeytun Pharmaceuticals”dan qan torbaları alır – 1,5 MİLYON MANATLIQ
Dünən, 11:50
Pezeşkiandan ABŞ-a mesaj: - Anlaşma ikitərəfli bir yoldur
Dünən, 11:45
Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: - Bu il tətil üçün hara getməli?
Dünən, 11:41
TƏBİB sədrinin işdən çıxarmaq istədiyi direktor könüllü ərizə yazmır - İLGİNC
Dünən, 11:33
Güney Qafqazda Rusiya - NATO toqquşması – Növbəti XƏBƏRDARLIQ
Dünən, 11:30
Aqil Nəzərlinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - İLGİNC FAKTLAR...
Dünən, 11:25
Naxçıvan “dərəbəy”inin Qurbanəli bəyliyi - REPLİKA
Dünən, 11:09
SSRİ bayrağı qaldıran Səmədovdan İLGİNC ifadə
Dünən, 11:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru