Müğənni Roza Zərgərli yeni rus dilində mahnısını təqdim edib.
dia-az.site xəbər verir ki, sənətçi bu dəfə musiqisi Dmitri Konovalov, Andrei Kostenkoya, sözləri Mariya Markinaya aid “Revnost” mahnısını səsləndirib.
Bəstə ifaçının həyat hekayəsindən bəhs edir, mahnıda onun səhnə fəaliyyəti dövründə üzləşdiyi çətinliklər yer alır.
R. Zərgərli qısqanc həyat yoldaşının yaşatdığı problemləri, hər şeyin məhvinə gətirib çıxarmasını nəğmə ilə ifadə edir.
Mahnı Rusiyanın tanınmış fotoqrafı Oktay Jafferin çəkdiyi “cover” ilə musiqi platformalarında təqdim olunub.