"Ermənilərin belə addımları ilə yenə də qarşılaşa bilərik..." .....                     Ermənistan sülh prosesində irəliləyiş göstərsə də, təzyiqlər artır .....                     "Bu gün dünyanın ən güclü ordularından birinə sahibik" .....                     "Bəzi həmkarlarım rejissorlara deyirlər ki, guya özümdən razıyam" .....                     Türkiyəli bloger Azərbaycan xalqına belə BÖHTAN ATDI .....                     Manatın taleyi necə olacaq? .....                     Gələn il Azərbaycanın dövlət borcunun 27 milyard manatı keçəcəyi gözlənilir .....                     Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 300 milyon manatdan çox artırılır .....                     Şuşada külli miqdarda silah-sursat aşkarlanıb .....                     Ermənistanda külli miqdarda vergidən yayınma sxemi aşkar edilib .....                     54 milyonun talanmasında qohumları da iştirakçı olub .....                     Paşinyan üçün “qorxulu İrəvan” dövrü başlayır .....                     Azadlığa çıxmaq istədi, 30 min manat pulu batdı .....                     Vilayətidən növbəti SƏRSƏMLƏMƏ .....                     Alla Puqaçova Dudayev haqda bu sözlərinə görə .....                     Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq .....                     "Aİ Türkiyəni razı sala bilməz" .....                     Xankəndidə terakt cəhdi: Avanesyan niyə təxribata əl atdı? .....                     Türkiyənin məşhur aktyoru intihara cəhd etdi .....                     Azərbaycanda logistika şirkəti bağlanır .....                     Xankəndidəki təxribatla bağlı İLGİNC DETAL .....                     Bakıda mərasim evlərində ehsan yeməyi .....                     Azərbaycanda qorxulu reallıq: .....                     “Unibank” bankomatını niyə düzəltmir? .....                     SOCAR 2 min 807 nəfər ali təhsilli şəxsi fəhlə kimi işlədir .....                     Tovuzda da belə idi: İndi də buraları qarışdırır... .....                     Şəbnəm Tovuzlunun oğlu birinci oldu .....                     "Xankəndində baş vermiş təxribat Ermənistanın sülh içində yaşamağa hələ hazır olmadığını sübut edir" .....                     Nərimanov Tibb Mərkəzində təmir bitmir .....                     AYNA rəhbəri Avropada gizlənən İlqar Hacıyevin milyonluq villasını alır .....                     Ohanyan hakimiyyətə gəldikdən sonra sülh sazişinin bəndlərini yenidən nəzərdən keçirəcəklərini bildirib .....                     Qarabağda ermənilərin gizli silah anbarları var .....                     Fond bazarında borclar cəlb edən BOKT “İnternational”ın vergi borcu yarım milyonu keçib .....                     Münsaibətlərdəki AĞRI... .....                     Cəbrayılda xəstəxana tikintisinin davamı üçün 27 milyon manatlıq .....                     Rəsulzadənin ifadəsi ilə desək... .....                     “Ermənistan belə müdaxilələrdən sığortalanmayıb” .....                     Geosiyasətin cinayət yolu... .....                     Avanesyanın Xankəndidə terror planı: erməni təxribatının izi ilə .....                     İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur .....                 

Hakimiyyət gələn il kimlərə bir daha mandat haqqı tanımayacaq - Milli Məclisə "əlvida" deyənlərin siyahısı
Tarix: 16-06-2014, 12:32 | Çap et
Hakimiyyət gələn il kimlərə bir daha mandat haqqı tanımayacaq
Bəzi partiyaların bu ilin bələdiyyə seçkilərinə passiv hazırlığını nəzərə alsaq, ortaya belə bir mənzərə çıxır ki, gözlər 2015-ci ilin parlament seçkilərinə yönəlib. Məsələ burasındadır ki, deputat mandatı qazanmaq, Milli Məclisdə təmsilçilik bir sıra şəxslər, habelə siyasi qüvvələr üçün prioritet məsələdir. Amma şübhəsiz ki, 2015-ci ilin noyabrında keçiriləcək seçkilərdə mandat qazanmaq üçün 2010-2015-ci illərdə həm aktiv deputat olmaq, həm də ictimaiyyətin, cəmiyyətin gündəminə qalmaqallarla düşməməkdir. Amma təəssüf ki, təkcə bir neçə ay ərzində Milli Məclisin ayrı-ayrı deputatlarının adları xoşagəlməz məsələlərdə hallandırılır. Bütün bunlar onu göstərir ki, bəzi yüksək vəzifəli şəxslərin parlamentdəki deputatları çıxdaş ediləcək.

Bununla da bəzi şəxslərin parlamentdə təmsilçiliyi minimuma endiriləcək. Belə deputatlardan biri Elton Məmmədovdur. Onun oğlunun adının xoşagəlməz qalmaqalda hallandırılması, millət vəkilinin bununla bağlı yalanının aşkarlanması həmin şəxsin gələn il namizəd olması şansını sıfıra endirir. Məsələ burasındadır ki, Elton Məmmədovun oğlu Aynar yaşı 50-dən çox olan oliqarxlardan fərqli olaraq müasir gəncdir və sosial şəbəkələrdən də fəal şəkildə yararlanır. Aynar da özünün yüksək mənsəbli dostları qarşısında pərt olmaq, utanmaq istəmir. Elə buna görə də deputat balası sosial şəbəkədəki şəxsi səhifələrində təzəcə aldığı bahalı oyuncaqlarını müntəzəm olaraq "sərgiyə çıxarır”. Aynar balanın bu əyləncəsi isə filateliya, aviasiya, yaxud da Cənubi Amerikaya sərgüzəştlər dolu səyahətlər deyil. O, məmur, oliqarx və ya deputat balalarından elə də fərqlənmir. Onun da sevdiyi əşyalar bahalı maşınlar, saatlar, pal-paltardır. Amma bu əşyaların bahalığına görə yəqin ki, heç kim Aynara çata bilməz. Aynarın ən çox öyündüyü şey unikal maşın kolleksiyasıdır. Bura dünyanın aşağıda adları sadalanan ən bahalı, sürətli və dəbdəbəli avtomobil markaları daxildir. Elton Məmmədov bitib-tükənməyən sərvəti sosial şəbəkələrdə daim parıldayan bu gəncin avtomobillərinin oğluna məxsus olmadığını desə də, jurnalist araşdırmaları zamanı deputatın düz danışmadığı üzə çıxdı. Beləcə, Elton Məmmədovun adı gələn ilin şanssız namizədləri sırasına düşdü. Əldə etdiyimiz məlumatlara görə, "nurçuВ» məsələsi gələn il parlament müstəvisində də davam etdiriləcək. Bu mövhumu yada salanda ilk ağıla gələn şəxs Ceyhun Osmanlı olur. Adı bir sıra qalmaqallarda hallandırılan deputat Ceyhun Osmanlının qardaşı daxili işlər orqanlarından xaric edilib.

Mənbəmiz bildirir ki, bu, Ceyhun Osmanlı üçün gələn il yaşanacaq sürprizlərin başlanğıcıdır. Onun qardaşı Faiq Osmanlı yeni təyin olunduğu Ağdaş Mühafizə Bölməsinin rəisi vəzifəsindən azad olunub. Halbuki həmin şəxsin bu vəzifəyə təyinatından heç iki ay keçməmişdi. Faiq Osmanlı öz arzusu ilə daxili işlər orqanlarından azad olunması barədə raport yazıb. Daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə onun raportu nəzərə alınıb və Faiq Osmanlı daxili işlər orqanlarından xaric edilib. Qeyd edək ki, bir müddət əvvəl Faiq Osmanlı Göyçay Rayonlararası Mühafizə Bölməsinin rəisi vəzifəsindən azad olunaraq kiçik vəzifəyə - Ağdaş Mühafizə Bölməsinə rəis təyin edilmişdi. Əldə etdiyimiz xəbərlərdə analoji vəziyyətin gələn il təkrarlanacağı, Ceyhun Osmanlının bir daha deputatlığa namizəd olmayacağı bildirilir. Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən üçüncü çağırış deputatı olan Astan Şahverdiyevin da adı qalmaqalda hallandırıldı. Bildirildi ki, o, deputat mandatından istifadə edərək əməkdar artist, tanınmış müğənni Firuzə İbadovanın başına həqiqətən də, belə bir işin gəldiyini, Mərdəkan qəsəbəsində yerləşən bağ sahəsini millət vəkilinin kürəkəninə satdığını bildirdi: В«Mən o deputatın üzünü heç görməmişəm. Onun kürəkəni avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Allah rəhmət eləsin. Mərdəkan qəsəbəsində 4,8 sot torpağım var idi. Şəxsi problemlərimlə bağlı olaraq bağ sahəsini satmaq istəyirdim. Millət vəkilinin kürəkəni Aqil Fətəliyev torpağa müştəri çıxdı. Onunla 30 min manat qarşılığında razılaşdıq. Aqil Fətəliyev və polis sistemində işləyən Rəşid Allahyarov Xəzər rayonunda mənimlə alqı-satqı müqaviləsi imzaladılar. Səhv etmirəmsə, Aqil müstəntiq işləyirdi. Deputatın mərhum kürəkəni müqaviləni Solmaz adlı qadının adına bağladı. Ondan soruşdum ki, ay Aqil, bəs bu Solmaz kimdir. Mənə cavab verdi ki, həmin qadın həyasız alverçinin biridir. Onu belə tanıtdırdı. Bağı 30 min manata satdım. Amma mənə heç 10 min dollar da vermədi. Çox müsibətlə üzləşmişəmВ». Üzləşdiyim problemlə bağlı Milli Məclisin spikeri Oqtay Əsədov cənablarına məktub yazan əməkdar artist xahiş etdi ki, Astan Şahverdiyev üzə çıxsın və pulun yerdə qalan hissəsini ödəsin. Bu, MM üzvünün barəsində ilk xoşagəlməz xəbər deyil. Deputatın biznes fəaliyyəti ilə məşğul olması barədə dəfələrlə mətbuatda informasiya yayılıb. Bu səbəbdən onun da 2015-ci ildə yenidən deputatlığa namizəd olacağı inandırıcı görünmür. Adı qalmaqalda hallandırılan daha bir deputat Rəfael Cəbrayılovdur. Bir müddət əvvəl yayılan məlumatda "Nikoil Bank"ın deputat Rəfael Cəbrayılov, qardaşları Elşən Cəbrayılov, Rauf Cəbrayılov və bacılarının həyat yoldaşı Nurəddin Bünyatovu məhkəməyə verməsinə dair işin Ali Məhkəmədə olduğu bildirildi. Vurğulandı ki, məhkəmə həmin iddianı qismən təmin edərək borcun cavabdehlərdən müştərək qaydada tutulması, Binəqədi rayonunda yerləşən ofis sahəsinə dair hüquqların yönəldilməsi və 5 otaqlı mənzilin hərracda satıldıqdan sonra mənzilin ən geci bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edib. İddia onunla əsaslandırılıb ki, bank N.Bünyatova 795 min manat məbləğində kredit verib. Eyni zamanda kreditin müqaviləsinin öhdəliyinin vaxtında və lazımi qaydada icra olunması məqsədilə digər cavabdehlər Rauf, Elşən və Rafael Cəbrayılovlarla zaminlik müqaviləsi bağlanılıb. Lakin "ödəniş qrafiki”nin şərtlərinə əməl edilməyib, kredit və faizin vaxtında qaytarılmasına dair öhdəlik yerinə yetirilməyib.

Deputat isə qardaşlarının bizneslə məşğul olduğunu deyərək bank ödənişlərinin verilməsində gecikmələrin olmadığını deyib: " Mənim qardaşlarım böyük bizneslə məşğuldurlar. Onların tikdiyi layihənin yüz milyona yaxın qiyməti var. Yüz milyona yaxın işdə milyon yarım borcun olması normal hal deyil? Bu məsələni heç kim boş niyyətlə eləmir. Bu biznesin başında oturan mənim iki qardaşımdırВ».

В«Gündəlik BakıВ»nın əldə etdiyi xəbərlərdə habelə Aqil Abbasın, Aydın Abbasovun, passiv deputat Leyla Abdullayevanın, Arif Alışanovun, fəaliyyəti gözə dəyməyən Sahib Alıyevin, Azər Badamovun, Muxtar Babayevin, qaçqın və məcburi köçkünləri aşağıladığına görə ictimai qınaqla üzləşən Etibar Hüseynovun, Sevinc Hüseynovanın, Xanhüseyn Kazımlının, qalmaqallı biznes hadisələrinin mərkəzində olan Əsabil Qasımovun, Gülçöhrə Məmmədovanın, Hüseynbala Mirələmovun, bəzi müəllimlərinin (o cümlədən Yeganə Əliyevanın-red) adları saxta diplom məsələsində hallandırılan rektor-deputat Aqiyə Naxçıvanlının, Aytən Mustafayevanın, Beyləqan sakinlərinin narazılıq etdikləri Ayaz Orucovun, Əhməd Vəliyevin gələn ilin marafonunda deputatlığa namizədliklərini irəli sürməyəcəkləri bildirilir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Ermənilərin belə addımları ilə yenə də qarşılaşa bilərik..." - ONA GÖRƏ DƏ...
Bu gün, 05:34
Ermənistan sülh prosesində irəliləyiş göstərsə də, təzyiqlər artır - GƏLİŞMƏ
Bu gün, 05:32
"Bu gün dünyanın ən güclü ordularından birinə sahibik" - partiya sədri
Bu gün, 05:30
"Bəzi həmkarlarım rejissorlara deyirlər ki, guya özümdən razıyam"
Bu gün, 05:28
Türkiyəli bloger Azərbaycan xalqına belə BÖHTAN ATDI və nifrət yağdırdı
Bu gün, 05:21
Manatın taleyi necə olacaq? - Mühüm məlumat
Bu gün, 05:17
Gələn il Azərbaycanın dövlət borcunun 27 milyard manatı keçəcəyi gözlənilir - Bu il isə...
Bu gün, 05:12
Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 300 milyon manatdan çox artırılır - AÇIQLANDI
Bu gün, 05:06
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - BİRGƏ MƏLUMAT
Dünən, 18:01
Ermənistanda külli miqdarda vergidən yayınma sxemi aşkar edilib
Dünən, 18:00
54 milyonun talanmasında qohumları da iştirakçı olub - RAMİN İSAYEVLƏ BAĞLI YENİ FAKTLAR
Dünən, 17:59
Paşinyan üçün “qorxulu İrəvan” dövrü başlayır - Rusiya Ermənistanı savaş poliqonuna çevirəcək
Dünən, 17:55
Azadlığa çıxmaq istədi, 30 min manat pulu batdı - Dələduzluq cinayəti
Dünən, 17:45
Vilayətidən növbəti SƏRSƏMLƏMƏ – “Müşavir” İran hökumətinin siyasətinə necə QARŞI ÇIXIR?
Dünən, 17:43
Alla Puqaçova Dudayev haqda bu sözlərinə görə məhkəməyə verildi...
Dünən, 17:39
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
Dünən, 17:32
"Aİ Türkiyəni razı sala bilməz" - Politico
Dünən, 17:30
Xankəndidə terakt cəhdi: Avanesyan niyə təxribata əl atdı? – Açıqlama
Dünən, 17:28
Türkiyənin məşhur aktyoru intihara cəhd etdi
Dünən, 17:18
Azərbaycanda logistika şirkəti bağlanır
Dünən, 17:16
Xankəndidəki təxribatla bağlı İLGİNC DETAL – “Erməni terror təşkilatları onu...”
Dünən, 17:15
Bakıda mərasim evlərində ehsan yeməyi LƏĞV OLUNUB?
Dünən, 17:08
Azərbaycanda qorxulu reallıq: - Aylar sonra tapılan meyitlər...
Dünən, 17:03
“Unibank” bankomatını niyə düzəltmir? – Müştərilər şikayətçidir
Dünən, 16:50
SOCAR 2 min 807 nəfər ali təhsilli şəxsi fəhlə kimi işlədir - İLGİNC FAKT
Dünən, 16:45
Tovuzda da belə idi: İndi də buraları qarışdırır... - NARAZILIQ VAR...
Dünən, 16:42
Şəbnəm Tovuzlunun oğlu birinci oldu - Fotolar
Dünən, 16:37
"Xankəndində baş vermiş təxribat Ermənistanın sülh içində yaşamağa hələ hazır olmadığını sübut edir" - deputat
Dünən, 16:34
Nərimanov Tibb Mərkəzində təmir bitmir – 19 milyon hara gedib?
Dünən, 16:14
AYNA rəhbəri Avropada gizlənən İlqar Hacıyevin milyonluq villasını alır - FOTO
Dünən, 16:05
Ohanyan hakimiyyətə gəldikdən sonra sülh sazişinin bəndlərini yenidən nəzərdən keçirəcəklərini bildirib - “news.am”
Dünən, 16:02
Qarabağda ermənilərin gizli silah anbarları var - ŞOK
Dünən, 15:56
Fond bazarında borclar cəlb edən BOKT “İnternational”ın vergi borcu yarım milyonu keçib
Dünən, 15:53
Münsaibətlərdəki AĞRI... - Görünəni odur ki...
Dünən, 15:44
Cəbrayılda xəstəxana tikintisinin davamı üçün 27 milyon manatlıq - TENDER KEÇİRİLİR
Dünən, 15:42
Rəsulzadənin ifadəsi ilə desək... - Bakının azadlığı "başla bədəni birləşdirdi"
Dünən, 15:37
“Ermənistan belə müdaxilələrdən sığortalanmayıb” - Qriqoryan
Dünən, 15:34
Geosiyasətin cinayət yolu... - AKTUAL
Dünən, 15:23
Avanesyanın Xankəndidə terror planı: erməni təxribatının izi ilə - VİDEO
Dünən, 15:19
İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 15:16
Hamı alır, amma risklərini bilmir - “Kent” sodalarının TƏHLÜKƏSİ
Dünən, 15:12
Səlim bin Məhəmməd əl-Malik “Dostluq” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 15:07
"İnsanları dininə, dilinə, irqinə və yaşadığı yerə görə fərqləndirmək yolverilməzdir" - ÇAĞIRIŞ
Dünən, 15:05
Deputat Naxçıvan taksilərinin Türkiyədə həbsdə saxlanılmasından danışdı: - “Məsələnin həlli istiqamətində addımlar atılmalıdır”
Dünən, 15:03
Tanınmış alimin öldüyü qəza ilə bağlı məhkəmənin qapalı keçirilməsinə qərar verilib
Dünən, 14:59
Əmrullayevin əmrindəki 20 MİLYARD: Bunun hesabı sorulmalıdır... - "Bu nə deməkdir?"
Dünən, 14:51
BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb - FOTO
Dünən, 14:42
Separatizmlə mübarizədə çox vacib addım - MƏQALƏ
Dünən, 14:40
Vacib və labüd əhəmiyyət daşıyan antiterror tədbirləri - İsrafil Kərimovun yazısı
Dünən, 14:38
Miri Yusifi bir də belə görün - FOTO
Dünən, 14:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru