Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək? .....                     AQTİ Qoşqar Təhməzlinin şirkətindən 4 milyonluq mal alacaq .....                     Turistlər Azərbaycana ən çox nə üçün gəlir? .....                     “Turan Bank”da iki departament direktoru təyin edilib .....                     UNEC-in “zoom” üçün ödədiyi məbləğ 71% artaraq 51 min manata çatıb .....                     “Türkiyə filmləri dublyaj olunmasın” təklifi: .....                     Azərbaycanda 4 nazir vəzifəsi boşdur .....                     “Benzini dərhal ucuzlaşdırın!” .....                     Tanınmış hakim təqaüdə göndərildi .....                     Azərbaycan yenə sözünü dedi .....                     100 min, 400 min, 2 mənzil... .....                     Ət idxalı artıb: Qiymətlər niyə düşmür? .....                     Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət .....                     Putinin yaşı və ölkədəki böhran gözlənilməz ssenariləri istisna etmir .....                     Tiktoker "Beniz"in məhkəməsində .....                     “Həkim əməliyyatın ortasında dayandı ki, 1700 manat verməlisən” .....                     Paşinyana qarşı ŞOK PLAN .....                     Minlərlə insanın qatili, terrorçu Serj Sərkisyanı görəsən İsrail niyə ittiham etmir? .....                     Rusiyada benzin satışı avtomobillərin nömrə nişanına görə tənzimlənəcək .....                     Agentlik 100 min manatlıq şirkətə qadağa qoydu .....                     Ermənilərin Xankəndində tikdikləri... BU QURUM SÖKƏCƏK! .....                     Xamenei atasının dəfnində iştirak edəcək? .....                     İş tapmaq məqsədilə müraciət etmədiyi müəssisə qalmayıb... .....                     “Azərbaycanın Aİİ-yə üzvlüyünü əngəlləyən səbəblər .....                     “Ermənistanı hinduşka kimi böləcəklər...” .....                     Heydərov onu idarə rəisi təyin etdi .....                     Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq .....                     NİYƏ BU AYNA... ƏYRİ GÖRÜR ÖZÜNÜ... .....                     Dollar və qızılın taleyi .....                     Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq .....                     Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb .....                     Azərbaycanda 10 milyonluq şirkət .....                     Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı .....                     “NEMETSKİ” SABİQLƏR: Keçmiş nazirlər “sadə azərbaycanlı” rolunda... .....                     Xalq artisti GÖZLƏMƏ MÖVQEYİNDƏ .....                     “Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq .....                     Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi .....                     Saxta iş elanları: Qurbana çevrilməyin .....                     Praqmatizm və “kağız müharibəsi” .....                     Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı .....                 

Şəhidimizin meyitini qaytarmayan Ermənistan əməlinə peşman ediləcək – xəbərdarlıq
Tarix: 23-01-2017, 08:25 | Çap et
Şəhidimizin meyitini qaytarmayan Ermənistan əməlinə peşman ediləcək
“Bir neçə gündən sonra şəhid əsgərimiz Çingiz Qurbanovun meyitinin düşmən əlində saxlanmasının bir ayı tamam olacaq. Bu müddət ərzində həyasız və insanlıqdan kənar bir həyat tərzi sürən vəhşi, faşist ermənilər hələ də öz inadkarlıqlarından əl çəkib hərbçimizin nəşini qaytarmırlar. Əslində düşmən heç özü də nə istədiyini doğru-düzgün anlamır”.

Hərbi ekspert Üzeyir Cəfərov bunları “Yeni Müsavat”a ötən ilin 29 dekabrında Ermənistanın diversiya-kəşfiyyat qrupunun hücumunu dəf edərkən həlak olan əgərimizlə bağlı düşmənin göstərdiyi anti-insani münasibət haqda danışarkən bildirdi. Onun sözlərinə görə, bəlkə də erməni tərəfi bununla özünü qarşıdakı hadisələr zamanı necə çətin bir duruma saldığını təsəvvürünə belə gətirə bilmir: “Düşmən hələ ki, eyforiyadadır. Ermənilər onsuz da özlərini öldürsələr belə, məcburiyyət qarşısında qalıb şəhid əsgərimizin meyitini qaytarmağa məcbur olacaqlar. Bunun başqa alternativi yoxdur. Amma demişik və bir daha təkrarlayırıq ki, Ermənistan çox pis ənənənin təməlini qoydu. Onları mütləq peşman edəcəyik və özü də bu, çox yaxın zamanlarda baş verəcək. Zatən o proses başlayıb, amma onun bəzi detalları var ki, bunun üzərində Azərbaycan Müdafiə Nazirliyi, qoşunların təmas xəttində olan hərbi hissə və birləşmələrin komandanlığı çox ciddi iş aparır”.

