Cavanşir Quliyevin səhhətindən son xəbər... - "Günortadan sonra bilinəcək ki..."
Tarix: 6-02-2024, 10:55 |
Çap et
"Cavanşir Quliyev hazırda Türkiyədə yaxşı klinikalardan birindədir. Ona ən yüksək səviyyədə diqqət, qayğı göstərilir. Bu gün günorta saatlarında konsilium keçiriləcək, ondan sonra hansı müalicə üsulunun tətbiqi qərarlaşdırılacaq. Halı özündədir, danışa bilir".
Bu barədə Teleqraf.com-a tanınmış bəstəkar Cavanşir Quliyevin yaxınları məlumat verib.
Qeyd edək ki, Əməkdar incəsənət xadimi dünən ağır vəziyyətdə İstanbuldakı xəstəxanalardan birinə yerləşdirilib.