"Daha dövlət teatrında işləməyəcəyəm” - ETİRAZ
Tarix: 7-02-2024, 11:59 |
Çap et
"Daha dövlət teatrında işləməyəcəyəm”.
Bunu Qaynarinfo-ya açıqlamasında Lənkəran Dövlət Dram Teatrının sabiq direktoru, rejissor İntiqam Hacılı işdən çıxarılmasından danışarkən deyib.
O, Mədəniyyət Nazirliyinin qərarlarına hörmətlə yanaşdığını qeyd edib:
"Teatrla bağladığımız müqaviləmi vaxtı başa çatıb. Mənimlə bağlı heç bir qərar yoxdur. Öz işlərimi müstəqil görəcəyəm”.
Sabiq direktor hələ bir müddət dincəlməyi düşündüyünü qeyd edib.
Qeyd edək ki, Lənkəran Dövlət Dram Teatrının direktoru İntiqam Hacılı əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədər işdən çıxarılıb.