Ü.Cəfərov xatırlatdı ki, dekabrın 29-dan bu günə kimi, yəni Çingizin şəhid olduğu vaxtdan bu yana bizim cəmi 1 itkimiz olubsa, düşmənin bu müddət ərzində 5-7 arası ölən və yaralanan hərbçisi olub: “Bu, hələ bizim açıq mənbələrdən aldığımız məlumatdır. İndi görün, açıqlanmayan məlumatlar nədən xəbər verir. Beynəlxalq qurumlar isə növbəti dəfə özlərini rüsvay etdilər. Ermənistan siyasi və hərbi rəhbərliyi ATƏT-in, Avropa Şurasının və digər qurumların üzünə faktiki tüpürdü. Yəni onların həqiqətən də mənasız təşkilatlar olduğunu sübut etdi. Məni sakit buraxmayan bu polşalı casus Anjey Kaspşikin, ümumiyyətlə, şəhid əsgərimizin meyitinin qaytarılması ilə bağlı sərgilədiyi son dərəcə yekəxana biganəliyidir. Axı bu yaramaz erməni tərəfdən bir işğalçı cəhənnəmə vasil olanda, az qala özünü ”cırır". Mən tam əminəm ki, tez bir zamanda biz Ermənistan ordusunun necə sərt şəkildə cəzalandığının şahidi olacağıq. Şərəfli komandirlərimiz lazım olan hər şey edirlər ki, tez bir zamanda düşmən və havadarları, nəhayət ki, öz yaramazlıqlarını anlasınlar. Mən bunu söz xətrinə, pafos naminə demirəm. Çox ciddi şəkildə bu məsələ üzərində işlənilir. Sadəcə, bir az zaman lazım olacaq. Şəhidimizi də biz tezliklə ən yüksək səviyyədə torpağa tapşıracağıq. Bunu düşmənlərimiz də özləri görəcəklər".

Sabiq təhlükəsizlik xidməti zabiti Arzu Nağıyev isə “Yeni Müsavat”a bildirdi ki, əsgərimizin nəşinin qaytarılmasının bir neçə yolunu görür: “İlk öncə məsələnin danışıqlar yolu ilə həlli mümkündür. Belə ki, beynəlxalq qurumların Ermənistana ciddi təzyiqi ilə məsələni həll etmək lazımdır. Əgər münaqişənin həllini ATƏT öz üzərinə götürübsə, həmsədr dövlətlər bu missiyaya uyğun addımlar atmalıdır. Bundan başqa, Cenevrə razılaşması ilə bağlı Ermənistana xəbərdarlıq edilməlidir. Eyni zamanda, ”xalq diplomatiyası", dini qurumlar da öz xətləri ilə bu məsələyə qarışmalıdır". A.Nağıyev hesab edir ki, ermənilərin havadarları olan dövlətlər də onlara təzyiq göstərə bilərlər: “Əsir və girovlarla bağlı Dövlət Komissiyası da müvafiq danışıqlar aparmalıdırlar və bu istiqamətdə işlər gedir. Diaspora təşkilatları da aktiv rol oynamalı və müvafiq aksiyalar keçirməlidir. Bütün bunlar nəticə verməsə, o halda hərbi müdaxilə edərək əks tərəfin əsgər və zabitini ölü, yaxud diri ələ keçirmək, şəhidimizlə dəyişmək lazımdır”.

Qarabağ Qazilər Birliyinin sədri, keçmiş döyüşçü Etimad Əsədov isə təəssüflə bildirdi ki, nəinki şəhid əsgərimizin nəşini, həmçinin Şuşada girov saxlanılan iki həmvətənimizin də geri qaytarılması mümkünsüz deyil: “Girovların, həmçinin şəhidimizin geri qaytarılması ilə bağlı danışıq xətrinə danışıq aparmamalıyıq. Düşmənin və beynəlxalq təşkilatların qarşısına konkret tələb, mövqe qoyulmalıdır. ATƏT-dən yüksək səviyyədə tələb olunmalıdır ki, ya siz bu insanların geri qaytarılmasına nail olursunuz, şəhid əsgəri geri alırsınız, ya da birdəfəlik ayağınızı bu ölkədən çəkirsiniz! Yaxud pazı pazla çıxararlar. Biz də ermənilərin postlarına girməli, düşmən hərbçilərini öldürüb cəsədini götürməli, deməliyik ki, gətirin əsgərimin meyitini, aparın cəsədlərinizi, əclaflar!”

E.Əsədov beynəlxalq qurumların davranışları ilə bağlı kifayət qədər sərt mövqe ortaya qoymağın tərəfdarıdır: “Biz, nəhayət, ayılmalı, ortaya iradəmizi qoymalıyıq! İşğala, soyqırımına məruz qalan bizik, amma beynəlxalq təşkilatlar elə davranırlar ki, elə bil bu faciələri ermənilər yaşayıb. Azərbaycan hökuməti səfərbər olunmalı, torpaqların azad olunmasını qarşıya məqsəd qoymalıdır. Azərbaycan dövləti sülh tərəfdarı olduğunu bəyan etməklə yanaşı, xalqa imkan verməlidir ki, qəhrəman oğullarımız ermənilərin bizim ərazimizdə ordu saxlamasına, rahat oturmalarına, məscidlərimizdə donuz saxlamalarına imkan verməsin”. Qarabağ qazisi bildirdi ki, Azərbaycan xalqı bu torpaqların azadlığı üçün canını verməyə hazırdır: “Lələtəpə hadisələri göstərdi ki, əlil və şəhid ailələrinə nə qədər biganəlik olsa da, onların övladları yenə Vətən uğrunda savaşa hazırdırlar. Mən Lələtəpədə də, Goranboy tərəfdə də olmuşam, həmçinin Cəlilabadda gənclərimizin hərbi xidmətə yola salınması prosesində iştirak etmişəm. Gənclərimiz ”Vətənə canımız fəda" deyib, bayrağımızı öpüb hərbi xidmətə yola düşdülər. Valideynlərimiz də deyirdilər övladlarımızı Vətənə qurban demişik, yetər ki, torpaqlar alınsın. Bundan artıq ruh yüksəkliyi, Vətənə bağlılıq nə ola bilər ki? Bu ruhu öldürmək olmaz, bu ruha sahib çıxıb insanlarımızı torpaqların azadlığı uğrunda mübarizəyə səfərbər etmək lazımdır. Qoy biz ölək, amma torpağımız azad olunsun, alnımızdakı ləkəni silib-təmizləyək, Xocalının qisasını alaq! Biz bu qisası Qiyamətədək saxlaya bilmərik. Əks təqdirdə gələcək nəsillər bizi lənətləyəcək. Bu hadisələr bizim zamanımıza düşübsə, onu biz həll etməliyik, gələcək nəsillərə saxlamamalıyıq".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?
Dünən, 18:07
AQTİ Qoşqar Təhməzlinin şirkətindən 4 milyonluq mal alacaq - ÖZ ƏLİ... ÖZ BAŞI...
Dünən, 17:47
Turistlər Azərbaycana ən çox nə üçün gəlir? – ŞOK SƏBƏBLƏR
Dünən, 17:44
“Turan Bank”da iki departament direktoru təyin edilib - ƏMR
Dünən, 17:39
UNEC-in “zoom” üçün ödədiyi məbləğ 71% artaraq 51 min manata çatıb
Dünən, 17:38
“Türkiyə filmləri dublyaj olunmasın” təklifi: - “Bəlkə, rusca danışaq?”
Dünən, 17:35
Azərbaycanda 4 nazir vəzifəsi boşdur - SİYAHIDA BAŞQA POSTLAR DA VAR
Dünən, 17:23
“Benzini dərhal ucuzlaşdırın!” – Trampın tələbi niyə iqtisadi reallığa uymur?
Dünən, 17:20
Tanınmış hakim təqaüdə göndərildi - BUNDAN SONRA...
Dünən, 17:18
Azərbaycan yenə sözünü dedi - İsrailin qərarı “Bir millət, iki dövlət”i bir daha təsdiqlədi
Dünən, 17:11
100 min, 400 min, 2 mənzil... - “QANPULU” DAVASI
Dünən, 16:48
Ət idxalı artıb: Qiymətlər niyə düşmür? - AKTUAL
Dünən, 16:38
Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət - BU NƏDİ BELƏ?
