Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir .....                     FHN “Aypara sarayı”nın istismarına icazə verdi .....                     “Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… .....                     Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək .....                     Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi .....                     “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb .....                     AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub .....                     Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi .....                     Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi .....                     "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" .....                     2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb .....                     Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... .....                     Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır .....                     Kəmaləddin Heydərov rəis müavini təyin etdi .....                     Saleh və 40 quldur... AAYDA təmizlənir... .....                     Hansı bankın nə qədər problemli krediti var? .....                     Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi .....                     "Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox" .....                     “Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: .....                     Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu .....                     Qazaxda cüdo imtahanı: .....                     Bu klinikanı kimlər himayə edir? .....                     "Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" .....                     Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır .....                     Azərbaycanda ağartı məhsulları BAHALAŞIR .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir .....                     OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? .....                     Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir .....                     AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır .....                     AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı .....                     Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi .....                     AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər .....                     Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə .....                     “Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” .....                     Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... .....                     SOCAR bir gecədə 4.6 milyard borca düşdü .....                     Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: .....                     30 illik baş həkimin xəstəxanasında reagent yoxdur .....                     Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib .....                     Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: .....                 

“General Vaqif Axundov bizi xilas etdi” – məşhur hərəkatçının 20 yanvar xatirələri
Tarix: 20-01-2017, 10:03 | Çap et
“General Vaqif Axundov bizi xilas etdi”
Milli Azadlıq hərəkatının öncüllərindən olmuş Ənvər Əliyev “Yeni Müsavat”a müsahibə verib. Onunla söhbəti təqdim edirik.

- Ənvər bəy, Milli Azadlıq Hərəkatından 20 Yanvar olaylarına qədərki dövrü necə xatırlayırsınız? Bakıda bu müddətdə nələr baş verirdi?

- Meydan hadisələrindən bir müddət sonra mən və Nemət Pənahlı həbs olunduq. O zaman Cəbhəçilər mitinqlər təşkil etməkdə davam edirdilər. İnsanlar da o aksiyalarda gedirdi. Söhbət 1989-cu ilin yay aylarından gedir. Mən 1988-ci ilin dekabrından 1989-cu ilin iyul ayına kimi həbsdə olmuşam. Biz çıxandan sonra gördük ki, vəziyyət tamam başqa cürdür. Mən içəridə olanda da bunu hiss edirdim. İnsanlar var idi ki, hara qulluq etdiyi bilinmirdi. Bir müddət mitinqlərə qoşuldum. Çox maraqlı idi ki, şəhərdə fövqəladə vəziyyət olmasına baxmayaraq, mitinqlər təşkil edirdilər. 1990-cı ilin yanvar ayının 13-də də Bakıda güclü bir mitinq oldu, çoxlu insan yığışmışdı, əhali küçədə idi. Həm də fövqəladə vəziyyət elan olunmuşdu. Çox qarışıq bir situasiya var idi. Cəbhəçilər də iki yerə parçalanmışdılar. Bir dəstə deyirdi ki, küçələrə çıxmaq lazımdır, digər dəstə deyirdi ki, yox, bu, olmaz.

- Öncədən belə bir hadisənin olacağı ilə bağlı işartılar var idimi? Təəssüratlarınız necə idi?

- Bunu təxmin etmək çox çətin idi. Öz silahınla özünü qırmaq heç kimin ağlına gəlməzdi. Sovet dövründə tam təhlükəsizlik var idi. Vətəndaşlarda ümumiyyətlə silah yox idi. Çox adam da buna arxayın olaraq tankın qabağına əliboş, sakit və arxayın şəkildə çıxdı. Həmin dövrdə mən 6-cı mikrorayonda qalırdım. Axşam çağı bir də gördük ki, hamını mitinqə çağırırlar. O zaman bizim aləmimizdə mitinqə getməmək pis şey idi. Mütləq getməli idik. O zaman mən akademiya işçiləri olan bir neçə qonşumla bir yerdə təcili yardım maşınına minib gəldik, “Gənclik”də düşdük. Metro ilə Mərkəzi Komitənin qabağına gəldik və orada güclü mitinq gedirdi. Orada bir neçə dəfə gəlib bizi dağıtmaq istədilər, lakin alınmadı. Ondan sonra səhər saat 5-də dağılışmağa başladıq. Artıq şəhərdən qanlı xəbərlər gəlirdi. Səhər saat 6-da metro açıldı və geri qayıtdıq. Maraqlı bir hadisə o oldu ki, “Baksovet”in qabağında bir də gördük hərbi maşın gəlir. Bu maşın gəlib dayandı, içindən əsgərlər çıxdı, əllərində silahlar və başladılar insanlara təzyiq göstərməyə. Biz onlardan soruşduq ki, insanlara qarşı niyə belə davranırlar. Dedilər ki, bu insanlar bizim hərbçi yoldaşlarımızı öldürüblər. Sonra indiki general Vaqif Axundov qabağa keçdi və dedi ki, yeraltı keçiddən bu tərəfə keçsəniz, bizim orada qoruyucu dəstəmiz var, vuruşmalı olacağıq. Onlar həqiqətən də keçiddən bu tərəfə keçmədilər. Çünki Vaqif Axundov onlarla çox ciddi danışdı. Əgər bu danışıq olmasaydı, bizə də hücum oluna bilərdi. Şəhərdə qırğın gedirdi.

- İndi də iddialar var ki, o hadisələrin qarşısını almaq mümkün olardı...

- Bu cür iddialar var, mən də eşidirəm. Lakin bu situasiyanı yaradan qüvvələr o qədər güclü idi ki, əks qüvvələrin buna nə üçün cəhd etmədiyini demək çətindir. Çünki bunu edən hökumət qüvvələri idi. Hər şeyi onlar idarə edirdilər. Silahlılar da onların əlində idi. Hətta AXC-nin içində elə adamlar var idi ki, Dövlət Təhlükəsizlik Komitəsi ilə əməkdaşlıq edirdilər. Bu hadisələrin 99 faizi öncədən planlaşdırılmışdı. Planlaşdırılmayan bir şey bizim 1988-ci ildəki mitinqimiz idi. Hadisələrin ümumi mahiyyəti hökumət tərəfindən idarə olunurdu. Televiziyanı partladırdı, deyirdilər, cəbhəçilər edib, nə baş verirdisə, Xalq Cəbhəsinin üzərinə atırdılar. İnsanlarda mənfi rəy formalaşdırırdılar.

- 20 yanvar gününü necə xatırlayırsınız?

- Bakı çox dəhşətli bir sabaha oynamışdı. Qar-çovğun var idi, ancaq gün də çıxmışdı. Xalq birləşmişdi, bir idilər. İndiki Şəhidlər Xiyabanı o zaman Dağüstü Park adlanırdı. İnsanlar gəlib qəbir qazırdılar, kimi təmizləyirdi, kimi gül düzürdü. Xalq özünüidarəyə keçmişdi. Hamı bir-biri ilə doğmalaşmışdı. Həddindən artıq ağır və hüznlü bir gün idi. O zaman da müəyyən söhbətlər gəzirdi ki, filankəs deməsəydi, hər şey fərqli olardı. Belə söhbətlər çox gəzirdi..

- Bu hadisə Azərbaycanın müstəqil bir respublika olmasında nə kimi rol oynadı?

- 20 yanvardan sonra müstəqilliyin əsası qoyuldu demək bir qədər çətindir. Bu, bir prosesdir və pillə-pillə gəlir. Proses 1987-88-ci illərdə başladı, pillə-pillə irəlilədi və bütün bu hadisələrdən keçdikdən sonra, nəhayət, Azərbaycan 1991-ci ildə müstəqil respublika oldu. 20 Yanvar hadisələrindən sonra da elə bir vəziyyət yaranmışdı ki, insanlar artıq müstəqilliyin vacib olduğunu anlayırdı. Bilirdilər ki, nəsə etməliyik, müstəqillik qazanmalıyıq. Digər tərəfdən torpaq məsələsi də gündəmdə idi, ermənilər də artıq hədlərini aşmışdılar. Hər yerdə söhbət gedirdi ki, öz dövlətimiz olmalıdır, ordumuz olmalıdır, vuruşmalıyıq və sair. Bunlar bir gündə yox, həftələr, aylar ərzində olurdu.

- 20 Yanvarda Bakıya girən ordudakı əsgərlər kimlər idi?

- Onlar xüsusi hazırlanmış əsgərlər idilər. Mən onları yaxından görmüşəm. Onları aldatmışdılar, mən bunu da başa düşürəm. 25-30 yaşlı hansı əsgərə desən ki, sənin hərbçi yoldaşlarını bu insanlar qırıblar, o da eyni şəkildə davranardı. Mən onu da hiss etdim ki, o əsgərlərə müəyyən dərmanlarla təsir etmişdilər. İnsanlar xüsusi şəkildə hazırlanır, yetişdirilir. Yoxsa, özbaşına o qədər insanı öldürmək sadə bir iş deyil. Düzdür, onlara bəraət vermək olmaz. Ancaq günahkar təkcə onlar deyildi, onlar əmr əsasında hərəkət edirdilər. Əsas günahkar ölkənin rəhbəri Mixail Qarbaçov başda olmaqla SSRİ rəhbərliyi idi. Mən 20 Yanvar şəhidlərinin hamısına Allahdan rəhmət diləyirəm. Onlar bizim müqəddəs and yerimiz olmalıdır. Hər birimizin onlara vəfa borcumuz var. İndi onlardan bizə əmanət qalan ailələrinə, uşaqlarına diqqət və qayğı göstərməliyik. İnsan həyatı heç nə ilə müqayisə olunmamalıdır, bu, hər şeydən qiymətlidir. Onlar həyatlarını bizə qurban verdilər. Allahdan diləyirəm ki, onların istəkləri yerdə qalmasın.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
Dünən, 20:31
FHN “Aypara sarayı”nın istismarına icazə verdi
Dünən, 20:18
“Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… – “Batya” ləqəbli “qanuni oğru”nun aqibəti
Dünən, 20:12
Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Dünən, 18:17
Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Dünən, 18:01
“Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Dünən, 17:59
AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Dünən, 17:56
Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Dünən, 17:47
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Dünən, 17:42
"Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Dünən, 17:39
2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Dünən, 17:34
Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Dünən, 17:26
Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Dünən, 17:11
Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Dünən, 17:05
Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Dünən, 17:03
Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Dünən, 16:58
Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Dünən, 16:46
"Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Dünən, 16:42
“Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Dünən, 16:35
Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Dünən, 16:33
Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Dünən, 16:27
Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Dünən, 16:25
"Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" - Mirvari Qəhrəmanlı deyir ki...
Dünən, 16:07
Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır - VİDEO
Dünən, 16:02
Azərbaycanda ağartı məhsulları BAHALAŞIR - SƏBƏB
Dünən, 16:00
“Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir - BUNDAN SONRA...
Dünən, 15:57
OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? - AKTUAL
Dünən, 15:55
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
Dünən, 15:53
AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Dünən, 15:49
AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 15:47
Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 15:44
AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
Dünən, 15:37
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə mühasibatlıq ekspertizası keçiriləcək
Dünən, 15:34
“Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” - deputat
Dünən, 15:32
Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... – Sabiq nazirdən İLGİNC şərh
Dünən, 15:25
SOCAR bir gecədə 4.6 milyard borca düşdü – 2 faiz pay şirkətə baha başa gəlib
Dünən, 14:23
Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: - Bizdən qorxun
Dünən, 14:19
30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
Dünən, 14:13
Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib - ƏMR
Dünən, 14:05
Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: - “Yalandır…”
Dünən, 13:23
Rusiyaya görə Ermənistana yeni missiya göndərilir - KİV
Dünən, 13:20
Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Dünən, 13:18
ADY sədri yeni şöbə müdiri təyin etdi - FOTO
Dünən, 13:14
Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: -mərcdən pul udub
Dünən, 12:56
Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi
Dünən, 12:54
Tarixi dönüş nöqtəsi - Bakı-İrəvan xəttində yeni mərhələ
Dünən, 12:50
Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb
Dünən, 12:47
Tramp İranı təhdid edib: - "Yaxşı oğlan olmaq dövrü geridə qaldı"
Dünən, 12:39
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Dünən, 12:35
İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Dünən, 12:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru