Cənubda EKOTERROR DAVAM EDİR... .....                     “İtirilmiş ada” tələsi və ya Kreml Krımı saxlaya bilmir .....                     İrəvandan sülhə qarşı SABOTAJ .....                     FHN 289 min manata 2 ədəd “Toyota” alır .....                     Rusiya Ermənistana qapıları bağlayır? .....                     “Bizi qınayırlar; Nizami Rəmzi nə biləydi ki, 10 yaşlı qızı böyüyüb 45 yaşında narkotik istifadə edəcək?” .....                     Naxçıvanda şəhid atası yerli məmurlara OD PÜSKÜRDÜ .....                     Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi .....                     Aİ Rusiya məhdudiyyətlərinin təsirini azaltmaq üçün Ermənistana təcili ticarət dəstəyi hazırlayır .....                     "Səhv bizdə olub ki, vaxtında etiraz etməmişik..." .....                     Rusiya Ermənistan maşınlarını sərhəddən buraxmır .....                     Robert Köçəryanın həbsi üçün icazə istənildi .....                     Türk Zəngi Dövləti pulu .....                     "Bu islahatın əsas əhəmiyyətini üç istiqamətdə qiymətləndirmək mümkündür" .....                     İsrail olmasaydı, Amerika olmazdı .....                     Şirkət rəhbərinin 227 minlik dələduzluq işi: .....                     "Yay bitir, amma gəlib çıxmadı sifarişimiz..." .....                     Bu qurumdan elektron şəkildə şikayət MÜMKÜN DEYİL... .....                     Lənkəran Balıq Kombinatı batdı: Həm bağlandı, həm də borc içindədir .....                     Feysbuk və İnstaqram tamamilə ödənişli olur? .....                     ABŞ-nin bütün raketləri belə Ukraynanın ehtiyaclarını qarşılaya bilməzdi .....                     TƏBİB-in yeni şefi də ginekoloqları qoruyacaqsa... .....                     "Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu... .....                     DSMF sosial MÜDAFİƏ fondudur, yoxsa MƏNİMSƏMƏ? .....                     Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar… .....                     Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞI .....                     Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir .....                     Ermənistan sülhə sadiq qalacaq? .....                     Dövlət vəsaiti hara xərclənib? .....                     Deputatdan yayılan videoya reaksiya: "Şərəfsizdirlər" .....                     Nazirliyə işə düzəlmək istədi və... .....                     Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək? .....                     Ermənistan seçkisindən sonrakı geopolitik gözləntilər .....                     Qiymət bahalaşıb: Nə alan var, nə satan .....                     Azərbaycandan Ermənistana qaz tədarükü: Reallıq, yoxsa siyasi gediş? .....                     Nazir müavini ilə ASC sədrini nə birləşdirir? .....                     "Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı .....                     "Çox adam deyir ki, məni toya niyə çağırmadınız" .....                     Bu, o demək deyil ki, Mehdiyevlər bank sektorundan tam çəkilir... .....                     ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endirib .....                 

ƏCNƏBİ EKSPERTDƏN ŞOK AZƏRBAYCAN AÇIQLAMASI
Tarix: 29-10-2013, 09:20 | Çap et
ƏCNƏBİ EKSPERTDƏN ŞOK AZƏRBAYCAN AÇIQLAMASI
NƏDƏN RƏSMİ VAŞİNQTON AZƏRBAYCAN İQTİDARI İLƏ YOLLARINI AYIRIR?

DİA.AZ: - В«Prezident seçkilərini uğurlu sonluqla bitirən İlham Əliyevin gedişləri əslində təkcə onun hakimiyyətinin deyil, bütünlükdə olaraq Azərbaycan dövlətinin mövqelərinin möhkəmlənməsinə gətirib çıxaracaqВ». Bu ilginc açıqlamanı hazırda Bakıda fəaliyyətdə olan Avropa ölkələrindən birinin diplomatı söyləyib.

Həmin anonim həmsöhbətlə olan danışığı DİA.AZ olaraq olduğu kimi diqqətinizə təqdim edirik:

- Son günlər, daha dəqiqi, prezident seçkilərindən sonra belə bir hal müşahidə olunur ki, Azərbaycan Qərbyönümlü siyasətdən imtinaya vadar edilir. Artıq belə bir təzahür var. ABŞ-dan olan basqılar sanki Azərbaycanı Rusiyaya doğru meyilləndirməyə hesablanıb. Və bu gün ABŞ-ın nüfuzlu simaları belə В«artıq Amerikanın Azərbaycana olan maraqları azalıbВ» kimi ifadələri işlədirlər. Bu nə ilə bağlıdır?

- Bu fikirlərlə tanışam. Elə düşünülməsin ki, ABŞ artıq İranla dil tapmağa yaxın olduğundan Azərbaycan və ümumiyyətlə, Cənubi Qafqaz maraq dairəsindən çıxıb. Bu fikirlərə mən də tez-tez rast gəlirəm. Amma yanlışdır. Hətta Gürcüstanda Saakaşvilinin partiyasının məğlub olmasını da belə əsaslandırırlar bəziləri... bəzi analitiklər… Amma bu yanlışdır.

Amerika nə Azərbaycanla, nə də digər Cənubi Qafqaz ölkələri ilə tərəfdaşlıqdan imtina etməyib. Və bu tərəfdaşlıq hansısa yaxın məsafəli hədəflər üzərində də formalaşmayıb. Ki, kimsə İranla düzəlişməyə doğru gedən münasibətləri əsas kimi gətirsin. Belə deyil.

Məsələ ondadır ki, Amerika son zamanlar regionda, həmçinin bütün dünyada, xüsusən də müsəlman aləmində ciddi nüfuz itkisinə uğrayıb. Artıq Amerika barədə MÜSƏLMANLARIN DÜŞMƏNİ qənaəti mövcuddur. Azərbaycan da bir müsəlman ölkəsidir və eynilə digər islam ölkələrində olduğu kimi Azərbaycanda da antiAmerika ovqatı yaranmağa başlayıb.

Bunda ABŞ-ın demokratikləşmədən daha çox manevr etməsinin də payı var. Həmçinin artıq Amerika müsəlmanların gözündə ölüb. Demokratiya əvəzinə ölüm yayan bir ölkənin dünyadan geri çəkilməsi lazımdır. Sıra Avropadadır. Və bunu yaxşı başa düşən Amerika Avropa ilə yerdəyişməyə getməməsi üçün manevrlərini davam etdirəcək.

Avropa isə dayanmır. Güclənir. Amerika dünyanı kimsə ilə paylaşmaq istəmir. Amma Avropa alternativ güc kimi ABŞ-ın buraxdığı yanlışların üzərində dünyaya yeni ənənələr gətirməyi planlaşdırır. Yəni bura qədərki Amerikanın etdikləri idi, bundan sonra Avropanın etmək istədiklərinin dövranı gəlir.

- Ona görə də Obamanın hələ də qələbəsini tanımadığı İlham Əliyevi rahatlıqla Avropa ölkələrinin başçıları təbrik edirlər…

- Hərənin öz baxış prizması var. Bu gün Avropa inkişaf edir. Hətta ayrı-ayrı ölkələrdəki iqtisadi böhranlar belə В«Avropa Birliyi 2010-cu ildə dağılacaqВ» proqnozlarını alt-üst etdi. Bu proqnozları da amerikalı analitiklər dövriyyəyə buraxırdılar. Amma olmadı. Avropa inkişaf yolundadır. Və bu gün demokratikləşmə missiyası Avropa ölkələrinin çiyinlərinə düşür.

Almaniya, Fransa kimi yeni güclər yaranıb. Bu ənənəvi güc mərkəzləri olsa da, artıq toparlanıblar və Avropa genişlənməyi düşünür. Ola bilsin ki, Azərbaycandakı prezident seçkiləri okeanın o tayından fərqli görünsün, Avropadan bir başqa… Bu təbiidir. Ümumiyyətlə, hərənin öz prizması var və get-gedə Avropa ilə Amerikanın mövqelərində ciddi fikir ayrılıqları müşahidə olunur.

- Yəqin məşhur telefon dinləmələri ittihamı da bu fərqliliyin qabardılması üçün bir fürsət oldu?..

- Təbii. Siz elə bilirsiniz ki, Avropada Amerikanı sevirlər. Bəlkə də radikal islam ölkələrində olduğundan da qat-qat artıq formada bir antiAmerika ovqatı var Avropada. Amma dövlətlərin tərəfdaşlığı xalqları uzun illər bir yerdə tutub. İndi isə Avropa xalqları Amerikanın okeanın o tayından ixrac etdiyi yanlış siyasətinin bədəlini ödəmək istəmirlər.

Ona görə də bu gün rəsmi Bakıya münasibətdə Qərbin vahid mövqeyi olmadı. Və Amerika əgər Cənubi Qafqaz ölkələrini, xüsusən də Azərbaycanı özündən itələyirsə, Avropa eyni siyasəti yürütməyəcək. Avropa Azərbaycanı özünün bir parçası hesab edir və buna görə də hansısa xırda fikir ayrılıqları Avropanı Azərbaycanı kəsib atmasına bəhanə ola bilməz.

- O zaman nədən rəsmi Vaşinqton Azərbaycanla belə kəskin davranır? Axı məntiqlə onlar Azərbaycanı itirmək istəməməlidirlər…

- Bu sualın cavabı sadədir. Artıq Amerikanın dövlət qayğıları dəyişib. Suriya kimi bir problem var. İraq, Əfqanıstan da bir ayrıca problemdir. Misirdə vəziyyət stabil deyil. Bununla yanaşı, bir çox müstəvilərdə Amerika döyüşür. Və artıq özünü toparlamış Rusiya Amerikanın qarşısında yaxşı alternativə çevrildiyindən rəsmi Vaşinqton bir sıra prizmalarda tələskən görünür və radikallığa meyil göstərir ki, bu da onların yanlışıdır. Kim iddia edə bilər ki, Amerika hər zaman doğrudur?

- Rəsmi Bakı da ABŞ-a qarşı sərt mövqedə dayandı. Bunu necə qiymətləndirirsiniz?

- Təbii ki, rəsmi Bakı bu şəkildə davranmalı idi. İlham Əliyev və onun komandası güclənir. Və bu güclənmə təkcə İlham Əliyevin hakimiyyətinin deyil, Azərbaycan dövlətinin mövqelərini gücləndirməkdədir. Hər kəs bunun fərqinə varır.

Artıq Azərbaycanla əvvəlki tonda, əvvəlki mövzuda danışmaq olmaz. Azərbaycan xeyli dəyişib. Bu dəyişikliyi görməmək, onu nəzərə almamaq isə səhv addımdır.

ABŞ-dan fərqli olaraq Avropa İlham Əliyevlə uzun yol qət etmək istəyir. Təbii ki, Azərbaycan xalqı bu birgəliyi dəstəkləyərsə…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cənubda EKOTERROR DAVAM EDİR... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:25
“İtirilmiş ada” tələsi və ya Kreml Krımı saxlaya bilmir - Böhran içində "qala"
Bu gün, 11:15
İrəvandan sülhə qarşı SABOTAJ – erməni nazirin O YALANI...
Bu gün, 11:04
FHN 289 min manata 2 ədəd “Toyota” alır - DETALLAR
Bu gün, 11:02
Rusiya Ermənistana qapıları bağlayır? - Moskva qadağaların səbəbini açıqladı
Bu gün, 10:55
“Bizi qınayırlar; Nizami Rəmzi nə biləydi ki, 10 yaşlı qızı böyüyüb 45 yaşında narkotik istifadə edəcək?”
Bu gün, 10:53
Naxçıvanda şəhid atası yerli məmurlara OD PÜSKÜRDÜ - "Gəlin, cavab verin... UTANMAZLAR!"
Bu gün, 10:43
Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi - TƏFƏRRÜAT
Bu gün, 10:27
Aİ Rusiya məhdudiyyətlərinin təsirini azaltmaq üçün Ermənistana təcili ticarət dəstəyi hazırlayır - “Financial Times”
Bu gün, 10:18
"Səhv bizdə olub ki, vaxtında etiraz etməmişik..." - NARAZILIQ VAR...
Bu gün, 10:17
Rusiya Ermənistan maşınlarını sərhəddən buraxmır - Kreml İrəvanı SIXIR...
Bu gün, 10:01
Robert Köçəryanın həbsi üçün icazə istənildi - “Joqovurd”
Bu gün, 09:55
Türk Zəngi Dövləti pulu - FOTO
Bu gün, 09:39
"Bu islahatın əsas əhəmiyyətini üç istiqamətdə qiymətləndirmək mümkündür" - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Bu gün, 09:30
İsrail olmasaydı, Amerika olmazdı - ABŞ səfiri
Bu gün, 09:27
Şirkət rəhbərinin 227 minlik dələduzluq işi: - vətəndaşlara müxtəlif vədlər verdi
Bu gün, 08:35
"Yay bitir, amma gəlib çıxmadı sifarişimiz..." - GİLEY
Bu gün, 08:26
Bu qurumdan elektron şəkildə şikayət MÜMKÜN DEYİL... - BU NƏDİ BELƏ?
Bu gün, 08:15
Lənkəran Balıq Kombinatı batdı: Həm bağlandı, həm də borc içindədir - TƏFƏRRÜAT
Bu gün, 08:11
Feysbuk və İnstaqram tamamilə ödənişli olur? – Vacib açıqlama
Bu gün, 08:08
ABŞ-nin bütün raketləri belə Ukraynanın ehtiyaclarını qarşılaya bilməzdi - Vens
Bu gün, 08:06
TƏBİB-in yeni şefi də ginekoloqları qoruyacaqsa... - GƏLİŞMƏ
Bu gün, 08:05
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu... - BU NƏDİ BELƏ?
Bu gün, 07:42
DSMF sosial MÜDAFİƏ fondudur, yoxsa MƏNİMSƏMƏ? -Normativ aktlar “məmur işğalı”ndan nə vaxt qurtulacaq?
Bu gün, 07:38
Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar… - Bu, bir ATA HARAYIDIR...
Bu gün, 07:32
Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞI - bunu bir araşdıran olsa...
Bu gün, 07:29
Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir - AÇIQLAMA
Bu gün, 07:20
Ermənistan sülhə sadiq qalacaq? - Görünəni odur ki...
Bu gün, 07:16
Dövlət vəsaiti hara xərclənib? – Həsənrizdə təmir qalmaqalı
Bu gün, 07:15
Deputatdan yayılan videoya reaksiya: "Şərəfsizdirlər" - “Bu videonun bizimlə heç bir əlaqəsi yoxdur"
Bu gün, 07:05
Nazirliyə işə düzəlmək istədi və... - İTTİHAM VAR...
Bu gün, 07:00
Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:51
Ermənistan seçkisindən sonrakı geopolitik gözləntilər - İNCƏLƏMƏ
Bu gün, 06:49
Qiymət bahalaşıb: Nə alan var, nə satan - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:47
Azərbaycandan Ermənistana qaz tədarükü: Reallıq, yoxsa siyasi gediş? - AKTUAL
Bu gün, 06:44
Nazir müavini ilə ASC sədrini nə birləşdirir? - İLGİNC FAKTLAR
Bu gün, 06:42
"Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 06:33
"Çox adam deyir ki, məni toya niyə çağırmadınız"
Bu gün, 06:30
Bu, o demək deyil ki, Mehdiyevlər bank sektorundan tam çəkilir... - ŞƏRH
Bu gün, 06:25
ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endirib - SOUTHCOM
Bu gün, 06:21
İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər - Vens
Bu gün, 06:19
Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Dünən, 17:25
Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Dünən, 17:07
"Qarabağ" daha bir simvolunu İTİRDİ
Dünən, 17:04
Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Dünən, 17:01
Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Dünən, 16:59
Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Dünən, 16:44
Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Dünən, 16:41
“Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Dünən, 16:39
ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Dünən, 16:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru