İcra başçısı Elnur Aslanovun yerinə təyin olunmaq istəyir – Rayonda durum bərbaddır, amma... – Başçının iddiası
Tarix: 27-03-2014, 10:00 |
Çap et
DİA.AZ: - Xeyli müddətdir ki, Ağcabədi rayonunda yerli əhalinin sosial problemlər ucundan üsyan həddinə çatdırılması barədə mətbuatda xeyli sayda informasiyalar yayılsa da, özünü kifayət qədər arxayın hiss edən Ağcabədi rayonunun icra başçısı Şahin Məmmədovun bütün bu yazılanlara hansısa formada reaksiyasının alınması KİV-lər üçün imkansız olub. İndi isə görüntüdə olan arxayınçılığın əsl nədənləri ilə bağlı DİA.AZ-a olduqca ilginc məlumatlar ötürülüb.
Bilgili qaynaqlardan DİA.AZ-a verilən xəbərlərdən belə aydın olur ki, əslində Şahin Məmmədovun özünü əmin hiss etməsi onun birbaşa olaraq hakimiyyətin populyar isimlərindən biri tərəfindən dəstəklənməsi faktı ilə əlaqədardır. Mənbəmiz iddia edir ki, məhz bu səbəbdən seyid cəddinə arxayın olan kimi davranan Şahin Məmmədov hətta daha böyük mənsəblərə irəli çəkiləcəyinə belə ümidlidir.
Mənbənin söylədikləri: «Şahin Məmmədov kifayət qədər ciddi dayaqlara malik olduğundan hətta onun Prezident Administrasiyasına yüksək posta gətirilmə ehtimallarından da danışılır. Hakimiyyət dəhlizlərində gəzən söhbətlərə görə, Ağcabədinin icra başçısı hətta PA-nın şöbə müdiri postundan alınmış Elnur Aslanovun yerinə də göz dikib və bu vəzifəyə təyin olunması üçün hərəkətə keçib».