Dünən, 16:34
Putinin yaşı və ölkədəki böhran gözlənilməz ssenariləri istisna etmir - Tofiq Zülfüqarov
Dünən, 16:31
Tiktoker "Beniz"in məhkəməsində QALMAQALLI İFADƏLƏR
Dünən, 16:29
“Həkim əməliyyatın ortasında dayandı ki, 1700 manat verməlisən” – Barmağı və dabanı amputasiya edilən şairin başına gələnlər
Dünən, 16:23
Paşinyana qarşı ŞOK PLAN - İLGİNC detallar BU YAZIDA
Dünən, 16:21
Minlərlə insanın qatili, terrorçu Serj Sərkisyanı görəsən İsrail niyə ittiham etmir?
Dünən, 16:18
Rusiyada benzin satışı avtomobillərin nömrə nişanına görə tənzimlənəcək - BU DA OLDU!
Dünən, 16:07
Agentlik 100 min manatlıq şirkətə qadağa qoydu – TENDERLƏRDƏ İŞTİRAK EDƏ BİLMƏYƏCƏK
Dünən, 16:06
Ermənilərin Xankəndində tikdikləri... BU QURUM SÖKƏCƏK! - DETALLAR
Dünən, 16:01
Xamenei atasının dəfnində iştirak edəcək?
Dünən, 15:58
İş tapmaq məqsədilə müraciət etmədiyi müəssisə qalmayıb... - GİLEY
Dünən, 15:46
“Azərbaycanın Aİİ-yə üzvlüyünü əngəlləyən səbəblər – Rusiyanın əbəs GÖZLƏNTİSİ
Dünən, 15:01
“Ermənistanı hinduşka kimi böləcəklər...” – erməni politoloqdan SOS
Dünən, 14:59
Heydərov onu idarə rəisi təyin etdi - ƏMR
Dünən, 14:57
Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq - Qətər XİN
Dünən, 14:52
NİYƏ BU AYNA... ƏYRİ GÖRÜR ÖZÜNÜ... HƏQİQƏTƏN DƏ...
Dünən, 14:45
Dollar və qızılın taleyi HƏLL EDİLİR
Dünən, 13:10
Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq
Dünən, 13:00
Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb - BUNDAN SONRA...
Dünən, 12:59
Azərbaycanda 10 milyonluq şirkət – LƏĞV EDİLİR
Dünən, 12:56
Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı
Dünən, 12:47
“NEMETSKİ” SABİQLƏR: Keçmiş nazirlər “sadə azərbaycanlı” rolunda... - FOTO
Dünən, 12:37
Xalq artisti GÖZLƏMƏ MÖVQEYİNDƏ - "Sponsor tapılsa, bu arzum reallaşacaq"
Dünən, 12:32
“Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq - işçi narazıdır
Dünən, 12:16
Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi ALİ MƏHKƏMƏDƏ
Dünən, 12:06
Saxta iş elanları: Qurbana çevrilməyin - DİQQƏT
Dünən, 12:02
Praqmatizm və “kağız müharibəsi” – Leyen Bakıya nə üçün gəlir?
Dünən, 11:59
Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı - Foto
Dünən, 11:58
Pensiya ala bilmədən ölən kişilərin sayı son 26 ildə necə dəyişib? - SİYAHI
Dünən, 11:55
“Kaspian Speşialist Servises” şirkətinin gəlirləri və mənfəəti azalıb
Dünən, 11:53
Dövlət qurumu dərmanları qiymətindən baha satan “Zeytun Pharmaceuticals”dan qan torbaları alır – 1,5 MİLYON MANATLIQ
Dünən, 11:50
Pezeşkiandan ABŞ-a mesaj: - Anlaşma ikitərəfli bir yoldur
Dünən, 11:45
Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: - Bu il tətil üçün hara getməli?
Dünən, 11:41
TƏBİB sədrinin işdən çıxarmaq istədiyi direktor könüllü ərizə yazmır - İLGİNC
Dünən, 11:33
Güney Qafqazda Rusiya - NATO toqquşması – Növbəti XƏBƏRDARLIQ
Dünən, 11:30
Aqil Nəzərlinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - İLGİNC FAKTLAR...
Dünən, 11:25
Naxçıvan “dərəbəy”inin Qurbanəli bəyliyi - REPLİKA
Dünən, 11:09
SSRİ bayrağı qaldıran Səmədovdan İLGİNC ifadə
Dünən, 11:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru